İstifadəçi müzakirəsi:Moses/Arxiv 1 Haqqinda Melumat - Vikipedia

İstifadəçi müzakirəsi:Moses/Arxiv 1 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İstifadəçi müzakirəsi:Moses/Arxiv 1

Dil keçidi

Salam. Dil keçidi ilə bağlı problem yaşadığınızı gördüm. Bunu üçün ilk növbədə azvikidə yaratdığınız səhifədə, soldakı paneldə bu hissəyə klikləyirsiniz. Daha sonra açılan panelde dil yerinə məqalə daha hansı dildədirsə (türk üçün trwiki, ingilis üçün enwiki, rus üçün ruwiki və s.), səhifə yerinə isə məqalənin həmin dil bölməsindəki adını qeyd edir, daha sonra isə "səhifəyə keçid ver" > "təsdiq et" > "dialoqu bağla və səhifəni yenilə" üzrə irəliləyirsiniz. Və bununla da dil keçidi verirsiniz. Bunu sadəcə azvikidəki məqaləyə etməniz yetərlidir. Problem yaranarsa müzakirə səhifəmə qeyd edə və ya öz səhifənizdə {{kömək edin}} şablonunu yerləşdirib sualınızı altına yaza bilərsiniz. Fəaliyyətinizdə uğurlar! — Surə 🗯 10:09, 15 mart 2021 (UTC)

Çox sağolun bu haqda məni məlumatlandırdınız. Lakin mən bunu telefonda nə Wikipedia proqramında edə bildim nədə öz saytında. Deyəsən ancaq komputerlərdə olur belə bir şey. Moses (müzakirə) 15:27, 16 mart 2021 (UTC)

Salam, bəli, bunu mobil versiyada etmək olmur. Bunun üçün siz telefonda masaüstü versiyadan (kompüter versiyası) istifadə etməlisiniz. Çox sadədir: Vikipediyada istənilən səhifəyə daxil olub ən aşağıya düşürsünüz, aşağıda belə bir panel var. Orda iş masasına kliklədikdən sonra Vikipediya kompüterdəki kimi görünəcək. Bunun digər bir üsulu da var. Bu üsuldan istifadə etməklə siz google-da istənilən saytı kompüter görüntüsündə istifadə edə bilərsiniz. Bunun üçün siz sayta daxil olub yuxarı sağ küncdəki üç nöqtəyə basaraq açdığınız paneldən masaüstü yazısına klikləməlisiniz. Vikipediyaya telefonla daxil olduqda kompüter versiyasından istifadə edirəm, çünki daha rahatdır. — Surə 🗯 19:09, 17 mart 2021 (UTC)

Çox sağolunki dil keçidini necə etməyi öyrətdiniz. Yeni istifadəçi olduğumdan bəzi şeyləri hələki bilmirəm. Qaydaları yavaş-yavaş oxuyuram və sizlərdən məlumatlar alaraq öyrənirəm. Minnətdaram Moses (müzakirə) 19:13, 17 mart 2021 (UTC)

Maşın tərcüməsi, mənbə azlığı və stil kitabçası pozuntusu

Hər vaxtınız xeyir, Moses.

Tərtib etdiyiniz məqalələrdə zəhmət olmazsa maşın tərcüməsinə yol verməyin. Həmçinin nəzərdə saxlayın ki, göstərilən məlumatlar etibarlı mənbəyə söykənməli və VP:SK tələblərinə uyğun yazılmalıdır. Gələcək fəaliyyətinizdə nəzərə almağınızı xahiş edirəm. Uğurlar! — Burocan (müzakirə) 15:36, 15 mart 2021 (UTC)

Vandalizmə qarşı

Salam. İlk növbədə vandalizmə qarşı apardığınız mübarizəyə görə təşəkkür edirəm. Bir çox istifadəçinin istifadəçi səhifəsində bu tipli bölmə açdığınızı gördüm. Bu kimi hallarda İstifadəçinin səhifəsinə "Xəbərdarlıq" başlığı altında {{Xəbərdarlıq}} şablonun yerləşdirmək və şablonun fərq parametrinə istifadəçinin etdiyi vandalizmin keçidini yerləşdirmək kifayətdir. Əgər istifadəçi xəbərdarlığa rəğmən davam edərsə onda bu haqda Vikipediya:İdarəçilərə müraciət səhifəsində qeyd edib istifadəçinin bloklanmasını xahiş edə bilərsiniz. Fəaliyyətinizdə uğurlar! — Surə 🗯 07:37, 17 mart 2021 (UTC)

