Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt Haqqinda Melumat - Vikipedia

Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt

Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt (MSHBP) — Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul edilən çoxtərəfli beynəlxalq müqavilə. Baş Məclisin 16 dekabr 1966-cı il tarixli 2200-cü A (XXI) nömrəli Qətnaməsi ilə qəbul edilmiş və Paktın 49-cu maddəsinə uyğun olaraq 23 mart 1976-cı ildə qüvvəyə minmişdir. 49-cu maddəyə görə, Pakt, 35-ci təsdiq fərmanı və ya qoşulma sənədi Birləşmiş Millətlər Təşkilatının Baş Katibi yanında depozitə qoyulduqdan üç ay sonra qüvvəyə minir. Bu Paktda iştirak edən bütün dövlətlər şəxslərin yaşamaq hüququ, din azadlığı, söz azadlığı, sərbəst toplaşmaq azadlığı, seçki və ədalətli məhkəmə araşdırması hüququ da daxil olmaqla, mülki və siyasi hüquqlarına hörmət etməlidirlər.[2] 2017-ci ilin avqust ayına görə, Paktın 172 iştirakçı dövləti və altı imzalayan, lakin hələ ratifikasiya etməmiş üzv dövləti var.[1]

Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt
Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt
MSHBP-nın tərəfləri və imzalayan dövlətlər   Üzv dövlət   İmzalayan, lakin ratifikasiya etməyən   Geri çəkilməyə çalışan üzv dövlət   Qeyri-üzv dövlət

MSHBP-nın tərəfləri və imzalayan dövlətlər

  Üzv dövlət
  İmzalayan, lakin ratifikasiya etməyən
  Geri çəkilməyə çalışan üzv dövlət
  Qeyri-üzv dövlət
Müqavilənin tipi Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin qətnaməsi
Hazırlanma tarixi 1954
İmzalanma tarixi 19 dekabr 1966[1]
İmzalanma yeri Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahı, Nyu-York
Qüvvəyə minməsi 3 yanvar 1976[1]
İmzalayanlar 74[1]
Tərəflər 172[1]
Dili çex dili
Vikimənbənin loqosu Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt Vikimənbədə

MSHBP İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt (İSMHBP) və Ümumdünya İnsan hüquqları Bəyannaməsi (ÜİHB) ilə birlikdə İnsan hüquqları haqqında Beynəlxalq Billin tərkib hissəsini təşkil edir.[3]

Paktın tətbiqinə BMT-nin İnsan hüquqları Komitəsi (Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasından ayrıca orqandır) tərəfindən nəzarət edilir. Həmin Komitə dövlətlərdən hüquqların necə tətbiq olunması barədə fəaliyyətləri ilə bağlı müntəzəm olaraq hesabatlar alır. Dövlətlər əvvəlcə Pakta qoşulduqdan bir il sonra, daha sonra isə Komitə müraciət etdikdə (adətən hər dörd ildə bir) məruzə verməlidirlər. Komitənin iclasları ildə üç dəfə, əsasən Cenevrədə keçirilir.

Tarixi redaktə

 
Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt

MSHBP, Ümumdünya İnsan hüquqları Bəyannaməsinin formalaşmasına gətirib çıxaran eyni proseslərdən qaynaqlanır.[4] Birləşmiş Millətlər Təşkilatının qurulmasına gətirib çıxaran 1945-ci il San-Fransisko Konfransında "İnsanın əsas hüquqları haqqında Bəyannamə" təklif edilmiş və İqtisadi və Sosial Şuraya onu tərtib etmək tapşırığı verilmişdi.[3] Prosesin başlanğıcında həmin sənəd insan hüquqları ilə bağlı ümumi bəyannamələri nəzərdə tutan bəyannaməyə və məcburi öhdəlikləri əks etdirən konvensiya və ya pakta bölünmüşdü. Daha sonra ÜİHB formalaşdı və 10 dekabr 1948-ci ildə qəbul edildi.[3]

Bu Paktda iştirak edən bütün dövlətlər, o cümlədən özü idarə olunmayan və asılı ərazilərin idarə olunmasında məsuliyyət daşıyan dövlətlər, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsini təşviq etməli və bu hüquqa hörmət etməlidirlər.[5]

