- •
İspan inəyi kimi fransızca danışma.
(Fransız atalar sözləri)
- •
İdeallar ulduzlar kimidir, onları tutmaq mümkün deyil, amma qaranlıq gecələrdə yolumuza onlar rəhbərlik edir.
(Fransız atalar sözləri)
- •
İyi ilə kötü hara, altın ilə tünç hara.
(Türk atalar sözü)
- •
İftira ad tutmasada iz buraxır
(Türk atalar sözü)
- •
İzah etsəniz unudaram, Göstərsəniz xatırlayaram, Etdirsəniz anlayaram.
(Çin atalar sözləri)
- •
İtin ağzından fil dişi tapa bilməzsən.
(Çin atalar sözləri)
- •
İnanc insanı özündən alıb özgə bir şeyə çevirər.
- •
İgidlik ondur, doqquzu qaçmaq, biri aradan çıxmaq.
- •
İki ayaq bir başmağa girməz, amma girdirəllər.
- •
İki evi bir elədik, düyünü batman yarım.
- •
İşləyən dəmir işıldar
- •
İşləri qarıla, sonra yarıla.
- •
İstədiyini danışan, istəmədiyini eşidər.
- •
İnsan bir işə etməsə həvəs, bütün əziyyəti gedəcək əbəs.
- •
İtdən qaçdıq qurda düşdük.
- •
İgidin yaraşığı sınaqdır.
- •
İlan getsin balasi da daliycan
- •
İşləməyən dəmiri pas tutar.
- •
İş ustasından qorxar.
- •
İgid odur atdan düşə atlana,
İgid odur hər yaraya qatlana.
- •
İş insanı safa çıxardar.
- •
İgid odur, hər əzaba qatlana,
İgid odur, atdan düşə atlana.
- •
İş bədənin cövhəridir.
- •
İşə başlamaq işin yarısıdır.
- •
İş görənlə iş gördürən yarıdır.
- •
İtin duası müstəcəb olsaydı, göydən yerə ət yağardı.
- •
İpək bir, sağan iki.
- •
İnsanı geyiminə görə qarşılayıb ağlına görə yola salarlar
- •
İnanma, aldanma(: tovlanma).
- •
İylənmiş ət buza neynər, duza neynər.
- •
İki könül bir olunca, samanlıq seyrangah olur.
- •
İki üzlü savaşma – bir üzü savaşa qoy - o bir üzü barışa.
- •
İş var dağ ardında olsun, yer altında olmasın, işdə var yer altında olsun, dağ ardında olmasın.
- •
İşə girən min olar, minin başı bir olar.
- •
İt qudursa, yiyəsin qapar.
- •
İtdə geddi ipdə geddi.
- •
İti quyruğundan bağlamazlar.
- •
İlan hara əyri getsədə, öz yuvasına düz gedər.
- •
İşlənməyən dəmiri pas tutar.
- •
İşlək at arpasını artırar.
- •
İş saqqala qalsa, keçiyə də axund deyərlər.
- •
İçdin üzüm suyunu,
Tökdün üzün suyunu.
- •
İnsan olmayan insan qədrini nə bilər?!
- •
İstəyirsən bal çörək - al əlinə bel, kürək...
- •
İlan adamın topuğunu, adam ilanın başını gözlər
- •
İşi başlayan yarıda qoymaz.
- •
İtlə dost ol, çomağını əlində saxla
- •
İstəyirsən bol çörək-al əlinə bel, kürək...
- •
İş insanın cövhəridir.
- •
İki gözü var idi, birini də borc elədi.
- •
İstəyən çatır, dilənən qalır.
- •
İstəyin güclü olmasa oğul, gücün istəkli olsun.
- •
İşçi gəlir iş yarıtır, işsiz gəlir, baş ağrıdır.
- •
İşıq gəlsə qaranlıq köçər.
- •
İtin bacanağı çox olur, qudası yox.
- •
İt ilə it dalaşdı, qurd körpünü aşdı.
- •
İlan öz əyrisin görməz.
- •
İşi düşsə arar məni, işim düşsə qovar məni.
- •
İt hürə - hürə qocalar.
- •
İynə çuvalda, dəvə palazda gizlənməz.