Maşın tərcüməsi

Hər vaxtınız xeyir. Təəssüflə bildirməliyəm ki, fəaliyyətinizdə hələ də, maşın tərcüməsindən istifadəyə və əhəmiyyətli ölçüdə stil kitabçası pozuntularına yol verirsiniz. Xahiş edirəm məqalə tərtibatı zamanı qeyd etdiyim məqamları nəzərdə saxlayın. Bu barədə texniki sualınız olarsa, müzakirə səhifəmə müraciət edə bilərsiniz — Burocan (müzakirə) 00:25, 21 mart 2021 (UTC)

Yeni məqalə

Salam. İlk növbədə aktiv fəaliyyətiniz üçün təşəkkür edirəm. Qeyd etmək istədim ki, yaratdığınız Zəfər Meydanı (Minsk) məqaləsində bəzi düzəlişlər etdim. Belə ki məqalə yaradarkən çalışın ki, məqalədə həmin anlayışa uyğun infoqutudan istifadə edəsiniz. Məsələn mən məqaləyə {{görməli yer2}} şabonunu əlavə etdim. Məsələn siz hər hansı muzey üçün {{muzey}}, göl üçün {{göl}}, bina üçün {{tikili}}, qoruq üçün {{qoruq}} (bunlar ağlıma gəldi) istifadə edə bilərsiniz. Şablon əlavə et bölməsinə adı yazaraq həmin şablonun olub olmadığını yoxlaya bilərsiniz. Şablonun bölmələri çox vaxt özü avtomatik dolur, amma siz də əlavələr edə bilərsiniz. Plus, vizuallığa diqqət etməlisiniz (dəyişikliyimə baxa bilərsiniz). Və ən əsası kateqoriya əlavə edin. Bütün bunları qeyd etdim, çünki siz məqalələri VikiBahar 2021 üçün hazırlayırsınız və əgər bütün bunlara riayyət olunmasa məqalələr qəbul olunmaya bilər. Əgər hər hansı çətinlik yaşasanız müzakirə səhifəmə yaza bilərsiniz. — Surə 🗯 21:45, 24 mart 2021 (UTC)

Bəzi tövsiyələr

Salam. Türk dilindəki "müharebe" sözü Azərbaycan dilində "döyüş" kimi tərcümə olunur. Döyüş sadəcə bir müharibənin (türkcə "savaş") bir hissəsi olur. Həmçinin, tarix adları (xüsusi günlər istisna olmaqla) kiçik hərflər başlayır (məsələn, 12 fevral). --► Hörmətlə: SolaVirum 20:18, 27 mart 2021 (UTC)

tövsiyyəniz üçün çox sağolun. Moses (müzakirə) 20:21, 27 mart 2021 (UTC)

Əlaqə

Salam. E-mail ünvanım: jjavadovw@mail.ru Grenzsoldat (müzakirə) 21:42, 1 aprel 2021 (UTC)

Bağışlayın məndə silinib o vəfat vərəqəsi. Əgər tapsam sizə göndərəcəm Moses (müzakirə) 16:41, 2 aprel 2021 (UTC)

Xəbərdarlıq

Salam. Zəhmət deyilsə Orxan Yusubov barəsində olan məqalədə itgin düşən hərbi qulluqçunu "şəhid" olaraq qeyd eləməyin. Bir daha bunu edəcəyiniz halda sizinlə bağlı ölçü götürülməsi üçün idarəçilərə müraciət edəcəm. İtgin düşən hərbi qulluqçunun axtarışları başa çatmayana qədər onlar "şəhid" deyildir. Axtarışlar uğursuz başa çatsa belə müvafiq orqanlar tərəfindən itgin düşən hərbi qulluqçulara "şəhid" adı verilir onsuzda. Grenzsoldat (müzakirə) 09:54, 9 aprel 2021 (UTC)

Salam. Texniki səhv etdiyimi onsuzda anlamışdım. Mən Müdafiə Nazirliyi tərəfindən siyahılaşdırılmış şəhidlərin adlarına baxırdım orada Orxan Yusubovu gördüm. Wikipediada axtarış etdim gördüm şəhid olduğu yazılmayıb. Məndə düzəlişlər edib yadda saxladıqdan sonra gördümki "Hərbi xidməti" bölməsində itkin düşdüyü yazılıb. Sonra məqaləni bərpa etmək istədim, sadəcə unutdum. Moses (müzakirə) 10:13, 9 aprel 2021 (UTC)

Səhv məlumatların əlavə edilməsi

Salam. Bu məqalədə şəxsin "Qarabağ" ordeni ilə təltif olunduğunu göstərmisiniz. Zəhmət deyilsə mənbəni göstərə bilərsiniz? Grenzsoldat (müzakirə) 16:48, 18 aprel 2021 (UTC)

