Ev qulluqçusu (film, 2011) Haqqinda Melumat - Vikipedia

Ev qulluqçusu (film, 2011) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ev qulluqçusu (film)

(Ev qulluqçusu (film, 2011) səhifəsindən istiqamətləndirilmişdir)

Ev qulluqçusu (ing. The Help) — 2011-ci ildə Teyt Teylorun rejissorluğu və ssenari müəllifliyi ilə, Ketrin Stokkettin eyniadlı əsəri əsasında çəkilmiş ABŞ dram filmidir. Filmdə Cekson, Missisipidə, 1963-cü il Vətəndaş Hüquqları uğrunda mübarizə dövründə ağ dərili qadın Yevgeniya "Skiter" Felanın iki qara dərili qadın Eybilin Klark və Minni Ceksonla münasibətləri təsvir edilib. Skiter, işlədikləri ağ dərililərin ailələrində rasizmlə üzləşmiş qara dərili xanımların mövqeyinin əks edildiyi kitab yazmağa çalışan jurnalistdir.

Ev qulluqçusu
ing. The Help
Janr dram
Rejissor Teyt Teylor
Prodüserlər Kris Kolumbus
Maykl Barneten
Branson Qrin
Baş rollarda Cessika Çesteyn
Viola Devis
Emma Stoun
Brays Dallas Hovard
Oktavia Spenser
Ellison Cenni
Operator Stiven Qoldblatt
Bəstəkar Tomas Nyuman
İstehsalçılar DreamWorks, Touchstone Pictures[d], Participant[d]
Distribütor Walt Disney Studios Motion Pictures[d], Netflix
İlk baxış tarixi 10 avqust 2011[3], 8 dekabr 2011[4], 23 sentyabr 2011[5], 9 avqust 2011
Filmin növü Bədii film
Müddət 146 dəq.
Büdcə $25 milyon[1]
Gəlir $216.6 million[2]
Ölkələr ABŞ ABŞ
Dil ingiliscə
İl 2011
Rəng rəngli
IMDb ID1828995
Mükafatları Ən yaxşı ikinci plan qadın roluna görə "Oskar" mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Baş rolda Viola Devis, Emma Stoun, Oktavia Spenser, Brays Dallas Hovard, Cessika Çesteyn, Ahna O'Reilly, Kris Louell, Sissi Speysek, Maykl Fogel, Siseli Tayson, LaChanze, Ellison Cenni, Meri StinbörgenAnna Kemp oynamışdırlar. DreamWorks Pictures şirkəti tərəfindən istehsal olunan və Touchstone Pictures tərəfindən nümayiş olunan film kinotənqidçilər tərəfindən müsbət rəy qazanmış və cəmi 25 milyon dollar istehsal büdcəsi qarşılığında, 216.6 milyon dollar gəliri ilə dünya səviyyəsində kommersiya uğuru qazanmışdır[2].

Ev qulluqçusu filmində baş rolu ifa etmiş Viola Devis "Ən yaxşı film" və "Ən yaxşı qadın" kateqoriyaları, Cessika Çesteyn və Oktavia Spenser isə "İkinci planda ən yaxşı aktrisa" kateqoriyası üzrə Oskar mükafatının dörd nominasiyasını qazanmışdırlar. Aktyorların görkəmli ifalarına və yüksək performansına görə, film 29 yanvar 2012-ci ildə Kinoaktyorlar Gildiyasının mükafatını əldə etmişdir. Filmin yaş məhdudiyyatı 0-6 üzəridir[6].

Məzmun redaktə

 
Kitabda və filmdə baş verən hadisələr
Missisipi ştatının Cekson şəhərində cərəyan etsə də,
çəkilişlər əsasən Qrinvud qəsəbəsində aparılmışdı

   
Filmin rejissoru Teyt Teylor (solda)
və "Conni Fut" rolunu canlandırmış Maykl Fogel (sağda)

1963-cü ildə Missisipi ştatının Cekson şəhərində, qaradərili qulluqçu Eybilin Klark (Viola Devis) istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində yeganə oğlunun həlak olmasından sonra, öz gələcək həyatını ağ dərili uşaqların böyüdülməsi və tərbiyəsində görür. O, zəngin Lifolt ailəsi üçün çalışır və başlıca olaraq Yelizaveta Lifoltun uşaqlarına qayğı göstərir; gənc qadın doğumdan sonrakı depressiyaya düçar olub və intizam uğrunda apardığı mübarizəni istisna etsək, heç öz doğma qızının belə qeydinə qalmaq istəmir. Eybilinin ən yaxın rəfiqəsi, onunla həmdil olan qaradərili qulluqçu və sadəlövh Minni Ceksondur (Oktavia Spenser). Minni artıq uzun müddətdir ki, Hilli Holbruksun evində xadiməlik edir və onun anası missis Voltersə (Sissi Speysek) baxır. Mənzilin sahibəsi yemək bişirmək məsələsində Minninin böyük bacarığına ehtiram göstərdiyindən, onun çılğın və gürurlu xasiyyətinə də dözümlə yanaşır. Yevgeniya "Skiter" Felan (Emma Stoun) müstəqil düşüncəyə malik gənc ağdərili qadındır; Missisipi Universitetini bitirdikdən sonra[7], o uşaqlıqdan sevdiyi qulluqçu Konstantini (Siseli Tayson) tapmaq üçün, ailəsinə məxsus plantasiya sahəsinə geri qayıtmağı qərara alır. Doğma diyarına qayıdan Skiter, anası Şarlottadan (Ellison Cenni) qulluqçunun öz şəxsi istəyi ilə evi tərk etdiyini öyrənir. Skiter uşaqlıqdan ona analıq edən qulluqçunun bu cür məktubsuz və xəbərsiz onu tərk etməyini anlaya bilmir və o, uzun sorğu-sualdan sonra Konstantinin məhz anası tərəfindən qovulduğunu öyrənir.

Skiterin sosial qrupu həyat yoldaşı tapmaq üçün kollecə daxil olduğu vaxt, o, ikiqat əsas dərəcə alır və Şarlottanın böyük təəssüfünə səbəb olsa da yalnız qalaraq uğurlu yazar karyerası qurur. Yerli qəzetlərdən birində "evdar xanım fikirləri" yazarı kimi işə düzəldikdən sonra fikrini tamamilə bu istiqamətə yönəldir və Elizabetdən soruşur ki, Eybilin məktubları cavablandırmaqda ona kömək edə bilərmi; Elizabetdən icazə alınması və Eybilinin özünün razılığının əldə edilməsindən sonra xanımlar razılaşırlar. Eybilin ilə daha çox təkbətək öz vaxtını keçirən Skiter, özünün ağ dünyəvi düşüncəyə malik dostlarına münasibətini dəyişməyə başlayır, Hillinin "Əsas Kömək Sanitar Təşəbbüsü" barədə öyrəndikdən sonra isə (Hilli "qara adamların ağ adamlarla müqayisədə daha çox xəstəliklər daşıdığını" bildirərək, qanunvericiliklə dəstəklənmiş qara ev xidmətçiləri üçün icbari tualetlərin tikinti planını dəstəklədiyini bildirir), onların "yardımlarına" laqeydcəsinə yanaşır.