- •
İmam əzizdir, qara pul imamdan da əzizdir.
- •
İlan yeddi qardaş olar.
- •
İt hürsə, bülbül susar.
- •
İtə hörmət edərlər – yiyəsi xatirinə.
- •
İstəyirsən qocalıqda hörmətin olsun cavanlıqda qocalara hörmət elə.
- •
İt qapmaz, at təpməz demə.
- •
İt ilə yatan, bit ilə qalxar.
- •
İtə səlam, dəliyə sual olmaz.
- •
İsraf haramdır.
- •
İş işdən keçəndən sonra tumanbağını bərkitməyin nə mənası var?
- •
İti quyruğundan tutmazlar.
- •
İşi işə bənd elə, görən desin habelə.
- •
İlan adamın topuğun, adam ilanın başın çalar.
- •
İki günlük ömrü olan üç gün yaşamaz.
- •
İki əlin səsi var!
- •
İki göz, biri əyri, biri düz.
- •
İşçi işdə gərək!
- •
İşsizlik yoxsulluğun anasıdır.
- •
İşsizlik arsızlıq gətirər.
- •
İştaha diş altındadır.
- •
İşlərin mayası o tünbətündür.
- •
İşləmək dərdindən yeməyə həsrət canım.
- •
İşləmək adamı safa çıxardar.
- •
İşləməyən dişləməz.
- •
İşlək keçəl qız ərə gedər, pinti – gora.
- •
İşləyənlə işləməyəni bir ayağa yazmazlar.
- •
İşləyən olsun, iş tapılar.
- •
İşləyən inci taxar, işləməyən yandan baxar.
- •
İşləyən dişlər, işləməyən kişnər.
- •
İşləyən dəmir pas tutmaz.
- •
İşləyən açar parıldar.
- •
İşləyən atı tövlədə bağlasan cəngi olar.
- •
İşlə nökər kimi, ye ağa kimi.
- •
İşlə – dişlə.
- •
İşığı var, istisi yox.
- •
İşığa gəlirlər!
- •
İşığa kor baxım!
- •
İşıq üzü görünmür.
- •
İşinə yaxşı baxarsan, iş də sənə yaxşı baxar.
- •
İşin canını iş alar.
- •
İşin düşdü sarıq başa, başın dəyər daşdan daşa, yapışginən əyri xışa, get o başa, gəl bu başa.
- •
İşin düşdü arvada, ölən gününü sal yada.
- •
İşim şuluqdur.
- •
İşi halətlə görərlər, höcətlə görməzlər.
- •
İşi işə bənd elə, görən desin ha belə!
- •
İşi əndazədə gör.
- •
İşi düşəndə arar məni, işim düşəndə qovar məni.
- •
İşi allaha qalıb.
- •
İşə xor baxma, boynuva torba taxar.
- •
İşə getməyən oğlum olunca, cütə gedən öküzüm olsun.
- •
İşə bax, sular baş yuxarı axır.
- •
İşə bax, ala qarğa şux tərlanı bəyənmir.
- •
İşə bax, ağılsız ağıllının başına ağıl qoyur.
- •
İşə bağlı – zəhmətə bağlı.
- •
İş tərsə gələndə tər halva diş çıxardar.
- •
İş olan yerdə nöqsan da olar.
- •
İş görənindir.
- •
İş kələfin ucunu tutmaqdadır.
- •
İş yuxu görəndə deyil, yuxu yozandadır.
- •
İş yiyəsi işdə gərək!
- •
İş işi açar.
- •
İş içində iş var.
- •
İş ilə zarafat olmaz.
- •
İş ərəb sacına döndü.
- •
İş igidlər başına gələr.
- •
İş əlindən yeməyə həsrət canım.
- •
İş danışıqdan keçər.
- •
İş işdən keçib!
- •
İş bilən müşküldə qalmaz.
- •
İş başından aşınca, dövlət cibindən daşar.
- •
İş başdan aşıb.
- •
İş başqa, söz başqa.
- •
İş bacaranın, aş yeyənindir.
- •
İş adamın cövhəridir.
- •
İş adamı bəyan eylər.
- •
İçmə çaxırı, açar paxırı.
- •
İçmə namərd əlindən su abi-həyat olsa da.
- •
İçim məni yandırır, bayıram özgəni.