Konvensiyanın maddələri hazırlanarkən, BMT üzvləri arasında neqativ mülki və siyasi hüquqların pozitiv iqtisadi, sosial və mədəni hüquqlara münasibətdə əhəmiyyətli fikir ayrılıqları qalırdı.[6] Nəticədə, bu, konvensiyanın iki fərqli pakta bölünməsinə səbəb oldu; "paktlardan biri mülki və siyasi hüquqları, digəri isə iqtisadi, sosial və mədəni hüquqları ehtiva edirdi."[7] Hər iki pakt mümkün qədər çox oxşar müddəaları ehtiva edəcək və imza üçün eyni vaxtda açılacaqdı.[7] Həmçinin hər iki paktda hər bir xalqın öz müqəddəratını təyin etmək hüququ haqqında müddəa da olacaqdı.[8]

İlk sənəd Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt, ikincisi isə İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt olmuşdur. Layihələr 1954-cü ildə müzakirə olunmaq üçün BMT Baş Məclisinə təqdim olunmuş və 1966-cı ildə qəbul edilmişdir.[9] Diplomatik danışıqlar nəticəsində İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktdan qısa müddət əvvəl qəbul olundu. Hər iki pakt ÜİHB ilə birlikdə müasir beynəlxalq insan hüquqları sistemində əsas hüquqları təsbit edən sənədlər hesab olunurlar.[4]

Maddələri redaktə

Paktın strukturu ÜİHB və İSMHBP-a oxşar olub, preambula və əlli üç maddədən ibarətdir və altı hissəyə bölünür.[10]

I hissə (Maddə 1) bütün xalqların "öz siyasi statuslarını sərbəst müəyyən etməsi"[11] də daxil olmaqla, öz müqəddəratını təyin etmə, öz iqtisadi, sosial və mədəni inkişaflarını sərbəst təmin etmə və öz təbii sərvətləri və ehtiyatlarından sərbəst şəkildə istifadə etmə hüququnu tanıyır. Burada xalqın ona məxsus olan dolanışıq vəsaitlərindən məhrum edilə bilməməsi kimi neqativ hüququ[12] və Paktda iştirak edən bütün dövlətlərin, o cümlədən özü idarə olunmayan və asılı ərazilərin idarə olunmasında məsuliyyət daşıyan dövlətlərin öz müqəddəratını təyin etmə hüququnun həyata keçirilməsini təşviq etməli və bu hüquqa hörmət etməli olduğu təsbit olunur.[13]

II hissə (Maddə 2 – 5) iştirakçı dövlətlərin Paktda qəbul edilən hüquqların həyata keçirilməsi üçün zəruri ola biləcək belə qanunvericilik tədbirlərini və digər tədbirləri qəbul etməyi öhdəliyini əks etdirir.[14] Pakt, həmçinin, tələb edir ki, "irqi, dərisinin rəngi, cinsi, dini, dili, siyasi və digər əqidələri, milli və sosial mənsubiyyəti, əmlak vəziyyəti, doğuşu və digər halları ilə bağlı əlamətlərinə"[15] heç bir fərq qoymadan insan hüquqlarına hörmət edilsin və bu hüquqlar qadınlar üçün də eyni dərəcədə tanınır.[16] Hüquqlar yalnız "dövlət daxilində əhalinin həyatını təhlükə altına salan fövqəladə vəziyyət zamanı"[17] məhdudlaşdırıla bilər və bununla belə yaşamaq hüququ, işgəncə və köləliyə məruz qalmamaq, retrospektiv qanunvericilikdən müdafiə, şəxsiyyət hüququ və düşüncə, vicdan və din azadlığının məhdudlaşdırılmasına yol verilmir.[18]

III hissə (Maddə 6 – 27) hüquqların özünü sadalayır. Buraya daxildir:

  • fiziki bütövlük hüququ: yaşamaq hüququ və işgəncə və köləliyə məruz qalmamaq şəklində özünü göstərir (Maddə 6, 7 və 8);
  • fərdin azadlığı və təhlükəsizliyi: özbaşına həbs edilməmək və həbsdə saxlanılmamaq və habeas corpus hüququ (Maddə 9–11);
  • ədalətli və qərəzsiz mühakimə, təqsirsizlik prezumpsiyası və məhkəmə qarşısında bərabərlik (Maddə 14, 15 və 16);
  • şəxsi azadlıq, hərəkət etmək azadlığı, düşüncə, vicdan və din azadlığı, birləşmək və sərbəst toplaşmaq azadlığı, ailə hüquqları, vətəndaşlıq hüquqları və şəxsi həyatın toxunulmazlığı (Maddə 12, 13, 17 – 24);
  • müharibə təbliğatının qadağan edilməsi və ayrı-seçkiliyə, düşmənçiliyə və ya zorakılığa təhriki özündə əks etdirən milli, irqi və ya dini nifrətə qulluq edən çıxışların qadağan edilməsi (Maddə 20);
  • səs vermək hüququ da daxil olmaqla, siyasi fəaliyyətdə iştirak (Maddə 25);
  • ayrı-seçkilik, azlıqların hüquqlarıqanun qarşısında bərabərlik (Maddə 26 və 27).

Bu hüquqların əksəriyyətinin realizəsi üçün dövlətlərin xüsusi tədbirlər görməsi tələb olunur.

IV hissə (Maddə 28–45) İnsan hüquqları Komitəsinin yaradılması və fəaliyyəti, eləcə də Pakta nəzarət və hesabat məsələlərini nəzərdə tutur. Bu hissə, həmçinin, iştirakçı dövlətlərə Paktın tətbiqi ilə əlaqədar tərəflər arasında mövcud mübahisələrin həllində Komitənin səlahiyyətini tanımaq imkanı verir. (Maddə 41 və 42)

V hissə (Maddə 46–47) Paktın heç bir müddəasının Birləşmiş Millətlər Təşkilatının fəaliyyətinə müdaxilə, eləcə də "bütün xalqların öz təbii sərvətlərinə və ehtiyatlarına sahib çıxmaq və onlardan tam həcmdə və sərbəst şəkildə istifadə etmək"lə bağlı alınmaz hüquqlarının məhdudlaşdırılması kimi şərh edilə bilməyəcəyini qeyd edir.[19]

VI hissə (Maddə 48 – 53) Paktın ratifikasiyası, qüvvəyə minməsi və dəyişiklik edilməsi məsələlərini əks etdirir.

Fakültativ protokollar redaktə

Pakta iki Fakültativ Protokol qəbul edilmişdir. Birinci Fakültativ Protokol fərdlərə Paktın pozulması ilə əlaqədar İnsan Hüquqları Komitəsinə şikayətlərin edilməsi hüququnu təqdim etməklə fərdi şikayət mexanizmi formalaşdırır.[20] Bu da Paktın təfsiri və tətbiqinə dair mürəkkəb bir hüquq təcrübəsinin yaradılmasına gətirib çıxardı.[21]

İkinci Fakültativ Protokol ölüm cəzasının ləğvini nəzərdə tutur: bununla belə, ölkələrə müharibə dövründə törədilmiş hərbi xarakterli ən ağır cinayətlərə görə ölüm cəzasının saxlanılmasına icazə verildi.[22] 2017-ci ilin dekabr ayına olan məlumata görə, İkinci Fakültativ Protokolun 85 iştirakçısı var.[23]

Tərəfləri redaktə

Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın cəmi 172 üzvü var.[24]

