Beynəlxalq Biokimya və Molekulyar Biologiya İttifaqı Haqqinda Melumat - Vikipedia

Beynəlxalq Biokimya və Molekulyar Biologiya İttifaqı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Beynəlxalq Biokimya və Molekulyar Biologiya İttifaqı

Beynəlxalq Biokimya və Molekulyar Biologiya İttifaqı (ing. International Union of Biochemistry and Molecular Biology) — beynəlxalq qeyri hökumət təşkilatı. Beynəlxalq Biokimya İttifaqı kimi 1955-ci ildə yaradılmış, 1991-ci ildən indiki adı ilə fəaliyyət göstərməkdədir. 1955-ci ildən Beynəlxalq Elm üzrə Şuraya daxildir. İttifaqın əsas vəzifəsi dünyadakı ən yeni nailiyyətləri nəzərə almaqla biokimyamolekulyar biologiya sahəsində tədqiqatların və təhsilin inkişafına kömək etməkdir.

Beynəlxalq Biokimya və Molekulyar Biologiya İttifaqı
Yaranma tarixi 1952
Rəsmi dili ingilis dili
Sədr Con Ginovard
iubmb.org

2010-cu ilin məlumatlarına görə 77 ölkənin alimlərini özündə birləşdirir. İttifaq 3 ildən bir biokimyamolekulyar biologiya üzrə tədqiqatların bütün əsas istiqamətlərinin təqdim olunduğu beynəlxalq konqreslər keçirir. 1992-ci ildən konqreslərin çağırış dövrləri arasında konfranslar və xüsusi müşavirələr keçirilir.

İttifaq işçi müşavirələrini təşkil və himayə edir, inkişaf edən ölkələrin gənc tədqiqatçıları üçün maarifləndirici proqramlar yaradır, biokimyəvi nomenklaturanın qəbul olunmuş standartları haqqında məlumat nəşr etdirir. Maliyyələşməsinin əsasını ittifaqın üzvlərinin üzvlük haqları və sponsor yardımı təşkil edir.

İttifaq regional biokimya cəmiyyətləri ilə sıx əməkdaşlıq edir. Bütün bu cəmiyyətlər formal olaraq ittifaqın şöbələridir və ondan maliyyə yardımı alır. İttifaq bir sıra jurnalların nəşrinə kömək edir.

Prezidentləri redaktə

Prezidentlər[1]
Sıra. Müddət Prezident Ölkə
18. 2015-… Con Ginovard İspaniya  İspaniya
17. 2012–2015 G. Petsko ABŞ  ABŞ
16. 2007–2012 A. Azzi ABŞ  ABŞ
15. 2006 G. Kenyon ABŞ  ABŞ
14. 2003–2006 M. Osborn Almaniya  Almaniya
13. 2000–2003 B.F.C Clark Danimarka  Danimarka
12. 1997–2000 W.J. Whelan ABŞ  ABŞ
11. 1994–97 K. Yagi Yaponiya  Yaponiya
10. 1991–94 H.L. Kornberg Böyük Britaniya  Birləşmiş Krallıq
9. 1988–91 E.C. Slater Niderland  Niderland
8. 1985–88 M. Grunberg-Manago Fransa  Fransa
7. 1979–85 H.G. Wood ABŞ  ABŞ
6. 1979 F. Lynen Almaniya  Almaniya
5. 1976–79 Aleksandr Baev Rusiya  Rusiya
4. 1973–76 Osamu Hayaishi Yaponiya  Yaponiya
3. 1967–73 A.H.T. Theorell İsveç  İsveç
2. 1961–67 S. Ochoa ABŞ  ABŞ
1. 1955–61 M. Florkin Belçika  Belçika

Mənbə redaktə

  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 510. ISBN 978-9952-441-07-9.

İstinadlar redaktə

  1. IUBMB Previous Officers Arxivləşdirilib 2016-11-20 at the Wayback Machine. Retrieved 2/12/2015.

Saytda 134 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024