2010 Avroviziya Mahnı Müsabiqəsi Haqqinda Melumat - Vikipedia

2010 Avroviziya Mahnı Müsabiqəsi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

2010 Avroviziya Mahnı Müsabiqəsi

2010 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2010; fr. Concours Eurovision de la chanson 2010) — sayca 55-ci Avroviziya Mahnı Müsabiqəsidir. Aleksandr Rıbakın ifa etdiyi "Fairytale" mahnısı ilə 2009 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2010-cu ildə Norveç üçüncü dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Norveçin paytaxtı Oslo şəhərində Telenor Arenada keçirilmişdir. Müsabiqənin yarımfinalları 2010-cu ilin 25 və 27 may, final isə 29 may tarixində baş tutmuşdur.

2010 Avroviziya Mahnı Müsabiqəsi
"Share The Moment"
"Anı Bölüş"
Müsabiqə afişası
Müsabiqə afişası
I yarımfinal 25 may 2010
II yarımfinal 27 may 2010
Final 29 may 2010
Aparıcı(lar) Erik Solbakken
Haddi N'ci
Nadya Hasnaui
Direktor Svante Stokselius
Kanal Norveç NRK
Keçirilən yer Telenor Arena
Oslo, Norveç
Qalib mahnı Almaniya Almaniya
"Satellite"
Seçki sistemi Hər bir ölkə 50% telesəsvermə və 50% münsif səslərini toplayarq ən çox səs toplayan on iştirakçıya 12, 10, 8-1 xallar verirdi
İştirakçıların sayı 39
İlk dəfə iştirak edən ölkələr Olmayıb
Yenidən iştirak edən ölkələr Gürcüstan Gürcüstan
İştirakdan imtina edən ölkələr Andorra Andorra
Çexiya Çexiya
Macarıstan Macarıstan
Monteneqro Monteneqro
Avroviziya Mahnı Müsabiqəsi
◄ 2009        2011 ►

Qlobal maliyyə böhranı 2010-cu ildə Avroviziyaya da öz təsirini göstərmişdir. Maliyyə çətinliklərini səbəb göstərərək, bir neçə ölkə müsabiqədə iştirak edə bilməyəcəklərini açıqlamışdır. Bu ölkələr Andorra, Çexiya, MacarıstanMonteneqro idi. Litvanın da ilk öncə Avroviziya 2010-da iştirak etməyəcəyi barədə açıqlama verilsə də, daha sonra ölkənin adı iştirakçılar siyahısına əlavə edilmişdir. 2009-cu ildə müsabiqəyə göndərdiyi mahnının siyasi xarakterli olması səbəbindən müsabiqədə iştirak etməyən Gürcüstan isə bir illik fasilədən sonra 2010-cu ildə Avroviziyaya geri dönmüşdür. 2010-cu ildə eyni zamanda 2010 FİFA Dünya Kubokuna ev sahibliyi edən Norveç maliyyə problemlərini də nəzərə alaraq Avroviziyanın hazırlıqları üçün nəzərdə tutulan məbləği müəyyən qədər azaltmışdır. Nəticədə müsabiqə üçün 17 milyon avro ayrılmışdır.

Ümumilikdə 39 ölkənin iştirak etdiyi Avroviziya 2010-da Almaniya təmsilçisi Lena Meyer-Landrut ifa etdiyi "Satellite" adlı mahnı ilə 246 xal toplayaraq qalib gəlmişdir. Bu sonuncu dəfə 1982-ci ildə Nikolun təmsilində müsabiqədə qələbə qazanan Almaniyanın Avroviziyada ikinci qalibiyyəti idi.

