İstifadəçi müzakirəsi:Sefer azeri/Arxiv 2017 Haqqinda Melumat - Vikipedia

İstifadəçi müzakirəsi:Sefer azeri/Arxiv 2017 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İstifadəçi müzakirəsi:Sefer azeri/Arxiv 2017

Ən son rəy:2 il öncə, White Demon tərəfindən "Salam" mövzusunda

Sizin üçün bir ulduz! redaktə

  Xüsusi ulduz
Vikipediyada göstərdiyiniz xidmətlərinizə görə təltif edilirsiniz. Hörmətlə: Wikipediya M (müzakirə) 06:47, 25 yanvar 2017 (UTC)Cavabla

Təşəkkür, Wikipediya M!--sefer azeri 07:45, 25 yanvar 2017 (UTC)Cavabla

Şikayət redaktə

Salam bəy. bu istifadəçi bir dəfə blok edilməsinə rəğmən yənə də hərəkətlərinə davam edir. Sizdən xahişim bu şəkillərin(1, 2,3,4,5, 6 ) silinməsi və istifadəçinin blok edilməsidir.--Rufet.Turkmen.Sefevi (müzakirə) 22:43, 4 fevral 2017 (UTC)Cavabla

Qaraqoyunlular redaktə

Salam Səfər bəy sizi məqaləmin labaratoriyadakı səs verməsinə dəvət edirəm.--Rufet Turkmen (müzakirə) 19:31, 17 fevral 2017 (UTC)Cavabla

Medal redaktə

  Allahverdi Bağırov mükafatı
Vətənpərvərliyə aid mövzülarda göstərdiyiniz yüksək xidmətlərinizə görə bu mükafat Sizin haqqınızdır.--Azerifactory (müzakirə) 06:57, 20 fevral 2017 (UTC)Cavabla
Təşəkkürlər, hörmətli Azerifactory! Bu mükafat mənim üçün çox dəyərlidir. Minnətdaram. Hörmətlə --sefer azeri 07:06, 20 fevral 2017 (UTC)Cavabla

Şeyx Məhəmmədəli Həzin redaktə

Salamlar! Zəhmət olmazsa, bu şəxsin intervikisini düzəldin. Bəri başdan təşəkkürlər!--Enver62 (müzakirə) 19:39, 27 fevral 2017 (UTC)Cavabla

Salam. Məqalənin intervikiləi əlavə edilib. --sefer azeri 19:43, 27 fevral 2017 (UTC)Cavabla

Şablonda xəta redaktə

Sizcə burada şablon niyə xəta verib?--samral müzakirə 12:19, 4 mart 2017 (UTC)Cavabla

Salam. Ehtimal ki, şablonla və ya sistemlə bağlı problemdi. Şablon tətbiq edildiyi bütün yerlərdə xəta verir.--sefer azeri 18:56, 4 mart 2017 (UTC)Cavabla
Məncə də. Ümumiyyətlə bizim şablonlarla bağlı çox böyük problemlərimiz var.--samral müzakirə 08:51, 6 mart 2017 (UTC)Cavabla
Təəssüf ki, mən şablonlarla iş üzrə bir o qədər də təcrübəyə malik deyiləm. Amma, şablonlarla bağlı problemlərlə bağlı fikirlərinizdə tam haqlısız. --sefer azeri 11:12, 6 mart 2017 (UTC)Cavabla

Şəkil redaktə

Salam! Mən bu şəkilləri (Şəkil:Baku Tower.jpg , Şəkil:SOFAZ Tower.jpg )ruwikidə istifadə edə bilərəmmi? Darth Vader Baku (müzakirə) 19:43, 5 mart 2017 (UTC)Cavabla

Darth Vader Baku, buyurub istifadə edə bilərsiz. --sefer azeri 06:18, 6 mart 2017 (UTC)Cavabla
Bu şəkil Wikimedia-da var?Darth Vader Baku (müzakirə) 13:44, 6 mart 2017 (UTC)Cavabla

Vikipediyaçıların növbəti görüşü redaktə

10 mart 18:30 tarixində vikipediyaçıların növbəti görüşü planlaşdırılıb. Belə ki, AMEA Mərkəzi Elmi Kitabxanasında aktiv vikipediyaçıların və mövzulu ayın qaliblərinin görüşü və mükafatlandırılması tədbiri keçiriləcək. Görüşdə vikipediya ilə bağlı olan problemlər, istifadəçilərin təklifləri və digər zəruri məsələlər müzakirə olunacaq. Görüşün təşkilində əsas məsələlərdən biri də Azərbaycan Milli Ensiklopediyasının elektron formatda vikipediyaçılara təqdim olunmasıdır. Yəni arzu edən şəxslərə həmin ensiklopediya göndəriləcəkdir. İştirak etmək istəyən şəxslər 18:00-da AMEA Mərkəzi Elmi Kitabxanasına dəvət olunur. Giriş sərbəstdir. Ünvan: Elmlər Akademiyası metrosunun BDU tərəfdən olan çıxışı.--samral müzakirə 09:07, 9 mart 2017 (UTC)Cavabla