- •
İç dedilər, çeşməni qurut demədilər.
- •
İçdim üzüm suyunu, tökdüm üzüm suyunu.
- •
İftira dağdan ağırdır.
- •
İtlər bizə, qurdlar bizə, sağsağanlar çırtlar bizə.
- •
İtini haya öyrətmə, qonşunu – paya.
- •
İtin peşəsi hürməkdir.
- •
İtin könlünə qalsa, gündə bir leş yeyər.
- •
İtin ətini yeyərəm, qəssabın minnətini çəkmərəm.
- •
İtin əbləhi qaysavadan pay umar.
- •
İtin duası qəbul olsa, göydən ət yağar.
- •
İtin dirisi nədir ki, ölüsü nə ola?
- •
İtin dilini bilir.
- •
İtin quyruğunu qəlibə salsan düzəlməz.
- •
İtin qudursun, çaqqal!
- •
İtin qohumu it olar.
- •
İtin qabağından qalanı alsan yeməz.
- •
İt özüdür, qurdu mənə göstərir.
- •
İt otaran nəvəsidir.
- •
İt olsun, yiyəsinin qapısında olsun.
- •
İt olsun, komasında hürsün.
- •
İt oyun ilə, qurd qoyun ilə.
- •
İt oğludur, qurd basır.
- •
İt nə görsün, nə də hürsün.
- •
İt nədir ki, yunu nə olsun?
- •
İt getdi, qurd gəldi.
- •
İt kölkəsindən qorxar.
- •
İt kökündəyəm, kəllə-paça ütürəm.
- •
İt kimi nə yeyər, nə yedirdər.
- •
İt kimi yeddi canı var.
- •
İt kimi quyruq bulayır.
- •
İt yiyəsini tanımır.
- •
İt də öz yediyini qusar.
- •
İt itin quyruğunu basmaz.
- •
İt itə buyurar, it də öz quyruğuna.
- •
İt it ilə dalaşanda, qurd körpünü aşar.
- •
İt it ilə boğuşdu, yolçuya girəvə düşdü.
- •
İt ilxısı - köpək sürüsü.
- •
İt yanına bəy kimi, bəy yanına it kimi.
- •
İt əppəyə həris olar, uşaq – məhəbbətə.
- •
İt əl çəkdi, molla əl çəkmədi.
- •
İt əlindən sümük gəmirmək olmur.
- •
İt əzabı çəkir.
- •
İt də öz qapısında ağadır.
- •
İt dəftərində adı yoxdur.
- •
İt dəm vuran ayranı kim içəcək?
- •
İt dəvəyə hürər, dəvə eşitməz.
- •
İt qursağı yağ götürməz.
- •
İt qulağını kəsəndən qorx.
- •
İt quduranda yiyəsini də qapar.
- •
İt qorxduğu yerə hürər.
- •
İt bir parça çörəyə də qane olar.
- •
İt bilir xurcunda nə var, çoban da bilir itə nə verəcək.
- •
İt balası it olur.
- •
İt ardına düşən, leş üstünə çıxar.
- •
İt araba kölgəsində yatar, elə bilər öz kölgəsidir.
- •
İt aparan olsun!
- •
İt aya hürər, başına bəla gətirər.
- •
İsti çörək təndirdən, minnəti yox pendirdən.
- •
İsti-soyuq bilmir.
- •
İsti sevən tüstüsünə dözər.
- •
İstək gözdə olar.
- •
İstəyirsən bal-çörək, al əlinə bel-kürək.
- •
İstədiyini söyləyən, istəmədiyini eşidər.
- •
İstədiyim yar idi, yetirdi pərvərdigar.
- •
İstədi qaşın düzəldə, vurdu, gözün çıxartdı.
- •
İslanmış cücəyə dönüb.
- •
İslanmışın yağışdan nə arı (pakı)?
- •
İslandıq, quruduq, sel bizə neylər?
- •
İsa tək kişiyə, verib bir eşşək, eşşək tək kişiyə
- •
İsa öz yerində, Musa öz yerində.
- •
İrz puldan qiymətlidir.
- •
İrz (ismət) insanın qanbahasıdır.
- •
İpini eşiblər.
- •
İpin uzunu yaxşıdır, dilin qısası.