Səsvermə redaktə

2009-cu ildən yalnız final mərhələsində müsabiqə iştirakçılarına səs vermək hüququ qazanan münsiflər heyəti, 2010-cu ildən etibarən yarımfinallarda da səs verə bilmişdirlər. Avroviziya 2010 müsabiqəsinin hər iki yarımfinal və bir final mərhələsində təyin olunmuş münsiflər heyəti 50 faiz səs vermə hüququna malik oldular. Bu qaydanın yarımfinal mərhələsinə də aid edilməsi tamaşaçıların və media mənsublarının AYİ-ya çoxsaylı müraciətləri səbəb olub.[1]

Avropa Yayım İttifaqının (EBU) qərarına əsasən 2010-cu ildən artıq tamaşaçılar səs vermək üçün çıxışların başa çatmasını gözləmək məcburiyyətində qalmamışdırlar və müsabiqənin gedişində bəyəndikləri, dəstəklədikləri təmsilçilərin sms nömrəsinə səs göndərə bilmişdirlər.

Avroviziya müsabiqəsinin icraçı direktoru Svante Stokselius açıqlamasında yeni səsvermə qaydası daha məntiqli olduğunu bildirmişdir: "Düşünürük ki, ifanı dinləyə-dinləyə səs verə bilmək daha yaxşıdır. Bir çox milli seçimlərdə bu təcrübədən istifadə edilir və təcrübə göstərir ki, bu tip səsvermə daha uğurla həyata keçirilə bilər. Eyni zamanda yeni qayda səsvermə zamanı sistemin yüklənməsinin qarşısını alacaq".[2]

Müsabiqə büdcəsi redaktə

Müsabiqə büdcəsi Norveçin NRK televiziyası tərəfindən aparılan hesablamalar nəticəsində ortaya çıxıb. NRK-nın direktorunun sözlərinə görə, bir müddət əvvəl aparılan ilkin hesablamalarda müsabiqəyə 17 milyon avro (150 milyon kroun) sərf olunacağı proqnozlaşdırılsa da, bu rəqəm sonradan xeyli artıb: "Biz bu büdcəni Helsinkidə keçirilən müsabiqə əsasında hesablamışıq. Müsabiqə ərəfəsində bu büdcənin artacağı da istisna olunmur. "Eurovision" müsabiqəsinin keçiriləcəyi tarixlər Norveçin dövlət bayramları günlərinə düşür. Bu səbəbdən də həmin günlər işə çıxan işçilərə əlavə maaşlar verilməlidir. Bu da büdcənin artmasına zəmin yaradacaq". Telekanalın hesablamalarına görə, 2010 Avroviziya Mahnı Müsabiqəsinə sahiblik edəcək Norveç müsabiqədən 75 milyon Norveç krounu – 9 milyon avro gəlir əldə edəcək. Bu gəlir bilet satışı və Avropa Yayım İttifaqı tərəfindən Norveçə ayrılacaq 3,5 milyon avroluq qrant hesabına əldə olunacaq.[3][4]

Yarımfinallara bölünmə səbətləri redaktə

7 fevral 2010-cu il tarixdı Avroviziya 2009-da iştirak edəcək ölkələrin yarımfinallara bölünməsi üçün püşkatma mərasimi keçirilmişdir. Tədbirdən əvvəl də məlum idi ki, iştirakçı ölkələrdən beşi; Almaniya, Böyük Britaniya, Fransa, İspaniya və ev sahibi Norveç birbaşa finalda iştirak edəcək. Müsabiqənin səsvermə üzrə rəsmi sponsoru olan Digame-nin apardığı hesablamalar nəticəsində 2010-cu ilə kimi bir-birinə çox səs verən ölkələrin fərqli yarımfinallarda iştirak etməsi üçün ölkələr beş səbətə ayrılmışdır. Hər bir səbətdə fərqli səsvermə qruplaşmaları yer almışdır (Balkan ölkələri bir səbətdə, Keçmiş Sovet ölkələri bir səbətdə, Skandinaviya ölkələri bir səbətdə və s.). Həmin bu üsul yarımfinal püşkatması zamanı eyni səbətdə yer alan altı və ya yeddi ölkənin eyni yarımfinalda iştirak etməməsinə şərait yaradırdı.