Salam. [[1]]. Əgər axtarış edib mənbəni hər hansı bir axtarış sistemində axtarmamınızsa, onda zəhmət olmasa hal-hazırda olan bu müzakirə səhifəsində ki başlığı yazanda doğru yazın.Moses 17:12, 18 aprel 2021 (UTC)
Əvvəlcə qeyd edim mesajın başlığını doğru yazmışam. Həmin mənbədə Cavid Tağıyevin "Qarabağ" ordeni ilə təltif olunduğu göstərilib? Grenzsoldat (müzakirə) 17:15, 18 aprel 2021 (UTC)
Mənbəni açıb Cavid Tağıyevin adını axtarış etsəniz "Qarabağ ordeni" ilə təltif olunduğunu görəcəksiniz. Moses 17:19, 18 aprel 2021 (UTC)
Həmin şəxs "Qarabağ" ordeni ilə təltif olunmayıb. Mənbədə də bunu görə bilərsiniz. Grenzsoldat (müzakirə) 17:24, 18 aprel 2021 (UTC)
NMW03, istifadəçi heç bir mənbə olmadan şəxsin "Zəfər" ordeni ilə yox, "Qarabağ" ordeni ilə təltif olunduğunu iddia edir. Həmçinin burada olan siyahıdan şəxsi adını silib. Grenzsoldat (müzakirə) 17:20, 18 aprel 2021 (UTC)
İstifadəçi:Grenzsoldat [2] mənbə budur. Hər hansı bir cihazdan istifadə edirsinizsə, googledə sağ yuxarıda ki düyməyə basın "Səhifədə tap" sözünə klikləyin və "Tağıyev Cavid" deyə qeyd edin qabağınıza çıxacaq "Qarabağ ordeni" ilə təltif olunduğu. Moses 17:26, 18 aprel 2021 (UTC)
Moses, göstərdiyiniz mənbədə şəxsin adı Zəfər ordeni ilə təltif edilənlərin siyahısındadır. Fikir versəniz ondan sonra "“Qarabağ” ordeni ilə" siyahısı başlayır. NMW03 (müzakirə) 17:27, 18 aprel 2021 (UTC)
Həmin mənbəyədə baxdım. Nəticə dəyişmir. Şəxs "Qarabağ" ordeni ilə təltif olunmayıb. Grenzsoldat (müzakirə) 17:30, 18 aprel 2021 (UTC)

Səhv məlumatların əlavə edilməsi

Salam. Siz növbəti dəfə məqaləyə səhv məlumatlar əlavə edirsiniz. Qalası Kərimli haqqında olan məqalədə hərbi qulluqçunun vəfat tarixini 20.04.2021 olaraq göstərmisiniz. Zəhmət deyilsə dəqiqləşdirilməmiş məlumatları bir daha məqalələrə əlavə etməyin. Bir daha bənzər hal olsa, sizin fəaliyyətiniz barədə ölçü götürülməsi üçün idarəçilərə müraciət edəcəm. Uğurlar. Grenzsoldat (müzakirə) 10:28, 20 aprel 2021 (UTC)

Salam. Mən səhv məlumat əlavə etmirəm. Torpağa tapşırıldığı günü yazıram. Moses 11:04, 20 aprel 2021 (UTC)
Xeyr, səhv məlumat əlavə edirsiniz. Vəfat tarixi bölməsində vəfat elədiyi tarix qeyd olunmalıdır. Dəfn tarixi bölməsi mövcud olsaydı, onda həmin tarixi yazardınız. Grenzsoldat (müzakirə) 11:10, 20 aprel 2021 (UTC)
Amma sizdə orada itgin düşdüyü tarixi yazırsınız. Vəfat tarixini bilmirsinizki. Moses 11:40, 20 aprel 2021 (UTC)
İtgin düşdüyü tarix vəfat elədiyi tarix olaraq qəbul olunur. Birinci Qarabağ müharibəsində də belə idi. Grenzsoldat (müzakirə) 12:04, 20 aprel 2021 (UTC)

Q/E məqalə

Salam. Tərəfinizdən yaradılan bu məqalə q/e hesab olunur. Silahla davranış qaydalarının pozulması nəticəsində vəfat edən hərbi qulluqçular haqqında məqalə olmalı deyil. Zəhmət deyilsə bir daha q/e şəxslər haqqında məqalələr hazırlamayın. Grenzsoldat (müzakirə) 11:24, 26 aprel 2021 (UTC)