Titul redaktə

Salam. Biz Məhəmməd peyğəmbər yox, Məhəmməd yazırıq. Həzrəti Əli və ya İmam Əli yox, Əli yazırıq, və ya Əli ibn Əbu Talib və s. Bəs niyə görə həvari Pyotra sadəcə Pyotr yox, Müqəddəs Pyotr yazırıq? Hətta bütün vikilər belə edir. Bundan əlavə adlarda titul yazmaq olmazsa, onda belə çıxır ki, Şeyx Səfini Səfi, Şah İsmayılı İsmayıl, Hacı Zeynalabidin Tağıyevi də Zeynalabidin Tağıyev, Nadir şah Əfşarı Nadir Əfşar, Fətəli xan Qacarı Fətəli Qacar yazmalıyıq?--samral müzakirə 10:57, 10 mart 2017 (UTC)Cavabla

Salam. Həvarilər (hamısı yox, bəziləri) və xristian müqəddəsləri rəsmi olaraq müqəddəs statusuna malikdirlər. Ona görə bu titul və ya hörmət üçün istifadə edilən ifadə yox rəsmi statusdur. Xristian müqəddəsləri haqqında olan məqalələrdə əgər şəxs kilsə tərəfindən kanonikləşdirilibsə müqəddəs ifadəsinin istifadəsi yol veriləndir. Səhv etmirəmsə, islamda şəxslərin müqəddəsləşdirilməsi sistemi mövcud deyil. Ona görə islam müqəddəsləri ilə bağlı məqalələrdə müqəddəs ifadəsinin işlədilməsi düzgün deyil, çünki, bu rəsmi status deyil. Eyni fikirləri islamla əlaqəli digər titullarla bağlı da səsləndirmək olar. Hörmətlə --sefer azeri 11:21, 10 mart 2017 (UTC)Cavabla
İraqın Nəcəf və İranın Qum şəhərindəki elmi hövzələr insanlara "höccətül-islam vəl-müslimin", "ayətullah" və "ayətullah əl-üzma" elmi dərəcələri verir. Və bundan sonra o şəxslər bu adla tanınır. Məsələn Ayətullah Xoyi, Ayətullah Xomeyni, Ayətullah Sistani, Ayətullah Xamenei və s. Və yaxud da qədim və bəzi müasir məşhur alimlərə verilən titullar var. Məsələn Kuleyni, Məclisi, Hilli və Təbatəbaiyə müvafiq olaraq Əllamə Kuleyni, Əllamə Məclisi, Əllamə Hilli və Əllamə Təbatəbai deyilir, yazılır və s. Bütün bunlar rəsmidi. Elmi dərəcədədi. Şeyx də eyni şəkildə. Allahşükür Paşazadədəki Şeyxülislam titulu kimi. Hər adam özünü belə adlandıra bilməz. Adlandırsa da heç kim etina etməz. O zaman biz də düz edərik və edirik də məsələn Şeyx Səfi yazmaqla. Və ya Əllamə Hilli yazmaqla...--samral müzakirə 12:25, 10 mart 2017 (UTC)Cavabla
Bəli, əgər titul rəsmidirsə, viki məqalələrində istifadəsi yolveriləndir. Lakin, hörməti göstərmək üçün Həzrəti filankəs yazılması və ya İsa peyğəmbər, filan peyğəmbər kimi ifadələrin istifadəsi düzgün deyil. --sefer azeri 13:03, 10 mart 2017 (UTC)Cavabla

Ay brilyant (film, 2015) məqaləsi redaktə

Salam həmkar. Ay brilyant (film, 2015) məqaləsini niyə silibsiz? --Masalli qasimli (müzakirə) 14:59, 20 aprel 2017 (UTC)Cavabla

Salam. Məqalədə onun ensiklopedik əhəmiyyətliyini göstərən heç bir mənbə göstərilməmişdir. Əlavə məlumat üçün VP:EƏF baxın. Hörmətlə --sefer azeri 20:49, 20 aprel 2017 (UTC)Cavabla

