2014 Avroviziya Mahnı Müsabiqəsi Haqqinda Melumat - Vikipedia

2014 Avroviziya Mahnı Müsabiqəsi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

2014 Avroviziya Mahnı Müsabiqəsi

2014 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 2014; fr. Concours Eurovision de la chanson 2014) — sayca 59-cu Avroviziya Mahnı Müsabiqəsidir. Emmili de Forestin ifa etdiyi "Only Teardrops" mahnısı ilə 2013 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2014-cü ildə Danimarka üçüncü dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Danimarkanın paytaxtı Kopenhagen şəhərində, B&W Hallerne arenasında keçirilmişdir. Müsabiqənin yarımfinalları 2014-cü ilin 6 və 8 may, final isə 10 may tarixində baş tutmuşdur.

2014 Avroviziya Mahnı Müsabiqəsi
"#Join Us"
"Bizə Qoşul"
Müsabiqə afişası
Müsabiqə afişası
I yarımfinal 6 may 2014
II yarımfinal 8 may 2014
Final 10 may 2014
Aparıcı(lar) Lise Rönne
Nikolay Koppel
Pilu Asbek
Direktor Yon Ola Sand
Kanal Danimarka DR
Keçirilən yer B&W Hallerne,
Kopenhagen, Danimarka
Qalib mahnı Avstriya Avstriya
"Rise Like a Phoenix"
Seçki sistemi Hər bir ölkə 50% telesəsvermə və 50% münsif səslərini toplayaraq ən çox səs toplayan on iştirakçıya 12, 10, 8-1 xallar verirdi
İştirakçıların sayı 37
İlk dəfə iştirak edən ölkələr Olmayıb
Yenidən iştirak edən ölkələr Polşa Polşa
Portuqaliya Portuqaliya
İştirakdan imtina edən ölkələr Bolqarıstan Bolqarıstan
Kipr Kipr
Serbiya Serbiya
Xorvatiya Xorvatiya
Avroviziya Mahnı Müsabiqəsi
◄ 2013        2015 ►

2014-cü ildə iki illik fasilədən sonra Polşa və bir illik fasilədən sonra Portuqaliya Avroviziyaya geri dönmüşdür. Bolqarıstan, Kipr, SerbiyaXorvatiya isə maliyyə problemlərini səbəb göstərərək, Kopenhagendə keçirilən müsabiqədə iştirakdan imtina etmişdirlər. Müsabiqədə ümumilikdə 37 ölkə iştirak etmişdir və bu iştirakçı sayına görə son 8 ilin ən aşağı göstəricisi idi.

Avroviziya 2014-də "Rise Like a Phoenix" mahnısı ilə 290 xal toplayaraq, Avstriya təmsilçisi Konçita Vurst qələbə qazanmışdır. Bu sonuncu dəfə Avroviziyada 1966-cı ildə Udo Yürqensin təmsilində qələbə qazanmış Avstriyanın müsabiqədə ikinci qalibiyyəti idi.

Keçirilmə yeri redaktə

 
Müsabiqənin keçirildiyi arena

2014-cü ilin mayında Danimarkada keçirilmiş 2014 Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi etməyə Danimarkanın beş şəhəri - Kopenhagen, Herninq, Olborq, Frederisiya, Horsens iddialı olmuşdur. Onlardan Olborq şəhərdəki otellərin həcminə görə bu siyahını erkən tərk etmişdir. Frederisiya isə Danimarka Radioyayımının şounun sütunsuz məkanda keçirilməsi tələbinə cavab verə bilməyəcəyindən iddiasından əl çəkmişdir. 2 sentyabr 2013-cü ildə Danimarka namizəd şəhərlər içindən Kopenhagenin 2014 Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi edəcəyəni elan etmişdir[1].

Müsabiqə "#Join Us" (Bizə qoşulun) şüarı altında B&W Hallerne arenasında keçirilmişdir. Bundan öncə də Kopenhagen artıq iki dəfə - 19642001-ci illərdə də Avroviziyaya ev sahibliyi etmişdir. Həmçinin 2005-ci ildə yarışmanın 50 illiyinə həsr olunmuş konsert proqramı da bu şəhərdə baş tutmuşdu[2].