...Kimsə məndən "mən" olmanın necə bir şey olduğunu soruşmamışdı. Həqiqəti deyəndən sonra özümü azad hiss etdim. Tanrı düşmənlərimizi sevməyi bizə məsləhət görür və bu, doğrudan da çox ağırdır. Amma həqiqəti söyləyərək, barışıqlığa bir addım atmaq mümkündür...

Eybilin Klark

Konstantinlə münasibətlərdən ilhamlanan Skiter, bu qadınların hekayələri əsasında ağ və qaradərili insanlar arasında baş verən münasibətlər və xüsusilə də, qara xidmətçi qadınlar tərəfindən tərbiyə almış uşaqların böyüdükdə valideynlərinə olan qərəzli baxışları barədə kitab yazmaq fikrini formalaşdırır. Ev qulluqçuları işəgötürənlər tərəfindən qisas zəminində işdən qovulacağından qorxaraq, Skiterlə könülsüz əməkdaşlıq edirlər, ancaq son nəticədə Eybilin danışmağa razılaşır. Şəhərdə baş vermiş tufan zamanı, Minni bayırdakı tualet otağına getməkdən çəkinir və Hillidən evdəki tualet otağına getməyi xahiş edir. Ev sahibəsinin icazəsini ala bilməyəcəyini anlayan Minni, gizlincə həmin otağa daxil olur və buna görə də Hilli tərəfindən işdən kənarlaşdırılır. Bundan sonra o da, Eybilinlə birlikdə Skiterə öz həyat hekəyələrini danışmağa başlayır.

Hilli evindən bir şeyin oğurlandığını bildirərək, Minninin başqa evlərdə işlə təmin edilməsini çətinləşdirir, lakin bir müddət sonra, o gözlənilmədən Minninin qızına qulluqçu kimi evdə işləməyi təklif edir və o, bununla razılaşaraq məktəbi buraxmalı olur. Minni son nəticədə fəhlə sinfindən olan, sonralar isə Hillinin zəngin eks-boyfrendi Conni Futa (Maykl Fogel) ərə getmiş və buna görə də cəmiyyətin səfilinə çevrilmiş Seliya Fut adlı yüngülxasiyyət qadının evində işə götürülür. Seliya Minniyə xəbər verir ki, o, hamilədir. Özünün yumşaq xarakterinə, nadanlığına, gizli sosial təbəqəsinə və müxtəlif məslələrə şiddətli yanaşmasına görə, Seliya öz evində çalışan işçisi ilə necə "düzgün" yanaşmağı bacarmır; o, mətbəxə tez-tez daxil olaraq, Minniyə yardım etməyə çalışır, onlar birlikdə bişirdikləri yeməyi bölüşür və bir-birinə "həyatı boyu üzləşdiyi xuliqanların öhdəsindən necə gəldiyi" kimi bir sıra məsləhətlər verir və hekayələr danışırlar.

Minni ilə Seliya arasındakı münasibətlər gəflətən baş vermiş uşaqdüşmə hadisəsindən sonra daha da dərinləşir; Seliya gözyaşları içərisində Conni ilə hamilə olduğu üçün ərə getdiyini, lakin bir ay sonra uşağı itirdiyini bilirir. Hillinin ətrafındakı insanların onu ələ saldığı xeyriyyə tədbiri zamanı Seliya ancaq kokteyllər içir və özünü yaxşı aparmır, buna görə də sonra məşhur qızların dəstəsindən uzaqlaşır. Həmin vaxt Skiter də öz istəyi ilə bu dəstədən uzaqlaşır, buna baxmayaraq Hilli vasitəsiylə Stüartla (Kris Louell) tanış olur və bu tanışlıq Şarlottanı çox sevindirir.

Skiter Nyu-York şəhərində yerləşən Harper & Row şirkətinin baş redaktoru Eleyn Ştayna (Meri Stinbergen) öz kitabını təqdim edir; kitabla tanış olan Eleyn, ona bayramların yaxınlaşdığını bildirərək qaradərili insanlar tərəfindən mülki hüquqlar uğrunda hərəkatlərinin qısa ola biləcəyini qabaqcadan xəbərdarlıq edir və buna görə də ev, sahiblərinə xidmət göstərən gənc xidmətçilər barəsində də hekayələri kitaba əlavə etməyini ona məsləhət görür. Medqar Eversin qətl kulminasiyası və brilyant üzüyün oğurluğuna görə həbs edilən Hillinin qulluqçusu, Minnini öz mövqeyini dəyişməyə vadar edir; o, Skiterin yanına çoxlu sayda qulluqçunu gətirir və onların hər biri öz həyatı barədə intervyu verirlər. Qulluqçular hesab edirlər ki, həyatında baş vermiş bütün əzabları və ifadə etmək imkanını onlara yalnız Skiter verə bilər.

Skiter, Eybilin və Minni kitabın yazılmasında bir qədər tərəddüd edirdilər. Bunun əsas səbəbi, bəzi hekayələrin konkret qulluqçu və ev sahibləri ilə bağlı olması idi, elə məhz bu gələcəkdə təhlükəyə səbəb ola bilərdi. Onların əndişələri Prezident Kennedinin qətlindən sonra dahada güclənir. Buna görə də, Minni ailə sirrlərini gizlətdiyinə görə cəzalandırılmaması üçün qorxunc hekayələr uydurdu: o, işdən çıxarıldığına və təhqir edildiyinə görə mükafatlandırıldı, Voltersi ondan uzaqlaşdırdığına görə Hillini içərisi ekskrementlə doldurulmuş şokoladlı kekslə təşəkkür etdi. Hilli piroqun iki dilimini yedikdən sonra, onun içərsində nə olduğunu öyrənir; misis Uoters qızının ekskrement yediyini biləndə özünü saxlaya bilmir və gülməyə başlayır. Bunu görən Hilli qəzəblənir və bir müddət sonra öz anasını sanatoriyaya yerləşdirir. Minni bu hadisəni də kitaba əlavə edilməsini təklif edir; özünün utancverici əməli barədə oxuyan dəhşətli Hilli, heç bir zaman bu hadisələrin həqiqətən də Cekson şəhərində baş verəbiləcəyini imkan verməz, bu isə kitabın azad satışı üçün çox əlverişli imkan ola bilər.