Əli və Nino redaktə

Salam. Əli və Ninoya çəkilmiş 2 film var. Biri Hollivudun çəkdiyi, biri də Azərbaycanın özünün çəkdiyi [1], [2], [3], [4]. İksi də 2016-cı ildə çəkilib. Adlarını necə edək?--samral müzakirə 14:47, 24 aprel 2017 (UTC)Cavabla

Salam. İkinci film VP:EƏF uyğun deyil və haqqında məqalə yaradlmasına ehtiyac yoxdur məncə. --sefer azeri 17:29, 24 aprel 2017 (UTC)Cavabla
Film haqqında bu gün yaratdığım məqaləyə baxın zəhmət olmasa. Görün sizcə hələ də VP:EƏF-ə uyğun deyil?--samral müzakirə 14:07, 25 aprel 2017 (UTC)Cavabla

İdarəçi statusunun alınması redaktə

Hörmətli Sefer azeri. 17 aprel 2017 - 1 may 2017 tarixləri arasında keçirilmiş idarəçi statusunun alınması ilə bağlı səsvermənin yekunlarına əsasən bir az əvvəl Sizdən idarəçi statusunuz geri alınmışdır. İnanıram ki, səsvermənin belə yekunlaşması həm Vikipediyanın, həm də Sizin xeyrinizə olacaq. İdarəçilik fəaliyyəti dövründə AzVikiyə verdiyiniz faydalı töhfələrə görə Sizə təşəkkür edir, gələcək fəaliyyətinizdə uğurlar arzu edirəm! Hörmətlə, --►Cekli829 12:20, 4 may 2017 (UTC)Cavabla

Cekli829 səsvermənin legitim keçirilməsini hesab etmirəm və bununla əlaqəli fikirlərimi Metada yazmışam. Kimə nə xeyir olacağını zaman göstərər, mən vikidə son məqaləmi yekunlaşdırıb, 10 ildir ki, fəaliyyət göstərdiyim məkandan və sizlərdən birdəfəlik uzaqlaşmaq qərarı vermişəm. Hər birinizə uğurlar diləyi ilə --sefer azeri 12:46, 4 may 2017 (UTC)Cavabla
META-da yazdığınız fikirlərdə səsvermənin nəticəsini təhrif etməyə çalışmısınız. Hər şey qaydalara uyğun olmuş, nəticədə də Vikicəmiyyət fəaliyyətinizi uyğun bir şəkildə qiymətləndirmişdir. --►Cekli829 12:56, 4 may 2017 (UTC)Cavabla

Dəvət redaktə

 
SİZİ DƏVƏT EDİRİK!
Salam!
Vikipediya:Laboratoriya/Bitch I'm Madonna məqaləsinin "Yaxşı məqalə" statusu alması ilə əlaqədar burada (burada Vikipediya:Laboratoriya/God of War (oyun, 2005)) keçirilən səsvermədə Sizin də iştirak etməyinizi xahiş edirik.

Hörmətlə: --oyuncu aykhanfikrini de! 22:06, 19 iyun 2017 (UTC)Cavabla

Salam. Zəhmət olmasa burada keçiriləsn səsvermədə iştirak edərdiz.--Baskervill (müzakirə) 13:52, 12 iyul 2017 (UTC)Cavabla

Şirvanşahlar dövləti redaktə

Salam Səfər bəy Şirvanşahlar dövləti məqaləsini siz təkmilləşdirmisiz?--Rufet Turkmen (müzakirə) 07:10, 1 avqust 2017 (UTC)Cavabla

Salam. Bəli. --sefer azeri 06:44, 3 avqust 2017 (UTC)Cavabla
Səfər bəy pul vahidinə, dirhəm, dinara aid əlimdə 2 sayt var idi. Dedim sizə də deyim istəsəz yerləşdirin. Təngə məqaləsində hər iki saytı mənbə kimi göstərmişəm istəsəz baxıb götürə bilərsiz.--Rufet Turkmen (müzakirə) 18:26, 3 avqust 2017 (UTC)Cavabla
Məlumata görə minnətdaram. Şirvanşahlar dövləti məqaləsinin ciddi redaktəyə ehtiyacı var. Vaxt tapıb məşğul olacam, sizin məlumatları da o zaman istifadə edərəm. Çox sağ olun! Hörmətlə --sefer azeri 18:38, 3 avqust 2017 (UTC)Cavabla
Dəyməz, borcumuzdur. Uğurlar.--Rufet Turkmen (müzakirə) 18:45, 3 avqust 2017 (UTC)Cavabla