Tərəf dövlət İmzalamışdır Ratifikasiya etmiş və ya qoşulmuşdur Qüvvəyə minmişdir
ABŞ  ABŞ 5 oktyabr 1977 8 iyun 1992 8 sentyabr 1992
Albaniya  Albaniya 4 oktyabr 1991 4 yanvar 1992
Almaniya  Almaniya 9 oktyabr 1968 17 dekabr 1973 23 mart 1976
Andorra  Andorra 5 avqust 2002 22 sentyabr 2006 22 dekabr 2006
Argentina  Argentina 18 fevral 1968 8 avqust 1986 8 noyabr 1986
Avstraliya  Avstraliya 18 dekabr 1972 13 avqust 1980 13 noyabr 1980
Avstriya  Avstriya 10 dekabr 1973 10 sentyabr 1978 10 dekabr 1978
Azərbaycan  Azərbaycan 13 avqust 1992 13 noyabr 1992
Baham adaları  Baham adaları 4 dekabr 2008 23 dekabr 2008 23 mart 2009
Banqladeş  Banqladeş 6 sentyabr 2000 6 dekabr 2000
Barbados  Barbados 5 yanvar 1973 23 mart 1976
Belçika  Belçika 10 dekabr 1968 12 aprel 1983 12 iyul 1983
Beliz  Beliz 10 iyun 1996 10 sentyabr 1996
Belarus  Belarus 19 mart 1968 12 noyabr 1973 23 mart 1976
Benin  Benin 12 mart 1992 12 iyun 1992
Bəhreyn  Bəhreyn 20 sentyabr 2006 20 dekabr 2006
Boliviya  Boliviya 12 avqust 1982 12 noyabr 1982
Bolqarıstan  Bolqarıstan 8 oktyabr 1968 21 sentyabr 1970 23 mart 1976
Bosniya və Herseqovina  Bosniya və Herseqovina 1 sentyabr 1993 6 mart 1992
Botsvana  Botsvana 8 sentyabr 2000 8 sentyabr 2000 8 dekabr 2000
Böyük Britaniya  Birləşmiş Krallıq 16 sentyabr 1968 20 may 1976 20 avqust 1976
Braziliya  Braziliya 24 yanvar 1992 24 aprel 1992
Burkina-Faso  Burkina-Faso 4 yanvar 1999 4 aprel 1999
Burundi  Burundi 8 may 1990 8 avqust 1990
  CAR 3 oktyabr 1994 10 dekabr 1998 10 mart 1999
Cənubi Koreya  Cənubi Koreya 10 aprel 1990 10 iyul 1990
Cibuti  Cibuti 5 noyabr 2002 5 fevral 2003
Çad  Çad 9 iyun 1995 9 sentyabr 1995
Çexiya  Çexiya 22 fevral 1993 1 yanvar 1993
Çili  Çili 16 sentyabr 1969 10 fevral 1972 23 mart 1976
Danimarka  Danimarka 20 mart 1968 6 yanvar 1972 23 mart 1976
Dominikan Respublikası  Dominikan Respublikası 4 yanvar 1978 4 aprel 1978
Dominika  Dominika 17 iyun 1993 17 sentyabr 1993
Ekvador  Ekvador 4 aprel 1968 6 mart 1969 23 mart 1976
Ekvatorial Qvineya  Ekvatorial Qvineya 25 sentyabr 1987 25 dekabr 1987
Eritreya  Eritreya 22 yanvar 2002 22 aprel 2002
Ermənistan  Ermənistan 23 iyun 1993 23 sentyabr 1993
Estoniya  Estoniya 21 oktyabr 1991 21 yanvar 1992
Əfqanıstan  Əfqanıstan 24 yanvar 1983 24 aprel 1983
Əlcəzair  Əlcəzair 10 dekabr 1968 12 sentyabr 1989 12 dekabr 1989
Fələstin  Fələstin Dövləti 2 aprel 2014 2 iyul 2014
Fici  Fici 16 avqust 2018 16 noyabr 2018
Filippin  Filippin 19 dekabr 1966 23 oktyabr 1986 23 yanvar 1987
Finlandiya  Finlandiya 11 oktyabr 1967 19 avqust 1975 23 mart 1976
Fransa  Fransa 4 noyabr 1980 4 fevral 1981
Gürcüstan  Gürcüstan 3 may 1994 3 avqust 1994
Haiti  Haiti 6 fevral 1991 6 may 1991
Hindistan  Hindistan 10 aprel 1979 10 iyul 1979
Honduras  Honduras 19 dekabr 1966 25 avqust 1997 25 noyabr 1997
Xorvatiya  Xorvatiya 12 oktyabr 1992 12 yanvar 1993
İndoneziya  İndoneziya 23 fevral 2006 23 may 2006
İordaniya  İordaniya 30 iyun 1972 28 may 1975 23 mart 1976