Salam. Xəzər Səmədov mənim qohumumdur. Birincisi Xəzər Səmədov silahla davranış qaydalarının pozulması nəticəsində həlak olmayıb, öz əsgər yoldaşı tərəfindən güllə yarası alaraq şəhid olmuşdur. ikincisi mən orada özümdə Xəzər Səmədovun əmisi Nadir Səmədovun özü tərəfindən deyilən mətni orada qeyd etmişəm. Məncə səhifə q/e hesab oluna bilməz. Moses 11:36, 26 aprel 2021 (UTC)
Həmçinində əgər Xəzər Səmədov silahla davranış qaydalarını pozulması nəticəsində həlak olubsa niyə mənbədə qeyd etdiyim saytda şübhəli şəxs həbs edilib? Moses 11:44, 26 aprel 2021 (UTC)
Ruhu şad olsun. Amma əsgər yoldaşı tərəfindən güllə yarası alan şəxslər şəhid hesab olunmarlar. Azərbaycanın ərazi bütövlüyünün qorunması və bərpa olunması zamanı ölən hərbi qulluqçular, şəhid hesab olunurlar. 2013-cü illərdə həftədə bir dəfə qeyri-döyüş şəraitində əsgər ölümləri olurdu. İndi bütün o əsgərlər üçün məqalə yaradılmalıdır? Tutarlı arqument təqdim eləmirsiniz. Grenzsoldat (müzakirə) 11:58, 26 aprel 2021 (UTC)
Amin. Amma şəhid statusu alıbdır. Moses 11:59, 26 aprel 2021 (UTC)
O illərdə Orduda olan cinayətlərin ört-basdır edilməsi üçün şəhid status verilirdi qeyri-döyüş şəraitində ölən hərbiçlərə. Hətta Komandirlər tərəfindən döyülən və öldürülən hərbi qulluqçulara da şəhid statusu verilirdi. Grenzsoldat (müzakirə) 12:04, 26 aprel 2021 (UTC)

Tamam, siz deyən məsləhətdir. Əgər silinmə kriteriyalarına uyğundursa silinməlidir. Moses 14:53, 26 aprel 2021 (UTC)

Xəbərdarlıq

Salam. Zəhmət deyilsə Rafael Əliyev haqqında olan məqalədə əsassız məluamtlar əlavə edilməsini və redatə müharibəsi aparmağı dayandırı. Dayanmırmasanız, sizin barədə ölçü götürülməsi üçün idarəçilərə müraciət edəcəm. Grenzsoldat (müzakirə) 11:54, 27 aprel 2021 (UTC)

Salam. Axı digər hərbi xadim səhifələrində də belə yazılır. Digərlərindən fərqli olduqda səliqəsiz görünür. Moses 11:57, 27 aprel 2021 (UTC)

Hak Yolu

Salam əzizim Moses! Hak Yolu 1971 filmini Azəri dilində yaza bilərsinizmi? Çox sağ ol! --92.100.30.0 16:10, 29 aprel 2021 (UTC)

Salam Buyurun hazırdır. Moses 19:29, 29 aprel 2021 (UTC)

Kateqoriyasız kateqoriya

Salam həmkar. Kateqoriya yaradarkən diqqət edin ki, Kateqoriyanın da kateqoriyası olur. Məsələn Kateqoriya:EXXEN tərəfindən yayımlanan proqramların siyahısı adlı kateqoriyanızın kateqoriyası yoxdur. Bu halda da iş yarımçıq olur və o da gəlib bura duşur. — Araz Yaquboglu (müzakirə) 11:16, 1 may 2021 (UTC)

Salam. İndi mən burada nə etməliyəm alt kateqoriya əlavə etməliyəm ya necə? Uzun başa salsanız sevinərəm. Moses 13:20, 1 may 2021 (UTC)

Etdim indi baxın. Türkvikidəki kimi. — Araz Yaquboglu (müzakirə) 11:45, 2 may 2021 (UTC)

Çox sağolun məlumatınız üçün. Moses 14:35, 2 may 2021 (UTC)

Salam həmkar. Demişdim axı boş kateqoriya yaratmayın. — Araz Yaquboglu (müzakirə) 11:11, 10 may 2021 (UTC)

Xəbərdarlıq

Salam. Zəhmət deyilsə File sözünü Fayl sözü ilə əvəzləməyin. AWB işini pozursunuz. Grenzsoldat (müzakirə) 13:38, 1 may 2021 (UTC)

Salam. Tamam etmirəm. Moses 13:42, 1 may 2021 (UTC)

Silinmə

Hər vaxtınız xeyir,

Tərtib etdiyiniz Qarabağ ləhcəsi məqaləsinə silinmə şablonu yerləşdirdim. Buna səbəb isə mənbə göstərməməyiniz, stil kitabçası pozuntularına yol verməyiniz, habelə məqaləni ümumən ensiklopedik formada tərtib etməməyinizdir. Əgər məqalə üzərində işləməyə niyyətiniz varsa silinmə şablonunu çıxara bilərəm. Əks-təqdirdə, bu halı ilə silinməlidir. — Burocan (müzakirə) 09:54, 3 may 2021 (UTC)