Dəvətnamə redaktə

 
Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatlarının siyahısı
Salam, hörmətli həmkar! Sizi laboratoriya səhifəsində Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatlarının haqqında hazırlanan siyahıyə səs verməyə dəvət edirəm. --Azərbaycan-e-Cənubi 03:37, 8 avqust 2017 (UTC)Cavabla

Azərbaycan dövlətçiliyi redaktə

Salam Səfər bəy. Eldənizlər məqaləsindən Azərbaycan dövlətçiliyi şablonunu çıxarmısız. Səbəbini izah edə bilərsizmi zəhmət deyilsə.--Rufet Turkmen (müzakirə) 19:34, 21 avqust 2017 (UTC)Cavabla

Bağışlıyın gözümdən yayınıb, gördüm--Rufet Turkmen (müzakirə) 20:01, 21 avqust 2017 (UTC)Cavabla

Cənab Sefer azeri həmçinin məqalənin üzərində gördüyünüz işlərə görə sizə dərin minnətdarlığımı bildirirəm.--Rufet Turkmen | müzakirə 09:21, 23 avqust 2017 (UTC)Cavabla

Nizami Gəncəvi şahın qəbulunda redaktə

Salam. Nizami Gəncəvi məqaləsi üzərində xeyli işləmisiz, və bu şəkli o məqaləyə siz əlavə etmisiz deyə, bir söz soruşum. Bilmirsiz Nizami orada hansı şahın qəbulundadır?--samral müzakirə 06:39, 23 avqust 2017 (UTC)Cavabla

Salam. Miniatür Səfəvi dövrünə aiddi. Konkret olaraq hansısa şahın hüzurunda olması izah edilmədən, sadəcə "Nizami şahın qəbulunda" adlandırılıb. Lakin, Təbriz məktəbi ənənəsinə uyğun olaraq miniatürdə hökmdar obrazları əlyazmanı sifari edən hökmdarın simasına uyğun hazırlanırdı. Bu təsvirdə "Şah" obrazı başqa miniatürlərdəki "Xosrov", "Bəhram" və digər hökmdar obrazları ilə demək olar ki eynidir. Həmin obrazların prototipi kimi isə I Təhmasibin obrazı istifadə olunmuşdur. Nizaminin bioqrafları onun ömrü boyu yalnız bir hökmdarın görüşünə getməsi haqqında məlumat verirlər ki, bu da ki, Qızıl Arslan olmuşdur. Buna görə də belə hesab edə bilərik ki, miniatürdə Nizaminin Səfəvi I Təhmasibin simasında (obrazında) təsvir edilmiş Qızıl Arslanla görüşü göstərilmişdir. Lakin, bu miniatür tədqiq edilmədiyindən yuxarıda yazdığım iddialara istinad göstərə bilmirik. --sefer azeri 06:50, 23 avqust 2017 (UTC)Cavabla
Aydındı. Geniş izaha görə, təşəkkür edirəm. Mən də elə məqalədəki ilk şəklə də əsasən Qızıl Arslan olduğunu düşünürdüm. Sadəcə Qızıl Arslana heç vaxt şah deyilməyib, yəni o heç vaxt şah titulu daşımayıb. 1191-ə qədər atabəy titulu daşıyıb, 1191-dən sonra isə sultan. Ona görə qəribə gəldi mənə. Buarada bir şeyi də qeyd edim, bilirəm ki, tarixi miniatürlərə filan həvəslisiz, əgər oxumamısızsa Orxan Pamukun "Benim Adım Kırmızı" romanını oxumağı sizə tövsiyə edirəm. + Nizami Gəncəvi məqaləsini gözəl işləmisiz. Bircə keçidlər istinad şablonları göstərilib arxivləşdirilsə və "Leyli və Məcnun" ilə "Nizaminin iqtisadi fikirləri" bölmələrinə istinadlar əlavə edilsə gözəl olar.--samral müzakirə 08:10, 23 avqust 2017 (UTC)Cavabla

Cənablar fikrimcə bu miniatürün Qızıl Arslana aidiyyəti digər bir tərəfdən də ola bilər. Beləki, məqaləni yazarkən oxuduğum qədəriylə Xarəzmşah Cahan Pəhləvana padişah (padi-şah) deyə müraciətli məktub yazıb. Həmçinin sarayda 2 şəxs önəmli sayılırdı ordu başçısı və vəzir ki, onlarda şəkildədir. Atabəylər dövründə vəzir başındakı xüsusi papağa görə fərqləndirilirdi. Şəkildə hər iki şəxsin papaqları bir-birindən fəqlənir. Həmçinin papaq demişkən, qızılbaş təkkə papağı ucu iti qırmızı rəngdə idi və saraydakı hər bir qızılbaşın başında olurdu, hətta hökmdarın da. Ancaq burada bvelə birşey yoxdur. Həmçinin Qızıl Arslanın Nizamini Gəncə yaxınlığındakı düşərgəsinə dəvət edərək, onu öz çadırında onu qəbul etmişdi. Poemanın müqabilində Qızıl Arslan bəxşiş olaraq Nizamiyə Həmdünyan kəndini və fəxri geyim təqdim etdi.--Rufet Turkmen | müzakirə 09:33, 23 avqust 2017 (UTC)Cavabla