İran  İran 4 aprel 1968 24 iyun 1975 23 mart 1976
İraq  İraq 18 fevral 1969 25 yanvar 1971 23 mart 1976
İrlandiya  İrlandiya 1 oktyabr 1973 8 dekabr 1989 8 mart 1990
İslandiya  İslandiya 30 dekabr 1968 22 avqust 1979 22 noyabr 1979
İspaniya  İspaniya 28 sentyabr 1976 27 aprel 1977 27 iyul 1977
İsrail  İsrail 19 dekabr 1966 3 oktyabr 1991 3 yanvar 1992
İsveç  İsveç 29 sentyabr 1967 6 dekabr 1971 23 mart 1976
İsveçrə  İsveçrə 18 iyun 1992 18 sentyabr 1992
İtaliya  İtaliya 18 yanvar 1967 15 sentyabr 1978 15 dekabr 1978
Kabo-Verde  Kabo-Verde 6 avqust 1993 6 noyabr 1993
Kamerun  Kamerun 27 yanvar 1984 27 aprel 1984
Kanada  Kanada 19 may 1976 19 avqust 1976
Keniya  Keniya 1 may 1972 23 mart 1976
Kipr  Kipr 19 dekabr 1966 2 aprel 1969 23 mart 1976
Kolumbiya  Kolumbiya 21 dekabr 1966 29 oktyabr 1969 23 mart 1976
Konqo Respublikası  Konqo Respublikası 5 oktyabr 1983 5 yanvar 1984
Kosta-Rika  Kosta-Rika 19 dekabr 1966 29 noyabr 1968 23 mart 1976
Kot-d'İvuar  Kot-d'İvuar 26 mart 1992 26 iyun 1992
Küveyt  Küveyt 21 may 1996 21 avqust 1996
Qabon  Qabon 21 yanvar 1983 21 aprel 1983
Qambiya  Qambiya 22 mart 1979 22 iyun 1979
Qana  Qana 7 sentyabr 2000 7 sentyabr 2000 7 dekabr 2000
Qayana  Qayana 22 avqust 1968 15 fevral 1977 15 may 1977
Qazaxıstan  Qazaxıstan 2 dekabr 2003 24 yanvar 2006 24 aprel 2006
Qırğızıstan  Qırğızıstan 7 oktyabr 1994 7 yanvar 1995
Qrenada  Qrenada 6 sentyabr 1991 6 dekabr 1991
Qvatemala  Qvatemala 5 may 1992 5 avqust 1992
Qvineya  Qvineya 28 fevral 1967 24 yanvar 1978 24 aprel 1978
Qvineya-Bisau  Qvineya-Bisau 12 sentyabr 2000 1 noyabr 2010 1 fevral 2011
Laos  Laos 7 dekabr 2000 25 sentyabr 2009 25 dekabr 2009
Latviya  Latviya 14 aprel 1992 14 iyul 1992
Lesoto  Lesoto 9 sentyabr 1992 9 dekabr 1992
Liberiya  Liberiya 18 aprel 1967 22 sentyabr 2004 22 dekabr 2004
Lixtenşteyn  Lixtenşteyn 10 dekabr 1998 10 mart 1999
Litva  Litva 20 noyabr 1991 10 fevral 1992
Livan  Livan 3 noyabr 1972 23 mart 1976
Lüksemburq  Lüksemburq 26 noyabr 1974 18 avqust 1983 18 noyabr 1983
Macarıstan  Macarıstan 25 mart 1969 17 yanvar 1974 23 mart 1976
Madaqaskar  Madaqaskar 17 sentyabr 1969 21 iyun 1971 23 mart 1976
Malavi  Malavi 22 dekabr 1993 22 mart 1994
Maldiv adaları  Maldiv adaları 19 sentyabr 2006 19 dekabr 2006
Mali  Mali 16 iyul 1974 23 mart 1976
Malta  Malta 13 sentyabr 1990 13 dekabr 1990
Mavritaniya  Mavritaniya 17 noyabr 2004 17 fevral 2005
Mavriki  Mavriki 12 dekabr 1973 23 mart 1976
Meksika  Meksika 23 mart 1981 23 iyun 1981
Mərakeş  Mərakeş 19 yanvar 1977 3 may 1979 3 avqust 1979
Mərkəzi Afrika Respublikası  MAR 8 may 1981 8 avqust 1981
Misir  Misir 4 avqust 1967 14 yanvar 1982 14 aprel 1982
Moldova  Moldova 26 yanvar 1993 26 aprel 1993
Monako  Monako 26 iyun 1997 28 avqust 1997 28 noyabr 1997
Monqolustan  Monqolustan 5 iyun 1968 18 noyabr 1974 23 mart 1976
Monteneqro  Monteneqro 23 oktyabr 2006 3 iyun 2006
Mozambik  Mozambik 21 iyul 1993 21 oktyabr 1993
