Co Bayden Haqqinda Melumat - Vikipedia

Co Bayden Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Co Bayden

ABŞ-ın 46-cı prezidenti

Cozef Robinet "Co" Bayden (ing. Joseph Robinette (Joe) Biden, Jr.; 20 noyabr 1942[1][2][…], Skranton, Pensilvaniya[4][6]) — amerikalı siyasətçi, ABŞ Demokrat Partiyasının üzvü, Amerika Birləşmiş Ştatlarının 46-cı prezidenti.

Co Bayden
ing. Joseph Robinette Biden Jr.
Vəzifədədir
20 yanvar 2021-ci ildən
ƏvvəlkiDonald Tramp
Şəxsi məlumatlar
Doğum adı Joseph Robinette Biden Jr.
Doğum tarixi 20 noyabr 1942(1942-11-20)[1][2][…] (81 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, vəkil, universitet müəllimi[d], yazıçı, diplomat, hüquqşünas
Atası Cozef Robinett Bayden (ata)[d][4]
Anası Cen Bayden[d][10]
Həyat yoldaşları
Uşaqları
Ailəsi Bayden ailəsi[3]
Dini katolisizm[11]
Elmi fəaliyyəti
Elm sahəsi hüquq[4], siyasət
Elmi dərəcəsi

Təltifləri "Pakistan" ordeni Hilal-e-Pakistan Müqəddəs Georgi adına "Qələbə" ordeni Order of the Cross of Terra Mariana, 1st Class Order of the Three Stars, 2nd Class Hərbi xidmət xaçı Azadlıq ordeni Prezidentin "Azadlıq" medalı Grand Cross with collar of the Order of Vytautas the Great Grand Cross of the Order of Boyacá Ellis Island Medal of Honor
İmzanın şəkli
joebiden.com
joebiden.com/es/inicio
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlk illəri (1942–1965)

redaktə

1942-ci il noyabrın 20-də Pensilvaniya ştatının Skrenton şəhərində yerləşən St. Mary's xəstəxanasında[12] irland əsilli ailədə dünyaya gəlmişdir.[13][14] Bir qız və iki oğlan övladına sahib olan Bayden ailəsində ən böyük övladı idi.[12]

Atası əvvəl varlı olsa da, Baydenin uşaqlığı dövründə maddi çətinlikləri var idi. Bayden bir neçə il ana tərəfdən baba və nənəsi ilə birlikdə yaşadı.[15] 1950-ci illərdə Skrenton şəhərində iqtisadi problemlər mövcud idi. Buna görə də atası dəqiq iş tapa bilmirdi.[16] 1953-cü ildən sonra ailəsi Delaver ştatının Kleymont şəhərində mənzil kirayəyə götürdü və bir neçə il orada yaşadılar. Sonra Uilminqton şəhərində başqa bir evə köçdülər.[15] Daha sonra Co Bayden Sr. ikinci əl avtomobil satışı işinə başladı. Beləcə ailə orta təbəqə olaraq həyatını davam etdirdilər.[15][16]

Bayden Kleymontdakı Archmere akademiyasının futbol komandasında oynayırdı. Həmçinin orada beysbol da oynadı. 1961-ci ildə məktəbdən məzun oldu. Neuarkdakı Delaver Universitetində qısa müddət Amerika futbolu oynamağa davam etdi. 1965-ci ildə tarix və siyasət sahəsində iki əsas, dilçilik üzrə isə kiçik dərəcəli təhsil almışdır. Qiymət ortalaması "C" idi. 688 şagirdli məktəbdə 506-cı oldu.[17] Bayden "ailəmdə lazımınca alkaqol istifadəçisi var" deyərək alkaqol istifadə etmədiyini bir neçə dəfə demişdir.[18]

Hüquq və siyasət fəaliyyəti (1966–1972)

redaktə
 
1965-ci ildə Delaver Universitetində təhsil alarkən

1968-ci ildə Sirakuz Universitetinin hüquq fakultəsindən 85 tələbədən 76-cı[17] olaraq məzun oldu.[19] Astma xəstəliyinə görə əsgərlik xidməti üçün müraciət etdikdə "hal-hazırda uyğun deyilsiz" cavabı ilə qəbul edilmədi.[20]

