İstifadəçi_müzakirəsi:ДолбоЯщер - Haqqında Məlumat

İstifadəçi_müzakirəsi:ДолбоЯщер - Haqqında Məlumat


Mp3 haqqında Məlumat
Mp3 mahnı haqqında ətraflı məlumat əldə edə bilərsiniz
İstifadəçi_müzakirəsi:ДолбоЯщер
   Vikipediya Xoş gəldiniz, ДолбоЯщер!
Tez-tez soruşulan suallar Salam, ДолбоЯщер. Tamamilə könüllü istifadəçilərin səyləri ilə yaradılan Vikipediya azad ensiklopediyasının Azərbaycan dilindəki versiyasına xoş gəlmisiniz!

Sınaq məqsədi ilə redaktə etmək üçün qaralama dəftərinizi istifadə edin.

Vikipediya beş əsas prinsip üzərinə qurulmuşdur. Fəaliyyətə başlamazdan əvvəl onları oxumanızda fayda var. Mövcud məqalələri redaktə etməyə və ya yeni məqalə yaratmağa tərəddüd etməyin, cəsur olun.

Siz də Vikipediyada fəaliyyətə başlamaq istəyirsinizsə, edəcəyiniz tək şey yuxarıdakı Redaktə və ya Mənbəni redaktə et düymələrindən birinə basmaqdır. Əlavə etdiyiniz məlumatların stil kitabçasına uyğun olmasına diqqət edin. Redaktənizin vandalizmdən uzaq olmasına və müəllif hüquqları pozuntusu olmamasına diqqət etməlisiniz!

imzanı belə atmaq olar

Məqalələrdə və bunlara köməkçi səhifələrdə (kateqoriyalar, şablonlar və s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual-cavab və s. formada olan yazılarınızın sonuna ~~~~ (4 tilda) işarəsini əlavə edərək və ya alətlər lövhəsindəki müvafiq düyməni (şəkildə) basaraq imzanızı atmağı unutmayın.

Əgər hansısa bir məqalə üzərində işləmək istəyirsinizsə, ancaq digər istifadəçilərin müdaxilə etməsini istəmirsinizsə, həmin məqaləyə {{iş gedir}} şablonunu yerləşdirə bilərsiniz.

İstifadəçi səhifənizə istifadəçi qutuları yerləşdirməklə digər istifadəçilərin sizin haqqınızda daha çox məlumat ala bilmələrini təmin edərsiniz.

Müəllif hüquqları ilə müdafiə olunan heç bir məlumatı bura əlavə etməməlisiniz! Yüklədiyiniz şəkilləri sizə aid olan qalereyada görə bilərsiniz.

Suallarınızı Kənd meydanında və ya Facebook/Telegram/Discord qruplarında verə bilərsiniz. Bundan əlavə, müzakirə səhifənizə {{kömək edin}} şablonunu yerləşdirib şablonun sonuna sualınızı qeyd edə bilərsiniz. Təcrübəli istifadəçilər sizə kömək etməkdən məmnun olacaqdır.

Hello and welcome to the Azerbaijani Wikipedia! We appreciate your contributions. If your Azerbaijani skills are not good enough, that’s no problem. We have an embassy where you can inquire for further information in your native language. We hope you enjoy your time here!
Məqalə adları
Redaktə qaydaları
Vikipediya qaydaları
Beş əsas prinsip
Stil kitabçası
Fayl yüklə
Müəlliflik hüquqları
Yeni məqalə yarat

--Baskervill (müzakirə) 04:55, 6 yanvar 2020 (UTC)Cavabla

Blok redaktə

@Wertuose, istifadəçini bloklayarkən qeyd etdiyiniz "Qadağan olunmuş istifadəçi adına görə: İstifadəçi adında qeyri-normativ leksikadan istifadə edildiyinə görə" bu harada yazılıb? "Kiril qrafikasından istifadə etmək olmaz" kimi bir qayda yoxdur. Zəhmət olmasa, bunu oxuyun, nə yazılıb. Gadir (müzakirə) 04:02, 4 iyul 2023 (UTC)Cavabla

