2024 Avroviziya Mahnı Müsabiqəsi Haqqinda Melumat - Vikipedia

2024 Avroviziya Mahnı Müsabiqəsi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

2024 Avroviziya Mahnı Müsabiqəsi

2024 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2024; fr. Concours Eurovision de la chanson 2024) — sayca 68-ci Avroviziya Mahnı Müsabiqəsidir. Loreenin ifa etdiyi "Tattoo" mahnısı ilə 2023 Avroviziya Mahnı Müsabiqəsində 583 xal ilə qələbə qazanmasının ardınca 2024-cü ildə İsveç 8 il sonra yenidən Avroviziyaya 7-ci dəfə ev sahibliyi etmək hüququ qazanmışdır. Bununla, İsveç yeddinci dəfə müsabiqəyə (əvvəllər 1975-ci ildə Stokholmda, 1985-ci ildə Göteborqda, 1992-ci ildə Malmödə, 2000-ci ildə Stokholmda, 2013-cü ildə Malmödə, 2016-cı ildə Stokholmda ev sahibliyi etmişdir) ev sahibliyi edəcək. Avropa Yayım Birliyi (EBU) və Sveriges Television (SVT) tərəfindən təşkil olunan müsabiqə, İsveçin Malmö şəhərində yerləşən Malmö Arenada təşkil olunacaq. Beynəlxalq yarışma, 7 və 9 may 2024-cü il tarixlərində keçiriləcək iki yarı-finaldan və 11 may 2024-cü ildə baş tutacaq böyük final mərhələsindən ibarət olacaq.

2024 Avroviziya Mahnı Müsabiqəsi
I yarımfinal 7 may 2024
II yarımfinal 9 may 2024
Final 11 may 2024
Direktor İsveç Martin Österdahl
Kanal İsveç SVT
Keçirilən yer Malmö Arena, Malmö, İsveç
Seçki sistemi Yarımfinallar: 100% telesəsvermə

Final: 50% münsif səsverməsi
50% telesəsvermə

İştirakçıların sayı 37
Yenidən iştirak edən ölkələr Lüksemburq Lüksemburq
İştirakdan imtina edən ölkələr Rumıniya Rumıniya
Avroviziya Mahnı Müsabiqəsi
◄ 2023        2025 ►

Keçirildiyi yer redaktə

İsveçin 2023-cü il müsabiqəsindəki qalibiyyətindən dərhal sonra, 2024-cü ildə yarışmaya ev sahibliyi etməkdə maraqlı olduqlarını bildirən ilk şəhərlər ölkənin üç ən böyük şəhəri olan Stokholm, Göteborq və Malmö, eləcə də daha əvvəl müsabiqəyə ev sahibliyi etmiş şəhərlər oldu.

SVT, maraqlı şəhərlərin rəsmi müraciət etməsi üçün 12 iyun 2023-cü il tarixini təyin etdi. Stokholm və Göteborq müvafiq olaraq 7 və 10 iyunda öz təkliflərini rəsmi olaraq elan etdi, ardınca 13 iyunda Malmö və Örnsköldsvik. Müraciət müddətinin bağlanmasından qısa müddət əvvəl SVT bir neçə təklif aldığını açıqladı, daha sonra onların bu dörd şəhərdən gəldiyini aydınlaşdırdı. İyulun 7-də Göteborq və Örnsköldsvikin təkliflərinin ləğv edildiyi bildirildi. Həmin gün EBU və SVT Malmö şəhərini ev sahibi şəhər elan etdi.

Şəhər Arena Tutum Qeyd
Göteborq Scandinavium 14,000 1985 Avroviziya Mahnı Müsabiqəsi-nin keçirildiyi arena.
Malmö Malmö Arena 15,500 2013 Avroviziya Mahnı Müsabiqəsi-nin keçirildiyi arena.
Örnşöldsvik Hagglunds Arena 9,800
Stokholm Friends Arena 65,000 Friends Arena İsveçin və bütün Şimali Avropanın ən böyük futbol stadionudur.
Tele2 Arena 45,000

İştirakçı ölkələr redaktə

Aşağıda adları göstərilən ölkələr Avroviziya 2024-də iştirak edəcəklərini açıqlamışdırlar.

Yarımfinalçılar redaktə

Ölkə Dil Müğənni Mahnı Tərcümə
Albaniya  Albaniya Besa "Titan"
Avstraliya  Avstraliya Electric Fields "One Milkali (One Blood)"
Avstriya  Avstriya Kaleen "We Will Rave"
Azərbaycan  Azərbaycan Fahree ft. İlkin Dövlətov "Özünlə apar"
Belçika  Belçika Mustii "Before the Party's Over"
Çexiya  Çexiya Aiko "Pedestal"
Danimarka  Danimarka Saba "Sand"
Ermənistan  Ermənistan Ladaniva "Jako"
Estoniya  Estoniya 5miinust & Puuluup "(nendest) narkootikumidest ei tea me (küll) midagi"
Finlandiya  Finlandiya Windows95man "No Rules!"
Gürcüstan  Gürcüstan Nutsa Buzaladze "Firefighter"
İrlandiya  İrlandiya Bambie Thug "Doomsday Blue"
İslandiya  İslandiya Hera Björk "Scared of Heights"
İsrail  İsrail Eden Golan "Hurricane"
İsveçrə  İsveçrə Nemo "The Code"
Kipr  Kipr Silia Kapsis "Liar"
Latviya  Latviya Dons "Hollow"
Litva  Litva Silvester Belt "Luktelk"
Lüksemburq  Lüksemburq Tali "Fighter"
Malta  Malta Sarah Bonnici "Loop"
Moldova  Moldova Natalia Barbu "In the Middle"
Niderland  Niderland Joost Klein "Europapa"
Norveç  Norveç Gåte "Ulveham"
Polşa  Polşa Luna "The Tower"
Portuqaliya  Portuqaliya Iolanda "Grito"
San-Marino  San-Marino Megara "11:11"
Serbiya  Serbiya Teya Dora "Ramonda"
Sloveniya  Sloveniya Raiven "Veronika"
Ukrayna  Ukrayna Alyona Alyona & Jerry Heil "Teresa & Maria"
Xorvatiya  Xorvatiya Baby Lasagna "Rim Tim Tagi Dim"
Yunanıstan  Yunanıstan Marina Satti "Zari"

Final redaktə

Ölkə Dil Müğənni Mahnı Tərcümə
Almaniya  Almaniya Isaak "Always on the Run"
Böyük Britaniya  Böyük Britaniya Olly Alexander "Dizzy"
Fransa  Fransa Slimane "Mon amour"
İtaliya  İtaliya Angelina Mango "La noia"
İspaniya  İspaniya Nebulossa "Zorra"
İsveç  İsveç (ev-sahibi ölkə) Marcus & Martinus "Unforgettable"

Digər ölkələr redaktə

Avropa Yayım İttifaqına üzv ölkələr redaktə

Xarici keçidlər redaktə


Saytda 153 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024