Salam. Məqaləyə ancaq bu qədər əlavə edə bildim. Mənbə yoxdursa deməli silinməlidir. Bu məqalədə silinməlidir məncə. Mənbə yoxdur. Sil şablonu əlavə etdim. Moses 10:20, 3 may 2021 (UTC)

Ruzi Orucov

Salam İstifadəçi:Ramil Asifoğlu. İlk növbədə müzakirə səhifəsinə nə isə yazdıqda yuxarıda yerləşən "Mövzu əlavə et" düyməsinə basın oradan əlavə edin. Ruzi Orucov səhifəsini ona görə silinməyə namizəd etdim ki, yazdığınız məqalədə əsaslı mənbə yoxdur. Moses 18:00, 3 may 2021 (UTC)

Əgər telefondasınızsa, düymənin üzərinə basılı saxlayın, "Yeni pəncərədə aç" düyməsinə basın, bu halda çalışacaq. Şəxs məşhur ola bilər lakin mənbə olmadıqdan sonra bunun əhəmiyyəti yoxdur. Gərək şəxs haqqında hardasa əsaslı məlumat yazılmalıdır. Moses 06:24, 4 may 2021 (UTC)

İstifadəçi hüquqları üçün müraciətlər

Salam. Burada "Rolbaker" olmaq üçün namizədlik irəli sürmüşəm. Zəhmət olmasa baxardınız. Hörmətlə: Moses 22:22, 9 may 2021 (UTC)

Salam. İdarəçimiz Turkmen qısa müddətdə baxıb müraciətinizi dəyərləndirəcək. Hörmətlə:— Sortilegus (müzakirə) 22:24, 9 may 2021 (UTC)

Minnətdaram. Moses 22:30, 9 may 2021 (UTC)

Patrul hüququ

Salam hörmətli Moses. Sizi patrul istifadəçi qrupuna əlavə etdim. Bu istifadəçi hüququ həm də avtopatrul hüququnun funksiyalarını özündə daşıyır. Yəni sizin redaktələriniz avtomatik patrullanmış kimi görsədiləcək və həmçinin siz digər istifadəçilərin redaktələrini yoxlayıb patrullamaq imkanı əldə edirsiz. Lütfən vandalizm ilə mübarizə apararkən geri aldığınız redaktələri "yoxlanıldı" kimi işarələyin ki, bu səpkidə çalışan digər həmkarlarımız o redaktələri birdə yoxlamasınlar. Həmçinin redaktələriniz sistem tərəfindən avtomatik təsdiq ediləcəyi üçün zəhmət olmasa bundan sonraki fəaliyyətinizdə daha diqqətli olun. Məqalə yaradarkən ensiklopedik məzmun yaratmağa üstünlük verin və Azərbaycan dilinin qrammatik göstəricilərini nəzərə alın. Əgər hüquqdan imtina etmək istəsəz burada qeyd edin, geri alım. Fəaliyyətinizdə uğurlar.— Turkmen müzakirə 18:10, 15 may 2021 (UTC)

Salam həmkar. Çalışacam yeni aldığım hüququ haqqını layiqincə yerinə yetirim. Təşəkkür. Moses 18:43, 15 may 2021 (UTC)

Birdəki oxuduğuma görə patrulların xüsusi alətləri olur. Bunlar başqa hansılardır? Və, məndə deyəsən mobildən istifadə etdiyim üçün patrullanmayan redaktənin önündə qara rəngli nida (!) işarəsi gəlir. Həmçinin də çox vaxt "Y" və ya "k" hərfləri olur nida işarəsinin yanında. Moses 18:56, 15 may 2021 (UTC)

Birdə patrullanmayan redaktələri, tutaq ki, başqası tərəfindən edilmiş redaktə sadəcə qrammatik səhvlər düzəldilib, onda da yoxlanılıb düyməsinə basmalıyam? Moses 19:13, 15 may 2021 (UTC)

