Karnegi Mellon Universiteti Haqqinda Melumat - Vikipedia

Karnegi Mellon Universiteti Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Karnegi Mellon Universiteti

Karnegi Mellon Universiteti (ing. Carnegie Mellon University) — ABŞ-nin Pensilvaniya ştatının Pitsburq şəhərində yerləşən özəl ali təhsil müəssisəsi.

Karnegi Mellon Universiteti
Loqonun şəkli
Xəritə
40°26′33″ şm. e. 79°56′36″ q. u.
Şüar Mənim qəlbim işlə döyünür!
Əsası qoyulub 1900
Tip Özəl
Tələbə sayı 11371
Şəhər Pitsburq şəhəri
Ölkə
Sayt cmu.edu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Reytinqi redaktə

Yarandığı gündən universitet qəbul etdiyi yeni-yeni proqramlarla dünya universitetləri arasında əsas yerlərdən birini tutub. Amerika Birləşmiş Ştatlarının "U.S News and World Report" jurnalının 2009-cu il üzrə reytinqinə görə, Karnegi Mellon Universiteti ABŞ ali məktəbləri üzrə 22-ci, bu ölkənin universitetləri arasında kompüter elmləri üzrə 4-cü, mühəndislik elmləri üzrə 6-cı, biznes sahəsi üzrə 15-ci, dövlət siyasəti üzrə 10-cu, təsviri incəsənət sahəsi üzrə 7-ci, psixologiya elmi üzrə isə 17-ci yerə layiq görülmüşdür.

"Times Higher Education World University Rankings"dəki yeri:
2015/16[2] 2014/15[3] 2013/14[4] 2012/13[5] 2011/12[6] 2010/11[7]
22 24 24 22 21 20

Məşhur məzunları redaktə

Karnegi Mellon Universitetinin əməkdaşları və məzunlarından 16-sı Nobel, 10-u Tyurinq, 4-ü Oskar mükafatına layiq görülüblər. Məzunlardan "General Motors" şirkətinin keçmiş direktoru və ABŞ-nin beşinci təhlükəsizlik naziri Çarlz Ervin Uilsonu, milyarder Devid Tepperi, "Java" proqramlaşdırma dilinin yaradıcısı Ceyms Hoslinqi, "Sun Microsistems" kampaniyasının yaradıcılarından Endi Bextolşaymı, məşhur pop-rəssam Endi Uorxolu və b. qeyd etmək olar. Eləcə də bu universiteti çoxlu sayda tanınmış aktyor bitirib. Bunlar aktrisalar Holli Hanter, Barbara Feldon, Meqan Hilti, Kot de Pablo, aktyorlar Ceyms Kromvell, Get Smart, Ted Denson, Van Hensis, Metyu Bomer, Bleyr Andervud və başqalarıdır.

Mənbə redaktə

İstinadlar redaktə

  1. 1 2 Global Research Identifier Database (ing.). 2015.
  2. "THE World University Rankings (2015-2016)". Times Higher Education. 2016-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 mart 2016. (#apostrophe_markup)
  3. "THE World University Rankings (2014-2015)". Times Higher Education. 2015-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
  4. "THE World University Rankings (2013-2014)". Times Higher Education. 2013-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
  5. "THE World University Rankings (2012-2013)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
  6. "THE World University Rankings (2011-2012)". Times Higher Education. 2015-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)
  7. "THE World University Rankings (2010-2011)". Times Higher Education. 2015-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 aprel 2015. (#apostrophe_markup)

Xarici keçidlər redaktə

  • cmu.edu — Karnegi Mellon Universitetinin rəsmi saytı

Saytda 166 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024