Skiter və hekayə müəlliflərin təhlükəsizliyi tam olaraq təmin olunması məqsədilə kitab tam məxfi şəkildə nəşriyyat evlərinin birində çap edilir. Skiter bu möhtəşəm anı öz qaradərili rəfiqələri ilə birgə qeyd edir. Kitabın məzmunu haqqında öyrənən Skiterin sevgilisi Stüart özünü aldadılmış hiss edir və buna görə də onunla bütün əlaqələrinə son qoyur. Minni yeni ev sahibi Seliyaya hər şeyi etiraf edir və o Hillinin həqiqətən də manipulyasiya ilə məşğul olan xuliqan qadın olduğunu nəhayət anlayır. Özünü aristokratik cəmiyyətin ən əsas üzvü hesab edən Hilli, başqalarından geri qalmamaq üçün yeni nəşr olunmuş kitabı alır və gecə yatmazdan əvvəl onu oxuyur; özünün piroqla yaşanan əhvalatı oxuyan Hilli dəhşət və qəzəb içərisində dərhal Skiterin yaşadığı evə gəlir. Hücumla evin kəndarında daxil olan Hilli, Skiterin zəncilərlə əlbir olduğunu hər kəsə deyəcəyi ilə hədə qorxu gəlməyə çalışır. Bu zaman Skiterin anası Şarlotta, "gəzəbli və tərbiyyəsiz" Hillinin həddindən artıq kesk yediyini deyərək, kitabda məhz kimin haqqda yazıldığı barədə məlumatlı olduğunu bildirir və onu öz evindən qovur.

Hillinin getməsində sonra, Şarlotta və Skiter nəhayət öz gələcək planları barədə düşünməyə başlayırlar. Gəflətən telefona gələn zəng baş redaktor missis Ştayndan olur: o, Ev qulluqçusu romanının möhtəşəm olduğunu bildirərək, Skiterə Manhettendə iş təklif edir. Şarlotta qızının mərdliyinə və müstəqil qərarlar vermək qabiliyyətinə heyran olaraq, qızının gələcək mühitə düzgün adaptasiya olması üçün yardım etmək istədiyini bildirir.

Minnini qulluqçuluğa ərindən gizli şəkildə götürən Seliya, bunu özünün yemək bişirmək və ev təsərrüfatını idarə etmək bacarığı olmaması ilə əsaslandırır; hər gün ərinə gizli şəkildə yemək bişirən Minni axşama yaxın tələsik evi tərk edir və Seliyanın əri elə zənn edir ki, yeməkləri məhz onun həyat yoldaşı bişirib. Lakin bir gün ərzaqlarla işə gələn Minni yolda evin sahibini — yəni Connini görür və dəhşət içərisində evə tərəf qaçmağa başlayır. O, Minniyə çataraq yeməklərin məhz qulluqçu tərəfindən bişirildiyini əvvəlcədən bildiyini və həmçinin Seliyanın bir neçə uşaqdüşmə hadisəsindən də xəbərdar olduğunu bildirir. O, Seliyanın son vaxtlar daha şən və sağlam göründüyünü deyərək, Minniyə təşəkkür edir. Conni kömək etmək üçün, Minninin ərzaqla dolu çantasını evə aparır və burada onlar masanın üstünə qoyulmuş müxtəlif yeməkləri görürlər — Seliya qulluqçusunun yemək bişirmə dərslərindən yararlandığını bildirir. Onlar Minniyə burada istədiyi qədər qala biləcəyini və onun ailənin artıq bir üzvünə də çevrildiyini deyirlər. Bu xeyirxahlıq ona təhqiramiz ərini boşamağa cəsarət verir; o, öz uşaqlarını onun əlindən götürərək, yaşamaq üçün Fut ailəsinin yanına köçür.

Sonda Hilli özünün köhnə hiyləgərlik üsuluna geri qayıdır: özünü həqarətə qoymamaq şərti ilə Eybilini yazdığı hekayələrə görə həbsxanaya salmağın mümkünsüz olduğunu bilə-bilə, o, bunun əvəzinə intiqam hissi ilə uzun illər ona xidmət etmiş qulluqçunu hansısa gümüş qaşıqların oğurlanmasında ittiham edir. Eybilin kiçik Elizabetlə vidalaşmağa çalışır, ancaq qaradərilərə artıq nifrət hissi ilə boğulan Hilli buna icazə vermir. Eybilin malikanəni tərk edir və başqa həyatın axtarışına çıxır.

Rollarda redaktə

  • Viola Devis — Eybilin Klark, qaradərili qulluqçu və Skiterin ən yaxın dostu. O, həmçinin kitabdakı hadisələrin müəllifidir.
  • Emma Stoun — Yevgeniya "Skiter" Felan, Missisipi kollecinin məzunu və yeni başlayan yazıçı.
  • Oktavia Spenser — Minni Cekson, gözəl aşpazdır; dilini dinc saxlaya bilmədiyinə görə bir neçə dəfə işdən qovulmuşdu; Eybilinin ən yaxın dostudur
  • Cessika Çesteyn — Selia Fut, sadəlövh görünşlü Minninin sahibəsi və Conninin həyat yoldaşı
  • Brays Dallas Hovard — Hilli Holbruk, özünü şəhər aristokratiyasının başçısı hesab edən irqçi və kinli ana
  • Ellison Cenni — Şarlotta Felan, Skiterin anası
  • Ana O'Reylli — Elizabet Lifolt, Eybilini işəgötürən qadın və filmin ikinci antaqonisti. O öz qızı Mayaya laqeydcəsinə yanaşır
  • Kris Louell — Stüart Vaytvort, Skiterin boyfrendi və senatorun oğlu
  • Siseli Tayson — Konstantin Beyts, Skiterin uşaqlıqdan ən sevdiyi qulluqçudur
  • Maykl Fogel — Conni Fut, Hillinin keçmiş sevgilisi və Seliyanın həyat yoldaşı
  • Sissi Speysek — Missis Volters, Hillnin anası
  • Anna Kemp — Colin Frenç, Hilli və Elizabetin rəfiqəsi
  • Brayan Kervin — Robert Felan, Skiterin atası
  • Aunjanyu Ellis — Yule Mey Devis, a maid fired by Hilly for pawning a ring she stole from the Holbrook house to pay for her twin sons' college tuition, after Hilly refused to lend her $75 to do so.
  • Emma and Eleanor Henry as Mae Mobley Leefolt, Elizabeth's baby.
  • Ted Uelç — Uilliam Holbruk, Hillinin həyat yoldaşı
  • LaChanze — Reyçel Beyts, Konstantinin qızı
  • Meri Stinbörgen — Eleyn Ştayn, Harper & Row nəşriyyat evinin baş redaktoru
  • Lesli Cordan — Mr. Blekkli
  • Nelsan Ellis — Henri, ofisiant
  • Ves Çethem — Karlton Felan, Skiterin qardaşı
  • Tiffani Brouver — Rebekka, Karltonun adaxlısı
  • Kelsi Skot — Şuqar Cekson, Minninin qızı
  • David Oyelovo — Vaiz Qrin
  • Dana İvey — Qreys Higginbotem
  • Eşli Conson — Meri Bet Kolduell

İstehsal redaktə

   
Viola Devis (solda)
və Oktavia Spenser (sağda)
məhz bu filmdəki çıxışlarına görə məşhurlaşmışdılar.

