İstifadəçi:Elonizm/Türkiyə Haqqinda Melumat - Vikipedia

İstifadəçi:Elonizm/Türkiyə Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İstifadəçi:Elonizm/Türkiyə

Türkiyə (türk. Türkiye), rəsmi adı ilə Türkiyə Respublikası (türk. Türkiye Cumhuriyeti) — böyük hissəsi Ön Asiyada, Anadolu yarımadasında, kiçik hissəsi isə Cənub-şərqi Avropada, Balkan yarımadasında yerləşən qitələrarası ölkə. Şimalda Qara dəniz, şimal-şərqdə Gürcüstan, şərqdə Azərbaycan, Ermənistanİran, cənub-şərqdə İraq, cənubda SuriyaAralıq dənizi, qərbdə Egey dənizi və şimal-qərbdə YunanıstanBolqarıstan ilə həmsərhəddir. Kipr ölkənin cənub sahilində yerləşir. Ölkə vətəndaşlarının əksəriyyəti etnik türklərdir, kürdlər isə ölkədəki ən böyük etnik azlıqdır.[1] Ankara Türkiyənin paytaxtı və ikinci ən böyük şəhəridir. İstanbul ölkənin ən böyük şəhəri və əsas maliyyə mərkəzidir.

Dünyanın ən qədim daimi məskunlaşma bölgələrindən biri olan indiki Türkiyə ərazisi Göbəklitəpə kimi mühüm Neolit dövrünə aid yaşayış yerlərinə ev sahibliyi edir və bu ərazilərdə hattlar, hetlər, Anadolu xalqları, yunanlar, assurlar, farslar və başqaları da daxil olmaqla qədim sivilizasiyalar yaşamışdır.[2][3][4][5]

Ellinizm dövrünü başladan Makedoniyalı İsgəndərin fəthlərindən sonra qədim Anadolu bölgələrinin əksəriyyəti mədəni cəhətdən ellinləşdirilmiş və bu Bizans dövründə də davam etmişdir.[3][6] Səlcuqlu türklərinin XI əsrdə Anadoluya köç etməyə başlaması türkləşdirmə prosesini başlatdı. Rum Səlcuq sultanlığı 1243-cü ildə monqol istilasına qədər Anadoluda hökmranlıq etdi və o, kiçik türk bəyliklərinə parçalandı.[7] XIII əsrin sonlarından başlayaraq Osmanlılar bəylikləri birləşdirərək Balkanları fəth etdi, Osmanlı dövründə isə Anadolunun türkləşdirilməsi daha da irəlilədi. Fateh Sultan Mehmed 1453-cü ildə Konstantinopolu (indiki İstanbul) fəth etdikdən sonra Osmanlı genişlənməsi I Səlimin dövründə davam etdi. Sultan Süleyman Qanuninin dövründə Osmanlı imperiyası qlobal gücə çevrildi.[2][8][9]

XVIII əsrin sonundan etibarən imperiyanın gücü ərazilərin tədricən itirilməsi ilə azaldı.[10] II Mahmud XIX əsrin əvvəllərində modernləşmə dövrünə başladı.[11] 1908-ci ildə Gənc türklər inqilabı sultanın səlahiyyətlərini məhdudlaşdırdı və 30 illik fəaliyyətini dayandırdıqdan sonra Osmanlı Parlamentini (Məclisi Ümumi) bərpa edərək imperiyanı çoxpartiyalılıq dövrünə keçirdi.[12][13] Gənc türklər üçlüyü 1913-cü il çevrilişi ilə nəzarəti ələ keçirdi və Osmanlı imperiyası 1914-cü ildə İttifaq dövlətlərindən biri olaraq Birinci Dünya müharibəsinə girdi. Müharibədə məğlub olduqdan sonra Osmanlı imperiyası bölündü.[14]

İşğalçı Antanta dövlətlərinə qarşı Türkiyənin İstiqlaliyyət müharibəsi 1 noyabr 1922-ci ildə sultanlığın ləğvi, 24 iyul 1923-cü ildə Lozanna müqaviləsinin (Sevr müqaviləsini əvəz edən) imzalanması və 29 oktyabr 1923-cü ildə respublikanın elan edilməsi ilə nəticələndi. Ölkənin ilk prezidenti Mustafa Kamal Atatürkün təşəbbüsü ilə həyata keçirilən islahatlarla Türkiyə sekulyar, unitarparlamentli respublikaya çevrildi. Türkiyə İkinci Dünya müharibəsinin böyük hissəsində bitərəf qaldı, lakin müharibənin son mərhələsində Müttəfiqlərin tərəfində müharibəyə qatıldı.

