Aleksandra Suvirova Haqqinda Melumat - Vikipedia

Aleksandra Suvirova Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Aleksandra Suvirova

Azərbaycan-sovet teatr aktrisası

Aleksandra Lavrentyevna Suvirova (23 aprel (6 may) 1900, Moskva1962, Bakı) — Azərbaycan-sovet teatr aktrisası, Azərbaycan SSR xalq artisti (1941).

Aleksandra Suvirova
rus. Александра Лаврентьевна Сувирова
Doğum tarixi
Doğum yeri Moskva, Moskva quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Fəaliyyəti teatr aktrisası
Fəaliyyət illəri 1918–1959
Teatr Azərbaycan Dövlət Rus Dram Teatrı
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1941 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1936

Həyatı redaktə

Aleksandra Suvirova 23 aprel (6 may) 1900-cü ildə Moskvada anadan olmuşdur.[1] Səhnə fəaliyyətinə 1918-ci ildən Bakıdakı özfəaliyyət dərnəklərində başlamış, 1927–1959-cu illərdə Azərbaycan Dövlət Rus Dram Teatrında işləmişdir. Aktrisanın yaradıcılığı üçün yüksək temperament, səmimiyyət səciyyəvi olmuşdur.[2]

Aleksandra Suvirova 1962-ci ildə Bakıda vəfat etmişdir.[3]

Təltif və mükafatları redaktə

İfa etdiyi əsas rollar redaktə

Rol Tamaşa Müəllif
Dezdemona Otello Uilyam Şekspir
Cülyetta Romeo və Cülyetta Uilyam Şekspir
Negina İstedadlar və pərəstişkarlar Aleksandr Ostrovski
Polina Gəlirli yer Aleksandr Ostrovski
Nina Maskarad Mixail Lermontov
Sofya Ağıldan bəla Aleksandr Qriboyedov
Tatyana Meşşanlar Maksim Qorki
Anya Albalı bağı Anton Çexov
Mehriban Xanlar Səməd Vurğun
Gülnar Vaqif Səməd Vurğun
Silviya İki ağanın bir nökəri Karlo Qoldoni
Qoqa Portfelli adam Aleksey Fayko
Olqa Belə də olacaq Konstantin Simonov
Berejkova 16 nömrəli kreslo Dmitri Uqryumov
Mariya Antonovna Müfəttiş Nikolay Qoqol
Luiza Məkr və məhəbbət Fridrix Şiller
Polejayeva Narahat qocalıq Leonid Raxmanov

İstinadlar redaktə

  1. ТЭ, 1965, стб. 1122
  2. АСЕ, 1986, сәһ. 60
  3. Rəhimli, 2016. səh. 177

Ədəbiyyat redaktə

  • Театральная энциклопедия: [в 6 т.] / гл. ред.: П. А. Марков. Т. 4. НежинСярев. М.: Советская энциклопедия. 1965. 1152 стб. 40 500 экз.
  • Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IX ҹилд: СпутникФронтон. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1986. 623 с.
  • İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası (3 cilddə). 1-ci cild. Bakı: Azərnəşr. 2016. 428 səh. ISBN 978-9952-8306-3-7.

Saytda 206 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024