Şəhər Arena Tutum Qeyd
Kopenhagen B&W Hallerne 10,000 -
Parken Stadium 50,000 2001 Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi etmişdir.
Frederisiya Messe C 8,000 -
Herninq Jyske Bank Boxen 15,000 2013-cü ildə Danimarkanın Avroviziya üçün keçirdiyi Dansk Melodi Grand Prix-ə ev sahibliyi etmişdir.
Horsens Horsens Statsfönqsel 13,000 -
Olborq Gigantium 8,500 2006, 20102012-ci illərdə Danimarkanın Avroviziya üçün keçirdiyi Dansk Melodi Grand Prix-ə ev sahibliyi etmişdir.

İştirakçılar redaktə

37 ölkənin iştirak etdiyi Avroviziya 2014 otuz bir ölkənin final uğrunda mübarizə apardığı iki yarımfinal mərhələsindən (birinci yarımfinalda 16 ölkə, ikinci yarımfinalda 15 ölkə) və iyirmi altı ölkənin qalibiyyət uğrunda mübarizə apardığı final mərhələsindən təşkil olunmuşdur. "Böyük Beşlik" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya) və ev sahibi Danimarka müsabiqənin finalında birbaşa iştirak etmək hüququ qazanmışdırlar.

Yarımfinallara bölünmə səbətləri redaktə

20 yanvar 2014-cü il tarixdə Avroviziya 2014-də iştirak edəcək ölkələrin yarımfinallara bölünməsi üçün püşkatma mərasimi keçirilmişdir. Tədbirdən əvvəl də məlum idi ki, iştirakçı ölkələrdən altısı; Almaniya, Böyük Britaniya, Fransa, İspaniya İtaliya və ev sahibi Danimarka birbaşa finalda iştirak edəcək. Müsabiqənin səsvermə üzrə rəsmi sponsoru olan Digame-nin apardığı hesablamalar nəticəsində 2014-cü ilə kimi bir-birinə çox səs verən ölkələrin fərqli yarımfinallarda iştirak etməsi üçün ölkələr altı səbətə ayrılmışdır. Hər bir səbətdə fərqli səsvermə qruplaşmaları yer almışdır (Balkan ölkələri bir səbətdə, Keçmiş Sovet ölkələri bir səbətdə, Skandinaviya ölkələri bir səbətdə və s.). Həmin bu üsul yarımfinal püşkatması zamanı eyni səbətdə yer alan beş və ya dörd ölkənin eyni yarımfinalda iştirak etməməsinə şərait yaradırdı.

İsrail, İsveçNorveç püşkatmada iştirak etməmişdir. Belə ki, müsabiqənin ən çox izləyici kütləsinin olduğu düşünülən və biletlərin ən çox satıldığı iki ölkə İsveç və Norveç Avropa Yayım İttifaqının qərarı ilə püşkatmadan öncə fərqli yarımfinallara ayrılmışdırlar. Hər iki ölkənin eyni yarımfinalda iştirak etməsi halında həmin yarımfinalda arenanın 2/3 hissəsini yalnız İsveç və Norveçdən gələn izləyicilərin təşkil edəcəyi və digər ölkələrdən bilet satışlarının az olacağı gözlənilirdi. Eyni zamanda İsrail Avropa Yayım İttifaqının qərarı ilə püşkatmadan azad edilmişdi. Müsabiqənin ikinci yarımfinal tarixinin İsrailin müharibədə həlak olan əsgərləri və eyni zamanda terror qurbanlarını Anım günü ilə üst-üstə düşməsi səbəbindən İsrailin dövlət kanalı IBA bu barədə Avropa Yayım İttifaqına müraciət etmiş və ölkənin püşkatmadan kənar birinci yarımfinalda iştirak etməsinə qərar verilmişdir.

1-ci səbət 2-ci səbət 3-cü səbət 4-cü səbət 5-ci səbət 6-cı səbət

Yarımfinallar redaktə

1-ci yarımfinal redaktə

6 may tarixində baş tutan yarımfinal mərhələsində 16 ölkə iştirak etmişdir. Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda Fransa, İspaniya və ev sahibi Danimarka səsvermədə iştirak etmişdir. 50% telesəsvermə, 50% münsif səslərinin tətbir olunduğu yeni səsvermə metodu ilə ən çox səs toplayan 10 ölkə müsabiqənin finalına vəsiqə qazanmışdır.

Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.

Ölkə Dil Müğənni(lər) Mahnı Tərcümə Yer Xal
01 Ermənistan  Ermənistan İngiliscə Aram Mp3 "Not Alone" Yalnız deyilsən 4 121
02 Latviya  Latviya İngiliscə, Latışca Aarzemnieki "Cake to Bake" Bişirmək üçün kökə 13 33
03 Estoniya  Estoniya İngiliscə Tanya "Amazing" Təəccüblü 12 36
04 İsveç  İsveç İngiliscə Sanna Nilsen "Undo" Geri al 2 131
05 İslandiya  İslandiya İngiliscə Pollapönk "No Prejudice" Ön mühakiməyə yox 8 61
06 Albaniya  Albaniya İngiliscə Hersi "One Night's Anger" Bir gecəlik qəzəb 15 22
07 Rusiya  Rusiya İngiliscə Tolmaçova bacıları "Shine" Parla 6 63
08 Azərbaycan  Azərbaycan İngiliscə Dilarə Kazımova "Start a Fire" Bir qığılcım başlat 9 57
09 Ukrayna  Ukrayna İngiliscə Mariya Yaremçuk "Tick-Tock" Tik-tok 5 118
10 Belçika  Belçika İngiliscə Aksel İrsu "Mother" Ana 14 28
11 Moldova  Moldova İngiliscə Kristina Skarlat "Wild Soul" Vəhşi ruh 16 16
12 San-Marino  San-Marino İngiliscə Valentina Monetta "Maybe" Bəlkə 10 40
13 Portuqaliya  Portuqaliya Portuqalca Suzi "Quero Ser Tua" Sənin olmaq istəyirəm 11 39
14 Niderland  Niderland İngiliscə The Common Linnets "Calm After The Storm" Fırtınadan sonrakı səssizlik 1 150
15 Monteneqro  Monteneqro Monteneqrcə Sergey Çetkoviç "Moj Svijet" Mənim dünyam 6 63
16 Macarıstan  Macarıstan İngiliscə Andras Kallay-Saunders "Running" Qaçış 3 127

2-ci yarımfinal redaktə

8 may tarixində baş tutan yarımfinal mərhələsində 15 ölkə iştirak etmişdir. Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda Almaniya, Böyük Britaniyaİtaliya səsvermədə iştirak etmişdir. 50% telesəsvermə, 50% münsif səslərinin tətbir olunduğu yeni səsvermə metodu ilə ən çox səs toplayan 10 ölkə müsabiqənin finalına vəsiqə qazanmışdır.

Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.

Ölkə Dil Müğənni(lər) Mahnı Tərcümə Yer Xal
01 Malta  Malta İngiliscə Firelight "Coming Home" Evə gəlirəm 9 63
02 İsrail  İsrail İngiliscə, İvritcə Mey Feynqold "Same Heart" Eyni qəlb 14 19
03 Norveç  Norveç İngiliscə Karl Espen "Silent Storm" Səssiz fırtına 6 77
04 Gürcüstan  Gürcüstan İngiliscə The Shin və Mariko "Three Minutes to Earth" Dünyaya üç dəqiqə 15 15
05 Polşa  Polşa Polyakca, İngiliscə Donatan və Kleo "My Słowianie - We Are Slavic" Biz slavyanlarıq 8 70
06 Avstriya  Avstriya İngiliscə Konçita Vurst "Rise Like a Phoenix" Zümrüd quşu kimi yüksəl 1 169
07 Litva  Litva İngiliscə Viliya Mataçiunayte "Attention" Diqqət 11 36
08 Finlandiya  Finlandiya İngiliscə Softengine "Something Better" Daha yaxşı bir şey 3 97
09 İrlandiya  İrlandiya İngiliscə Can-Linn ilə Keysi Smit "Heartbeat" Ürək döyüntüsü 12 35
10 Belarus  Belarus İngiliscə Teo "Cheesecake" - 5 87
11 Şimali Makedoniya  Makedoniya İngiliscə Tiyana "To The Sky" Göylərə 13 33
12 İsveçrə  İsveçrə İngiliscə Sebalter "Hunter of Stars" Ulduz ovçusu 4 92
13 Yunanıstan  Yunanıstan İngiliscə Freaky Fortune ilə Riskykidd "Rise Up" Yüksəl 7 74
14 Sloveniya  Sloveniya İngiliscə, Slovencə Tinkara Kovaç "Round and Round" Yenidən (Yenə-yenə) 10 52
15 Rumıniya  Rumıniya İngiliscə Paula SelinqOvi "Miracle" Möcüzə 2 125

