Ukrayna Avroviziya Mahnı Müsabiqəsində Haqqinda Melumat - Vikipedia

Ukrayna Avroviziya Mahnı Müsabiqəsində Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ukrayna Avroviziya Mahnı Müsabiqəsində

Ukrayna Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 2003-cü ildə qoşulmuş və ümumilikdə 15 dəfə müsabiqədə iştirak etmişdir. İştirak etdiyi illər ərzində ölkə iki dəfə müsabiqədə qələbə qazanmışdır. Ukraynanın ilk Avroviziya qələbəsi ölkənin müsabiqədə ikinci iştirak etdiyi il olan 2004-cü ildə Ruslananın ifa etdiyi "Wild Dances" mahnısı ilə qazanılmışdır. 2016-cı ildə Camalanın ifa etdiyi "1944" mahnısı ilə Ukrayna ikinci dəfə Avroviziyada qələbə sevincini yaşamışdır. Bundan başqa Ukrayna ümumilikdə altı dəfə müsabiqədə ilk beşlikdə yer almışdır. 2007-ci ildə Verka Serdyuçka və 2008-ci ildə Ani Lorak ilə ikinci, 2013-cü ildə Zlata Oqneviç ilə üçüncü və 2011-ci ildə Mika Nyuton ilə dördüncü yeri tutmuşdur. Avroviziyada yarımfinalların tətbiq olunduğu 2004-cü ildən etibarən Ukrayna həmişə müsabiqənin finalına yüksələ bilən az saylı ölkələrdən biridir. Avroviziya iki dəfə ölkənin paytaxtı Kiyevdə keçirilmişdir.

Ukrayna 2015-ci ildə ölkədə yaşanan ciddi siyasi böhran səbəbindən Avroviziyada iştirak etməmişdir. Növbəti il ölkə müsabiqəyə geri dönmüş və qələbə qazanmışdır. Ukrayna 2019-cu ildə müsabiqədə iştirak etməyi planlaşdırsa da, milli seçim turu sonrası yaşanan qalmaqalların ardınca ölkə müsabiqədəki iştirakını geri çəkmişdir.

Təmsilçilər redaktə

  Qalib
  İkinci yer
  Üçüncü yer
  Sonuncu yer
İl
Dil
Müğənni
Mahnı
Final
Yarım-final
Yer
Xal
Yer
Xal
2003 İngiliscə Aleksandr Ponomaryov "Hasta la Vista" 14 30
Yarımfinal olmayıb
2004 İngiliscə, Ukraynca Ruslana "Wild Dances" 1 280 2 256
2005 Ukraynca, İngiliscə GreenJolly "Razom nas bahato" (Разом нас багато) 19 30
Ev sahibi-ölkə
2006 İngiliscə Tina Karol "Show Me Your Love" 7 145 7 146
2007 Almanca, Ukrayna, İngiliscə Verka Serdyuçka "Dancing Lasha Tumbai" 2 235
Birbaşa finalçı
2008 İngiliscə Ani Lorak "Shady Lady" 2 230 1 152
2009 İngiliscə Svetlana Loboda "Be My Valentine! (Anti-Crisis Girl)" 12 76 6 80
2010 İngiliscə Alyoşa "Sweet People" 10 108 7 77
2011 İngiliscə Mika Nyuton "Angel" 4 159 6 81
2012 İngiliscə Qaytana "Be My Guest" 15 65 8 64
2013 İngiliscə Zlata Oqneviç "Gravity" 3 214 3 140
2014 İngiliscə Mariya Yaremçuk "Tick-Tock" 6 113 5 118
2016 İngiliscə, Krımtatarca Camala "1944" 1 534 2 287
2017 İngiliscə O.Torvald "Time" 24 36
Ev sahibi-ölkə
2018 İngiliscə Melovin "Under the Ladder" 17 130 6 179
2020 Ukraynaca Go A Solovey Yarışma ləğv edildi Yarışma ləğv edildi Yarışma ləğv edildi Yarışma ləğv edildi

Səsvermə tarixçəsi redaktə

Ukraynanın ən çox xal verdiyi ölkələr
Sıra Ölkə Xal
1 Rusiya  Rusiya 116
2 Azərbaycan  Azərbaycan 88
3 Moldova  Moldova 71
4 Ermənistan  Ermənistan 51
Gürcüstan  Gürcüstan
Ukraynanın ən çox xal aldığı ölkələr
Sıra Ölkə Xal
1 Belarus  Belarus 126
2 Polşa  Polşa 120
3 Moldova  Moldova 117
4 Azərbaycan  Azərbaycan 108
5 Rusiya  Rusiya 101

QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.

Ev sahibliyi redaktə

İl Şəhər Ev sahibi Aparıcılar
2005 Kiyev İdman sarayı Mariya Efrosinina və Pavlo Şılko
2017 Beynəlxalq sərgi mərkəzi Volodımır Ostapçuk, Oleksandr Skiçko və Timur Miroşnıçenko

Qalereya redaktə

Həmçinin bax redaktə


Saytda 140 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024