Patrulların sadəcə 2 özəlliyi olur: Redaktələri yoxlamaq və məqalələri yoxlamaq. Fərqi yoxdur mobil, yaxud PC. Hər ikisində görünür. Sadəcə redaktənin yuxarı hissəsində "yoxlanıldı" sözünə diqqət edin. Çalışın sadəcə geri alacağınız redaktələri "yoxlanıldı" olaraq işarələyin. Digər redaktələrə fikir verməyin. Aşağıdakı skrinşotlarda praktiki izah verilib :
Turkmen müzakirə 20:01, 15 may 2021 (UTC)
(!) işarəsi zatən səhifənin patrullanmadığını göstərmək üçündür. "Y" və ya "k" hərfləri isə bildiyim üzərə əvvəldən var. "Y" yeni səhifə, "k" isə kiçik redaktə deməkdir. Mən patrullanmasına ehtiyyac olan redaktələri daha aydın görmək üçün son dəyişikliklər bölməsini bu cür filtirləmişəm. Yaşıl rəngli redaktələr nisbətən təcrübəli istifadəçilər tərəfindən edilənlərdir. Yaşıl rəngli olmayanları bir-bir gözdən keçirib yoxlayıram. Siz də vandalizmlə mübarizədə həmin keçiddən istifadə edə bilərsiniz. — Surə 🗯 19:03, 23 may 2021 (UTC)

Sura Shukurlu çox sağolun məlumatınız üçün. Moses 19:09, 23 may 2021 (UTC)

Bir Çuval Para

Əzizim Moses! Bir Çuval Para 1970 filmini Azəri dilində yaza bilərsinizmi və poster yüklə? Çox sağ ol! --217.66.157.49 21:46, 25 may 2021 (UTC)

Xəbərdarlıq

Salam. Burada heç bir səbəb olmadan məqalənin silinməsi üçün əlavə edilən şablonu sildiniz, səbəbdə göstərmədiniz. Bir daha belə özbaşnalıq edəcəyiniz halda barənizdə ölçü götürülməsi üçün idarəçilərə müraciət edəcəm. Uğurlar ! Grenzsoldat (müzakirə) 14:12, 22 iyun 2021 (UTC)

Salam. Mən sizin özbaşınalığınızı sizin müzakirə səhifənizdə göstərmişəm. Keçən dəfədə yazmışdım amma əhəmiyyət verməmişdiniz. Amma mən hörmət əlaməti olaraq yazdığınızı cavablayıram. Zəhmət olmasa gedin öz səhvinizə öz müzakirə səhifənizdə baxın, qeyd etmişəm orada. Bu yerli yersiz geri qaytarma redaktənizidə yığışdırın! Moses 14:22, 22 iyun 2021 (UTC)
Əvvəlcə zəhmət deyilsə. bu qaydalara riayət edin. Daha dəqiq desəm, ...yığışdırın! sözündən istifadə eləməyin və 4-cü bəndə əməl edin, belə tonla danışmayın. Mən sizə şablonun silinməlisinin doğru olmadığı ilə bağlı xəbərdarlıq eləmişəm, sizə isə mənə belə cavab verirsiniz. Olmaz belə. Grenzsoldat (müzakirə) 17:00, 22 iyun 2021 (UTC)
NMW03, istifadəçi burada olan "sil" şablonunu heç bir səbəb olmadın götürür. Grenzsoldat (müzakirə) 17:00, 22 iyun 2021 (UTC)
Narahat olmayın mən danışıq tərzimi bilirəm və etikadan kənara çıxmamışam. Zəhmət olmasa siz danışığınıza fikir verəsiniz. Çünki vaxtıilə Sevindik Nəsiboğlu ilə mübahisənizdə xoşagəlməz ifadədən istifadə etdiyinizi bilirəm). Moses 17:11, 22 iyun 2021 (UTC)
NMW03 mən sonuncu redaktəmdə səbibini bildirmişəm. Sadəcə CCavadov göz ardı edib. Moses 17:12, 22 iyun 2021 (UTC)
Bir daha deyirəm, zəhmət deyilsə bu qaydalara riayət edin. Həmçinin mənə böhtan atmayın. Grenzsoldat (müzakirə) 17:15, 22 iyun 2021 (UTC)

Hörmətli Cəlal mən sizə böhtan atmıram. Mən bu qaydalarla çoxdan tanış olmuşam və nəzakətlilik qaydalarından kənara çıxmamışam. Moses 17:18, 22 iyun 2021 (UTC)

Siz qeyd etmisiniz Seyid Əşrəf Ağa əhəmiyyətli şəxs deyil, amma baxsanız Mir Mövsüm Ağada əhəmiyyətli şəxs sayılmır. Çünki hər iki şəxsdə də məlumatlar bir-birinə oxşayır. Vikipediyada çoxdur belə seyid adı almış şəxslərin məqaləsi. Bəyəm onda hamısı silinməlidir? Moses 17:23, 22 iyun 2021 (UTC)

Yəni mən digər seyid adı almış şəxslərin məqaləsinə baxıb bu səhifəni yaratdım. Moses 17:24, 22 iyun 2021 (UTC)

Moses, zəhmət olmasa nəzakətli olun. Bu qədər kobud davranmağa ehtiyac yoxdur. Məqalənin ensiklopedik olduğunu düşünürsünüzsə, sil şablonunu silmək yerinə müzakirə etməlisiniz. NMW03 (müzakirə) 17:30, 22 iyun 2021 (UTC)