Namibiya  Namibiya 28 noyabr 1994 28 fevral 1995
Nepal  Nepal 14 may 1991 14 avqust 1991
Niderland  Niderland 25 iyun 1969 11 dekabr 1978 11 mart 1979
Niger  Niger 7 mart 1986 7 iyun 1986
Nigeriya  Nigeriya 29 iyul 1993 29 oktyabr 1993
Nikaraqua  Nikaraqua 12 mart 1980 12 iyun 1980
Norveç  Norveç 20 mart 1968 13 sentyabr 1972 23 mart 1976
Özbəkistan  Özbəkistan 28 sentyabr 1995 28 dekabr 1995
Pakistan  Pakistan 17 aprel 2008 23 iyun 2010 23 sentyabr 2010
Panama  Panama 27 iyul 1976 8 mart 1977 8 iyun 1977
Papua-Yeni Qvineya  Papua-Yeni Qvineya 21 iyul 2008 21 oktyabr 2008
Paraqvay  Paraqvay 10 iyun 1992 10 sentyabr 1992
Peru  Peru 11 avqust 1977 28 aprel 1978 28 iyul 1978
Polşa  Polşa 2 mart 1967 18 mart 1977 18 iyun 1977
Portuqaliya  Portuqaliya 7 oktyabr 1976 15 iyun 1978 15 sentyabr 1978
Ruanda  Ruanda 16 aprel 1975 23 mart 1976
Rumıniya  Rumıniya 27 iyun 1968 9 dekabr 1974 23 mart 1976
Samoa  Samoa 15 fevral 2008 15 may 2008
San-Marino  San-Marino 18 oktyabr 1985 18 yanvar 1986
San-Tome və Prinsipi  San-Tome və Prinsipi 31 oktyabr 1995 10 yanvar 2017 10 aprel 2017
Seneqal  Seneqal 6 iyul 1970 13 fevral 1978 13 may 1978
Sent-Vinsent və Qrenadin  Sent-Vinsent və Qrenadin 9 noyabr 1981 9 fevral 1981
Serbiya  Serbiya 12 mart 2001 27 aprel 1992
Seyşel adaları  Seyşel adaları 5 may 1992 5 avqust 1992
Slovakiya  Slovakiya 28 may 1993 1 yanvar 1993
Sloveniya  Sloveniya 6 iyul 1992 6 oktyabr 1992
Somali  Somali 24 yanvar 1990 24 aprel 1990
Surinam  Surinam 28 dekabr 1976 28 mart 1977
Suriya  Suriya 21 aprel 1969 23 mart 1976
Syerra-Leone  Syerra-Leone 23 avqust 1996 23 noyabr 1996
Şərqi Timor  Şərqi Timor 18 sentyabr 2003 18 dekabr 2003
Şimali Koreya  KXDR 14 sentyabr 1981 14 dekabr 1981
Şimali Makedoniya  Şimali Makedoniya 18 yanvar 1994 17 sentyabr 1991
Şri-Lanka  Şri-Lanka 11 iyun 1980 11 sentyabr 1980
Tacikistan  Tacikistan 4 yanvar 1999 4 aprel 1999
Tailand  Tailand 29 oktyabr 1996 29 yanvar 1997
Tanzaniya  Tanzaniya 11 iyun 1976 11 sentyabr 1976
Toqo  Toqo 24 may 1984 24 avqust 1984
Trinidad və Tobaqo  Trinidad və Tobaqo 21 dekabr 1978 21 mart 1979
Tunis  Tunis 30 aprel 1968 18 mart 1969 23 mart 1976
Türkiyə  Türkiyə 15 avqust 2000 23 sentyabr 2003 23 dekabr 2003
Türkmənistan  Türkmənistan 1 may 1997 1 avqust 1997
Ukrayna  Ukrayna 20 mart 1968 12 noyabr 1973 23 mart 1976
Uqanda  Uqanda 21 iyun 1995 21 sentyabr 1995
Uruqvay  Uruqvay 21 fevral 1967 21 may 1967 23 mart 1976
Vanuatu  Vanuatu 29 noyabr 2007 21 noyabr 2008 21 fevral 2009
Venesuela  Venesuela 24 iyun 1969 10 may 1978 10 avqust 1978
Vyetnam  Vyetnam 24 sentyabr 1982 24 dekabr 1982
Yamayka  Yamayka 19 dekabr 1966 3 oktyabr 1975 23 mart 1976
Yaponiya  Yaponiya 30 may 1978 21 iyun 1979 21 sentyabr 1979
Yəmən  Yəmən 9 fevral 1987 9 may 1987
Yeni Zelandiya  Yeni Zelandiya 12 noyabr 1968 28 dekabr 1978 28 mart 1979
Yunanıstan  Yunanıstan 5 may 1997 5 avqust 1997
Zambiya  Zambiya 10 aprel 1984 10 iyul 1984
Zimbabve  Zimbabve 13 may 1991 13 avqust 1991

