- •
Varlı bacı yaxında, yoxsul bacı uzaqda olmasın.
- •
Varlı olan bir ayda, yoxsul qalır on ayda.
- •
Varlı umduğun yiyər, yoxsul olduğun.
- •
Varlığın sonu ilə, yoxluğun önü birdir.
- •
Varlının əlin pıçaq kəsəndə, yoxsul köynəyin kəsər.
- •
Varlının torpağından çay keçər, yoxsulunkundan yol.
- •
Vətən daşı olmayandan, olmaz vətəndaşı.
- •
Vətən elin evidi.
- •
Vətənin tüstüsüdə şirindi.
- •
Varlılın eşəyyinədə, ağıllı diyərlər.
- •
Varlının iti yatmaz.
- •
Varlıya saxsı gərəksə, yoxsul kasasın qırar.
- •
Verdiyin bir yumurta, onuda yırta yırta.
- •
Verən əli kimsə, kəsməz.
- •
Verən gərək olaki alan da ala!.
- •
Verirəm diyə quluna, çıxarıb qoyar yoluna.
- •
Verirsən doyur, vurursan duyur.
- •
Verməzin aşı qazandan çıxmaz.
- •
Vaxt qızıldan bahadır.
- •
Vaxt gözləmir (yubanmaq olmaz).
- •
Vaxt insanı hər dərddən sağaldır.
- •
Vaxtın qiyməti yoxdur.
- •
Varlı olmaqdansa, xoşbəxt olmaq yaxşıdır.
- •
Varlığa nə darlığ?!
- •
Varlının da kasıba işi düşər.
- •
Vərdiş - ikinci xasiyyətdir.
- •
Vurağan inək buynuzsuz qalır.
- •
Vurağan qoçun qaşqaşı həmişə qanlı-xoralı olur.
- •
Vurağan öküzə Allah buynuz verməz.
- •
Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır.
- •
Vardır pulun – hamı qulun, yoxdur pulun açıqdır yolun.
- •
Vardır pulun, yetən qulun.
Yoxdur pulun, dardır yolun.
- •
Vətəni yadına düşən qərib ağlamasın, neyləsin?
- •
Varlılığa tələsən, yoxsulluğa tez düşər.
- •
Varı olan taxar,
Varı olmayan baxar.
- •
Verən ərin əli açıq, görən ərin yolu açıq.
- •
Vaxtı itirsən hədər, görərsən böyük zərər.
- •
Vaxtı boş olanın sözü çox olar.
- •
Vaxtdan gileylənmə, vaxtın gedər.
- •
Vaxt insana hər şeyi öyrədər.
- •
Vaxt ikən oxu, aşıq, el gələr, tünlük olar.
- •
Vaxt qızıldır, bir dəqiqəsini də boş qoymaq olmaz.
- •
Vaxt qənimətdir.
- •
Vaxt vaxtı gözləyər.
- •
Vaxt atlı, biz piyada.
- •
Varını verənin kisəsi boş qalar.
- •
Varsa əgər hünərin, hara getsən var yerin.
- •
Varlının çörəyi kasıbın çənəsini yorar.
- •
Varlının xoruzu da yumurtlayar.
- •
Varlının torpağından çay keçər, kasıbınkından yol.
- •
Varlının malı, kasıbın övladı.
- •
Varlının könlü oluncaya qədər kasıbın canı çıxar.
- •
Varlının iti harın olar.
- •
Varlının əlini bıçaq kəsəndə yoxsul köynəyini parçalar.
- •
Varlının eşşəyi də yeyin gedər.
- •
Varlının varı gedər, muzdurun canı.
- •
Varlının arvadı öləndə yorğan döşəyi təzələnər,
kasıbın arvadı öləndə yorğan-döşəksiz qalar.
- •
Varlıya toxun keç, yoxsuldan qorun, keç.
- •
Varlığın sonu ilə yoxluğun sonu birdir.
- •
Varlığa güvənməzlər.
- •
Varlı umduğunu yeyər, kasıb – olduğunu.
- •
Varlı olub qəm-qüssə ilə yaşamaqdansa,
kasıb olub şad-xürrəm yaşamaq yaxşıdır.
- •
Varlı kisəsini döyər, kasıb dizini.
- •
Varlı yoxsullaşanda əlli il dəstgahını pozmaz.
- •
Varlı varından pay versə, varsız da varlı olar.
- •
Varlı arabasını dağdan aşırar,
yoxsul düz yerdə yolunu çaşar.
- •
Varını itirən az şey itirər, namusunu itirən çox şey.
- •
Varını verən utanmaz.
- •
Vardan-yoxdan çıxıb.
- •
Vara var deyərlər, yoxa yox.
- •
Var günün dostu çox olar.
- •
Var evi – kərəm evi, yox evi – vərəm evi.
- •
Var var üstündən gələr.
- •
Var axar, yox baxar.
- •
Var adama oyun öyrədər.
- •
Vay ölənin halına.
- •
Vay ondadır ki, varlı evinə yoxsul girə.
- •
Vay o sürüsünün halına ki, canavardan çobanın təyin edələr.
- •
Vay o gündən ki, çörəkçi çəkmə tikə, çəkməçi çörək yapa.
- •
Vay o gündən ki, varlı adam yoxsulun əlinə düşsün.
- •
Vay o gündən ki, adamın öz iti özünü qapa.
- •
Vay o kişinin halına ki, yeməyə, içməyə, saxlaya arvadının sonraki ərinə.
- •
Vay bu başdan, vay o başdan.
- •
verib min köşək.
- •
Vuruşun kor vuruşuna oxşamır.
- •
Vurur daşa, çıxır başa.
- •
Vuraram ölər, "kiş" deyərəm, getməz.