1-ci Səbət 2-ci Səbət 3-cü Səbət 4-cü Səbət 5-ci Səbət

İştirak edən ölkələr redaktə

39 ölkənin iştirak etdiyi Avroviziya 2010 otuz dörd ölkənin final uğrunda mübarizə apardığı iki yarımfinal mərhələsindən (hər yarımfinalda on yeddi ölkə) və iyirmi beş ölkənin qalibiyyət uğrunda mübarizə apardığı final mərhələsindən təşkil olunmuşdur. "Böyük dördlük" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa və İspaniya) və ev sahibi Norveç müsabiqənin finalında birbaşa iştirak etmək hüququ qazanmışdırlar.

1-ci yarımfinal redaktə

25 may tarixində baş tutan yarımfinal mərhələsində 17 ölkə iştirak etmişdir. Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda Almaniya, Fransaİspaniya səsvermədə iştirak etmişdir. 50% telesəsvermə, 50% münsif səslərinin tətbir olunduğu yeni səsvermə metodu ilə ən çox səs toplayan 10 ölkə müsabiqənin finalına vəsiqə qazanmışdır.

Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.

Ölkə Dil Müğənni(lər) Mahnı Tərcümə Yer Xal
01 Moldova  Moldova İngiliscə SunStroke ProjectOlia Tira "Run Away" Uzaqlara qaç 10 52
02 Rusiya  Rusiya İngiliscə Pyotr Naliç və dostları "Lost and Forgotten" İtirilmiş və unudulmuş 7 85
03 Estoniya  Estoniya İngiliscə Malcolm Lincoln "Siren" Siqnalizasiya 14 39
04 Slovakiya  Slovakiya Slovakca Kristina Pelakova "Horehronie" - 16 24
05 Finlandiya  Finlandiya Fincə Kuunkuiskaajat "Työlki ellää" Çalışaraq da qazana bilərsən 11 49
06 Latviya  Latviya İngiliscə Aişa "What For?" Nə üçün? 17 11
07 Serbiya  Serbiya Serbcə Milan Stankoviç "Ovo je Balkan" (Oво je Балкан) Bu Balkanlardır 5 106
08 Bosniya və Herseqovina  Bosniya və Herseqovina İngiliscə Vukaşin Brayiç "Thunder and Lightning" İldırım və şimşək 8 80
09 Polşa  Polşa İngiliscə, Polyakca Marçin Mrozinski "Legenda" Əfsanə 13 44
10 Belçika  Belçika İngiliscə Tom Days "Me and My Guitar" Mən və mənim gitaram 1 167
11 Malta  Malta İngiliscə Tea Qarrett "My Dream" Mənim arzum 12 45
12 Albaniya  Albaniya İngiliscə Yuliana Paşa "It's All About You" Hər şey sənin haqqındadır 6 96
13 Yunanıstan  Yunanıstan Yunanca Qiorqos Alkayos və dostları "OPA" (ΩΠΑ) - 2 133
14 Portuqaliya  Portuqaliya Portuqalca Filipa Azevedo "Há dias assim" Belə günlər 4 115
15 Şimali Makedoniya  Makedoniya Makedonca Qyoko Taneski və Billi Zver "Jas ja imam silata" (Јас ја имам силата) Mənim güclərim var 15 37
16 Belarus  Belarus İngiliscə 3+2 və Robert Uells "Butterflies" Kəpənəklər 9 59
17 İslandiya  İslandiya İngiliscə, Fransızca Hera Byork "Je ne sais quoi" Mən bilmirəm 3 123

2-ci yarımfinal redaktə

27 may tarixində baş tutan yarımfinal mərhələsində 17 ölkə iştirak etmişdir. Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda Böyük Britaniya və ev sahibi Norveç səsvermədə iştirak etmişdir. 50% telesəsvermə, 50% münsif səslərinin tətbir olunduğu yeni səsvermə metodu ilə ən çox səs toplayan 10 ölkə müsabiqənin finalına vəsiqə qazanmışdır.

Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.

Ölkə Dil Müğənni(lər) Mahnı Tərcümə Yer Xal
01 Litva  Litva İngiliscə InCulto "Eastern European Funk" Şərqi Avropa musiqisi 12 44
02 Ermənistan  Ermənistan İngiliscə Eva Rivas "Apricot Stone" Qaysı dənəsi 6 83
03 İsrail  İsrail İvritcə Harel Skaat "Milim" (מילים) Sözlər 8 71
04 Danimarka  Danimarka İngiliscə Şani və N'evergreen "In a Moment Like This" Belə bir anda 5 101
05 İsveçrə  İsveçrə Fransızca Mixael fon der Heyde "Il pleut de l'or" Qızıl yağış yağır 17 2
06 İsveç  İsveç İngiliscə Anna Bergendahl "This Is My Life" Bu mənim həyatımdır 11 62
07 Azərbaycan  Azərbaycan İngiliscə Safura Əlizadə "Drip Drop" Damcı düşməsi 2 113
08 Ukrayna  Ukrayna İngiliscə Alyoşa "Sweet People" Şirin insanlar 7 77
09 Niderland  Niderland Niderlandca Sieneke "Ik ben verliefd (Sha-la-lie)" Mən vurulmuşam 14 29
10 Rumıniya  Rumıniya İngiliscə Paula SelinqOvi "Playing with Fire" Odla oyun 4 104
11 Sloveniya  Sloveniya Slovencə Ansambel Žlindra və Kalamari "Narodnozabavni rock" Xalq Roku 16 6
12 İrlandiya  İrlandiya İngiliscə Niv Kavana "It's for You" Bu sənin üçündür 9 67
13 Bolqarıstan  Bolqarıstan Bolqarca, İngiliscə Miro "Angel si ti" (Ангел си ти) Sən mələksən 15 19
14 Kipr  Kipr İngiliscə Con Liliqrin və The Islanders "Life Looks Better in Spring" Həyat yazda daha yaxşı görünür 10 67
15 Xorvatiya  Xorvatiya Xorvatca Feminnem "Lako je sve" Hər şey asandır 13 33
16 Gürcüstan  Gürcüstan İngiliscə Sofo Nijaradze "Shine" Parla 3 106
17 Türkiyə  Türkiyə İngiliscə MaNga "We Could Be The Same" Eyni ola bilərdik 1 118

Final redaktə

 
Müsabiqənin qalibi Lena Oslo səhnəsində

Finalçılar:

  • "Böyük dördlük" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa və İspaniya);
  • Ev sahibi ölkə (Norveç);
  • Birinci yarımfinal mərhələsində ilk onluğa daxil olan ölkələr;
  • İkinci yarımfinal mərhələsində ilk onluğa daxil olan ölkələr.

29 may tarixində baş tutan yarımfinal mərhələsində 25 ölkə iştirak etmişdir. Müsabiqədə iştirak edən bütün ölkələr səsvermədə iştirak etmişdir və Almaniya təmsilçisi ən çox səs toplayaraq müsabiqənin qalibi elan edilmişdir.

