Azərbaycandakı quşların siyahısı Haqqinda Melumat - Vikipedia

Azərbaycandakı quşların siyahısı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Azərbaycandakı quşların siyahısı

quşlar

Azərbaycanın quşlarıAzərbaycanda 400 quş növü qeydə alınsa da, həqiqətdə onların sayı daha çoxdur. Belə ki, bu günədək mövcud bütün növlər hələlik müəyyən edilməmişdir. Bu da ilk növbədə miqrasiya edən və ötüb keçən növlərə aiddir. Bundan başqa bir çox növlər ölkə ərazisinə gələrək öz areallarını genişləndirməkdə davam edir. Məsələn, kiçik və halqalı qur-qur quşu kimi.

Mərmər cürə. 1993-cü il yaz-yay hesablamaları üzrə Sarısu və Ağgöl göllərinin hər birində yuvalayan quşların sayı 200 fərd olub. 1995-ci ilin əvvəlində Qızılağac qoruğunun Lopatin və Akuşa postları arasındakı su hövzələri üzrə çay ördəklərinin toplantılarında 54 mərmər cürə qeydə alınmışdır.
Berqut. Təbiətdə sayı. 1990-1996-cı illər hesablamalarına əsasən Azərbaycanda berqutun ümumi sayı 15 yuvalayan cütdən çox deyil.
Fısıldayan qu. Yayılması. Xəzər sahillərində Qızılağac qoruğunda rast gəlir. Mil düzü və Samur-Dəvəçi düzənliyinin su hövzələrində. 1993-cü il quşların yaz hesablamaları zamanı Sarısu, Ağgöl, Şirvan qoruğunda yuvalayan quşlar qeydə alınmışdır. Xüsusilə Ağzıbir (Dəvəçi limanı) gölündə – 10 cütdən yuxarı.1993-cü ildə aparılan hesablamalara əsasən Azərbaycanda qışlayan quların sayı 3200 fərddən çox olmuşdur.
Qızılqaz. Qızılağac körfəzində 1933-1934-cü illərdə qış mövsümündə 20 mindən artıq, 1956-cı ilin dekabrında – 5 min, 1957-ci ilin fevralında güclü şaxtalardan sonra – 400-ə kimi, 1976-1977-ci illərdə – 200, 1979-cu ilin yanvarında – 200, 1982-ci ildə – 150, 1993-cü ildə – 800, 1994-cü ildə – 2800 quş müşahidə olunmuşdur.

Azərbaycanda qeydə alınan növlər 18 dəstə və 61 fəsiləyə mənsubdurlar. Bunların 40% -i oturaq növ olmaqla, Azərbaycanda il boyu müşahidə edilirlər, 27%-i qışlayan və 10 %-dən çoxu köç vaxtı qeydə alınan növlərdir.

Azərbaycan ornitofaünası çox zəngindir. Xüsusilədə su-bataqlıq quşlarının növ tərkibi və ekoloji qrupları daha zəngindir (144 növ). Azərbaycan ərazisindən bütün Avrasiyada ən böyük miqrasiya yollardan biri keçir. Şərqi Avropa və Qərbi Sibirdən cənuba və Şərqi Afrikaya, Cənub - Qərbi Asiyaya və əksinə milyonlarla quş köç edir. Hər il Azərbaycan ərazisindən təqribən 20 milyon təkcə su-bataqlıq quşu keçir, istirahət və yemlənmək üçün dayanacaq kimi buradan istifadə 4unar-cı illərdə qış mövsümündə 2 milyondan çox su-bataqlıq quşu, xüsusilədə ördək, qaşqaldaq və qaz ovlanmışdır. 36 növ quş Azərbaycan Qırmızı Kitabına daxil edilmişdir. Azərbaycan ornitofaunasından 23 növ Dünya Qırmızı Kitabına daxil edilmişdir (bax "Nadir və qiymətli quşlar"). Azərbaycanda quşlar üçün əsas təhlükə yaşayış yerlərinin azalması (meşələrin qırılması, su sahələrinin qurudulması, əkinlərin genişləndirilməsi, quşların qanunsuz ov edilməsi, adalardakı yuvalama düşərgələrindən yumurtaların yığılması, narahatlıq amilləri (intensiv mal-qara otarılması, insanların yuvalama yerlərinə getməsi, istirahəti və s.), neft çıxarılması və daşınması (xüsusilədə dənizdə; bax "neft və quşlar"), elektirik xətləri (bax "Quşlar və EX (Elektrik Xəttlər)) və başqalarıdır.

Quşların, ilk növbədə su-bataqlıq quşlarının qorunması üçün Qızılağac və Ağgöl qoruqları təşkil edilmişdirki, burada 500 mindən çox quş qışlayır. Bundan başqa Samux qoruq-ovçuluq təsərrüfatında, Gil və Şahdili yasaqlağında və digər yasaqlıqlarda quşlar qorunub mühafizə edilir. Sarısu (400-500 min qışlamada), Mahmudçala (40 min), Kürün deltasında (miqrasiyada 75 min), Abşeron-Qobustan sahillərində (Pirallahi-Pirsaat kəsiyində - 200 min ) və digər sahələrdə daha çoxdur. Azərbaycanda ekoturizm kimi istiqamətin, xüsusilədə bedvodçinqin (quşların müşahidəsi) inkişaf etdirilməsi üçün əlverişli imkanlar var. Quşları burada il boyu, həm qışlamada, həm köç, həmdə yuvalama zamanı müşahidə etmək mümkündür. Burada vağların, ibislərin, qarabattaqların qamışlıqda, qağayı və sternaların adalarda, hətta istifadəsiz neft özüllərində çoxsaylı koloniyalarını müşahidə etmək olur. Qışda bəzgəglərin nəhəng sürüləri, qartallar, kərkəslər yemlənmək üçün düzənlərə gəlir. Xəzər sahillərində və daxili su hövzələrində su quşlarının nəhəng sürüləri toplaşır.

