Leviafan (Hobbs) Haqqinda Melumat - Vikipedia

Leviafan (Hobbs) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Leviafan, yaxud materiya, kilsə və vətəndaş dövlətinin forma və hakimiyyəti, ya da qısaca Leviafan — ingilis filosofu Tomas Hobbsun dövlət problemlərinə həsr olunmuş əsəri.

Leviafan
ing. Leviathan
Müəllif Tomas Hobbs
Orijinalın dili ingilis dili
Ölkə
Orijinalın nəşr ili 1651
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kitabın adı İncildə adı çəkilən Leviafan adlı bir məxluqdan ilhamlanıbdır. Əsər cəmiyyətin strukturu və qanuni hökumətdən bəhs edir və sosial müqavilə nəzəriyyəsinin ən erkən və ən təsirli nümunələrindən biri kimi görünür. Leviafan qərb fəlsəfəsinin klassik əsərlərindən biridir, və onu Makiavellinin dövlət idarəçiliyi sahəsində “Hökmdar” əsəri ilə müqayisə etmək olar. İngiltərə burjua inqilabı (1642-1651) zamanı yazılmış bu əsər sosial müqavilə və mütləq suverenitet qurulmasının vacibliyi barəsində yazır. Hobbs yazırdı ki, vətəndaş müharibəsi və təbiət vəziyyətinin qəddarlığından ("hamının hamıya qarşı müharibəsi") ancaq güclü, bölünməz hökumətin yaranmasıyla qarşısını almaq olar.

Məzmun redaktə

Titul redaktə

Hobbsun traktatının adı Əyyubun kitabında qeyd olunan Leviafana eyham vurur. Con LokkunDövlətin iki traktatı” və ya Hobbsun özünün “Hüququn elementləri” kimi erkən müasir siyasi fəlsəfə əsərlərində verilən bəsit informativ adlardan fərqli olaraq, Hobbs bu traktatı üçün daha poetik ad seçdi.

Frontispis redaktə

Parisli Abraham Bosse Tomas Hobbs ilə uzun müzakirələrdən sonra kitabın məşhur üz qabığı üçün Bossenin özü tərəfindən hazırlanmış "géometrique" üslubunda oyma örtük dizaynı hazırladı. Üz qabığının dizaynı baxımından Jan Matheusun Hobbsun "De Cive (1642)" əsərinə hazırladığı üz qapağına bənzəyir.[1]

İstinadlar redaktə

  1. "Два кита Андрея Звягинцева". Радио Свобода. 2016-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-12.

Saytda 120 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024