Beynəlxalq Bioloji Proqram Haqqinda Melumat - Vikipedia

Beynəlxalq Bioloji Proqram Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Beynəlxalq Bioloji Proqram

Beynəlxalq Bioloji Proqram (ing. International Biological Program) — həm təbii, həm də insanın yaratdığı quru, şirin su və dəniz bitki və heyvan qruplaşmalarının bioloji məhsuldarlığının qlobal öyrənilməsinin uzunmüddətli proqramı. 1964-cü ildən 1974-cü ilə qədər davam etmişdir. Azərbaycan Respublikasıda daxil olmaqla proqramda 58 ölkə, həmçinin Beynəlxalq biologiya cəmiyyətləri ittifaqı Beynəlxalq fiziologiya elmləri ittifaqı, Beynəlxalq coğrafiya ittifaqı və s. iştirak etmişdir. İş 7 bölmədə, o cümlədən məhsulvermə prosesləri, quru qruplaşmalarının mühafizəsi bölmələrində, həmçinin müxtəlif layihələr üzrə aparılmışdır.

SSRİ-də Beynəlxalq Bioloji Proqram üzrə tədqiqatlarda SSRİ Elmlər Akademiyasının, müttəfiq respublikaların Elmlər Akademiyalarının təqribən 300 elmi müəssisəsi, bir çox inistutlar iştirak etmişdir. Bu proqram (1969 ildən) orqanizmlərin adaptasiya xüsusiyyətlərinin ekoloji-fizioloji və trofoenergetik mexanizmlərini nəzərə almaqla becərilən bitkilərin və onlara yaxın yabanı (qohum) bitkilərin genetik müxtəlifliyini və s., Arktikadan səhralara qədər müxtəlif qruplaşmaların məhsuldarlığının iqlimdən, biogeosenotik və antropogen faktorlardan asılılığının geniş tədqiqini əhatə etmişdir. Azərbaycanda proqramın rəhbəri akademik Həsən Əliyev olmuşdur.

Mənbə redaktə

  • Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 3-cü cild: Babilistan – Bəzirxana (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2011. səh. 510. ISBN 978-9952-441-07-9.

Saytda 68 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024