Final redaktə

 
Müsabiqənin qalibi Konçita Vurst Kopenhagen səhnəsində

Finalçılar:

  • "Böyük Beşlik" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa, İspaniya və İtaliya);
  • Ev sahibi ölkə (Danimarka);
  • Birinci yarımfinal mərhələsində ilk onluğa daxil olan ölkələr;
  • İkinci yarımfinal mərhələsində ilk onluğa daxil olan ölkələr.

10 may tarixində baş tutan yarımfinal mərhələsində 26 ölkə iştirak etmişdir. Müsabiqədə iştirak edən bütün ölkələr səsvermədə iştirak etmişdir və Avstriya təmsilçisi ən çox səs toplayaraq müsabiqənin qalibi elan edilmişdirlər.

Sıra Ölkə Dil Müğənni(lər) Mahnı Tərcümə Yer Xal
01 Ukrayna  Ukrayna İngiliscə Mariya Yaremçuk "Tick-Tock" Tik-tak 6 113
02 Belarus  Belarus İngiliscə Teo "Cheesecake" - 16 43
03 Azərbaycan  Azərbaycan İngiliscə Dilarə Kazımova "Start a Fire" Bir qığılcım başlat 22 33
04 İslandiya  İslandiya İngiliscə Pollapönk "No Prejudice" Ön mühakiməyə yox 15 58
05 Norveç  Norveç İngiliscə Karl Espen "Silent Storm" Səssiz fırtına 8 88
06 Rumıniya  Rumıniya İngiliscə Paula SelinqOvi "Miracle" Möcüzə 12 72
07 Ermənistan  Ermənistan İngiliscə Aram Mp3 "Not Alone" Tək deyilsən 4 174
08 Monteneqro  Monteneqro Monteneqrcə Sergey Çetkoviç "Moj Svijet" Mənim dünyam 19 37
09 Polşa  Polşa Polyakca, İngiliscə Donatan və Kleo "My Słowianie - We are Slavic" Biz slavyanlarıq 14 62
10 Yunanıstan  Yunanıstan İngiliscə Freaky Fortune ilə Riskykidd "Rise Up" Yüksəl 20 35
11 Avstriya  Avstriya İngiliscə Konçita Vurst "Rise Like a Phoenix" Zümrüd quşu kimi yüksəl 1 290
12 Almaniya  Almaniya İngiliscə Elaiza "Is It Right" Bu doğrudurmu 18 39
13 İsveç  İsveç İngiliscə Sanna Nilsen "Undo" Geri al 3 218
14 Fransa  Fransa Fransızca, İngiliscə Twin Twin "Moustache" Bığ 26 2
15 Rusiya  Rusiya İngiliscə Tolmaçova bacıları "Shine" Parla 7 89
16 İtaliya  İtaliya İtalyanca Emma Marrone "La mia città" Mənim şəhərim 21 33
17 Sloveniya  Sloveniya İngiliscə, Slovencə Tinkara Kovaç "Round and Round" Yenidən 25 9
18 Finlandiya  Finlandiya İngiliscə Softengine "Something Better" Daha yaxşı bir şey 11 72
19 İspaniya  İspaniya İngiliscə, İspanca Rut Lorenso "Dancing in the Rain" Yağışda rəqs 10 74
20 İsveçrə  İsveçrə İngiliscə Sebalter "Hunter of Stars" Ulduz ovçusu 13 64
21 Macarıstan  Macarıstan İngiliscə Andras Kallay-Saunders "Running" Qaçış 5 143
22 Malta  Malta İngiliscə Firelight "Coming Home" Evə gəlirəm 23 32
23 Danimarka  Danimarka (ev sahibi) İngiliscə Basim "Cliché Love Song" Şablon sevgi mahnısı 9 74
24 Niderland  Niderland İngiliscə The Common Linnets "Calm After The Storm" Fırtınadan sonra səssizlik 2 238
25 San-Marino  San-Marino İngiliscə Valentina Monetta "Maybe" Bəlkə 24 14
26 Böyük Britaniya  Böyük Britaniya İngiliscə Molli "Children of the Universe" Kainatın övladları 17 40