Ölkə Dil Müğənni(lər) Mahnı Tərcümə Yer Xal
01 Azərbaycan  Azərbaycan İngiliscə Safura Əlizadə "Drip Drop" Damcı düşməsi 5 145
02 İspaniya  İspaniya İspanca Daniel Dixes "Algo Pequeñito" Balaca bir şey 15 68
03 Norveç  Norveç (ev sahibi-ölkə) İngiliscə Didrik Solli-Tangen "My Heart Is Yours" Mənim Ürəyim Sizindir 20 35
04 Moldova  Moldova İngiliscə SunStroke ProjectOlia Tira "Run Away" Uzaqlara qaç 22 27
05 Kipr  Kipr İngiliscə Con Liliqrin və The Islanders "Life Looks Better in Spring" Həyat yazda daha yaxşı görünür 21 27
06 Bosniya və Herseqovina  Bosniya və Herseqovina İngiliscə Vukaşin Brayiç "Thunder and Lightning" İldırım və şimşək 17 51
07 Belçika  Belçika İngiliscə Tom Days "Me and My Guitar" Mən və mənim gitaram 6 143
08 Serbiya  Serbiya Serbcə Milan Stankoviç "Ovo je Balkan" (Oво je Балкан) Bu Balkanlardır 13 72
09 Belarus  Belarus İngiliscə 3+2 və Robert Uells "Butterflies" Kəpənəklər 24 18
10 İrlandiya  İrlandiya İngiliscə Niv Kavana "It's for You" Bu sənin üçündür 23 25
11 Yunanıstan  Yunanıstan Yunanca Qiorqos Alkayos və dostları "OPA" (ΩΠΑ) - 8 140
12 Böyük Britaniya  Böyük Britaniya İngiliscə Coş Dubovi "That Sounds Good to Me" Bu səs mənə yaxşı gəlir 25 10
13 Gürcüstan  Gürcüstan İngiliscə Sofo Nijaradze "Shine" Parla 9 136
14 Türkiyə  Türkiyə İngiliscə MaNga "We Could Be The Same" Eyni ola bilərdik 2 170
15 Albaniya  Albaniya İngiliscə Yuliana Paşa "It's All About You" Hər şey sənin haqqındadır 16 62
16 İslandiya  İslandiya İngiliscə, Fransızca Hera Byork "Je ne sais quoi" Mən bilmirəm 19 41
17 Ukrayna  Ukrayna İngiliscə Alyoşa "Sweet People" Şirin insanlar 10 108
18 Fransa  Fransa Fransızca Jessy Matador "Allez! Ola! Olé" - 12 82
19 Rumıniya  Rumıniya İngiliscə Paula SelinqOvi "Playing with Fire" Odla oyun 3 162
20 Rusiya  Rusiya İngiliscə Pyotr Naliç və dostları "Lost and Forgotten" İtirilmiş və unudulmuş 11 90
21 Ermənistan  Ermənistan İngiliscə Eva Rivas "Apricot Stone" Qaysı dənəsi 7 141
22 Almaniya  Almaniya İngiliscə Lena Meyer-Landrut "Satellite" Peyk 1 246
23 Portuqaliya  Portuqaliya Portuqalca Filipa Azevedo "Há dias assim" Belə günlər 18 43
24 İsrail  İsrail İvritcə Harel Skaat "Milim" (מילים) Sözlər 14 71
25 Danimarka  Danimarka İngiliscə Şani və N'evergreen "In a Moment Like This" Belə bir anda 4 149

Nəticələr redaktə

1-ci yarımfinal redaktə

Səsvermə nəticələri
Cəmi Moldova  Rusiya  Estoniya  Slovakiya  Finlandiya  Latviya  Serbiya  Bosniya və Herseqovina  Polşa  Belçika  Malta  Albaniya  Yunanıstan  Portuqaliya  Şimali Makedoniya  Belarus  İslandiya  Fransa  Almaniya  İspaniya 
Moldova 52 5 1 2 7 4 8 7 10 3 5
Rusiya 74 12 12 3 10 4 2 8 5 1 3 1 12 1
Estoniya 39 12 12 1 5 1 1 4 1 2
Slovakiya 24 2 6 5 1 5 5
Finlandiya 49 3 10 2 6 1 7 2 7 6 3 2
Latviya 11 6 5
Serbiya 79 3 4 1 6 3 12 3 3 7 2 10 3 12 4 6
Bosniya və Herseqovina 59 1 2 5 12 6 3 7 5 8 4 6
Polşa 44 2 6 4 6 6 3 7 7 3
Belçika 167 6 10 8 10 10 8 7 4 12 12 4 10 12 4 8 12 10 12 8
Malta 45 3 12 1 1 6 2 2 3 6 2 4 2 1
Albaniya 76 4 2 7 4 8 6 12 12 10 2 5 4
Yunanıstan 133 7 7 2 8 8 10 8 7 10 8 10 10 3 5 8 4 8 10
Portuqaliya 89 5 5 4 6 7 5 3 2 4 4 5 2 7 8 10 12
Makedoniya 37 4 1 1 8 10 12 1
Belarus 59 8 12 4 3 5 3 5 6 7 5 1
İslandiya 123 10 8 7 7 7 2 3 10 12 10 8 8 6 1 6 5 6 7