- •
İpək necə xar olub, eşşəyə çuval olub!
- •
İnsafı olmayanın imanı da olmaz.
- •
İnsaf dilin yarısıdır.
- •
İnsaf qanunların anasıdır.
- •
İnək su içər – süd olar, ilan su içər – zəhər.
- •
İnək kimi süd verməyən, öküz kimi kotan sürər.
- •
İnəyin üzünə bax, südünü sağ.
- •
İnəyin buynuzuna baxarlar, qızın – üzünə.
- •
İnəyi olana nisyə dol verərlər.
- •
İnəyi itən soraq eylər.
- •
İndi ki, nisyədir, astarını gülü-xəndan elə.
- •
İndiyəcən yeddi kəfən çürüdüb.
- •
İndi itər, yengədə bitər.
- •
İlxıçının qazancı havayı minməkdir.
- •
İntiqam almağa tələsmə.
- •
İnsanlar danışmaqdan qalanda, daşlar danışmağa başlar.
- •
İnsanın gözünü bir ovuc torpaq doyurar.
- •
İnsanın zilləti də, izzəti də öz əlindədir.
- •
İnsanın əti yeyilməz, dərisi geyilməz, ancaq şirin dili gərək!
- •
İnsanın dili sandıq, dodaqları qıfıl olmalıdır.
- •
İnsanın dəlisi daşa güc eylər, öküzün dəlisi – başa.
- •
İnsanın bir özü, bir sözü.
- •
İnsanı şöhrətləndirən əməlidir.
- •
İnsanı yaşadan arzu ilə ümiddir.
- •
İnsan çiy süd əmib.
- •
İnsan xain olmasa, heyvan damğanı neylər?
- •
İnsan səy və qeyrəti ilə tanınar, bəzəyi ilə tanınmaz.
- •
İntelligent Həsən!
- •
İnsan məxluqatın əşrəfidir.
- •
İnsan olmayan insan qədrini bilməz.
- •
İnsan gərək insana gərək olsun, İnsan gərək hər an gərək olsun.
- •
İnsan insana lazım olar.
- •
İnsan döyüş meydanında tanınar.
- •
İnsan dostunu, düşmənini tanımalıdır.
- •
İnsan daşdan bərk, güldən zərifdir.
- •
İnsan qocaldıqca aynaya baxmağı az istər.
- •
İlmənin ucunu tutanda iş yoluna düşər.
- •
İllər qocaltmaz insanı, qüssə qocaldar.
- •
İlin axır çərşənbəsi kimiyə düşər, kimiyə yox.
- •
İlkin var – mülkün var.
- •
İlk atılan daş uzaq gedər.
- •
İlqarından dönən namərddir.
- •
İlqar imandadır.
- •
İlanın zəhləsi yarpızdan gedər, o da bitər yuvasının ağzında.
- •
İlanın quyruğunu yox, başını əzərlər.
- •
İlanın quyruğunu basmasan sancmaz.
- •
İlanın başını özgə əli ilə əz.
- •
İlanın başı ağrıyanda, yolun ortasında yatar.
- •
İlanın ayağını, qarışqanın gözünü, mollanın çörəyini, heç kəs görməyib.
- •
İlanın ağına da lənət, qarasına da.
- •
İlanı sən tut, mən gözünü çıxardım.
- •
İlanı görənə lənət, görüb öldürməyənə lənət, öldürüb basdırmayana lənət!
- •
İlanı yuvasında öldür.
- •
İlanı yaralı buraxmazlar.
- •
İlana balası qənim olar.
- •
İlana ağunu kərtənkələ verər.
- •
İlan çıxdığı bacanı yaxşı tanıyar.
- •
İlan üzdən xal-xal olur, insan içəridən.
- •
İlan ulduz görməsə ölməz.
- •
İlan torpağı mürur ilə yeyər.
- •
İlan öz qonşusunu sancmaz.
- •
İlan kimi qıvrılır.
- •
İlan yerisin, balası da dalınca.
- •
İlan yeyib əcdaha olub.
- •
İlan yolu əyri gedər, yuvasına düz gedər.
- •
İlan yatar, düşmən yatmaz.
- •
İlan ilanı vurmaz.