Türkiyə Koreya müharibəsində mühüm rol oynadı və 1952-ci ildə NATO-ya üzv oldu. Soyuq müharibə illərində ölkə 1960-cı il1980-ci illərdə iki dəfə hərbi çevriliş, 1970-ci illərdə isə iqtisadi və siyasi təlatümlər dövrü yaşadı. 1980-ci illərdə iqtisadiyyat liberallaşdırıldı və bu, daha güclü iqtisadi artıma və siyasi sabitliyə gətirib çıxardı. 2002-ci ildən bəri ölkənin siyasi sistemində Ədalət və İnkişaf Partiyası və onun lideri Rəcəb Tayyib Ərdoğan dominantlıq edir, onun hakimiyyəti dövründə 2013-cü ilə qədər nominal ÜDM-də onillik sürətli artım baş verdi, bunun ardınca 2013-2020-ci illər arasında ABŞ dollarına əsaslanan nominal ÜDM baxımından resessiyastaqnasiya dövrü və 2023-cü ildən yüksək inflyasiya baş verdi.[15][16][17]

Türkiyə geosiyasi baxımdan mühüm strateji mövqeyə malik regional gücdür.[18][19] İƏİTG20-nin qurucu üzvü olan Türkiyənin iqtisadiyyatı E7, EAGLENIC-lər arasında təsnif edilir və hazırda nominal ÜDM-ə görə dünyada 19-cu, AQP üzrə isə 11-ci yerdədir. Türkiyə BMT, BVFDünya Bankının nizamnamə üzvüdür; ATƏT, İƏT, QDİƏT, İƏT, MİKTA, TÜRKSOYTDT-in qurucu üzvü və NATO-nun erkən üzvüdür. Türkiyə 1950-ci ildə Avropa Şurasının ilk üzvlərindən biri olduqdan sonra 1963-cü ildə AİB-in assosiativ üzvü oldu, 1995-ci ildə Aİ Gömrük İttifaqına qoşuldu və 2005-ci ildə Avropa İttifaqı ilə üzvlük danışıqlarına başladı. Türkiyənin çoxəsrlik tarixi və bir neçə minilliklər ərzində ərazisində məskunlaşan müxtəlif xalqların təsiri ilə formalaşmış zəngin mədəni irsi var; 19 UNESCO-nun Ümumdünya İrsi obyektinə ev sahibliyi edir və dünyada ən çox ziyarət edilən dördüncü ölkədir.