Nəticələr redaktə

1-ci yarımfinal redaktə

Səsvermə sistemi:
  %50 Münsif və tamaşaçı səsləri
  %100 Münsif səsləri
Səsvermə nəticələri
Cəmi  Albaniya  Azərbaycan  Belçika  Ermənistan  Estoniya  Niderland  İsveç  İslandiya  Monteneqro  Latviya  Macarıstan  Moldova  Portuqaliya  Rusiya  San-Marino  Ukrayna  Danimarka  Fransa  İspaniya 
İştirakçılar  Albaniya 22 2 1 12 5 2
Azərbaycan 57 7 4 4 1 7 2 1 6 2 10 6 5 2
Belçika 28 4 6 3 2 7 4 1 1
Ermənistan 121 5 3 5 12 8 3 10 6 8 4 12 10 12 5 12 6
Estoniya 36 5 5 5 5 10 4 2
Niderland 150 2 3 10 10 12 12 12 1 12 12 2 12 2 12 7 12 10 7
İsveç 131 6 8 4 7 8 10 5 8 10 10 8 6 3 10 10 6 12
İslandiya 61 4 2 7 7 5 6 1 7 3 8 8 3
Monteneqro 63 12 2 8 6 3 4 5 6 5 1 7 4
Latviya 33 7 5 6 1 6 2 3 2 1
Macarıstan 127 10 8 12 1 8 10 10 8 3 4 10 8 8 8 6 3 10
Moldova 13 4 6 1 2
Portuqaliya 39 1 1 6 3 2 4 3 3 3 5 8
Rusiya 63 10 1 7 1 2 2 4 4 5 12 5 6 4
San-Marino 40 8 6 2 3 4 1 7 1 3 4 1
Ukrayna 118 3 12 7 12 10 5 6 7 8 7 3 8 7 7 4 7 5

12 xallar redaktə

Aşağıdakı siyahı 1-ci yarımfinalda səs verən ölkələrin 12 xallarını hansı ölkələrə verdikləri göstərilir:

S. Ölkə 12 xal verən ölkə(lər)
8 Niderland  Niderland Danimarka, Estoniya, İsveç, İslandiya, Latviya, Macarıstan, Portuqaliya, San-Marino
4 Ermənistan  Ermənistan Fransa, Niderland, Rusiya, Ukrayna
2 Ukrayna  Ukrayna Azərbaycan, Ermənistan
1 İsveç  İsveç İspaniya
Albaniya  Albaniya Monteneqro
Rusiya  Rusiya Moldova
Monteneqro  Monteneqro Albaniya
Macarıstan  Macarıstan Belçika

