Əkbər Ağayev (hərbçi) Haqqinda Melumat - Vikipedia

Əkbər Ağayev (hərbçi) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Əkbər Ağayev (hərbçi)

Əkbər Ağayev (1919, Şuşa, Gəncə quberniyası18 avqust 1944, Buhenvald həbs düşərgəsi, Türingiya[d]) — sovet hərbçisi, leytenant,[1] Buhenvald həbs düşərgəsində yaradılan antifaşist təşkilatın rəhbərlərindən biri.

Əkbər Ağayev
Əkbər Səttar oğlu Ağayev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Ordubad, Naxçıvan qəzası, AXC
Vəfat tarixi 18 avqust, 1944
Vəfat yeri Veymar, Üçüncü Reyx
Vətəndaşlığı SSRİ SSRİ
Hərbi fəaliyyəti
Mənsubiyyəti Sovet Sosialist Respublikaları İttifaqı
Xidmət illəri 19391941
Rütbəsi Leytenant
Döyüşlər

Həyatı redaktə

Əkbər Səttar oğlu Ağayev 1919-cu ildə Ordubad şəhərində anadan olmuşdur.[2] Milliyyətcə azərbaycanlıdır.[3][4] 1939-cu ildə Sovet ordusuna çağırılmışdır. Belorusiya cəbhəsində ağır yaralanmış və əsir alınmışdır (1941). 1942-ci ilin yazında Ağayev ölüm düşərgəsinə salınmışdır. İvan Spot adı ilə tanınan Ağayev Buhenvaldda da faşistlərə qarşı mübarizəsini davam etdirmişdir; 18 avqust 1944-cü ildə[5] güllələnmişdir.[2]

Xatirəsi redaktə

Ordubad rayonunda Əkbər Ağayevin adına küçə və tam orta məktəb vardır.[2]

İstinadlar redaktə

  1. Pyotr Britski. Faşizmlə mübarizədə beynəlmiləl həmrəyliyi: Hitler həbs düşərgələrində gizli antifaşist fəaliyyəti // Lvov universiteti nəzdindəki nəşriyyat. Lvov. 1980.
  2. 1 2 3 Ағајев Әкбәр Сәттар оғлу // Azərbaycan sovet ensiklopediyasının baş redaksiyası . I. Azərbaycan Sovet Ensiklopediyası. 1976. 96.
  3. Azərbaycan tarixi // Azərbaycan SSR Elmlər Akademiyasının Nəşriyyatı . III. Bakı. 1963. 134.
  4. Nikolay Şitov. Proletar beynəlmiləlçilik və vətənpərvərlik. Moskva. 1962. 130.
  5. "Akbar Agajew" (alman). totenbuch.buchenwald.de. 2021-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-20.

Xarici keçidlər redaktə


Saytda 62 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024