2-ci yarımfinal redaktə

Səsvermə nəticələri
Cəmi Litva  Ermənistan  İsrail  Danimarka  İsveçrə  İsveç  Azərbaycan  Ukrayna  Niderland  Rumıniya  Sloveniya  İrlandiya  Bolqarıstan  Kipr  Xorvatiya  Gürcüstan  Türkiyə  Norveç  Böyük Britaniya 
Litva 44 2 1 4 2 12 2 1 8 5 7
Ermənistan 83 1 12 3 5 8 10 10 8 12 10 4
İsrail 71 8 8 7 6 12 3 5 1 4 5 7 5
Danimarka 101 5 5 7 5 12 6 5 4 12 10 4 2 3 4 3 6 8
İsveçrə 2 2
İsveç 62 3 3 12 10 2 6 1 5 1 2 2 12 3
Azərbaycan 113 2 5 5 6 3 12 1 8 8 10 7 10 10 12 12 2
Ukrayna 77 10 10 2 3 8 2 5 1 2 6 6 6 7 3 4 2
Niderland 29 4 4 2 1 6 3 1 5 3
Rumıniya 104 6 4 8 8 4 7 5 3 3 4 6 4 8 4 8 10 12
Sloveniya 6 1 5
İrlandiya 67 7 1 3 6 12 4 8 4 2 3 1 6 10
Bolqarıstan 19 1 5 7 6
Kipr 67 4 6 10 7 6 3 4 6 5 12 4
Xorvatiya 33 7 2 7 1 12 1 3
Gürcüstan 106 12 12 6 1 2 10 7 5 2 7 7 10 7 7 10 1
Türkiyə 118 8 10 8 10 12 10 7 7 3 8 12 8 6 1 8