Quşlar Azərbaycanın sərvətidir, onları qorumaq və daha da artırmaq üçün bütün mümkün imkanlardan istifadə etmək lazımdır.

Dəstə Növlərinin sayı
Sərçəkimilər (Passeriformes) 156
Çovdarçıkimilər (Charadriiformes) 65
Qızılquşkimilər (Falconiformes) 37
Qazkimilər (Anseriformes) 31
Durnakimilər (Gruiformes) 14
Leyləkkimilər (Ciconiiformes) 13
Qaqarkimilər (Gaviiformes) 11
Göyərçinkimilər (Columbiformes) 8
Ağacdələnkimilər (Piciformes) 8
Toyuqkimilər (Galliformes) 8
Bayquşkimilər (Strigiformes) 8
Rakşikimilər (Coraciiformes) 6
Maygülükimilər (Podicipediformes) 5
Qutankimilər (Pelecaniformes) 4

Azərbaycanda yayılmış quşların siyahısı redaktə

Dəstə: Qaqar (Gaviiformes) redaktə

Qaqar (Gaviidae) redaktə

Dəstə: Maygülülər (Podicipediformes) redaktə

Maygülülər (Podicipedidae) redaktə

Dəstə: Qutankimilər (Pelecaniformes) redaktə

Qutan (Pelecanidae) redaktə

Qarabatdaqlar (Phalacrocoracidae) redaktə

Dəstə: Leyləkkimilər (Ciconiiformes) redaktə

Vağlar (Ardeidae) redaktə

Leyləklər (Ciconiidae) redaktə

İbislər (Threskiornithidae) redaktə

Dəstə:Qızılqazkimilər (Phoenicopteriformes) redaktə

Qızılqazlar (Phoenicopteridae) redaktə

Dəstə: Qazkimilər (Anseriformes) redaktə

Ördəklər (Anatidae) redaktə

Dəstə: Qızılquşkimilər (Falconiformes) redaktə

Qaraquşular (Pandionidae) redaktə

Qırğılar (Accipitridae) redaktə

Qızılquşlar (Falconidae) redaktə

Dəstə: Toyuqkimilər (Galliformes) redaktə

Qırqovullar (Phasianidae) redaktə

Dəstə: Durnakimilər (Gruiformes) redaktə

Durnalar (Gruidae) redaktə

Sufərələri (Rallidae) redaktə

Dovdaqlar (Otididae) redaktə

Dəstə: Çovdarçıkimilər (Charadriiformes) redaktə

Alacüllüt (Haematopodidae) redaktə

Bizdimdiklər (Recurvirostridae) redaktə

Pərttəgözlər (Burhinidae) redaktə

Haçaquyruqlar (Glareolidae) redaktə

Çovdarçılar (Charadriidae) redaktə

Tənbəlcüllütlər (Scolopacidae) redaktə

Sahilqağayıları (Stercorariidae) redaktə

Qağayıkimilər (Laridae) redaktə

Susüpürənlər (Sternidae) redaktə

Dəstə: Bağrıqaralar (Columbiformes) redaktə

Göyərçinlər (Columbidae) redaktə

Bağrıqaralar (Pteroclidae) redaktə

Dəstə: Quququşukimilər (Cuculiformes) redaktə

Quququşular (Cuculidae) redaktə

Dəstə: Bayquşkimilər (Strigiformes) redaktə

Alabayquşlar (Tytonidae) redaktə

Bayquşlar (Strigidae) redaktə

Dəstə: Keçisağankimilər (Caprimulgiformes) redaktə

Keçisağanlar (Caprimulgidae) redaktə

Dəstə: Uzunqanadkimilər (Apodiformes) redaktə

Uzunqanadlar (Apodidae) redaktə

Dəstə: Rakşikimilər (Coraciiformes) redaktə

Balıqçıllar (Alcedinidae) redaktə

Qızlarquşular (Meropidae) redaktə

Əsl rakşilər (Coraciidae) redaktə

Şanapipik (Upupidae) redaktə

Dəstə: Ağacdələnkimilər (Piciformes) redaktə

Ağacdələnlər (Picidae) redaktə

Dəstə: Sərçəkimilər (Passeriformes) redaktə

Torağaylar (Alaudidae) redaktə

Qaranquşlar (Hirundinidae) redaktə

Quyruqsallayanlar (Motacillidae) redaktə

Kralcıq (Regulidae) redaktə

Ardıcquşlar (Bombycillidae) redaktə

Su sərçələri (Cinclidae) redaktə

Birəbittənlər (Troglodytidae) redaktə

Çərənçilər (Prunellidae) redaktə

Qaratoyuqlar (Turdidae) redaktə

Qısaqanad qamışcıllar (Cettiidae) redaktə

Qamışçıllar (Megaluridae) redaktə

Milçəkqapanlar (Muscicapidae) redaktə

Paradoxornithidae redaktə

Aegithalidae redaktə

Sittalar (Sittidae) redaktə

Süzərlər (Certhiidae) redaktə

Arıquşları (Paridae) redaktə

Sarıköynəklər (Oriolidae) redaktə

Alaçöhrə (Laniidae) redaktə

Qarğalar (Corvidae) redaktə

Sığırçın (Sturnidae) redaktə

Vələmir quşları (Emberizidae) redaktə

Hörücü quşlar (Fringillidae) redaktə

Sərçələr (Passeridae) redaktə

Azərbaycan Quşları Üzrə Əsas Ədəbiyyat redaktə

Xarici keçid redaktə

İstinadlar redaktə

|}


Saytda 157 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024