2009-cu ilin dekabrında Variety jurnalı məlumat verdi ki[8], "Kömək" romanının ekranlaşdırılması "1492 Pictures"in istehsalı, Kris Kolumbus, Maykl Barnatan və Mark Redkliffin prodüserliyi ilə həyata keçiriləcək[9]. "Harbinger Productions"dan Branson Qrin də köməkçi prodüser kimi layihəyə qoşuldu. Filmin ssenari müəllifi və rejissoru, kitab nəşr edilməmişdən əvvəl onun ekranlaşdırılması hüququnu almış Srokettin uşaqlıq dostu Teyt Teylordur[10].

2010-cu ilin mart ayında istehsal üzrə kastinq işlərinə start verildiyi bildirilmişdir; o zaman Skiter Felan roluna məhz Stounun dəvət olunduğu məlum olmuşdur[11]. Tezliklə başqa rollar üçün də kastinqa aktyorlar dəvət olunmuşdur; Devis Eybilin rolu, Hovard Cekson şəhərinin rasist aristokrat qadını, Cenni Skiterin anası Şarlotta Felan rolu, Louell isə Skiterin boyfrendi və senatorun oğlu Stüart Vitvort rolu üçün[12][13][14]. Lesli Cordan filmdə uydurulmuş yerli The Jackson Journal qəzetinin redaktoru kimi görünür[15]. Maykl Fogel Conni Fut adlı xarizmatik personajı oynayır. Oktavia Spenser qaradərili qulluqçu Minni obrazını yaratmışdır. Yazıçı Ketrin Stokkettin və Teyt Teylorun yaxın dostu olan Oktavia, Minni personajını romanın audioversiyasında da səsləndirmişdir[16][17].

Filmin çəkilişləri 2010-cu ilin iyulunda başlamış və oktyabr ayına qədər davam etmişdir. Məhz Missisipi ştatının Qrinvud şəhəri, 1960-cı illərin dövrünü və köhnə Ceksonun ab-havasını təsvir etmək üçün seçilmişdir; prodüser Qrinin dediyinə görə, filmin çəkilişi əsasən burada aparılmışdır. Çəkilişin qalan kiçik bir hissəsi isə, həqiqi Cekson və yaxınlıqdakı Klarksdeyl və Qrinvill şəhərlərində aparılmışdır. 1963-cü ildə Ceksonda mövcud olan, həm kitabda, həm də filmdə təsvir edilmiş azsaylı yerlərdən biri Brent əczaxanası, həmçinin Yeni Kapitoli binası və şəhər mərkəzində yerləşən "Mayflower Cafe"dir. The Jackson Journal qəzetinin ofisi səhnələri Klarksdeyldə, 2010-cu ilə kimi 40 il ərzində Klarksdeyl Press Mərkəzinin yerləşdiyi binada çəkilmişdir[18].

Ev qulluqçusu filmi, 2000-ci ildə ekranlaşdırılmış "Qardaş, axı sən hardasan" filmindən sonra Missisipi ştatının ən önəmli kino istehsalı idi: Düzü ürəyim parçalanardı, əqər filmin çəkilişləri Missisipidən kənarda aparılsa idi — bu sözləri Stokkett jurnalistlərə elektron poçtla yazmışdır[19][20][21]. Film çəkilişlərinin məhz Qrinvud şəhərində aparılmasını istehsalçıları inandırmaq məqsədilə, Teyt Teylor və digərləri əvvəlcədən şəhərə gələrək bir sıra yerləri tətqiq etmişdirlər. Dreamworks rəhbərləri ilə keçirilən ilk görüş zamanı, o, içərisində çəkiliş üçün potensial abidələrin şəkillərindən ibarət fotoalbomu təqdim etmişdir. Kinoistehsalçıların stimullaşdırılması üçün təsdiq edilmiş yeni dövlət vergi proqramı isə, bir neçə kinokompaniyanın bu proyektə cəlb olunmasına yardım olmuşdur[19][20][21].

Film musiqisi redaktə

Ev qulluqçusu
Yayımlanma tarixi 26 iyul 2011
Janr Blüz, Soul, Ritmik blüz, Rok-n-roll
Müddət 146 dəq.
Leybl Geffen
Prodüser BLAM, Craig Armstrong, Josh G. Abrahams, Marius De Vries, Steve Sharples

Filmin orijinal musiqisi bəstəkar Meri C. Blicin "The Living Proof" mahnısıdır[22]. Saundtrek "Geffren Records" şirkətinin maliyyə dəstəyi ilə 26 iyul 2011-ci ildə satışa buraxılmışdır[23].

  1. "The Living Proof" — Meri C. Blic – 5:57
  2. "Jackson" — Conni Keş və Cuni Carter – 5:28
  3. "Sherry" — Frenki Valli – 5:35
  4. "I Ain't Never" — Uebb Pirs – 1:56
  5. "Victory Is Mine" — Doroti Norvud – 3:47
  6. "Road Runner" — Bo Diddley – 2:48
  7. "Hallelujah I Love Her So"- Rey Çarlz – 2:35
  8. "The Wah-Watusi" — The Orlons – 2:32
  9. "Personality" — Lloyd Prays – 10:29
  10. "Don't Think Twice, It's All Right"- Bob Dilan – 3:38
  11. "Let's Twist Again" — Çabbi Çekker – 2:19
  12. "Don't Knock" — Mevis Steypls – 2:30

Buraxılış redaktə

13 oktyabr 2010-cu ildə Walt Disney Studios Motion Pictures şirkəti filmin buraxılış tarixi kimi 12 avqust 2011-ci ili göstərmişdi. 30 iyun 2011-ci ildə filmin buraxılış tarixi təxirə salınmışdır (film kinoteatrlarda iki gün əvvəl, yəni 10 avqust 2011-ci ildə nümayiş olunmuşdur)[24].