Səsvermə redaktə

Salam. Sizi mənim idarəçilik statusum ilə bağlı keçirilən səsvermədə iştirak etməyə dəvət edirəm. Hörmətlə--eldarado 11:17, 6 sentyabr 2017 (UTC)Cavabla

Nizami Gəncəvi redaktə

Nizami Gəncəvi ilə bağlı azvikidə son zamanlar xeyli məqalə yaratmısan. Hər biri bir-birindən gözəl və mühümdür. Əvvəla buna görə sənə təşəkkür edirəm. Lakin bir şeyi qeyd etmək istəyirəm ki, bu məqalələrə ad qoyarkən dəqiq qoymaq lazımdır. Məsələn götürək Bəhram Gur və qoca çoban məqaləsini. Bu məqalənin adına baxanda insanda ilk o təəssürat oyanır ki, məqalədə Bəhram Gur və qoca çobandan söhbət gedir və s. Amma yazsan ki, "Bəhram Gur və qoca çoban (Mir Seyid Əli)" məncə bu daha düzgün olar. Çünki buradan başa düşüləcək ki, söhbət Mir Seyid Əlinin Bəhram Gur və qoca çoban rəsm əsərindən söhbət gedir.--samral müzakirə 09:24, 19 sentyabr 2017 (UTC)Cavabla

Samral, mövcud adlandırmanı düzgün hesab edirəm. Sən təklif etdiyin versiyadan o zaman istifadə etmək məqsədəuyğun olar ki, eyni adda fərqli müəəliflərə aid iki əsər olsun. --►Cekli829 09:30, 19 sentyabr 2017 (UTC)Cavabla
Cekli829, 1-cisi Xəmsədəki mövzuların əksəriyyəti Nizamidən əvvəl də qələmə alınıb, əlyazma və miniatürləri var. 2-cisi Nizamidən başqa nə qədər Xəmsə yazanlar var. 3) Hər Xəmsənin nə qədər əlyazması var. 4) Xəmsələrdə nə qədər mövzular var ki, o mövzuda nəinki 1, hətta 5-10 miniatür tapmaq olar ki, bunun da hərəsinin müxtəlif bir müəllifi. 5) Bu mövzudan bu qədər məlumatsızsan yəni?--samral müzakirə 12:10, 19 sentyabr 2017 (UTC)Cavabla
Mənim bayaq misal çədkiyim Bəhram Gur və qoca çoban məqaləsinin özündə bu mövzuda çəkilmiş 5 miniatürün şəkli var ki, onlardan 2-sinin müəllifi bəlli, 3-ünün müəllifi isə naməlumdur. Üstünə də Mir Seyid Əlinin özünü gəlsək bir mövzuda çəkilmiş azı 3, çoxu 6 miniatür edir.--samral müzakirə 12:18, 19 sentyabr 2017 (UTC)Cavabla
Salam. Samral, düzdü, hər mövzuda bir neçə miniatür var, lakin bu o demək deyil ki, həmin miniatürlərin hansısa haqqında vikidə məqalə yaratmaq mümkündür. Rəsm əsərlərindən fərqli olaraq, miniatürlər haqqında tədqiqatlar yaz zəif aparılıb ya da ümumiyyətlə bir çox miniatürlər tətdqiq edilməyib. Məsələn, Mir Seyid Əlinin Bəhram Gur və qoca çoban miniatüründən başqa bu mövzuda olan digər miniatürlər haqqında məqalə yaratmaq mümkün deyil. Çünki, onlar haqqında heç bir məlumat və ya tədqiqat işi yoxdur. Təhmasibin Xəmsə əlyazması ən məşhur miniatürlü əlyazmalardan biri olmasına baxmayaraq heç onun miniatürləri haqqında da normal genişlikdə məqalə yarada bilmədim, səbəb isə ədəbiyyatın kasad olmasıdır. Ona görə düşünürəm ki, gələcəkdə kiməsə dəqiqləşdirmə və bu adda başqa məqalə yaradılması üçün yer yaratmağa ehtiyac olsa məqalələrin adında dəqiqləşdirmələr aparıla bilər. Amma indiki halda məncə buna ehtiyac yoxdur. Lakin, əgər vikicəmiyyət olaraq dəqiqləşdirmənin indidən aparılmasına qərar versəz mən etiraz etmirəm. --sefer azeri 14:56, 19 sentyabr 2017 (UTC)Cavabla
Sefer azeri geniş və ətraflı cavaba görə təşəkkür edirəm. Başa düşdüm. Elədisə, qalsın o zaman. Mənim üçün bir problem yoxdur.--samral müzakirə 16:00, 19 sentyabr 2017 (UTC)Cavabla

