Həsənabad mahalı Haqqinda Melumat - Vikipedia

Həsənabad mahalı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Həsənabad mahalı

Həsənabad mahalıQaradağ xanlığının 18 mahalından biri.

Tarixi redaktə

Qaradağ xanlığının inzibati-ərazilərindən biri də Həsənabad mahalıdır. Bəzi mənbələrdə Həsənov kimi də qeyd olunur. Həsənabad Meşəpara, KəleybərMincivan mahalları ilə həmsərhəddir. İnzibati mərkəzi Həsənbəyli kəndi idi. Bu mahal özündə 25 kəndi birləşdirirdi.

Həsənabad mahalının əsas elləri Həsənbəyli və İlyasxanlıdır. Həsənbəyli elinin bəyləri mahalı idarə edirdilər. N.Dubrovin yazır ki,

"Bəylər özlərinin mülklərində və mahallarında tam hakimdirlər. Heç bir nökər öz ağası barəsində şikayət qaldıra, heç bir tacir bəyi öz borcunu ödəməyə məcbur edə bilməz".[1]

İstinadlar redaktə

  1. Дубровин Н. Закавказъе от 1803-1806 года. СПб, 1866, 542 с.  (rus.)

Mənbə redaktə

Həmçinin bax redaktə


Saytda 52 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024