Ev üçün buraxılış redaktə

Film "Touchstone Home Entertainment" tərəfindən blu ray, DVD formatlarında satışa çıxarılmış, həmçinin 6 dekabr 2011-ci ildən dijital endirmə imkanı olmuşdur. Satışa çıxarılan versiya da üç formada təqdim edilmişdi: üç diskli (Blu ray, DVD və dijital), iki diskli (Blu ray və DVD) və bir diskli (DVD). O həmçinin standart və yüksək dəqiqlikdə və rəqəmsal variantda yüklənilmək üçün buraxılmışdır. DVD versiyaya filmin iki silinmiş səhnəsi və həmçinin Meri C. Blicin "The Living Proof" musiqi videosu daxildir. Rəqəmsal yükləmə versiyası DVD versiyasının eyni funksiyalarını və üstəgəl daha bir əlavə silinmiş səhnəni özündə birləşdirir. Hər iki disk və üç kombinasiya edilmiş disket paketinə DVD versiyasının eyni funksiyaları, o cümlədən "The Making of 'The Help': From Friendship to Film", "In Their Own Words: A Tribute to the Maids of Mississippi" ("Ev qulluqçusu üçün yaradılmışdır: Dostluqdan filmə", "Öz sözləri ilə: Missisipi qulluqçusundan ehtiram") adlı üç silinmiş səhnələr və rejissor Teylorun müqəddimələri daxildir[25][26][27].

Çıxarılması və qəbulu redaktə

Tənqidçilərin mövqeyi redaktə

 İcmallar
Tənqidçilərin qiyməti
Mənbə Reytinq
allmovie 3 - 5 ulduzdan [28]
Rolling Stone 3.5 - 5 ulduzdan [29]
eFilmCritic 3 - 5 ulduzdan [30]
Internet Movie Database 8.0 - 10 ulduzdan [31]
The Guardian 3 - 5 ulduzdan [32]
Metacritic 7.3 - 10 ulduzdan [33]
Rotten Tomatoes 4.3 - 5 ulduzdan [34]
IMDb 8.1 - 10 ulduzdan 

Ev qulluqçusu filmi tənqidçilərdən əsasən müsbət rəylər almışdır. Rotten Tomatoes saytı tərəfindən film 76% təsdiq edilmiş freş səslər qazanmış və 202 peşəkar kinotənqidçinin müsbət rəyi əsasında ona 10 baldan 7.0 verilmişdir. Film saytında məsələ ilə bağlı ümumi konsensus əldə olunmuşdu: Filmin tənqidçilər tərəfindən yüksək qiymətləndirilməsi, onun məhz rasisz mövzusuna toxunması səbəb ola bilərdi, lakin onun əsl kino olmasının başlıca səbəbi — Viola Devis kimi peşəkar aktyorların burada çəkilməsi idi[35]. Əsas tənqidçilərin rəyi əsasında maksimum 100 ball verən Metacritic aqreqatoru isə filmi ümumilikdə orta qiymətləndirərək, 41 tənqidçinin rəyi əsasında ona 62 bal vermişdi[36]. CinemaScore-da aparılan səsvermədə nəticəsində məlum oldu ki, izləyicilər F şkalası üzrə filmə orta hesabla A+ ballını verirlər[37].

Spiegel-Online internet xəbər portalının başçısı Tobias Naql film barəsində bunları yazmışdır: Yaxşı əhval-ruhiyyəni bəxş edən konfetti kimi, film öz aktrisalarının köməyi və parlaq detalları ilə yaşayır: 60-cı illərin saç düzümləri, özünün uzadılmış saitləri ilə insanları valeh edən hərtərəfli cənub şivəsi, ipək paltarlar və gündəlik ev müşahidələri. Ev qulluqçusu özündə "Qızardılmış yaşıl pomidorlar", Mad Men, Bülbülü öldürmək və Qadınlar filmlərindən ümumi nostalji epizodları toplamış və o dövrlərə xas ab-hava yaratmışdır. İki saat yarım aparılan çəkiliş və ən əsası rejissor Teylorun melodramatik janr konvensiyasından məharətlə istifadəsi nəticəsində, film seyirciləri yormayaraq gözəl bir hekayəyə çevrilir: xeyir ilə şər arasındakı ayırıcı xətt aydın seçilir, hətta ən ucuz detallar belə yaxşı qeydə alınıb. […] Filmdəki rasizm və əbəs yerə şişirdilmiş ağdərilərin privilegiyaları zamanla öz potensialını itirirlər[38].

kinofenster.de saytının rəhbəri Filipp Büler film haqqında yazır: Texniki cəhətdən mürəkkəb olan Ev qulluqçusu filmi başlanğıcda tamamilə adi hekayə təəssüratı yaratsa da, aktyorların görkəmli çıxışları, kinematik və duyğusal saundtrek və ilk növbədə dizayn işləmələri bunun tam əksini bizə nümayiş etdirir. Ağdərili işəgötürənlərin möhtəşəm villaları, afroamerikalı əhalinin yeknəsəq və boz evləri ilə böyük ziddiyyət yaradır. Uzun məsafələr, cənub şəfəqinin fonunda baş qəhrəmanların tez-tez xatirələrə dalması — bütün bunlar melodram janrına xas olan cəhətlərdir və insanlarda romantik hisslər oyadır. […] Təxminən iki saat yarım davam edən film, bütöv bir dövrün mənzərəsini bizlərə nümayiş edir. Bu iki müxtəlif cəmiyyətin münaqişələri indiyədək davam edir[39].

kino-zeit.de saytının rəhbəri Katrin Knaut isə bunları demişdir: Bu filmin rejissor Alan Parkerin 1988-ci ildə ekranlaşdırdığı "Missisipi oddadır" şedevri ilə heç bir əlaqəsi yoxdur. Düzdür Parkerin filmində də eyni mövzu toxunulmuşdur: Missisipi ştatının kiçik şəhərciklərin birində qaradərili amerikalıların hüquqları uğrunda nümayiş keçirən üç fəalın qətl baş verir. Ev qulluqçusu filmində dəhşətli hadisələrdən daha çox qalmaqal, maariflənmə və aydınlaşmanın əvəzinə daha çox melanxoliya, kədər və bir qədər də parlaqlıq vardır. ABŞ-nin iqtisadi bərpası və tərəqqisi fonunda, üçüncü dünyaya aid bu xarabalıqlar və daxmalar haradadır? Məhz həmin bu acı həqiqət parçasının əks olunmamasına görə, insanlar bu filmi qınamalıdır. Ev qulluqçusu klassik Hollivud məhsuludur, belə ki, burada xeyir şərə sonda qalib gəlir və məzmun elə başlanğıcdan seyirciləri bir çox məsələlərdən agah edir. Bununla belə, Teyt Teylor öz qəhrəmanlarına qarşı böyük mərhəmət hissi ilə yanaşır və bu tamaşaçıya çox aydın şəkildə verilir. Tamaşaçılardan birisi ən yaxşı sonluğa ümid edərək, elə ilk dəqiqədən onlarla birlikdə əziyyət çəkir. Bəzilərini bu seyircilər cəhənnəmə göndərmək, bəzilərini isə göylərə ucaltmağı arzulayırlar. Filmi kinoteatrlarda izləyənlərin əksəriyyəti, sonda buranı tərk etməkdən vaz keçirlər[40].