Etimologiya redaktə

Xarici dillərdə rəsmi adının dəyişdirilməsi redaktə

Tarix redaktə

Anadolu və Şərqi Frakiya ibtidai dövrdə redaktə

Qədim dövr redaktə

Erkən xristianlıq və Roma dövrü redaktə

Bizans dövrü redaktə

Böyük Səlcuq imperiyası redaktə

Osmanlı imperiyası redaktə

Türkiyə Respublikası redaktə

Coğrafiya redaktə

Biomüxtəliflik redaktə

İqlim redaktə

İnzibati quruluş redaktə

Hökumət və siyasət redaktə

Partiyalar və seçkilər redaktə

Hüquq redaktə

Xarici münasibətlər redaktə

Ordu redaktə

İnsan hüquqları redaktə

LGBT hüquqları redaktə

İqtisadiyyat redaktə

Turizm redaktə

İnfrastruktur redaktə

Elm və texnologiya redaktə

Demoqrafika redaktə

İmmiqrasiya redaktə

Dil redaktə

Din redaktə

Təhsil redaktə

Səhiyyə redaktə

Mədəniyyət redaktə

Təsviri sənət redaktə

Ədəbiyyat və teatr redaktə

Musiqi və rəqs redaktə

Memarlıq redaktə

Mətbəx redaktə

Media və kino redaktə

İdman redaktə

İstinadlar redaktə

  1. Sitat səhvi: Yanlış <ref> teqi; cia adlı istinad üçün mətn göstərilməyib
  2. 1 2 Howard, Douglas Arthur. The History of Turkey. Greenwood Publishing Group. 2001. səh. 43. ISBN 978-0-313-30708-9.
  3. 1 2 Sharon R. Steadman; Gregory McMahon. The Oxford Handbook of Ancient Anatolia: (10,000–323 BC). Oxford University Press. 2011. 3–11, 37. ISBN 978-0-19-537614-2. İstifadə tarixi: 23 March 2013.
  4. Casson, Lionel. "The Thracians" (PDF). The Metropolitan Museum of Art Bulletin. 35 (1). 1977: 2–6. doi:10.2307/3258667. JSTOR 3258667. 3 May 2019 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 3 April 2013.
  5. Edwards, Iorwerth Eiddon Stephen. The Cambridge Ancient History (ingilis). Cambridge University Press. 1977. 184, 787. ISBN 978-0-521-08691-2.
  6. David Noel Freedman; Allen C. Myers; Astrid Biles Beck. Eerdmans Dictionary of the Bible. Wm. B. Eerdmans Publishing. 2000. səh. 61. ISBN 978-0-8028-2400-4. İstifadə tarixi: 24 March 2013.
  7. Mehmet Fuat Köprülü&Gary Leiser. The origins of the Ottoman Empire. səh. 33.
  8. Masters, Bruce. The Arabs of the Ottoman Empire, 1516–1918: A Social and Cultural History (ingilis). Cambridge University Press. 2013. ISBN 978-1-107-03363-4.
  9. Somel, Selcuk Aksin. The A to Z of the Ottoman Empire (ingilis). Scarecrow Press. 2010. ISBN 978-1-4617-3176-4.
  10. Marushiakova, Elena; Popov, Veselin Zakhariev; Popov, Veselin; Descartes), Centre de recherches tsiganes (Université René. Gypsies in the Ottoman Empire: A Contribution to the History of the Balkans (ingilis). Univ of Hertfordshire Press. 2001. ISBN 978-1-902806-02-0.
  11. Roderic. H. Davison, Essays in Ottoman and Turkish History, 1774–1923 – The Impact of West, Texas 1990, pp. 115–116.
  12. Zürcher, Erik Jan. Turkey: A Modern History. London: I. B. Tauris. 2004. 93–95.
  13. Shaw and Shaw, Stanford J. and Ezel Kural. History of The Ottoman Empire and Modern Turkey Vol. II. Cambridge: Cambridge University Press. 1977. 274–279, 282–287.
  14. Roderic H. Davison; Review "From Paris to Sèvres: The Partition of the Ottoman Empire at the Peace Conference of 1919–1920" by Paul C. Helmreich in Slavic Review, Vol. 34, No. 1 (March 1975), pp. 186–187
  15. "Turkey GDP – Gross Domestic Product – 2013". countryeconomy.com. İstifadə tarixi: 6 May 2022.
  16. "Turkey: Nominal GDP and Nominal GDP per capita, 2002–2023". imf.org. IMF World Economic Outlook Database, April 2023. İstifadə tarixi: 13 April 2023.
  17. "Annual inflation in Turkey reaches record 25-year high of 85.5%". euronews.com. Euronews. 3 November 2022.
  18. "From Rep. of Turkey Ministry of Foreign Affairs". Republic of Turkey Ministry of Foreign Affairs.
  19. "The Political Economy of Regional Power: Turkey" (PDF). giga-hamburg.de. 10 February 2014 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 18 February 2015.

Əlavə oxu redaktə

Xarici keçidlər redaktə


Saytda 124 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024