Bayden 1968-ci ildə yerli respublikaçı Uilyam Prikettin başçısı olduğu Uilminqton hüquq bürosunda katib olaraq fəaliyyət göstərdi. Daha sonra isə "özümü respublikaçı olaraq hiss etdim" demişdir.[21]

Bayden 1969-cu ildə vəkillik fəaliyyəti göstərdi.[22] Daha sonra müttəfiqi ilə birlikdə hüquq bürosu yaratdılar. Amma bu şirkət yaxşı pul qazandırmadı.[15]

Senat seçkiləri

redaktə

ABŞ senatı olmaq istəyən Bayden vəzifədəki respublikaçı rəqibi Kaleb Boqqsu 1972-ci ilin seçkilərində məğlub etdi. Bloqqsa qarşı rəqib olan demokrat təkcə Co Bayden idi.[15] Bayden seçkilərdən bir neçə ay əvvəl Boqqsu demək olarki, 30/100 xal geridə qoydu. Seçkilərin nəticələrində Bayden %50,5 ilə qazandı.[23]

Senat fəaliyyəti (1973–2009)

redaktə

Bayden 5 yanvar 1973-cü ildə senat seçildi.[24][25] Həmin il həyat yoldaşı və uşaqlarını avtomobil qəzasında itirmişdi.

 
1973-cü ildə Senatda olduğu vaxtlarda

İlkin senat fəaliyyəti

redaktə

Bayden senat olduğu ilk illərdə ətaf mühitin qorunması mövzusu üzərində işlədi.[26] Time juranlının 1974 nömrəli Gələcəyin 200 Üzü jurnalında adı keçdi.[26]

Bayden Senatda olduğu ilk on il ərzində silahlanma idarəsi üzərində məsələlər həll etdi. 1979-cu ildə SSRİ başçısı Leonid BrejnevABŞ prezidenti Cimmi Karter ilə imzaladığı SALT II müqaviləsini (strateji silahların məhdudlaşdırılması) konqres təsdiq etdi.

Prezident seçkiləri (1988)

redaktə

Co Bayden 9 iyun 1987-ci ildə 1988-ci ilin prezident seçkilərində demokrat prezident olaraq iştirak edəcəyini açıqladı.[27] İlk başlarda etdiyi danışıqlarla xalqın rəğbətini qazana bilmişdi. Prezident seçilmək ehtimalı yüksək idi. Əgər prezident seçilsəydi, ABŞ tarixində Con Kennedidən sonra ikinci ən gənc prezident olacaqdı. Amma avqust ayında etdiyi danışıqda Nil Kinnokun sözlərini oğurlamaqla ittiham edildi.[28] Kinnokun danışığının bir hissəsi ağaşıdakı kimi idi:

 
Co Bayden 1987-ci ildə

Niyə min nəsil sonra universitetə gedə bilən ilk Kinnok mən oldum? Niyə Qlinis (həyat yoldaşı) ailəsindəki min nəsil sonra universitetə gedə bilən ilk qadın oldu?

Baydenin danışığının bir hissəsi isə ağaşıdakı kimi idi:

Buraya gələrkən düşünməyə başladımki, niyə Co Bayden ailəsində universitetə gedən ilk şəxs idi? Niyə orada — izləyicilərin içərisində oturan həyat yoldaşım ailəsində universitetə gedən ilk şəxs idi?

Bu ittihamdan əlavə universitet illərində etdiyi bəzi işlərində üstü açıldı. Beləliklə Bayden 23 sentyabr 1987-ci ildə seçkilərdən namizədliyini geri çəkdi.[29]

Senat Ədliyyə Komitəsi

redaktə

Bayden 1987–95-ci illər aralığında prezident olduğu Senat Ədliyyə Komissiyasının üzvü idi.