İstifadəçinin adı rus dilində söyüş kimi işlənir. Niyə özünüzü hər məsələyə müdaxilə etmək məcbiriyyətində hiss edirsiniz? Bildiniz, bilmədiniz hər şeyə fikir bildirirsiz. Bu hərəkətləriniz Vikipediyanın normal fəaliyyətini pozan fəaliyyətlərdir. Sizə sonuncu dəfə xəbərdarlıq edirəm. İnzibatçıların, yaxud istifadəçilərin sizə aidiyyəti olmayan redaktələrinə, müzakirələrə, yaxud şəxsi səhifələrə növbəti belə əsassız müdaxiləniz bloklanma ilə nəticələnə bilər.--Wertuose (müzakirə) 05:27, 4 iyul 2023 (UTC)Cavabla
@Wertuose "İnzibatçıların, yaxud istifadəçilərin sizə aidiyyəti olmayan redaktələrinə, müzakirələrə, yaxud şəxsi səhifələrə növbəti belə əsassız müdaxiləniz bloklanma ilə nəticələnə bilər." bu necə ifadədir? Sizə aidiyyəti deyəndəki, burada hamımız vikipediya üçün çalışırıq əlbəttə ki, digər istifadəçini bloklayanda buna öz fikrmizi, münasibətimizi bildirə bilərik." İnzibatçıların, yaxud istifadəçilərin sizə aidiyyəti olmayan redaktələrinə" ifadəsini işlətmisiz onda vandallıqda olanda qarşısını almayaq qoy elə qalsın səhifələrdə, məqalələrdə bizə aidiyyəti yoxdur axı həmin redaktənin. — Wealszy (müzakirə) 05:40, 4 iyul 2023 (UTC)Cavabla
Mən rus dilində yaxşı bilmirəm. Yaxşı, bəs blok səbəbində niyə kiril qrafikasından istifadəni səbəb kimi göstərmisiniz? Elə bilməyin ki, sizin fəaliyyətinizi izləyirəm. Buna nə marağım var, nə də ki, vaxtım. Mən son dəyişiklikləri izləyirəm və sizin istifadəçini blokladığınızı oradan gördüm. Mənə hansısa mövzuda fikir bildirməməyim üçün qadağa qoya bilməzsiniz. Hansısa mövzuda fikir bildirir deyə heç kim bloklana bilməz. Belə bir qayda yoxdur heç yerdə. Açıq ensiklopediyadır və mən də istədiyim, maraqlandığım, bildiyim mövzular barədə fikirlərimi bildirirəm. İstifadəçinin yararlı redaktələri var, amma siz durub onu kiril qrafikasından istifadəyə görə bloklayırsınız. Özümü hər məsələyə müdaxilə etmək məcburiyyətində də hiss etmirəm. Qeyd etdiyiniz son cümlə, sizin bu edəcəyiniz inzibatçı alətlərindən müzakirədə üstünlük qazanmaq üçün sui-istifadədir. İstifadəçi ilə bağlı ətraflı fikirlərimi KM-da qeyd etmişəm. Gadir (müzakirə) 05:46, 4 iyul 2023 (UTC)Cavabla
Əlavə olaraq, axtarış etmişdim və istifadə etdiyi ad ilə bağlı problemli bir şeyə rast gəlməmişdim. Həmçinin RuVikidə bu adla fəaliyyət göstərə bilir, burada niyə bloklanmalıdır, bunu mənə məntiqli şəkildə açıqlaya bilərsiz, zəhmət olmasa? Gadir (müzakirə) 05:51, 4 iyul 2023 (UTC)Cavabla
Bu arada, istifadəçi bir neçə vikidə də fəaliyyət göstərir, AzVikidən başqa heç bir vikidə bloklanmayıb. Vikidata və rus dilli vikipediyada aktiv istifadəçidir. — Wealszy (müzakirə) 05:57, 4 iyul 2023 (UTC)Cavabla