Final redaktə

Səsvermə nəticələri
Cəmi Rumıniya  İrlandiya  Almaniya  Serbiya  Albaniya  Türkiyə  Xorvatiya  Polşa  Bosniya və Herseqovina  Finlandiya  Sloveniya  Estoniya  Rusiya  Portuqaliya  Azərbaycan  Yunanıstan  İslandiya  Danimarka  Fransa  İspaniya  Slovakiya  Bolqarıstan  Ukrayna  Latviya  Malta  Norveç  Kipr  Litva  Belarus  İsveçrə  Belçika  Böyük Britaniya  Niderland  İsrail  Şimali Makedoniya  Moldova  Gürcüstan  İsveç  Ermənistan 
Azərbaycan 145 3 12 8 7 8 1 4 2 7 12 12 2 12 7 10 6 2 5 7 3 7 8
İspaniya 68 2 7 4 5 4 12 2 4 5 8 1 1 4 2 7
Norveç 35 2 7 3 5 3 3 6 4 2
Moldova 27 10 6 6 4 1
Kipr 27 4 12 1 2 4 1 3
Bosniya və Herseqovina 51 12 6 8 10 4 5 6
Belçika 143 4 10 12 5 10 6 3 5 5 6 10 10 7 10 1 4 10 3 7 7 6 2
Serbiya 72 5 3 8 12 8 10 1 10 1 7 7
Belarus 18 2 1 3 12
İrlandiya 25 2 1 1 2 6 7 6
Yunanıstan 140 7 8 10 12 3 1 6 7 8 8 4 5 5 5 7 12 12 12 3 2 3
Böyük Britaniya 10 4 1 2 3
Gürcüstan 136 5 5 7 4 4 1 8 10 8 5 2 1 6 7 1 5 12 7 1 4 5 5 5 6 12
Türkiyə 170 8 1 10 3 8 12 10 3 2 6 12 6 12 3 10 8 2 4 3 3 6 10 8 10 5 5
Albaniya 62 1 1 7 5 2 5 10 7 8 3 1 12
İslandiya 41 4 5 4 3 3 6 6 2 8
Ukrayna 108 5 7 1 3 7 10 2 7 7 6 6 10 5 7 2 8 7 8
Fransa 82 6 3 4 3 3 8 3 1 7 8 6 7 2 2 4 3 2 3 1 6
Rumıniya 162 7 6 5 2 6 2 7 3 10 7 4 5 8 10 1 2 3 5 10 8 2 1 4 8 5 8 12 10 1
Rusiya 90 4 10 2 3 6 10 8 5 12 10 10 10
Ermənistan 141 6 7 1 6 5 12 7 6 8 4 8 6 1 7 5 7 12 12 4 6 10 1
Almaniya 246 3 8 8 10 10 6 7 8 12 10 12 6 1 1 2 3 12 3 12 12 3 5 12 4 12 4 10 12 10 4 4 8 12
Portuqaliya 43 6 2 1 4 8 6 6 1 5 4
İsrail 71 4 1 10 6 5 1 8 3 5 2 8 3 10 1 4
Danimarka 149 12 12 2 2 12 2 12 5 1 4 4 12 4 7 10 8 8 3 2 6 2 4 2 8 5

12 xallar redaktə

N. Ölkəyə Səs verən ölkələr
9 Almaniya  Almaniya Danimarka  Danimarka, Estoniya  Estoniya, Finlandiya  Finlandiya, İspaniya  İspaniya, İsveç  İsveç, İsveçrə  İsveçrə, Latviya  Latviya, Norveç  Norveç, Slovakiya  Slovakiya
5 Danimarka  Danimarka İrlandiya  İrlandiya, İslandiya  İslandiya, Polşa  Polşa, Rumıniya  Rumıniya, Sloveniya  Sloveniya
4 Azərbaycan  Azərbaycan Bolqarıstan  Bolqarıstan, Malta  Malta, Türkiyə  Türkiyə, Ukrayna  Ukrayna
Yunanıstan  Yunanıstan Albaniya  Albaniya, Belçika  Belçika, Böyük Britaniya  Birləşmiş Krallıq, Kipr  Kipr
3 Ermənistan  Ermənistan İsrail  İsrail, Niderland  Niderland, Rusiya  Rusiya
Türkiyə  Türkiyə Azərbaycan  Azərbaycan, Fransa  Fransa, Xorvatiya  Xorvatiya
2 Gürcüstan  Gürcüstan Ermənistan  Ermənistan, Litva  Litva
1 Albaniya  Albaniya Şimali Makedoniya  Şimali Makedoniya
Belçika  Belçika Almaniya  Almaniya
Belarus  Belarus Gürcüstan  Gürcüstan
Bosniya və Herseqovina  Bosniya və Herseqovina Serbiya  Serbiya
İspaniya  İspaniya Portuqaliya  Portuqaliya
Kipr  Kipr Yunanıstan  Yunanıstan
Rumıniya  Rumıniya Moldova  Moldova
Rusiya  Rusiya Belarus  Belarus
Serbiya  Serbiya Bosniya və Herseqovina  Bosniya və Herseqovina

Yenidən iştirak edən müğənnilər redaktə

Müğənni Ölkə Əvvəlki il(lər)
Niv Kavana İrlandiya  İrlandiya 1993
Feminnem Xorvatiya  Xorvatiya 2005 (Bosniya və Herseqovina)

İstinadlar redaktə

Xarici keçidlər redaktə

Həmçinin bax redaktə


Saytda 67 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024