Senat Xarici Siyasət Komitəsi

redaktə
 
Senator Bayden prezident Klinton və digərləri ilə birlikdə Bosniyada (1997 dekabr)

Bayden uzun müddət idi Senat Xarici Siyasət Komitəsinin üzvü idi. 2001 iyun ayından 2003-cü ilə qədər və 2007-ci ildən 2009-cu ilə qədər komitənin prezidenti kimi fəaliyyət göstərdi. Bayden bu müddət ərzində 60 ölkə və ən azı 150 beynəlxalq təşkilat liderləri ilə görüşdü.[30]

Bayden 1991-ci ildə Xorvatiya müharibəsində serblərin müharibə hüququnu sui-istifadə etdiklərini öyrəndi və Yuqoslaviya müharibələri ilə yaxından maraqlandı.

Prezidentlik namizədliyi (2020)

redaktə

Prezidentlik fəaliyyəti (2021-ci ildən bəri)

redaktə
 
Bayden Konqres Binasında baş hakim Con Robertin keçirdiyi mərasimdə Blibliyaya əl basaraq prezidentlik andı içərkən

20 yanvar 2021-ci ildə ABŞ-nin 46-cı prezidenti olaraq fəaliyyətə başladı.[31][32] 78 yaşında bu vəzifəyə seçilən Bayden ən yaşlı prezident və həmçinin Delaverli ilk prezidentdir.[33] Həm də ABŞ prezidentlik tarixində Con Kennedidən sonra ikinci katolisist prezidentdir.[34]

Bayden prezident olduğu ilk iki gündə ümumilikdə 17 icra sərəncamı imzaladı. Bu say əvvəlki prezident Trampın prezidentliyinin ilk 100 günündə imzaladığı sərəncamlardan çox idi. Üçüncü gündə imzaladığı sərəncamları Paris iqlim sazişinə yenidən qoşulmaq, Meksika sərhədindəki beynəlxalq vəziyyətin başa çatması, hökuməti Ümümdünya Səhiyyə Təşkilatına yenidən qatılmağa yönəltmək, federal mülklərdə maska taxmaq məcburiyyəti və ABŞ-nin aclıqla mübarizə tədbirləri ilə qarşılaşması təşkil edirdi.[35][36][37][38] 19 aprel 2021-ci ildən etibarən 16 yaş və yuxarı olan hər kəsin COVID-19 peyvəndi edilmək hüququnu qəbul etdi.[39] Bayden 2021 aprel ayında ABŞ qoşunlarının 2021-ci ilin sentyabrına qədər Əfqanıstandan geri çəkiləcəyini açıqladı.[40]

Ailə həyatı

redaktə
border=none  Əsas məqalə: Bayden ailəsi

İlk evliliyi

redaktə

Bayden 27 avqust 1966-cı ildə Sirakuz Universitetinin tələbəsi Neilia Hanter (28 iyuı 1942 – 18 dekabr 1972) ilə tanış oldu və bir müddət sonra ailə həyatı qurdu. Cütlüyün Bo Bayden (3 fevral 1969 – 30 may 2015), Hanter Bayden (d. 1970) və Emi Bayden (8 noyabr 1971 – 18 dekabr 1972) adlı üç uşaqları oldu.[41]

18 dekabr 1972-ci ildə həyat yoldaşı Neilia və bir yaşındakı qızları Emi Delaver ştatının Hokessin şəhərində avtomobil qəzasında öldü. Digər oğlu Bo Bayden 2015-ci ildə beyin xərçəngindən öldü. Hanter Bayden isə hal-hazırda Vaşinqtonda vəkil olaraq işləyir.[42]

 
Co Bayden və Cill Bayden

İkinci evliliyi

redaktə

Bayden 1975-ci ildə müəllimə Cill Tresi Yakobsla tanış oldu. 17 iyun 1977-ci ildə Nyu-Yorkda ailə həyatı qurdular.[43] Cütlüyün Eşli (d. 1981) adlı uşaqları var.[44]

