Cəfər Behbudov Haqqinda Melumat - Vikipedia

Cəfər Behbudov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Cəfər Behbudov

Azərbaycan müğənnisi

Cəfər Ağaəli oğlu Behbudov (17 avqust 1951, Bakı26 sentyabr 2019, Kiyev) — Azərbaycan müğənnisi.

Cəfər Behbudov
Cəfər Behbudov 1980-ci illərdə
Cəfər Behbudov 1980-ci illərdə
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (68 yaşında)
Vəfat yeri Kiyev, Ukrayna
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Ukrayna Ukrayna
Anası Nəcibə Behbudova
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni

Həyatı redaktə

Cəfər Behbudov teatr rejissoru Ağaəli Məstanov və Rəşid Behbudovun bacısı Nəcibə Behbudovanın ailəsində anadan olub. Asəf Zeynallı adına Musiqi Məktəbində təhsil alıb. O, 1970-ci illərin sonlarında Tofiq Babayevin rəhbərlik etdiyi "Hicaz" qrupunun, ardınca Azərbaycan Dövlət Mahnı Teatrının solisti, daha sonra isə Brilliant Dadaşova, Mübariz Tağıyev, Firəngiz Rəhimbəyova ilə birlikdə Azərbaycan Televiziyasının ştatlı solisti olmuşdur. Konsertlərdə isə Flora Kərimova ilə bir yerdə çıxış etmiş, onunla "Sevgi mahnısı" adlı kompozisiyanı ifa etmiş, klip çəkdirmişdir.[1]

Cəfər Behbudov Tofiq Quliyevin "Zibeydə" mahnısı ilə 1980-ci illərdə məşhurlaşmışdı. "Bəyin oğurlanması" filmində onun mahnısı səsləndirilmişdir. Onun ifasında "Bağçadan gələn səs", "Sevdim", "Neyləyim" və başqa mahnılar da həmin dövrlərdə populyarlıq qazanmışdı.[1]

Cəfər Behbudov 1991-ci ildə Ukraynanın Kiyev şəhərinə köçmüş, ömrünün sonunadək orada yaşamışdır. Cəfər 26 sentyabr 2019-cu ildə Kiyevdə xərçəng xəstəliyindən vəfat etmiş və öz vəsiyyəti ilə orada da dəfn olunmuşdur.[2]

Filmoqrafiya redaktə

İstinadlar redaktə

  1. 1 2 "Ukraynada yaşayan azərbaycanlı müğənni Cəfər Behbudov APA-ya müsahibəsi" (az.). apa.az. 2019-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2019.
  2. "Rəşid Behbudovun Ukraynada yaşayan məşhur bacısı oğlu vəfat etdi" (az.). modern.az. 2020-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2019.

Xarici keçidlər redaktə


Saytda 135 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024