İncəsənət ulduzu redaktə

  İncəsənət ulduzu
İncəsənət sahəsindəki fəaliyyətiniz həmişə xoşuma gəlib. Layiqsiniz.--White DemΩn (el psy congroo) 10:16, 23 sentyabr 2017 (UTC)Cavabla
White Demon minnətdaram, çox sağ olun!--sefer azeri 16:06, 23 sentyabr 2017 (UTC)Cavabla

İdarəçi seçkisi redaktə

 
İDARƏÇİ SEÇKİSİ
Salam!
Sizi mənim Vikipediyada idarəçi seçilməyim ilə bağlı keçirilən səsverməyə dəvət edirəm. Hörmətlə --Drabdullayev17 (müzakirə) 07:14, 1 oktyabr 2017 (UTC) Cavabla

Gəncə redaktə

Salam, Gəncə məqaləsinin təkmilləşdirməsində mənə kömək edə bilərsiz?--Azerifactory (müzakirə) 15:34, 10 oktyabr 2017 (UTC)Cavabla

Salam, konkret nə kömək edə bilərəm? --sefer azeri 20:36, 10 oktyabr 2017 (UTC)Cavabla

İdarəçi seçkisi redaktə

 
İDARƏÇİ SEÇKİSİ
Salam!
Sizi mənim Vikipediyada idarəçi seçilməyim ilə bağlı keçirilən səsverməyə dəvət edirəm. Hörmətlə --Azerifactory (müzakirə) 21:10, 2 oktyabr 2017 (UTC) Cavabla

Məsləhət redaktə

Salam, həmkar. Sizinlə bir məsələ barəsində məsləhətləşmək istəyirəm. Mən az öncə Ereksiya adlı məqalə yaratdım. Azərbaycanca Vikipediyada ən bəsit cinsəllik mövzularında belə məqalələr yoxdur. Məsələn 120 dil bölməsində mövcud olan cinsi əlaqə məqaləsi bizim vikidə yoxdur. Zaman əldə etdikcə bu mövzular barəsində məqalələr yaratmağa çalışacam. Sualım isə belədir; Ereksiya məqaləsinə foto əlavə etsəm məni buna görə bloklamazlar ? Zəhmət olmasa məqalənin türkçə, rusca və ingiliscə olan dil bölmələrinə baxın, hər birində mövcud fotolar var. --Külafrəngi (müzakirə) 19:10, 20 oktyabr 2017 (UTC)Cavabla

Salam, hörmətli Külafrəngi. Azvikini zənginləşdirməyə çalışdığınıza görə sizə öz adımdan minətdarlığımı bildirirəm. Belə hesab edirəm ki, təşəbbüsünüz alqışalayiqdir. Məqaləyə istədiyiniz şəkili əlavə edə bilərsiz, qaydalara görə məqaləyə şəkil əlavə etməyə görə (həmçinin aidiyyatı məqalələrdə cinsi orqan şəkilləri də) heç kim sizi bloklaya bilməz. Buna görə də, ürəkli olun və vikiyə töhvə verməyə davam edin. Yeganə xahişim, məqalə yaradarkən kəmiyyətə yox keyfiyyətə üstünlük verin, sayca çox məqalə yaratmaqdansa keyfiyyətli məqalələr yaradın. Bir də məqalələrə istinadlar əlavə etməyi unutmayın. Əks halda yaratdığınız məqalələr istinadsız olduğuna görə bir müddət sonra silinə bilər. İşlərinizdə uğurlar diləyiylə --sefer azeri 19:17, 20 oktyabr 2017 (UTC)Cavabla
Salam, hörmətli Sefer azeri operativ və ətraflı cavabınız üçün məndə sizə öz növbəmdə təşəkkür edirəm. Əlbəttə, zatən dünən youtube-dan vikipediyada redaktə etməyin qaydaları ilə bağlı müxtəlif təlimat videolarını izləyirdim və demək olar ki, bir çox məsələni özüm üçün müəyyənləşdirmişəm. Məqalələri maksimal dərəcədə ətraflı, geniş və istinadları ilə birlikdə yaratmağa çalışacam. Təşəkkürlər. --Külafrəngi (müzakirə) 19:34, 20 oktyabr 2017 (UTC)Cavabla