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. 1 2 3 4 5 "OHCHR Dashboard". 2018-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-25. Status of ratification
  2. International Covenant on Civil and Political Rights Arxivləşdirilib 2020-05-12 at the Wayback Machine Office of the United Nations High Commissioner of Human Rights
  3. 1 2 3 "Fact Sheet No.2 (Rev.1), The International Bill of Human Rights". UN OHCHR. June 1996. 13 March 2008 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-06-02.
  4. 1 2 Christopher N.J.Roberts. "William H. Fitzpatrick's Editorials on Human Rights (1949)". Quellen zur Geschichte der Menschenrechte. November 7, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 4, 2017.
  5. Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt, I hissə, Maddə 1, bənd 3.
  6. Sieghart, Paul. The International Law of Human Rights. Oxford University Press. 1983. səh. 25.
  7. 1 2 BMT Baş Məclisinin 543 saylı qətnaməsi, 5 fevral 1952.
  8. BMT Baş Məclisinin 545 saylı qətnaməsi, 5 fevral 1952.
  9. BMT Baş Məclisinin 2200 saylı qətnaməsi, 16 dekabr 1966.
  10. The following section summarises the text of the Covenant.
  11. MSHBP, Maddə 1.1.
  12. MSHBP, Maddə 1.2.
  13. MSHBP, Maddə 1.3.
  14. MSHBP, Maddə 2.2, 2.3.
  15. MSHBP, Maddə 2.1.
  16. MSHBP, Maddə 3.
  17. MSHBP, Maddə 4.1.
  18. MSHBP, Maddə 4.2.
  19. MSHBP, Maddə 47.
  20. 1-ci FP-MSHBP, Maddə 1.
  21. "UN Treaty Collection: Optional Protocol to the International Covenant on Civil and Political Rights". United Nations. 2019-03-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-10-14.
  22. 2-ci FP-MSHBP, Maddə 2.1
  23. "UN Treaty Collection: Second Optional Protocol to the International Covenant on Civil and Political Rights, aiming at the abolition of the death penalty". United Nations. 20 oktyabr 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 oktyabr 2009.
  24. "International Covenant on Civil and Political Rights". United Nations Treaty Series. 2018-08-24. 2020-12-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-24.

Xarici keçidlər redaktə


Saytda 128 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024