2-ci yarımfinal redaktə

Səsvermə sistemi:
  %50 Münsif və tamaşaçı səsləri
  %100 Münsif səsləri
Səsvermə nəticələri
Cəmi  Malta  İsrail  Norveç  Gürcüstan  Polşa  Avstriya  Litva  Finlandiya  İrlandiya  Belarus  Makedoniya  İsveçrə  Yunanıstan  Sloveniya  Rumıniya  Almaniya  İtaliya  Böyük Britaniya 
İştirakçılar  Malta 63 2 8 4 1 1 5 3 4 12 5 3 3 5 7
İsrail 19 3 2 5 6 1 2
Norveç 77 7 5 6 5 8 10 8 4 2 7 4 4 7
Gürcüstan 15 2 6 5 1 1
Polşa 70 1 4 7 2 4 2 10 3 3 3 5 12 10 4
Avstriya 169 10 10 8 10 10 10 12 12 7 6 12 12 10 12 4 12 12
Litva 36 5 7 2 5 6 1 10
Finlandiya 97 3 12 1 8 8 5 10 10 8 4 2 5 5 8 8
İrlandiya 35 4 1 3 5 4 7 1 2 1 2 5
Belarus 87 6 7 1 12 7 10 12 7 1 2 8 6 8
Makedoniya 33 3 2 2 1 1 10 12 2
İsveçrə 92 5 5 12 6 7 8 6 3 1 5 8 10 10 3 3
Yunanıstan 74 8 6 6 3 1 3 4 4 12 4 3 7 6 6 1
Sloveniya 52 8 4 4 3 7 3 2 6 6 7 2
Rumıniya 125 12 12 10 6 12 2 6 7 8 8 7 10 7 8 4 6

12 xallar redaktə

Aşağıdakı siyahı 2-ci yarımfinalda səs verən ölkələrin 12 xallarını hansı ölkələrə verdikləri göstərilir:

S. Ölkə 12 xal verən ölkə(lər)
7 Avstriya  Avstriya Böyük Britaniya, Finlandiya, İrlandiya, İtaliya, Rumıniya, İsveçrə, Yunanıstan
3 Rumıniya  Rumıniya Avstriya, İsrail, Malta
2 Belarus  Belarus Gürcüstan, Litva
1 Malta  Malta Makedoniya
Polşa  Polşa Almaniya
Finlandiya  Finlandiya Norveç
Şimali Makedoniya  Makedoniya Sloveniya
İsveçrə  İsveçrə Polşa
Yunanıstan  Yunanıstan Belarus

Final redaktə

Səsvermə sistemi:
  %50 Münsif və telesəsvermə
  %100 Münsif səsləri
  %100 Telesəsvermə
Səsvermə nəticələri
Cəmi  Ukrayna  Belarus  Azərbaycan  İslandiya  Norveç  Rumıniya  Ermənistan  Monteneqro  Polşa  Yunanıstan  Avstriya  Almaniya  İsveç  Fransa  Rusiya  İtaliya  Sloveniya  Finlandiya  İspaniya  İsveçrə  Macarıstan  Malta  Danimarka  Niderland  San-Marino  Böyük Britaniya  Latviya  Estoniya  Albaniya  Belçika  Moldova  Portuqaliya  İsrail  Gürcüstan  Litva  İrlandiya  Makedoniya 
İştirakçılar  Ukrayna 113 8 10 7 5 5 5 7 10 2 6 2 1 7 8 4 10 5 6 5
Belarus 43 6 7 8 1 12 5 1 3
Azərbaycan 33 1 3 10 12 7
İslandiya 58 6 2 2 4 7 1 7 1 5 5 6 8 4
Norveç 88 4 1 1 7 3 1 5 3 2 5 7 5 2 6 10 5 3 3 8 7
Rumıniya 72 1 6 4 8 5 8 8 5 12 1 8 2 4
Ermənistan 174 10 10 2 7 10 1 7 12 6 5 12 8 4 4 7 6 2 7 6 10 5 3 4 6 12 8
Monteneqro 37 12 7 6 12
Polşa 62 7 7 2 3 2 4 1 10 2 5 8 1 3 2 5
Yunanıstan 35 6 4 7 4 3 1 2 2 2 4
Avstriya 290 8 1 10 10 8 2 12 7 12 10 5 12 12 12 12 12 10 10 8 12 12 6 4 5 12 7 12 12 10 10 12 3
Almaniya 39 5 2 6 8 2 7 4 5
İsveç 218 12 7 8 12 3 4 2 6 4 2 8 10 10 6 8 7 12 8 10 7 8 10 7 10 6 8 10 2 7 4
Fransa 2 1 1
Rusiya 89 4 12 12 10 10 5 2 1 8 2 3 8 6 6
İtaliya 33 6 1 2 12 10 2
Sloveniya 9 8 1
Finlandiya 72 5 7 3 4 4 6 6 4 6 4 2 3 6 3 6 3
İspaniya 74 2 5 5 2 2 1 6 4 8 5 4 2 12 2 4 4 6
İsveçrə 64 6 5 5 10 4 3 3 2 3 1 3 3 1 7 1 2 5
Macarıstan 143 3 5 8 6 10 12 6 7 7 6 5 2 1 3 4 7 1 7 8 7 4 6 7 1 10
Malta 32 5 1 3 5 4 10 1 3
Danimarka 74 8 1 4 1 6 8 8 3 6 6 3 3 1 1 3 6 5 1
Niderland 238 2 12 12 3 4 12 8 10 12 10 8 3 4 10 8 7 10 12 10 2 8 12 12 8 10 12 10 7
San-Marino 14 3 3 4 3 1
Böyük Britaniya 40 4 3 5 4 7 5 1 3 8