Cinema jurnalı film barəsində bunları yazmışdır: Həqiqət də Emma Stoun, öz nəslinin ən istedadlı aktrisalarından biri kimi, filmdə canlandırdığı rola görə bir çox mükafat və nominasiya əldə etmişdir. Bununla belə ədalət naminə qeyd etmək lazımdır ki, ABŞ-də ekranlaşdırılan bir çox müəllif kinoları bizlərə, yəni avropalılara bəzən həddindən artıq sadəlövhcəsinə təsir göstərir. Elə bu hekayədə də müxtəlif məqamlarda insanların psixologiyasına təsir etmək üçün fərqli metafor və klişelərdən istifadə olunur. Bundan əlavə filmdə boz çalarlar ümumiyyətlə yoxdur, çünki personajların bir hissəsi həddindən artıq xoşniyyətli, qalan hissəsi isə həddindən artıq xəbisdir və onların xarakteristikaları sanki çəkiclə biçilmiş şəkildə insanlara təqdim olunur. Sirli subtillik (zəriflik) əlbəttə ki, filmin möhkəmliyi deyil. Təəssüflər olsun ki, bu cür təsir qabiliyyəti o qədər də güclü olmayan filmlər uzun müddət auditoriyanın hisslərinə toxuna bilmir. […] Buna parallel olaraq, fil ən yaxşı niyyətlə Amerika cəmiyyətinin qaranlıq tarixi məqamları haqqında bəhs edir[41][42]. "The New York Times"-da qeyd edilir ki, "Ms. Devis istisna olmaqla, performanslar o qədər canlı və təbiidir ki, bəzən insanları dərin kədərləndirir, bəzən isə ürəkdən güldürür, baxışlardan və hərəkətlərdən hiss olunan emosiyalar mükəmməldir."[43]

Gündəlik The Village Voice qəzetinin əməkdaşı Karina Lonqvort filmə daha pozitiv yanaşmışdır: Bu gün biz olduqca tipik Hollivud istehsallı filmi seyr edirik, buradakı qüdrətli yaramazlar, vətəndaş hüquqlarından məhrum qəhrəmanlar ilə mübarizə aparırlar[44]. Kanadanın The Globe and Mail qəzetinin əməkdaşı Rik Qroen film haqqında daha təmkinli tonda danışmışdır: Burada bəzən hərdəmxəyal məqamların nümayiş olmasına baxmayaraq, bir qayda olaraq, bu cür filmlər ciddi gözyaşardıcı effektə malikdirlər. Bunun əvəzində biz nəyi görürük — kiçik dram səhnələrini asanlaşdırmaq və təsəlli üçün təsadüfi pauzalarla xırıltılı gülüş səhnələri[45].

Bəzi tənqidçilər kitabın keyfiyyətini çatdıra bilmədiyinə görə filmi tənqid etmişlər. “St. Paul Pioneer Press”dən Kris Hevit yazır: “Bəzi adaptasiyalarda kitabın ruhunu kinematoqrafiya vasitəsilə çatdırmaq üçün yol tapılsa da, “Ev qulluqçusu” filmi belə adaptasiyalardan deyil.”[46]

Əksər tədqiqatçılar Devis və Spenserin ifasını qiymətləndirmişlər. “Blackfilm.com”-dan Vilson Morales filmi dörd ulduzdan üç ulduz yarımla qiymətləndirir və qeyd edir ki, “Viola Devis və Oktavia Spenserin güclü ifaları ilə film emosional bir ekran əsərinə çevrilmişdir.”[47] “New York” jurnalından Devid Edelşteyn qeyd edir ki, “Ev qulluqçusu Viola Devisə məxsusdur.” [48] Tarixçi Qara Qadınlar Assosasiyasının milli direktoru Ayda E. Jons filmi rasizmdə günahlandırmışdır.[49] “The Rumpus” ədəbi saytından Roksana Gey qeyd edir ki, filmdə “Sehrli zənci”obrazları və Küləklə sovrulanlar filmlərində olduğu kimi Hollivudun Afro-Amerikan stereotiplərindən istifadə edilmişdir.[50]

Mükafatlar redaktə

Gəlirləri redaktə

ABŞ-nin 2.532 kinoteatrında nümayiş olunan Ev qulluqçusu filmi, "Meymunların qiyamından" sonra özünün 26,044,590 dollar büdcəsi ilə ikinci pozisiyada qərarlaşmışdır[78]. Hər seansdan təxminən 10,000 dollar qəlir qazanan film, kassa yığımına görə "Təyinat məntəqəsi 5" və "30 dəqiqəyə çatmaq" kimi məşhur filmləri ötüb keçmişdir[79]. İkinci nümayiş həftəsində isə, o ABŞ-nin ən çox izlənilən film siyahısına daxil edilmişdir. Təkcə ABŞ-də film 169 milyon dollar gəlir əldə etmişdir. Digər ölkərdə nümayiş edildikdən sonra isə, filmin gəliri 210 milyon dollaqa qədər artmışdır. İstehsal və icraat üçün nəzərdə tutlmuş büdcə isə təxminən 25 milyon dollar təşkil edir.