Memarlıq ordeni redaktə

  Memarlıq ordeni
Memarlıq mövzusunda tərəfinizdən yaradılan məqalələrə görə təqdim edilir. Hörmətlə--Nicat49   müzakirə 18:51, 30 oktyabr 2017 (UTC)Cavabla
Təşəkkürlər, Nicat49, minnətdaram!--sefer azeri 19:14, 30 oktyabr 2017 (UTC)Cavabla

Daha bir möhtəşəm məqalə redaktə

Salam Sefer azeri. Azvikinin yeganə istifadəçilərdinsiniz ki, boş vaxtlarımda sizin fəaliyyət cədvəlinizə baxıram ki, görəsən Səfər vikipediyaya yeni nə məqalə qazandırıb. Supermen məqaləsinin seçilmiş olması üçün arxivləşdirdim və 50-ci həftənin seçilmiş məqaləsi təyin etdim. Sizə bir mükafat verməyi düşünürdüm, ancaq baxdım ki, almadığınız çox az mükafat qalıb. Bu münasibətlə sizə Elm ulduzu mükafatını təqdim edirəm və arzu edərdim ki, mükafatı öz istifadəçi səhifənizə əlavə edəsiniz. Bir də, mümkünürsə istifadəçi səhifənizdə olan qeyri-aktiv şablonunu ləğv edin. Hörmətlə:--Baskervill (müzakirə) 13:11, 15 noyabr 2017 (UTC)Cavabla


  Elm ulduzu
Vikipediyada olan möhtəşəm fəaliyyəti münasibəti ilə.--Baskervill (müzakirə) 13:11, 15 noyabr 2017 (UTC)Cavabla

Salam Baskervill. Minnətdaram! --sefer azeri 13:20, 15 noyabr 2017 (UTC)Cavabla

Məlumat redaktə

Salam Sefer azeri. İstifadəçi səhifəniz naməlum istifadəçi tərəfindən silinmişdi. Düşünürəm ki, bu barədə məlumatınız olmayıb, bərpa etdim və digər bir idarəçi həmin şəxsi 1 aylıq müddətinə blokladı. Hörmətlə:--Baskervill (müzakirə) 08:58, 27 noyabr 2017 (UTC)Cavabla

Salam. Təşəkkür edirəm. --sefer azeri 10:07, 27 noyabr 2017 (UTC)Cavabla

White Demon ulduzu redaktə

  White Demon ulduzu
Bitməz-tükənməz enerjinizlə yaratdığınız möhtəşəm məqalələrə görə sizə White Demon ulduzunu təqdim edirəm! Uğurlar!--White DemΩn (el psy congroo) 10:08, 10 dekabr 2017 (UTC)Cavabla
White Demon təşəkkürlər, çox minnətdaram! --sefer azeri 10:10, 10 dekabr 2017 (UTC)Cavabla

Fələstin Dövləti redaktə

Salam. Fələstin Dövləti məqaləsinin adını dəyişib Fələstin dövləti etmisiz. Etibarlı mənbələrdə dövlətin adı Fələstin Dövlətidir [5], [6], [7], [8]. Bu nə deməkdir? Sonra da durub deyirsiz ki, "mən tərəfsizəm, heç bir dinlə bağlılığım yoxdur" və s.--samral müzakirə 14:43, 10 dekabr 2017 (UTC)Cavabla

Salam. Dövlət sözü ikinci gəlir, niyə böyük yazılmalıdır ki? --sefer azeri 18:41, 10 dekabr 2017 (UTC)Cavabla

Xarici keçidlər redaktə

Salam. Filmdən (Alatoran (film, 2008)‎) xarici keçid olan "filmi azərbaycan dilində izlə bölümü"nü niyə çıxarırsız? Başa düşürəm nisbətən qaydaya ziddir. Müəlliflik hüquqları filan. Ancaq bu vikipediyaya marağı daha da artırır. Qalması məsləhətdir. Əlimdə olan azərbaycan dilində versiyası filmləri məqalələrə əlavə etmək fikirndəyəm. Mane olmaq yerinə, köməkçi olsaz şad olaram. Uğur olsun.--Vüsal Ağayev (müzakirə) 09:13, 23 dekabr 2017 (UTC)Cavabla

