Aşşurbanipal (heykəl) Haqqinda Melumat - Vikipedia

Aşşurbanipal (heykəl) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Aşşurbanipal (heykəl)

Aşşurbanipal abidəsi və ya Aşşurbanipal heykəli olaraq da bilinən Aşşurbanipal[2]aysor kökənli Fred Parhadın yaratdığı bürünc heykəldir. Heykəl ABŞ, Kaliforniyada San-Fransisko Mədəniyyət Mərkəzində yerləşir. Heykəl 4.6 m hündürlüyüyndədir və Assuriya kralı olan Aşşurbanipalın şərəfinə adlandırılmışdır. Heykəlin sifarişçisi Assuriya İncəsənət Fondudur və heykəl hazır olduqdan sonra 1988-ci ildə aysorların adından San-Fransisko şəhərinə hədiyyə edilmişdir. Heykəlin hazırlanması üçün 100000 dollar vəsait sərf olundu və o, Aşşurbanipalın ilk "böyük" heykəli oldu.[3] Rəhbərliyi San-Fransisko şəhər və bölgə idarəçiliyinə və San-Fransisko İncəsənət Komissiyasına aiddir.

Aşşurbanipal
Aşşurbanipal, 2011-ci il aprel
Xəritə
37°46′47″ şm. e. 122°24′57″ q. u.
Ölkə  ABŞ
Şəhər San-Fransisko
Yerləşir San-Fransisko, Kaliforniya
Aidiyyatı San-Fransisko İncəsənət Komissiyası
Memar Fred Parhad
Sifarişçi Assuriya İncəsənət Fondu
Tikilmə tarixi 1987–1988[1]
Hündürlüyü 4,6 m
Material tunc
Vəziyyəti stabil
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fred Parhad yerli aysorların tənqidlərinə məruz qalmışdı. Beləki, onlar Aşşurbanipalın əlində gil kitabə və şir tutmasını, həmçinin ətək geyinməsini Aşşurbanipala yaraşmayan bir hərəkət kimi qəbul edirdilər. Tənqidçilər heykəlin Şumer kralı olan Gilqameşə daha çox bənzədiyini bildirirdilər. "Alim və özünü ifadə edə bilən Assuroloq" Reni Kovaks, heykəlin birbaşa hansısa hökmdarı deyil, ümumi Mesopotamiyanı "təmsil edən fiqur" olduğunu düşünürdü. Parhad incəsənət azadlığının olduğunu və işinin doğruluğu fikrini müdafiə edirdi.[3]

Arxa plan redaktə

 
Bir əlində şir, digərində isə ilan tutan "Heyvanların Ustadı" adlanan Enkidunun təsviri. Dur-Şarrukin, hal-hazırda Luvr muzeyindədir

Aşşur heykəltaraşlığında, lamassunun gözətçi fiqurlarının yerləşdiyi geniş yoldakı heykəllərin adətən bir əlində aslan, digər əlində isə ilan təsvir olunurdu. Bunlar Aşşur heykəltaraşlığındakı yüksək relyefin digər tipləridir. Aşşur heykəltaraşlığında "Heyvanların Ustadı" ənənəsini davam etdirilir və Enkidu Mesopotamiyadakı Gilqameş dastanın əsas fiquru kimi təsvir edilir. II Sarqonun Xorsabaddakı sarayında, "taxt otağı"nın girişində yeddi lamassu və iki ədəd şirlərlə əhatələnən qəhrəman heykəlləri vardır. Hökmranlıq edici təsir bağışlayan bu heykəllər gücü təsvir edirdilər.[4] Eyni üsul Sennaxaribin Nineviyadakı sarayında da təkrarlanır.[5]

Tarix redaktə

Aşşurbanipal İraqda doğulmuş, aysor kökənli Fred Parfad tərəfindən yaradılmışdı. Parhad Berkli Kaliforniya Universitetində rəsmi incəsənət araşdırmalarını qəbul etmir və Metropoliten Muzeyindəki Assuriya kolleksiyasını araşdırmaq üçün Nyu Yorka köçür.[6] Bu əsər Assuriya İncəsənət Fondunun prezidenti Nersey Davidin nəzarəti əsasında yaradılır.[7] Assuriya Milli Ittifaq Fondu əsərin yaradılmasının onlara məxsus olduğunu bildirirdi.[8] Məbləğ Amerika Birləşmiş Ştatlarında yaşayan aysorlardan toplanmışdı.[3]