12 xallar redaktə

Aşağıdakı list, qatılan ölkələrin finalda 12 xallarını hansı ölkələrə verdikləri göstərilir:

N. Ölkə 12 xal verən ölkə(lər)
13 Avstriya  Avstriya Belçika, Böyük Britaniya, Finlandiya, Niderland, İrlandiya, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Portuqaliya, Sloveniya, Yunanıstan
8 Niderland  Niderland Almaniya, Estoniya, İslandiya, Latviya, Litva, Macarıstan, Norveç, Polşa
3 İsveç  İsveç Danimarka, Rumıniya, Ukrayna
Ermənistan  Ermənistan Avstriya, Fransa, Gürcüstan
2 Monteneqro  Monteneqro Ermənistan, Makedoniya
Rusiya  Rusiya Azərbaycan, Belarus
1 İtaliya  İtaliya Malta
Azərbaycan  Azərbaycan San-Marino
Belarus  Belarus Rusiya
Rumıniya  Rumıniya Moldova
İspaniya  İspaniya Albaniya
Macarıstan  Macarıstan Monteneqro

Digər ölkələr redaktə

  • Andorra  Andorra - Andorranın RTVA kanalı ölkənin 2014-cü ildə müsabiqədə təmsil olunmayacağını rəsmi olaraq açıqlamışdır. Buna səbəb dövlət tərəfindən telekanalın büdcəsinə olan yatırımların azaldılmasıdır. Andorra Avroviziyada son dəfə Moskvada keçirilən müsabiqədə 2009-cu ildə iştirak etmiş və yarımfinal mərhələsində 15-ci yeri tutmuşdur.
  • Bolqarıstan  Bolqarıstan - Bolqarıstan dövlət kanalı olan BNT 22 noyabr 2013-cü il tarixində Bolqarıstanın Kopenhagendə keçirilən Avroviziyada iştirak etməyəcəyini açıqlamışdır. Buna səbəb olaraq maliyyə böhranı və eyni zamanda ölkənin son illərdə müsabiqədə əldə etdiyi uğursuz nəticələr göstərilmişdir.
  • Bosniya və Herseqovina  Bosniya və Herseqovina - 18 dekabr 2013-cü ildə Bosniya və Herseqovinanın BHRT kanalı ciddi maliyyə problemi səbəbindən ölkənin Avroviziya Mahnı Müsabiqəsinə geri dönməyəcəyini açıqlamışdır. Bosniya və Herseqovina Avroviziyada son dəfə Bakıda keçirilən müsabiqədə 2012-ci ildə iştirak etmiş və final mərhələsində 18-ci yeri tutmuşdur.
  • Çexiya  Çexiya - Çex telekanalı olan CT Çexiyanın 2013-cü ildə Avroviziya müsabiqəsinə qayıtmaq niyyətində olmadığını bildirmişdir. Buna səbəb ölkədə yarışmaya olan marağın az olmasıdır. Çexiya Avroviziyada son dəfə Moskvada keçirilən müsabiqədə 2009-cu ildə iştirak etmiş və yarımfinal mərhələsində sıfır xalla sonuncu yerdə qərarlaşmışdır.
  • Kipr  Kipr - Kiprin dövlət kanalı olan CYBC 3 oktyabr 2013-cü il tarixində Kiprin ölkədəki maliyyə böhranı səbəbindən Kopenhagendə keçirilən Avroviziyada iştirak etməyəcəyini açıqlamışdır.
  • Lüksemburq  Lüksemburq - 24 iyul 2013-cü ildə Lüksemburqun RTL kanalı Lüksemburqun 2014-cü ildə müsabiqəyə geri dönməyəcəyini bildirmişdir. Buna səbəb ölkədə yarışmaya olan marağın az olması və iştirak üçün lazım olan məbləğin yüksək olmasıdır. Lüksemburq Avroviziyada son dəfə İrlandiyada keçirilən müsabiqədə 1993-cü ildə iştirak etmiş və 20-ci yeri tutmuşdur.