NMW03 niyə sildiniz səhifəni. Heç olmasa qoyardınız müzakirəsin edərdik. Moses 17:38, 22 iyun 2021 (UTC)

Bərpa etmişəm NMW03 (müzakirə) 21:42, 22 iyun 2021 (UTC)

Emir Farhadzade istifadəçisinin sualı (11:13, 6 sentyabr 2021)

Salam, sualım var

səhifəyə logo nece daxil elemek olar?

səhifənin sağ tərəfində ümümi məlumat üstündə olsun --Emir Farhadzade (müzakirə) 11:13, 6 sentyabr 2021 (UTC)

Emir Farhadzade salam. Hansı məqalədə yerləşdirmək istrəyirsiniz? — Surə 🗯 18:01, 7 sentyabr 2021 (UTC)

Emir Farhadzade istifadəçisinin sualı (08:03, 8 sentyabr 2021)

Salam səhifənin köhnə məlumatı necə silə bilərəm? amma yeni məlumat qalsın hansını mən saxil elədim --Emir Farhadzade (müzakirə) 08:03, 8 sentyabr 2021 (UTC)

Fidan098 istifadəçisinin Vəsadət Əzizov ilə bağlı sualı (18:11, 9 sentyabr 2021)

Vikipediyanı necə yerləşdirim --Fidan098 (müzakirə) 18:11, 9 sentyabr 2021 (UTC)

Vidadi mamedov istifadəçisinin sualı (20:46, 10 sentyabr 2021)

Salam --Vidadi mamedov (müzakirə) 20:46, 10 sentyabr 2021 (UTC)

Fidan098 istifadəçisinin Vəli Abdullayev ilə bağlı sualı (12:40, 13 sentyabr 2021)

Salam mən vikipediyaya mobil telefonda necə şəkil əlavə edə bilərəm? --Fidan098 (müzakirə) 12:40, 13 sentyabr 2021 (UTC)

Anar Tahir oğlu Əzimov istifadəçisinin Əfrasiyab Əzimov ilə bağlı sualı (07:54, 19 sentyabr 2021)

Salam , mən Əfrasiyab Əzimovun səhifəsinə əlavə məlumatlar daxil etmək istərdim. Köməklik etmənizi Xahiş Edirəm . Mən onun nəticəsiyəm --Anar Tahir oğlu Əzimov (müzakirə) 07:54, 19 sentyabr 2021 (UTC)

Anar Tahir oğlu Əzimov, salam. Tam olaraq hansı məlumatların əlavə edilməsini istəyirsiniz? — Surə 🗯 10:07, 27 sentyabr 2021 (UTC)

Mahir Emreli

Salam. Futbolçu şablonunda oyunçunun yalnız milli çempionatda keçirdiyi oyunların və vurduğu qolların sayı qeyd olunur. Növbəti redaktələrinizdə bu halı nəzərə alın.— Nicat49   müzakirə 01:23, 3 oktyabr 2021 (UTC)

Salam. Məndə heç bir problem əks olunmur axı. Normal qaydadır. Moses 06:11, 3 oktyabr 2021 (UTC)

Mahir Emreli

Salam,Mahir Emreli məqaləsinin ingiliscə versiyasındakı qollar və çıxışlar yalnız yerli liqa oyunlarını əhatə edir.Növbəti dəfə məlumatları yanlış şəkildə dəyişməyiniz vandallıq kimi dəyəndirilib , blok olunmanıza səbəb ola bilər. İstifadəçi:MuradAli2000 3 oktyabr 2021

Anar.Mehdioglu.Hasanov istifadəçisinin Başqırdıstan bayrağı ilə bağlı sualı (00:50, 17 oktyabr 2021)

Salam. Məlumatı heç olmasa düzgün tərcümə edin. Azərbaycan bayrağı ilə qarışdırmısız.

Во флаге Республики Башкортостан синий цвет означает ясность, добродетель и чистоту помыслов народов республики, белый - их миролюбие, открытость, готовность к сотрудничеству; зеленый - свободу, вечность жизни. Цветок курая - символ дружбы, 7 его лепестков, расположеных в центре белой полосы, символизируют 7 родов, положивших начало консолидации и единению народов Башкортостана на его территории. Окружность, обрамляющая цветок, — знак вечного движения. Синий и белый цвета флага совпадают с цветами флага России. Подтверждение того, что башкиры веками жили в мире и дружбе с Россией. --Anar.Mehdioglu.Hasanov (müzakirə) 00:50, 17 oktyabr 2021 (UTC)

Salam. Bu səhifədə mən heç redaktə etməmişəm. Zəhmət olmasa göstərə bilərsiniz harda Azərbaycan bayrağı ilə qarışdırıldığını?