- •
İlan əvvəl ovsun qızdıranı sancar.
- •
İlan deyər: - Mən adamı sancmaram, sancanda elə sancaram ki, eşşək buynuzunda sərçənin südü dərman olsun.
- •
İlan qabığını dəyişər, xasiyyətini dəyişməz.
- •
İlan vuran yatar, ac yatmaz.
- •
İlan vuran ala çatıdan qorxar.
- •
İlan boğan vaxtıdır.
- •
İlanın boğazına girən çıxmaz.
- •
İlan balasını da çalar.
- •
İlan adamın topuğunu gözlər, adam ilanın başını.
- •
İlan ağzından qurtardı, qurbağa ağzına düşdü.
- •
İl xırmansız olmaz.
- •
İldə başa gəlməyən, dildə başa gələr.
- •
İl ötər, ay dolanar, şənbə düşər novruza.
- •
İl var bir günə dəyər, gün var bir ilə.
- •
İl baharından bilinər.
- •
İmamzadə piy gətirəni tanıyar.
- •
İmam şaftalı ağacı deyil ki, hər yerdə bitə.
- •
İmam tək-tək tapılar, tin başı şümürdür.
- •
İgidliyin də yeri var.
- •
İgidin xəncəri qınında qalmaz.
- •
İgidin (mərdin) mənzili bir olar, namərdin mənzili olmaz.
- •
İgidin başı qalda gərək!
- •
İgidin axmağı qılıncını dayısında sınar.
- •
İgidim igid olsun, kol dibi evim olsun.
- •
İgidi yaxşı saxlar, yaxşı arvad, yaxşı at.
- •
İgidə hünərinə görə ad verərlər.
- •
İgid canlı, kabab qanlı.
- •
İgid ürəyi haça olar.
- •
İgid səsinə güc verməz.
- •
İgid ölər ünü qalar, öküz ölər köpü qalar.
- •
İgid ölər, adı qalar, müxənnətin nəyi qalar?
- •
İgid oğul cavan eylər atanı.
- •
İgid odur ki, apardığını gətirsin.
- •
İgid odur, atdan düşüb atlana, igid odur, hər əzaba qatlana.
- •
İgid meydanda məlum olar.
- •
İgid ləqəbilə tanınar.
- •
İgid yüz yaşar, fürsət bir düşər.
- •
İgid yarasına igid qatlaşar.
- •
İgid yarasız ölməz.
- •
İgid ya tər altda, ya yer altda.
- •
İgid ilqarından dönməz, dəvə ovsarından.
- •
İgid döyüşdə məlum olar.
- •
İgid qovğasız olmaz.
- •
İgid basdığını kəsməz.
- •
İkiüzlü adamdan dost olmaz.
- •
İkisini də bir ilan sancıb.
- •
İkisi birə dəyməz, biri – heçə.
- •
İkinci arvad yamaqdır.
- •
İki həkimi olan xəstə sağalmaz.
- •
İki fındıq bir qozu qırar.
- •
İki nəfər desə ki, sərxoşsan, başını qoy yerə.
- •
İki nəsihətdən bir sərəncam yaxşıdır.
- •
İki güləşənin biri basılar.
- •
İki kişi danışanda, üçüncüsü sən olma.
- •
İki kəsək bir daşa əvəz olmaz.
- •
İki yana baxan çaş qalar.
- •
İki itin arasına bir sümük atmazlar.
- •
İki əl bir başı saxlamayacaq?
- •
İki əl bir baş üçündür.
- •
İki eşşəkdən bir at yaxşıdır.
- •
İki eşşək bir axurdan arpa yeməz.
- •
İki eşşəyin arpasını bölə bilmir.
- •
İki eşit, bir danış.
- •
İki əli yaxasındadır.
- •
İki evi bir eləmişik, düyünü batman yarım.
- •
İki düşün, bir danış.
- •
İki dostun arasına girməzlər.
- •
İki dovşan dalınca yüyürən heç birini tuta bilməz.
- •
İki dişi var qabaqda, çörək qoymaz tabaqda.
- •
İki dilənçi bir qapıda dilənməz.
- •
İki dəvə əlləşəndə otluq xarab olar.
- •
İki qulaq iki eşitmək üçündür, bir ağız bir demək üçün.
