Joan Miro Haqqinda Melumat - Vikipedia

Joan Miro Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Joan Miro (tam adı Joan Miró i Ferrà; 20 aprel 1893[2][3][…], Barselona[2][4][…]25 dekabr 1983[3][5][…], Palma-de-Malyorka[6][7][…]) — ispan rəssamı, heykəltaraş və keramikaçı. Əsərlərinin saxlanıldığı Joan Miro Fondu 1975-ci ildə doğulduğu Barselona şəhərində və digər bir muzey olan Joan Miro İsri Fondu 1981-ci ildə ömrünün əksər hissəsini keçirdiyi Palma şəhərində inşa edilib.

Joan Miro
isp. Joan Miró i Ferrà
Joan Mironun Karl Van Vexten tərəfindən çəkilmiş portreti, 1935-ci il, 13 iyun, Barselona.
Joan Mironun Karl Van Vexten tərəfindən çəkilmiş portreti, 1935-ci il, 13 iyun, Barselona.
Doğum tarixi
Doğum yeri Barselona, Kataloniya, İspaniya
Vəfat tarixi (90 yaşında)
Vəfat yeri Palma, Malyorka, İspaniya.
Dəfn yeri
  • Monjuik qəbiristanlığı[d][1]
Milliyyəti ispan
Vətəndaşlığı İspaniya İspaniya
Fəaliyyəti rəssam, litoqraf, keramikaçı, heykəltaraş, poçt markası dizayneri[d], dizayner, səhnə dizayneri, qrafika ustası[d]
Janrlar rəssam, heykəltaraş, divar rəssamlığı, keramikaçı
Stillər sürrealizm, dadaizm, fərdi, eksperimental
Üzvlüyü
Mükafatları "Fəxri legion" ordeni kavaleri "Katolik İzabella" ordeninin böyük xaçı "Müdrik X Alfonso" ordeninin böyük xaçı "Turistik xidmətlərə görə" qızıl medalı "Təsviri incəsənətdə xidmətlərə görə" qızıl medalı
Kataloniya Parlamentinin qızıl medalı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Dona i Ocell, 1982-ci il, Barselona, İspaniya.

Beynəlxalq olaraq tanındıqdan sonra onun əsərləri Sürrealizmin nümunələri olaraq qəbul edildi. 1930-cu ildən sonrakı bir çox intervyularda Miro burjua cəmiyyətini dəstəkləyən ənənəvi rəsm metodlarını açıq şəkildə tənqid etdi və tanınmış rəsm əsərlərinin vizual elementlərini yenidən qurmaq üçün məşhur  “rəssamlığın sui-qəsdi”-ni elan etdi.[8] 

Həyatı redaktə

Zərgər və saat ustasının ailəsində anadan olan Miro Barselonanın yaxınlığında Qot dairəsində anadan olmuşdur.[9] Miro adının kökü qədim yəhudilərə gedib çıxır.[10][11] Onun atası Mikel Miro Adresias və anası Dolors Ferra idi.[12] O, ilk dəfə rəssamlığa 7 yaşında olarkən özəl məktəbdə başlamışdır. Xaricdə olan kubist və sürrealist sərgilərdən ilhamlanaraq Miro Monparnasda incəsənət cəmiyyətinə qoşuldu və 1920-ci ildə Parisə köçdü, lakin buna baxmayaraq yay aylarını Kataloniyada keçirməyə davam etdi.[9]

Karyerası redaktə

Miro incəsənət məktəbi ilə birlikdə biznes məktəbinə də getmişdir. o, yeniyetmə olarkən kargüzar kimi iş karyerasına başladı, lakin sinir probləmləri ilə rastlaşdıqdan sonra biznes dünyasını tamamilə tərk edərək incəsənətə başladı.[13] İlkin rəssamlıq karyerası Barselonada nümayiş edilən FovizmKubizm cərəyanlarından təsirlənmişdir.  Mironun əsərlərini tədqiq edən alimlər onun əsərlərinin avanqard üslubunu yazdığı dövrünü Katalan Fovist dövrü adlandırdılar.[14]

Əsərlərin satışı redaktə

Bu gün Mironun rəsm əsərlərinin qiyməti 250 000 və 26 milyon dollar arasında dəyişir; 2008-ci ilin may ayının 6-da bir auksionda “Ulduzların ehtirası” (La Caresse des étoiles) əsərinin qiyməti 17 milyon dollar müəyyənləşdirilmişdir.[15] 

Qalereya redaktə

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. https://eymaps.com/map/tomba-de-joan-mir%C3%B3-172811390/.
  2. 1 2 http://explore.rkd.nl/explore/artists/56373.
  3. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  4. Anguera J. E. Enciclopedia universal ilustrada europeo-americana (isp.). Editorial Espasa, 1905. Vol. Suplemento 1934. P. 195–196. ISBN 84-239-4583-9
  5. Joan Miró (nid.).
  6. Archivio Storico Ricordi. 1808.
  7. Artnet. 1998.
  8. M. Rowell, Joan Mirό: Selected Writings and Interviews (London: Thames & Hudson, 1987) pp. 114–116.
  9. 1 2 Victoria Combalia, "Miró's Strategies: Rebellious in Barcelona, Reticent in Paris", from Joan Miró: Snail Woman Flower Star, Prestel 2008
  10. Doreen Carvajal, In Majorca, Atoning for the Sins of 1691 Arxivləşdirilib 2018-07-07 at the Wayback Machine, The New York Times, May 7 2011
  11. Sarah Wildman, Mallorca's Jews Get Their Due Arxivləşdirilib 2022-03-19 at the Wayback Machine, The Forward, April 13 2012
  12. Penrose, Roland (1964). Joan Miró. The Arts Council. p. 11.
  13. "Collection Online | Joan Miró - Guggenheim Museum". Guggenheimcollection.org. 1983-12-25. Archived from the original on 2014-10-22. Retrieved 2014-08-08.
  14. Jacques Lassaigne, Miró: biographical and critical study. Tr. Stuart Gilbert. (Paris: Editions d'Art Albert Skira, 1963) pp. 24-25.
  15. "As reported on APF Google, Miró painting fetches record price of US$17million at Christie's New York auction on May 6, 2008". Afp.google.com. 2008-05-06. Archived from the original on May 12, 2008. Retrieved 2012-03-15.

Xarici keçidlər redaktə


Saytda 150 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024