Ölkə Əldə olunan gəlir (dollar ilə)[80]
  ABŞ 169.708.112
  Avstraliya 7.898.696
  Böyük Britaniya 6.845.373
  İspaniya 4.990.462
  Fransa 4.450.322
  Niderland 1.828.990
  Danimarka 1.694.204
  İtaliya 1.432.237
  Yeni Zelandiya 1.385.045
  Cənubi Koreya 976.256

Roman və film arasındakı fərqlər redaktə

Roman Film
Skiterin saçları sarı rəngdədir və uzunluğu çiyninə kimidir Skiterin saçları qırmızıdır və daha uzundur
Minni Cekson işsiz qalacaq, çünki o, Hilli üçün işləmək istəmir Minni Cekson sahib evindəki ayaqyolundan istifadə etdiyi üçün işdən qovulur
Konstantinin qızının adı Lula Belldir və o ağdərilidir Konstanitinin qızının adı Reyçeldir və o qaradərilidir
Conni Fut Minni ilə təsadüfən görüşür; o, evdə qulluqçunun işlədiyini başlanğıcda bilmirdi Seliya ev işlərində özünə qulluqçu tutduğunu ərinə etiraf edir
Romanın sonunda Eybilinin nəşriyyat evlərinin birində yazıçı qismində çalışdığı qeyd olunub Filmdə Eybilin naməlum bir istiqamətə yola düşür və onun işlə təmin olunub olunmayacağı seyircilər üçün qaranlıq qalır
Skiterin dostu Stüart Vitvort sonda onunla bütün əlaqələrinə son qoyur, çünki öz eks-sevgilisi ilə münasibətlərini müəyyənləşdirə bilmir Stüart dostu Skiterin qaradərili qulluqçuların acınacaqlı vəziyyəti barədə roman yazdığını bildikdən sonra, atasının siyasi karyerasına dəyəbiləcək təhlükəni nəzərdən keçirdikdən sonra, ondan uzaqlaşmağa başlayır