- •
İki qılınc bir qına sığmaz.
- •
İki qibləyə namaz olmaz.
- •
İki qapıda gəzən köpək ac qalar.
- •
İki verməsən, bir ala bilməzsən.
- •
İki bit, bir birə, kəndxudanı saldılar girə.
- •
İki başlı heyvandan yox, iki dilli insandan qorx.
- •
İki baş – dörd ayaq.
- •
İki baş bir qazanda qaynamaz.
- •
İki atlı ağam vay, birini xan bağışlayacaqdı, birini də lobya satıb alacaqdı.
- •
İki at bir ağaca bağlanmaz.
- •
İki arvadlının donu yırtıq olar.
- •
İki arvadlının ağzının dadı olmaz.
- •
İki arvadlı ev bərəkətsiz olar, süpürülməmiş qalar.
- •
İki ayağın var, ikisini də kirayə elə.
- •
İki ayaq bir başmağa yerləşməz.
- •
İki ağız bir olsa, bir ağız heç olar.
- •
İki adam danışanda üçüncüsü danışmaz.
- •
İki adam bir adama qoşundur.
- •
İynənin işini çuvalduz görməz.
- •
İynəni özünə batırar, çuvalduzu yoldaşına.
- •
İynəni axtaran dəvəni itirər.
- •
İynə hara, sap da ora.
- •
İynə üstündə oturan kimi oturub.
- •
İynə ucu qədər bir deşik bir küpü boşaldar.
- •
İynə udmuş köpəyə dönüb.
- •
İynə torbada qalmaz.
- •
İynə salsan yerə düşməz.
- •
İynə olub sancılmısan ətəyimə.
- •
İynə olub yaxama sancılma.
- •
İynə gözündən baxaram, cümlə cahanı yıxaram.
- •
İynə gətir, sap gətir, Şahqulu, yamaq gətir.
- •
İtin axmağı tula olar.
- •
İtin alası çaqqalın dayısıdır.
- •
İtin ayağın basarsan, səni qapar.
- •
İtin adını çəkdin, ağacı əlinə al.
- •
İtin ağılsızı qayqanaqdan pay umar.
- •
İtin ağzına sümük verdilər.
- •
İtimin qurd dayısı.
- •
İtib, axtaranı yoxdur.
- •
İti sahibinə tanıtdırırsan?
- •
İti öldürənə sürütdürərlər.
- •
İti məsciddən qovan kimi qovdular
- •
İti görüm, qurdu görüm, onu görməyim.
- •
İti yiyəsinə tanıtdırma.
- •
İti itmiş çobana dönüb.
- •
İti itə boğdurarlar.
- •
İti dalıma almışam – qurd qorxusundan.
- •
İti qurddan seçəndə gəl!
- •
İti quyruğundan bağlasan durmaz.
- •
İti qışqırtmasan hürməz.
- •
İti qaçan atı məhmizləməyin mənası yoxdur.
- •
İtə hürmək qalar.
- •
İtə ümid bağladıq, hürməyib evimizi yıxdı!
- •
İtə də bir çörək borcludur.
- •
İtə bax, qarpızdan pay istəyir!
- •
İtə atmağa daşı yoxdur.
- •
İtdən çox çarıq yığan olmaz, yenə ayaqları yalındır.
- •
İtdən utanmasan, sahibindən utan.
- •
İtdən olar – it köpək oğlu.
- •
İtdən küçük olar, qoyundan – quzu.
- •
İtdən qurtardıq, qurda rast gəldik.
- •
İt hürməsə də, quyruğu çömbər gərək.
- •
İt hürər, karvan geçər.
- •
İt hürdü, çərçi gəldi, elə bildim, elçi gəldi.
- •
İt hardan tapa iki əppəyi, birini başı altına qoya, birini yerə.
- •
İt ular, üstünə (sürüyə) qurd gətirər.
- •
İt ular, payını gəsər.
- •
İt sümsümməkdən əl çəkməz.
- •
İt, sümüyü sevinə-sevinə udar, tamaşadır xirtdəyinə gələndə.
- •
İt sümüyü ölçüb udar.
- •
İt pişik kimi yola gedirlər.
- •
İt pişik ilə yola getməz.