- •
Vuran öküzə Allah buynuz verməz.
- •
Vuran igid dayısına baxmaz.
- •
Vuran elin dirəyidir.
- •
Vuran əlin var olsun!
- •
Vura bilməyən, daşın böyüyündən yapışar.
- •
Vur deyənlə vuran şərikdir.
- •
Vur dedim, öldür demədim ki?
- •
Vur babam, dövran sənindir.
- •
Vücudu bir qəpiyə dəyməz.
- •
Vücudu dönüb kimyaya.
- •
Vicdanla işləyən gözükölgəli olmaz.
- •
Vicdan bazarda satılmaz.
- •
Vətənə məhəbbət iman əsəridir.
- •
Vətən mülkü doğmadır, özgə diyar – ögey.
- •
Vətən elin evidir.
- •
Vətən viranə də olsa, cənnətdir.
- •
Vəsmə bol olanda qaşa da çəkərlər, gözə də.
- •
Vəsiyyət yüngüllükdür.
- •
Vələ gedən öküzün olsun, işə getməyən oğlun olmasın.
- •
Vəzndə yüngül, qiymətdə ağır.
- •
Vəzifə daimi deyil.
- •
Vəziri qarğa olanın ağzı zibillikdə olar.
- •
Vədəsi bitmiş nökərin əcəli yetən ağası gərək.
- •
Vədə xilaf olma.
- •
Verməz doqquzu, yeyər toppuzu, verər otuzu.
- •
Vermədi Məbud, neyləsin Mahmud?
- •
Vermə nisyə, girməz kisəyə.
- •
Verirlər – al , döyürlər – qaç.
- •
Verim əli hamı əldən ucadır.
- •
Verim vara baxmaz.
- •
Verilən aşı yeyərlər.
- •
Verib yaman olunca, verməyib yaman ol.
- •
Verərsən pendir, eylərəm kəndir, verərsən aş, eylərəm baş.
- •
Verərsən ətdən-mətdən, işlərəm bərkdən- bərkdən, verərsən şordan-mordan, işlərəm ordan-burdan.
- •
Verərsən adındır, yeyərsən dadındır – dala qoyulanı it yeyər.
- •
Verəndə yaxşısan, verməyəndə pis.
- •
Verəndə elə verər, alanda belə alar.
- •
Verəndə imam olur, alanda Şümür.
- •
Verən əli hər kəs öpər.
- •
Verən əli də var, vuran əli də.
- •
Verən əl ac qalmaz.
- •
Verən əl alan əlin üstündə olar.
- •
Verdin – doydur, vurdun – yıx.
- •
Verdiyin sənindir, vermədiyin özgənin.
- •
Verdiyin iki şahı, zərbaf çıxmayacaq ki!
- •
Verdiyin əl ilə al!
- •
Verdiyi anda bax, gördüyü işə.
- •
Verdiyi abbasıya bax, etdiyi tələbə.
- •
Ver abbasını, ye halvasını.
- •
Vaxtsız qonaq öz kisəsindən yeyər.
- •
Vaxtsız banlayan xoruzun başını kəsərlər.
- •
Vaxtsız açılan gül tez solar.
- •
Vaxtını itirən bəxtini itirər.
- •
Vaxtında görülməmiş iş həmişə görülməmiş qalar.
- •
Vaxtında atılan tüfəngin səsi vaxtsız atılan topun səsindən üstündür.
- •
Vətən həsrəti çəkdim, gözlərimə qan gəldi.
- •
Vətənə gəldim, imana gəldim.
- •
Vətəndən ayrı ayrı düşsəm, viran ollam, talannam.
- •
Vur deyənlə, vuran yarıdır.
- •
Vur qırxı, gedər qorxu.
- •
Vuraram ölər, kiş deyərəm getməz.
- •
Vuran igid dayısına gəyişməz.
- •
Vura bilməyən, daşın böyüyünü götürər.
- •
Və'z oxumaq asan işdir, əməl eləyən gərək.
- •
Vəfalı dost yad olmaz, görməsə yüz il səni.
- •
Vicdan ləkəsi silinməz
- •
Vətən elin evi, dayağıdır.
- •
Vaxtın qiyməti puldan bahadır.
- •
Varlığa tələsən, yoxsulluğa tez düşər.
- •
Varlı olub qəm-qüssə ilə yaşamaqdansa, kasıb olub şad-xürrəm yaşamaq yaxşıdır.
- •
Vəl gərək gözəl döyə, gözəldən buğda çıxa.
- •
Verərsən ətdən-mətdən, işlərəm bərkdən-bərkdən, verərsən şordan-mordan, işlərəm ordan-burdan.
- •
Varlının arvadı öləndə yorğan döşəyi təzələnər, kasıbın arvadı öləndə yorğan-döşəksiz qalar.
- •
Vardan - yoxdan çıxıb.
- •
Varı olan taxar, varı olmayan baxar.
- •
Varlı arabasını dağdan aşırar, yoxsul düz yerdə yolunu çaşar.
- •
Vətənin adını batırmaq – onu satmaq deməkdir.
- •
Vaxtını itirən baxtını itirər.
- •
Vaxtında görülməyən iş həmişə yarımçıq qalar.
- •
Varlıq istərsən əgər, dünyada yoxluğu qoyma,
Bütün olmağa həvəs etmə, sınıxlığı qoyma
- •
Varlılar, su içir, bilginlər buz yalır.
- •
Varlının min əsgiyi var, yoxsulun bir toxluğu var.
- •
Vədlər məmləkətində insan aclıqdan ölər.
(Danimarka atalar sözləri)
- •
Var-dövlət tükənər, elm tükənməz.
(Özbək atalar sözləri)