  • Mərakeş  Mərakeş - Mərakeşin SNRT kanalı Mərakeşin 2014 Avroviziya Mahnı Müsabiqəsində iştirak etməyəcəyini açıqlamışdır. Mərakeş Avroviziyada ilk və son dəfə Niderlandda keçirilən müsabiqədə 1980-ci ildə iştirak etmiş və sonuncu yerdə qərarlaşmışdır.
  • Monako  Monako - Monakonun TMC kanalı Monakonun 2013-cü ildə Avroviziya Mahnı Müsabiqəsinə qayıtmayacağını təsdiqləmişdir. Bununla bağlı əlavə açıqlama verilməmişdir. Monako Avroviziyada son dəfə Afinada keçirilən müsabiqədə 2006-cı ildə iştirak etmiş və yarımfinal mərhələsində 21-ci yeri tutmuşdur.
  • Serbiya  Serbiya - Serbiyanın dövlət kanalı olan RTS 22 noyabr 2013-cü il tarixində maliyyə böhranı səbəbindən Serbiyanın Kopenhagendə keçirilən Avroviziyada iştirak etməyəcəyini açıqlamışdır.
  • Slovakiya  Slovakiya - 9 sentyabr 2013-cü ildə Slovakiyanın STV kanalı Slovakiyanın 2014-cü ildə müsabiqədə iştirak etməyəcəyini açıqladı. Bunun maliyyə problemi səbəbindən olduğu düşünülür. Slovakiya Avroviziyada son dəfə Bakıda keçirilən müsabiqədə 2012-ci ildə iştirak etmiş və yarımfinal mərhələsində sonuncu yeri tutmuşdur.
  • Türkiyə  Türkiyə - 14 sentyabr 2013-ci ildə Türkiyənin dövlət kanalı TRT müsabiqənin müəyyən qaydalarına narazaçılığını bildirərək, ölkənin 59-cu Avroviziya Mahnı Müsabiqəsində iştirak etməyəcəyini açıqlamışdır. Türkiyə Avroviziyada son dəfə Bakıda keçirilən müsabiqədə 2012-ci ildə iştirak etmiş və final mərhələsində 7-ci yeri tutmuşdur.
  • Xorvatiya  Xorvatiya - Xorvatiyanın dövlət kanalı olan HRT 19 sentyabr 2013-cü il tarixində Xorvatiyanın Kopenhagendə keçirilən Avroviziyada iştirak etməyəcəyini açıqlamışdır. Buna səbəb olaraq maliyyə böhranı və eyni zamanda ölkənin son illərdə müsabiqədə əldə etdiyi uğursuz nəticələr göstərilmişdir.

Yenidən iştirak edən müğənnilər redaktə

Müğənni Ölkə İştirak etdiyi il(lər) Tutduğu yer
Paula SelinqOvi Rumıniya  Rumıniya 2010 3-cü
Valentina Monetta San-Marino  San-Marino 2012, 2013 2012: 14-cü (YF), 2013: 11-ci (YF)

Müsabiqəni canlı yayımlayan ölkələr redaktə

İstinadlar redaktə

  1. "Kopenhagen Avroviziya 2014-ə ev sahibliyi edəcək". Eurovision.tv. 2014-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 sentyabr 2013.
  2. ""Eurovision-2014" mahnı müsabiqəsinin keçiriləcəyi şəhər açıqlandı". 2013-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-04.

Xarici keçidlər redaktə

Həmçinin bax redaktə


Saytda 177 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024