- •
İynə-iynə, ucu düymə, hoppan-huppan, yarıl- yırtıl su iç, qurtul!
- •
İynə verərsən, sap da istər.
- •
İydə varsa, cəhrədə də var, onu əyirən qarıda da var.
- •
İynə batırana çuvalduz batırarlar.
- •
İynə aləmi bəzər, özü lüt gəzər.
- •
İylənmiş suyu içməzlər.
- •
İyirmi mədaxili, iyirmi bir məxarici olanın vay halına.
- •
İylənmiş ətə milçək qonar.
- •
İyirmisində yel çəkən altmışında sızıldar.
- •
İy bilməyən tula dərisini kola verməz.
- •
İy bilir.
- •
İddiası tərlan, özü yapalaq.
- •
İblis ilə mollanın sirri birdir.
- •
İt də getdi, ip də getdi.
- •
İt dəmirçi dükanından nə aparar?
- •
İstərəm dosta varam, əlim boş, üzüm qara.
- •
İstək gözdə olar, məhəbbət ürəkdə.
- •
İstəyənin bir üzü qara, verməyənin iki üzü.
- •
İstədiyini deyən, istəmədiyini eşidər İstədi çıxa dağ başına, daş düşdü sağ başına.
- •
İstədi qaşın qayıra, vurdu gözün çıxartdı.
- •
İnsan istəsə dağı dağ üstə qoyar.
- •
İnək bir, sağan iki.
- •
İgidin vurmamazlığına bax, daşın böyüyündən yapışır İlanı Seyidəhməd əli ilə tutur.
- •
İki qoçun başı bir qazanda qaynamaz.
- •
İnsan ölər, söz qalar.
- •
İgid ölər adı qalar, müxənnətin nəyi qalar?
- •
İgid ölər, adı qalar.
- •
İgid odur atdan düşə atlana, İgid odur hər yaraya qatlana.
- •
İgid oğul düşmənə əyilməz.
- •
İgidlik ondur: biri zordur, doqquzu fənd.
- •
İgidlik döyüşdə mə'lum olar.
- •
İgid min yaşar, fürsət bir düşər.
- •
İgidin ürəyi haça olar.
- •
İgidin süfrəsi açıq olar.
- •
İgidin yaraşığı sınağdır.
- •
İgidin əli işdə gərək.
- •
İgidin başı qalda gərək.
- •
İgid ilqarından, dəvə ovsarından.
- •
İgid igidə xor baxmaz.
- •
İgid qovqasız olmaz.
- •
İgid ağzını açmaz, əlini açar.
- •
İgid arxasında igid gizlənər.
- •
İşini möhkəm tut, qonşunu oğru tutma.
- •
İçdin üzüm suyunu, Tökdün üzün suyunu.
- •
İtdən çox çarıq aparan olmaz, yenə ayağı yalındır.
- •
İsti aşa soyuq su qatma.
- •
İnsan olmayan insan qədrin nə bilər!
- •
İnsan zülmə tabedir.
- •
İlqarı olmayanın imanı da olmaz.
- •
İki canbaz bir ipdə oynamaz.
- •
İgidin igiddən nəyi artıqdır? - Ehtiyatı.
- •
İş, işi çəkər.
(Alman atalar sözləri)
- •
İşləmək çörək, tənbəllik qıtlıq gətirər.
(Alman atalar sözləri)
- •
İnsan başqaları ilə az, özü ilə çox danışmalıdır.
(Danimarka atalar sözləri)
- •
İlan qovalasa yola, dəvə qovalasa yoxuşa qaç.
(Özbək atalar sözləri)
- •
İt qadından ağıllıdır: sahibinə hürməz
(Rus Atalar Sözləri)
- •
İnsan zəhərli ağac əkdiyini o zaman bilir ki, onun meyvəsini özünə yedirirlər.
(Qırğız atalar sözləri)
- •
İki yaxşı adam düşmən, iki pis adam dost ola bilməz.
(Qırğız atalar sözləri)
- •
İnsan öz taleyinin ardınca gedir.
(Şumer atalar sözləri)
- •
İnsanlar yaşadıqca qocaldıqlarını sanarlar, halbuki yaşamadıqca qocalarlar.
(Şotlandiya atalar sözləri)