1987-ci ildə The Telegraph, əsərin hazırlanması üçün xərclənən məbləğin 100000 dollar olduğunu və bu əsərin Aşşurbanipalın ilk "böyük" bürünc heykəli olduğunu bildirdi.[4] Heykəl 1988-ci il may ayının 29-da aysor xalqı adından San-Fransisko şəhərinə hədiyyə edildi.[9] Heykəl San-Fransiskodakı Van Ness bulvarında yerləşən Asiya İncəsənət Muzeyinin qarşısında yerləşdirildi.[2] Heykəl hal-hazırda Fulton küçəsində, Əsas Kitabxana ilə Asiya İncəsənət Muzeyi arasında yerləşən şəhərin Mədəniyyət Mərkəzində yerləşir.[10][11] Rəhbərliyi San-Fransisko şəhər və bölgə idarəçiliyinə və San-Fransisko İncəsənət Komissiyasına aiddir.[1]

Smitsonian İnstitutu Frank Tomsiki memar və MBT Assosiasiyasını memarlıq firması kimi qəbul edir. Aşşurbanipal Smitsonian İnstitutunun 1992-ci ildəki "Save Outdoor Sculpture!" proqramı əsasında araşdırıldı.[1] 1996-cı ildə San-Fransisko Planlama və Şəhərsalma Araşdırmaları Assosiasiyası Mədəniyyət Mərkəzində olan ticarət mərkəzini təkmilləşdirməyə başlayırlar. Plan hazırlayan bir nəfər heykəlin olduğu yerin fındıcalı şanagüllə, nar ağacları və qamışlarla bəzədilib Assuriya baxçası halına gətirilməsini təklif etdi.[12]

Xarakteristika redaktə

 
[[Şəkil:Inscription under the Statue of Ashurbanipal multilingual inscriptions.jpg thumb|
]]
Heykəlin altındakı yazılar

2.4 metrlik patinasiya olunmuş bürünc heykəl altlığa birləşdirilərək 4.6 m hündürlüyə çatmışdır. Heykəlin ağırlığı 820 kq-dır.[1][3] Heykəl Nineviyada ilk və ən böyük kitabxananını yaradan Assuriya hökmdarı Aşşurbanipala həsr edilmişdi.[7] Saqqallı kral sırğa taxmış və tunika geyinmiş formada və bir əlində gil kitabə, digərində isə şir balası tutan yerdə təsvir olunur.[1][3] Tarixi İşarələmə Məlumat Bazasına görə gil kitabənin üzərindəki mixi yazılar: "Cənnət və dünya üçün sülh. Ölkələr və şəhərlər üçün sülh. Bütün torpaqlardakı sakinlər üçün sülh. Bu heykəl Amerika Birləşmiş Ştatlarının suverenliyinin 210-cu ilində aysor xalqı tərəfindən San-Fransisko şəhərinə hədiyyə edilmişdir."[10] "Həyatdakından böyük", tam hündürlükdə olan heykəl, fındıqcalı şanagüllə ilə bəzədilmiş və anti-qraffiti təbəqə ilə əhatə olunmuş heykəl altlığına sahibdir.[1] Altlığa rozet və bürünc lövhə də daxildir.[1] Heykəlin altında "Aşşurbanipal. Assuriya kralı, e.ə. 669–627-ci illər." yazısı ingilis, AkkadArami dillərində yazılmışdır. Bu yazının üzərində isə "29 may 1988-ci ildə ithaf olunmuşdur" yazısı yazılıb.[10] Başqa bir yazıda isə, "Bu heykəl, San-Fransisko Amerika Assuriyalıları Assosiasiyası / Assuriya Amerika Milli Federasiyasının köməkliyi ilə Assuriya İncəsənət Fondu tərəfindən San-Fransisko şəhərinə hədiyyə edilir" yazılıb və bunun ardınca pul bağışlayan insanların sırası göstərilmişdir.[10] 2010-cu ilin dekabrında, San Francisco Chronicle qəzeti heykəlin altlığının əhatə olunduğu lövhələrdən birinin itdiyini bildirdi.[13]

Aysorların heykələ münasibəti redaktə

 
Altlığa bərkidilən heykəl San-Fransisko, Asiya İncəsənət Muzeyi, 2011-ci il

1987-ci ilin dekabrında heykəlin yaradılması barədə xəbərlər yayıldıqda, yerli aysorlar Parhadı Aşşurbanipalı səhv tanıtmaqda günahlandırdılar. Tənqidlər əsasən, kralın heç zaman bir şir və gil kitabə tutmadığı və bir ətək geyinmədiyi halda, Parhadın heykəldə bunları təsvir etməsinə əsaslanırdı.[3] Tənqidçilər heykəlin Şumer kralı Gilqameşi daha yaxşı təsvir etdiyini bildirirdilər. Tənqidçilərdən biri deyirdi:

"  Bu çox sadədir. Heykəl Gilqameşi təmsil edir. Heç bir aysorun kralımız haqqında bir şeylər xəyal etməyə haqqı yoxdur. Bu, Azadlıq heykəlinin bir surətini hazırlamaq və onun Corc Vaşinqton olduğunu demək kimidir... Assuriya kralı heç bir zaman qısa ətək geyinməmişdir. O, şir və ya gil kitabə tuta bilməzdi. Bu, aysorlara qarşı təhqirdir.[3] " 

Nersey David cavablandırırdı:

"  Onların fikirlərini bildrimə haqları vardır... Biz heç vaxt heykəlin muzey keyfiyyətinə uyğun olduğunu deməmişik... Hər zaman heykəlin, XX əsr heykəltaraşı tərəfindən yaradılan Aşşurbanipalın xarakterləşdirilməsi olduğunu söyləmişik. Heykəlin Gilqameşin heykəli olduğunu düşünürlərsə, belə düşünməkdə azaddırlar.[3] " 

"Alim və özünü ifadə edə bilən Assuroloq" Reni Kovaks, heykəlin birbaşa hansısa hökmdarı deyil, ümumi Mesopotamiyanı "təmsil edən fiqur" olduğunu düşünürdü.[3] Parhad, incəsənət azadlığının olduğunu, ovçuluq və yazının Assuriya mədəniyyətində geniş yayıldığını bildirərək, işinin doğru olduğu fikrini müdafiə edirdi. O, heykəl barəsində bildirirdi:

"  Heykəl fərqli xüsusiyyətlərə malik olsa da, mənim əsərimdir... Sırğa, geyim, saçxəncərləri ilə birlikdə bu heykəl Aşşurbanipaltır. Amma, heykəldəki aslan və gil kitabə fikirləri mənə məxsusdur. Bu heykəldə özümü təmsil etmək istəyirdim.[3] " 

İstinadlar redaktə

  1. 1 2 3 4 5 6 7 "Ashurbanipal, (sculpture)". Smithsonian Institution. 2014-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: Avqust 11, 2013.
  2. 1 2 "1988: USA, California, San Jose: The Ashurbanipal Monument". Assyrian Information Management. Avqust 8, 2012. 2014-08-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: Avqust 9, 2013.
  3. 1 2 3 4 5 6 7 8 9 10 Fernandez, Elizabeth. "Statue of Assyrian king in skirt stirs controversy". The Telegraph. 119 (228). Nashua, New Hampshire. Dekabr 31, 1987. OCLC 22532489. 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: Avqust 9, 2013.
  4. 1 2 Frankfort, Henri, The Art and Architecture of the Ancient Orient, s. 147–148, 148 quoted, Pelican History of Art, 4th ed 1970, Penguin (now Yale History of Art), ISBN 0140561072
  5. Russell, John M., Section 6. "c 1000–539 BC., (i) Neo-Assyrian." in Dominique Collon, et al. "Mesopotamia, §III: Sculpture." Grove Art Online, Oxford Art Online, Oxford University Press, accessed 19 noyabr 2016, subscription required Arxivləşdirilib 2023-07-01 at the Wayback Machine
  6. "Fred Parhad". Caroun.com. 2013-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: Avqust 9, 2013.
  7. 1 2 Ishaya, Arianne. "Settling Into Diaspora: A History of Urmia Assyrians in the United States" (PDF). Journal of Assyrian Academic Studies. 20 (1). 2006: 26. 2018-01-04 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: Avqust 9, 2013.
  8. "Who Is Who". Assyrian Universal Alliance Foundation. Oktyabr 29, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 9, 2013.
  9. ""Promoting Yourself in the Digital Age" – by Georgia I. Hesse". Bay Area Travel Writers. Dekabr 2, 2012. İstifadə tarixi: Avqust 9, 2013.[ölü keçid]
  10. 1 2 3 4 "Ashurbanipal Monument". Historical Marker Database. 2013-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: Avqust 9, 2013.
  11. "Art Works of the Main Library". San Francisco Public Library. 2013-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: Avqust 9, 2013.
  12. Adams, Gerald D. "A mall sans shops or cars". San Francisco Chronicle. Fevral 26, 1996. ISSN 1932-8672. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: Avqust 12, 2013.
  13. Garchik, Leah. "Passenger climbs aboard, needles and all". San Francisco Chronicle. Dekabr 17, 2010. ISSN 1932-8672. 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: Avqust 9, 2013.

Saytda 73 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024