İstinadlar

redaktə
  1. 1 2 Duignan B. Joe Biden // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Joseph Robinette Biden // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 3 4 5 https://www.gala.fr/stars_et_gotha/joe_biden.
  4. 1 2 3 4 5 6 7 8 9 10 11 Broder J. M. Father’s Tough Life an Inspiration for Biden (ing.). // The New York Times / J. Kahn Manhattan: New York Times Company, A. G. Sulzberger, 2008. ed. size: 443000 ISSN 0362-4331; 1553-8095; 1542-667X
  5. 1 2 3 4 5 6 Biographical Directory of the United States Congress (ing.). GPO, 1903.
  6. 1 2 3 4 5 6 7 8 Catalog of the German National Library (alm.).
  7. https://www.la-croix.com/Monde/joe-biden-actualite-info.
  8. 1 2 http://bioguide.congress.gov/scripts/biodisplay.pl?index=B000444.
  9. 1 2 https://www.the-sun.com/news/1719964/joe-biden-college-degrees.
  10. Pas L. v. Genealogics (ing.). 2003.
  11. https://www.npr.org/sections/politicaljunkie/2009/01/the_first_catholic_vice_presid.html?t=1604805072149.
  12. 1 2 https://archive.org/details/isbn_9780061791987
  13. "Arxivlənmiş surət". 2020-05-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-02-13.
  14. "Arxivlənmiş surət". 2019-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-13.
  15. 1 2 3 4 5 "Arxivlənmiş surət". 2020-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-13.
  16. 1 2 "Arxivlənmiş surət". 2021-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-13.
  17. 1 2 "Arxivlənmiş surət". 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-13.
  18. "Arxivlənmiş surət". 2020-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-13.
  19. "Arxivlənmiş surət". 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-13.
  20. "Arxivlənmiş surət". 2021-01-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-02-13.
  21. "Arxivlənmiş surət". 2020-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-13.
  22. "Arxivlənmiş surət". 2021-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-13.
  23. "Arxivlənmiş surət". 2008-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-13.
  24. "Arxivlənmiş surət". 2021-01-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-13.
  25. https://web.archive.org/web/20021226155950/https://www.senate.gov/artandhistory/history/minute/Youngest_Senator.htm
  26. 1 2 https://web.archive.org/web/20130813045404/http://www.time.com/time/magazine/article/0,9171,879402-6,00.html
  27. "Arxivlənmiş surət". 2017-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.
  28. "Arxivlənmiş surət". 2017-02-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.
  29. "Arxivlənmiş surət". 2017-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.
  30. "Arxivlənmiş surət". 2012-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.
  31. "Arxivlənmiş surət". 2021-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.
  32. "Arxivlənmiş surət". 2021-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.
  33. https://web.archive.org/web/20201107183815/https://www.delawareonline.com/story/news/politics/2020/11/07/one-us-delaware-pride-soars-biden-makes-history/6121243002/
  34. https://web.archive.org/web/20210119164919/https://www.nbcnews.com/now/video/biden-to-become-the-second-catholic-president-in-u-s-history-after-jfk-99673157918
  35. https://web.archive.org/web/20210120165457/https://apnews.com/article/joe-biden-executive-orders-b5b409da08e42414b9a12e2c67ee2df6
  36. https://web.archive.org/web/20210120200346/https://www.cbsnews.com/news/biden-executive-orders-watch-live-stream-today-2021-01-20/
  37. https://web.archive.org/web/20210122185925/https://www.economist.com/graphic-detail/2021/01/22/joe-biden-is-taking-executive-action-at-a-record-pace
  38. https://web.archive.org/web/20210122112210/https://www.politico.com/news/2021/01/22/biden-executive-orders-hunger-workers-461270
  39. https://web.archive.org/web/20210419193018/https://twitter.com/WhiteHouse/status/1384227810290462736
  40. https://web.archive.org/web/20210425151524/https://www.dw.com/tr/abd-afganistandaki-askerlerini-%C3%A7ekmeye-ba%C5%9Flad%C4%B1/a-57329833
  41. https://web.archive.org/web/20080925021142/http://www.sfgate.com/cgi-bin/article.cgi?f=%2Fn%2Fa%2F2008%2F08%2F22%2Fpolitics%2Fp222636D16.DTL
  42. "Arxivlənmiş surət". 2009-01-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.
  43. "Arxivlənmiş surət". 2020-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.
  44. "Arxivlənmiş surət". 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-14.

Saytda 276 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024