Saytımızda yerləşən Atalar Sözləri və Məsəllər aşağıdakı hərflərə görə qruplaşdırılıb
"Pul" haqqında atalar sözləri
- •
Adın nədir ? Dərviş. Pul ilə olur hər iş.
Pulun var giriş, pulun yox sürüş.
- •
Ağıl çox - pul yox, ağıl yox - pul çox.
- •
Ağız yağlanar, mala baxsan, könül dincələr, pul qazansan.
- •
Bahasına pul vermişəm, gözlərim də çıxsa yeyəcəyəm.
- •
Cavanlıqda pul qazan, qocalıqda – qur qazan.
- •
Daşdan pul çıxardar.
- •
Davanı qılınc kəsər, sevdanı – pul.
- •
Dəllək dəlləyin başını qırxanda pul almaz.
- •
Dosta borc pul vermə, hər ikisi əldən gedər.
- •
Dostam səninlə, pulun qurtaranacan!
- •
Dövlətli yanına qaşıyanda, kasıb elə bilər ona pul verir.
- •
İmam əzizdir, qara pul imamdan da əzizdir.
- •
Kasıb pul tapdı, qoymağa yer tapmadı.
- •
Malını qiymətindən ucuz satana pul gərəkdi,
Malı qiymətindən baha alana, mal gərəkdi.
Malını qiymətindən baha satana da pul gərəkdi.
- •
Ölü cəhənnəmə, təki mollaya pul olsun.
- •
Özgə kisəsindən pul bağışlamazlar.
- •
Pul kimi qızarmaq.
- •
Pul pulu gətirər.
- •
Pul verməz, can verər.
- •
Pulsuz günə pul saxla, savaşanda barışmağa üz saxla.
- •
Pulun çoxu yük olmaz, əyri bitən, düz olmaz.
- •
Pulun gərək sayını biləsən.
- •
Pulun varsa dinclik, dilin varsa elçilik.
- •
Pulun, üzü olmaz.
- •
Sanılı pul durumsuz olar.
- •
Sayılı gün, sayılı pul, ötər tez, bitər tez.
- •
Sevdanı pul kəsər.
- •
Söz məndə, pul ingilisdə.
- •
Su çuxurda durar, pul qıtmırda.
- •
Tərləməmiş pul qazanmağ olmaz.
- •
Vardır pulun – hamı qulun, yoxdur pulun açıqdır yolun.
- •
Vardır pulun, yetən qulun.
Yoxdur pulun, dardır yolun.
- •
Zaman pul deyil, onu qaytarmaq olmaz.