İstinadlar redaktə

  1. Kaufman, Amy. "Movie Projector: 'Apes' Likely To Swing Higher than 'The Help'". Company Town The Business Behind the Show (blog of the Los Angeles Times). August 11, 2011. October 6, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 7, 2012. (#apostrophe_markup)
  2. 1 2 "The Help (2011) – Box Office Mojo". Box Office Mojo. 2016-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-10.
  3. http://www.boxofficemojo.com/movies/?id=help2011.htm.
  4. IMDb (ing.). 1990.
  5. http://sfi.se/sv/svensk-filmdatabas/Item/?itemid=74614&type=MOVIE&iv=Basic.
  6. FSK. "Freigabebescheinigung, Prüf-Nr.: 129 448" (PDF). fsk.de. Freiwillige Selbstkontrolle der Filmwirtschaft. 2011-11-19. İstifadə tarixi: 2012-02-05.
  7. Maslin, Janet. "Racial Insults and Quiet Bravery in 1960s Mississippi". The New York Times. February 18, 2009. March 2, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 20, 2009.
  8. "Box office/business — Filming dates" (inglés). 2011. 2017-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 de agosto.
  9. Tobias, Scott. "Weekend Box Office: The Help takes a walk on The Blind Side" (inglés). 15 de agosto de 2011. 2013-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 de agosto.
  10. Fleming, Michael. "Chris Columbus Fast-Tracks 'Help' His 1492 Prods. Readies Adaptation of Stockett Novel". Variety. December 15, 2009. February 20, 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 7, 2012.
  11. Sampson, Mike. "Emma Stone Looks to Dreamworks for 'Help'". JoBlo.com. March 23, 2010. İstifadə tarixi: March 23, 2010.
  12. Rich, Katey. "Viola Davis in Talks To Join Emma Stone in the Help". Cinema Blend. April 15, 2010. April 17, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 26, 2010.
  13. Fleming, Mike. "Bryce Dallas Howard Lands 'The Help'". deadline.com. April 27, 2010. March 20, 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 26, 2010.
  14. Kit, Zorianna. "Chris Lowell Eyes 'The Help'". en:The Hollywood Reporter. May 20, 2010. May 22, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 26, 2010.
  15. Pierce, Susan. "'The Help' Is Coming". en:Chattanooga Times Free Press. July 24, 2010. March 18, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 26, 2010.
  16. Sperling, Nicole. "Octavia Spencer Nabs Key Role in 'The Help'". en:Entertainment Weekly. May 17, 2010. May 21, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 26, 2010.
  17. Sperling, Nicole. "'The Help' Exclusive: Allison Janney Joins the Cast". en:Entertainment Weekly. July 13, 2010. July 25, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 23, 2010.
  18. Moser, Christopher. "Lights, Camera, Clarksdale!". Clarksdale Press Register. July 9, 2010. September 12, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: July 23, 2010.
  19. 1 2 Kuykendall, Taylor. "Movie Adaption of Bestseller To Be Filmed Here". The Greenwood Commonwealth. May 13, 2010. İstifadə tarixi: May 26, 2010.[ölü keçid]
  20. 1 2 Ayres, Jeff. "Movie To Have $13M Impact on Delta". The Clarion Ledger. May 14, 2010. İstifadə tarixi: May 26, 2010.[ölü keçid]
  21. 1 2 Byrd, Shelia. "'The Help' To Start Filming in Miss. This Summer". Associated Press (via Google News). May 13, 2010. May 17, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 26, 2010.
  22. "Soundtrack Details For "The Help" (Track List Includes Ray Charles, Chubby Checker + Many Others)". indieWire. June 21, 2011. December 26, 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 30, 2012.
  23. "The Help (Music from the Motion Picture)". amazon.com. July 26, 2011. June 1, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 30, 2012.
  24. "'The Help' Moves Up Its Release Date to Aug. 10" Arxivləşdirilib 2013-09-21 at the Wayback Machine. Entertainment Weekly.
  25. "The Help Is Coming Home on December 6". ComingSoon.net. October 5, 2011. August 8, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 5, 2011.
  26. "The Help Is Coming to Your House This December". Moviehole. October 5, 2011. October 7, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: October 5, 2011.
  27. Katz, Josh. "The Help Blu-Ray". Blu-ray.com. October 5, 2011. January 10, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 5, 2011.
  28. "The Help: Allmovie". 2011-11-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-12.
  29. "The Help: Rolling Stone". 2017-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-12.
  30. "The Help: EfilmCritic". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-08-12.
  31. "The Help: IMDB". 2011-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-17.
  32. "The Help: Guardian". 2023-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-12.
  33. "The Help: Metacritic". 2015-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
  34. "The Help: Rotten Tomatoes". 2015-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
  35. "The Help". Rotten Tomatoes. January 10, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 7, 2012.
  36. "The Help Reviews, Ratings, Credits, and More at Metacritic". Metacritic. October 28, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 1, 2011.
  37. McClintock, Pamela. "Box Office Update: 'The Help' Earns a Rare A+ CinemaScore from Moviegoers". The Hollywood Reporter. August 10, 2011. January 20, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 1, 2011.
  38. Tobias Nagl. "Bonbonbunt und doch schwarzweiß". Spiegel Online. Der Spiegel. 2011-12-07. 2012-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-07.
  39. Philipp Bühler. "The Help — Film des Monats Dezember 2011". kinofenster.de. de:Bundeszentrale für politische Bildung und Vision Kino. 2011-11-11. 2021-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-20.
  40. "Arxivlənmiş surət". 2017-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
  41. "Arxivlənmiş surət". 2022-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
  42. Jensen, Erik. "Ny film gør kulsort kapitel til forudsigelig feelgood". Politiken. 18. november 2011. 2012-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
  43. Dargis, Manohla. "'The Maids' Now Have Their Say". The New York Times. August 9, 2011. 17 January 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 may 2015.
  44. Longworth, Karina. "Civil Rights Through a Soft Focus Lens in The Help". The Village Voice. August 10, 2011. March 2, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: August 29, 2011.
  45. Groen, Rick. "The Help: Civil Rights Lite, Played for Laughs". en:The Globe and Mail. August 10, 2011. February 24, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 29, 2011.
  46. "'The Help' Review: Movie Based on Beloved Book Will Be Loved Best If You've Read the Book" Arxivləşdirilib 2012-08-13 at the Wayback Machine. St. Paul Pioneer Press.
  47. Morales, Wilson. "The Help". Blackfilm.com. 7 June 2022 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 may 2015. (#invalid_param_val)
  48. Edlestein, David. "Movie Review: Viola Davis Gives the Too-Soft The Help a Spine". www.vulture.com. 5 June 2022 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 may 2015. (#invalid_param_val)
  49. Jones, Ida E. (August 7, 2011). "An Open Statement to the Fans of The Help" Arxivləşdirilib 2014-07-02 at the Wayback Machine. Association of Black Women Historians. Retrieved 21 may 2015.
  50. Gay, Roxane (August 17, 2011). "The Solace of Preparing Fried Foods and Other Quaint Remembrances from 1960s Mississippi: Thoughts on The Help" Arxivləşdirilib 2021-09-24 at the Wayback Machine. The Rumpus. Retrieved 21 may 2015.
  51. "Awards for The Help". Internet Movie Database. 2015-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 aprel 2015.
  52. Finke, Nikki. "Oscars: Nominations By Picture: 'Hugo' Leads With 11, 'The Artist' 10, 'Moneyball' and 'War Horse' 6 Each". en:Deadline.com. January 24, 2012. December 3, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 24, 2012.
  53. Harris, Scott. "Tree of Life Wins Top Honors From the African-American Film Critics Association". Next Movie. December 13, 2011. October 7, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 6, 2012.
  54. "'Bridesmaids,' 'Tree of Life,' 'Hugo' in AFI's Top 10 Films of 2011". en:Los Angeles Times. December 11, 2011. March 5, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 15, 2011.
  55. Kilday, Gregg. "Art Directors Nominate Movies as Different as 'Harry Potter' and 'The Girl with the Dragon Tattoo'". en:The Hollywood Reporter. January 3, 2012. March 2, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 15, 2012.
  56. wilsonmorales. "'The Help' Chosen Best Film of 2011 by Black Film Critics Circle". blackfilm.com. December 20, 2011. October 27, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 6, 2012.
  57. Gallo, Phil. "Backbeat: Rolfe Kent Receives Career Achievement Honor at BMI Film and TV Awards". Billboard. en:Prometheus Global Media. May 17, 2012. May 19, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 9, 2012.
  58. Grosz, Christy. "'Hugo,' 'Artist' Lead Critics Choice Noms". Variety. December 13, 2011. January 17, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 6, 2012.
  59. "Tree of Life Leads CFCA Nominations with 7; Descendants, Drive Follow with 6" Arxivləşdirilib 2011-08-21 at the Wayback Machine. Chicago Film Critics Association. December 27, 2011.
  60. Smith, Nigel. "Dallas-Fort Worth Film Critics Name 'Descendants' Top Film of 2011". indieWire. December 16, 2011. January 4, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 6, 2012.
  61. Stevens, Beth. "Detroit Film Critics Society Nominees". Awards Daily. December 11, 2011. March 10, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 6, 2012.
  62. "The 69th Annual Golden Globe Awards Nominations". Hollywood Foreign Press Association. December 15, 2011. October 29, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 6, 2012.
  63. Feinberg, Scott. "'The Help' To Receive Ensemble Award at 15th Annual Hollywood Film Awards". The Hollywood Reporter. September 20, 2011. July 3, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 6, 2012.
  64. Adams, Ryan. "Houston Film Critics Society Nominees". Awards Daily. December 10, 2011. January 7, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 6, 2012.
  65. Child, Ben. "Scandinavian Directors Lead Drive for London Film Critics' Circle Awards". The Guardian. December 20, 2011. February 19, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 15, 2012.
  66. "'Hunger Games,' 'Bridesmaids' Top MTV Movie Award Nominees". Entertainment Weekly. AP. April 30, 2012. July 5, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 18, 2015.
  67. "2011 NBR Awards Announced". en:National Board of Review of Motion Pictures. December 1, 2011. December 4, 2011 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 16, 2011.
  68. Kilday, Gregg (December 7, 2011). "'The Help's' Octavia Spencer To Receive the Palm Springs Film Festival's Breakthrough Performance Award". The Hollywood Reporter.
  69. "People's Choice Awards 2012 – Nominees and Winners". PeoplesChoice.com. March 3, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 15, 2012.
  70. "PGA Announces Theatrical Motion Picture and Long-Term Television Nominations for 2012 PGA Awards". Producers Guild of America. January 3, 2011. May 30, 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: January 5, 2011.
  71. "2011 Awards". San Diego Film Critics Society. 2011. January 13, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 16, 2011.
  72. Adams, Ryan. "Southeastern Film Critics Association Awards – The Descendants Best Picture of 2011". Awards Daily. December 19, 2011. January 10, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 6, 2012.
  73. Monk, Katherine. "Teen Choice Award Nominees 2012". Huffington Post.com. May 18, 2012. April 9, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 2, 2012.
  74. Moorhouse, Drusilla. "Teen Choice Awards 2012: Taylor Swift, Justin Bieber, 'The Hunger Games' big winners". en:zap2it.com. July 22, 2012. July 25, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 2, 2012.
  75. Monk, Katherine. "Vancouver Film Critics Honour Christopher Plummer, The Artist and David Cronenberg". en:Canada.com. January 10, 2010. January 11, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 21, 2012.
  76. "'Iron Lady' and 'Kevin' Top Women Film Critics' Awards". en:indieWire. December 19, 2011. March 4, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 6, 2012.
  77. "2012 Nominations". Writers Guild of America. January 1, 2012. May 25, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 9, 2012.
  78. "August 12-14, 2011 Weekend" (english). Box Office Mojo. 25 de agosto 2011. 2018-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
  79. "August 19-21, 2011 Weekend" (english). Box Office Mojo. 25 de agosto 2011. 2018-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.
  80. "The Help — Foreign totals" (english). Box Office Mojo. 17 de marzo 2012. 2018-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-18.

Xarici keçidlər redaktə


Saytda 89 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024