Salam, Vusal1981. Pirat yolla dublaj edilmiş və həm film istehsalçılarının, həm də dublajçıların müəllif hüquqlarını pozaraq sosial şəbəkələrə və ya pirat video saytlarına yüklənmiş videoların linkini Vikipediyaya yükləmək ensklopediyanın ən əsas prinsiplərindən birini pozur, nəyin bahasına olur olsun belə hala yol vermək olmaz. Ona görə xahiş edirəm belə hala yol verməyəsiz. Vikipediyanın kifayət qədər oxuyucusu var, əlavə oxucu cəlb etmək üçün daha çox keyfiyyətli məqalələr yaratmaq və mövcud məqalələri redaktə edərək inkişaf etdirmək lazımdı. Hörmətlə --sefer azeri 12:31, 26 dekabr 2017 (UTC)Cavabla

Xahiş redaktə

Salam Səfər bəy. Narahat etmirəm. Sizdən bir xahişim olacaq. Siz, bir neçə gün əvvəl Commonsa, president.az saytından bir neçə tofo yüklədiniz. Özüdə, fotoların orijinalları. President.az saytının fotomüxbiri Vüqar Əmirullayev, bu likdə olan fotoların orijinallarınıda Commonsa yükləyə bilər. Özü və ya Siz yükləsənoz fərq etməz. Həmin fotolar, AzVikipediya üçün çox vacibdir. İdmançılarımızın çoxunun fotosu yoxdur. Həmin fotolar, bu problemi həll edə bilər. Çox xahiş edirəm, cavab verəsiniz. Sağolun. 109.237.120.221 19:56, 23 dekabr 2017 (UTC)Cavabla

istinadların silinməsi redaktə

Salam. Məqalələrdən istinadları niyə silirsiz? --sefer azeri 06:11, 27 dekabr 2017 (UTC)Cavabla

Salam. Şablonlarında problem olan istinadları silmişəm. Başqa vikilərdən məqalə tərcümə edəndə istinadların hamısını kopyalamağa da ehtiyac yoxdur. Məsələn, hansısa ingilis müğənninin adının yazılığı ilə bağlı ola bilər ki, müxtəlif variantlar olsun və ingilis vikisində buna görə məqaləyə 50 istinad əlavə edilsin. Bu o demək deyil ki, ingilisdilli istinadların əllisini də azvikiyə köçürmək lazımdır. --Sortilegus (müzakirə) 22:51, 27 dekabr 2017 (UTC)Cavabla

Salam redaktə

Sizin kimi mən də teleserial həvəskarıyam. Bu tipli məqalələrinizi maraqla izləyirəm. Amma nəzərinizə çatdırım ki, hal-hazırda işlədiyiniz məqalənin adı Ştam olmalıdır. Hörmətlə --Drabdullayev17 (müzakirə) 21:46, 25 sentyabr 2017 (UTC)Cavabla

Salam. Rusca iki "mm"lə yazılıb. Siz niyə deyirsiz "Ştam" olmalıdı?--sefer azeri 07:00, 26 sentyabr 2017 (UTC)Cavabla
Hörmətli Sefer azeri, rus dilində ola bilər iki mm ilə yazılıb, amma bu söz Azərbaycan dilində ştam olaraq yazılır. Tibbi, daha dəqiq desək mikrobioloji termindir və mənim gündəlik leksikonuma aiddir. --Drabdullayev17 (müzakirə) 11:44, 26 sentyabr 2017 (UTC)Cavabla
Drabdullayev17, yanılırsınız. Sözün düzgün yazılışı "ştamm" şəklindədir. Azərbaycan dilinin orfoqrafiya lüğətinin 6-cı nəşrinin (2013) 648-ci səhifəsi: ştamm (biol.)--White DemΩn (el psy congroo) 12:13, 26 sentyabr 2017 (UTC)Cavabla
Hörmətli White Demon, terminologiya, xüsusilə tibbi terminologiya problemli sahədir. Əgər lüğətdə o şəkildə qeyd olunubsa "ştamm" variantı qalsın. Məlumat üçün təşəkkürlər. Hörmətlə --Drabdullayev17 (müzakirə) 14:27, 26 sentyabr 2017 (UTC)Cavabla
Drabdullayev17, bu il çıxan yenilənmiş orfoqrafiya lüğətində söz artıq "ştam" kimi gedir, "m" hərfini atıblar.— 127-ci yapon imperatoru 20:41, 29 iyun 2021 (UTC)Cavabla
"Sefer azeri/Arxiv 2017" istifadəçi səhifəsinə qayıt.

Saytda 63 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024