Wikipediya Məlumat istifadəçisinin sualı (11:46, 29 oktyabr 2021)

Salam. İstədiyimiz mövzu və ya şəxs haqqında məlumat yaza bilirik mi? Ve məqaləni təsdiqlədikdən sonra düzəliş etmək mümkündür mü? --Wikipediya Məlumat (müzakirə) 11:46, 29 oktyabr 2021 (UTC)

Azesazin istifadəçisinin sualı (11:16, 11 noyabr 2021)

Salam --Azesazin (müzakirə) 11:16, 11 noyabr 2021 (UTC)

7LVRWNB istifadəçisinin Vikipediya ilə bağlı sualı (19:52, 11 noyabr 2021)

Salam necesiniz men oz wikipediyami nece yarada bilerem --7LVRWNB (müzakirə) 19:52, 11 noyabr 2021 (UTC)

Azesazin istifadəçisinin sualı (16:30, 12 noyabr 2021)

Salam Mentor Mən Wikipedia yaratmağı bilirəm Ama necə Şəkil Və Şəkilin Altına Məlumat Əlavə edə bilərəm onu bilmirəm xaiş edirəm mənə Yardım edəsiniz indidən təşəkkür edirəm. --Azesazin (müzakirə) 16:30, 12 noyabr 2021 (UTC)

Nurlan MMDV istifadəçisinin Əliyev Elçin Əliqardaş oğlu ilə bağlı sualı (09:41, 21 noyabr 2021)

Salam mən şəhid haqqında Vikipediya əlavə etmək istəyirəm amma şəkil əlavə edə bilmirəm --Nurlan MMDV (müzakirə) 09:41, 21 noyabr 2021 (UTC)

Geri qaytarma ilə bağlı

Salam həmkar. Bu redaktəni niyə geri qaytarmısız? — Araz Yaquboglu (müzakirə) 11:32, 26 noyabr 2021 (UTC)

Elchin98 istifadəçisinin sualı (14:43, 8 dekabr 2021)

Salam. Mən bir profesor haqqında yeni məqalə yaratmaq istəyirəm. Həyatı, fəaliyyəti və əsərləri qeyd olunacaq. Səhifənin yaradılması, məlumatların əlavə edilməsi və s. digər lazım olan prosedurları həyata keçirib, son mərhələdə məqaləninin yaradılmasını tamamlamaq istədikdə bəzi istifadəçi qaydalarına dair problemlər yaranır. Nədən qaynaqlana bilər bu və necə həll edə bilərəm bunu ? --Elchin98 (müzakirə) 14:43, 8 dekabr 2021 (UTC)

ELMLƏR SAHƏSİ istifadəçisinin sualı (13:48, 12 dekabr 2021)

SALAM --ELMLƏR SAHƏSİ (müzakirə) 13:48, 12 dekabr 2021 (UTC)

== [[User:Lavinia9|Lavinia9]

Sizin üçün bir fincan kofe!

  salam Lavinia9 (müzakirə) 19:08, 14 dekabr 2021 (UTC)

Sizin üçün çizburqer!

  salam dadlidir Lavinia9 (müzakirə) 19:09, 14 dekabr 2021 (UTC)

Feridterter istifadəçisinin sualı (19:35, 19 dekabr 2021)

Salam muharibe iştirakçilarina medal siyasina nece baxmaq olar? --Feridterter (müzakirə) 19:35, 19 dekabr 2021 (UTC)

İlqar075 istifadəçisinin Müzakirə:Martyr of the Second Karabakh war Veli Quliyev ilə bağlı sualı (21:54, 21 dekabr 2021)

Salam yeni səhifə yaratdım və yaxın zamanda silineceyini bildirdiler --İlqar075 (müzakirə) 21:54, 21 dekabr 2021 (UTC)

Muradetibarli99 istifadəçisinin sualı (23:36, 28 dekabr 2021)

Salam mən istifadəçi adımı necə dəyişə bilərəm? Cavablasanız sevinərəm. Öncədən təşəkkür. --Muradetibarli99 (müzakirə) 23:36, 28 dekabr 2021 (UTC)

@Muradetibarli99, salam. Cənab istifadəçi hal-hazırda aktiv olmadığı üçün sualınızı mən cavablandırmalı olacağam. İstifadəçi adınızı dəyişdirmək üçün metaya müraciət etməlisiniz. Bu keçiddən müraciət edə bilərsiniz. Lavici mesaj? 23:44, 28 dekabr 2021 (UTC)
"Moses/Arxiv 1" istifadəçi səhifəsinə qayıt.

Saytda 183 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024