Məmmədağa Umudov Haqqinda Melumat - Vikipedia

Məmmədağa Umudov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Məmmədağa Umudov

Azərbaycan bəstəkarı

Məmmədağa Məmmədəli oğlu Umudov (27 may 1949, Əmircan) — bəstəkar, professor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2008).[1][2]

Məmmədağa Umudov
Ümumi məlumatlar
Doğum tarixi (74 yaş)
Doğum yeri Əmircan, Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Uşaqları
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar
Mükafatları "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adı — 2008
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Təhsili redaktə

Umudov Məmmədağa Məmmədəli oğlu 1949-cu il may ayının 27-də Bakının Əmircan kəndində anadan olmuşdur. Orta təhsilini 84 və 97 nömrəli məktəblərdə almışdır. Əmircandakı musiqi məktəbinin tar sinfini bitirmişdir. 1968-ci ildə Asəf Zeynallı adına musiqi texnukumunu bitirmişdir. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasının ifaçılıq fakültəsinin tar ixtisası (1973) və bəstəkarlıq (1977) fakültəsini bitirmişdir. Bəstəkar Cövdət Hacıyevin tələbəsi olmuşdur.[3][4]

Yaradıcılığı redaktə

 
1978-ci ildə Azərbaycan bəstəkarlarının Moskvada keçirilən dekadasında. Soldan sağa: Məmmədağa Umudov, Arif Mirzəyev, Rauf Hacıyev, Boris Yermolayev, Ramiz Mustafayev, Nəriman Məmmədov, Tofiq Bakıxanov, Həsən Adıgözəlzadə.

Tələbəlik illərinin ilk yaradıcılıq axtarışları nəticəsində kamera instrumental və simfonik janrda bir sıra əsərlər, o cümlədən "12 prelüd", "Fortepiano triosu" (1973–75), fortepiano üçün prelüdlər və sonatına (1974–75), variasiyalar, simli kvartet və s. yazır. Həmin illərin məhsulu olan "Simli kvartet" ilk dəfə 1978-ci ildə Moskvada keçirilən Azərbaycan İncəsənəti Dekadasında böyük müvəffəqiyyətlə səslənmişdir. 1978-ci ildə I simfoniyası dirijor Ramiz Məlikaslanovun rəhbərliyilə Azərbaycan Televiziyasında, 1980-ci ildə "Gənclik" uvertürası dirijor Əli Cavanşirin rəhbərliyilə səsləndirilmişdir. 1983-cü ildə "Xoreoqrafik simfoniya"nı, 1984-cü ildə tarla simfonik orkestr üçün "Konsert", 1987-ci ildə "Fortepiano triosu" və digər onlarla əsərlər yazmışdır.

1990-cı illərdə yazdığı əsərlər sırasında solo violin üçün "Sonata" (1992) ilk dəfə 1994-cü ildə Bakı Dövlət Filarmoniyasında solist Xalq artisti, professor Sərvər Qəniyevin, "Düşüncələr" adlı simli orkestr üçün simfoniyası 2007-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının qurultayında Orqan və Kamera Musiqi Zalında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və orkestrin bədii rəhbəri, Xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə müvəffəqiyyətlə səslənmişdir.

Böyük simfonik orkestr üçün yazılmış növbəti III simfoniyası da bəstəkarın iri həcmli əsərləri sırasında özünəməxsus yer tutur. Eləcə də "Qobustan" simfonik poeması (2012), Violin və simfonik orkestr üçün "Konsert" (2014), "Balet süitası" (2014), "Konsert pyesi" (2015) kimi əsərləri bəstəkarın yaradıcılığının çoxşaxəliyindən xəbər verir. İlk dəfə "Qobustan" simfonik poeması 2012-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının qurultayında Bakı Musiqi Akademiyasının böyük zalında Əməkdar incəsənət xadimi, Niyazi adına Simfonik Orkestrin baş dirijoru Azad Əliyevin, "Balet süitası", 2014-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqının 80 illiyi münasibətilə keçirilən silsilə tədbirdə Bakı Dövlət Filarmoniyasında Beynəlxalq müsabiqələr laureatı, Əmədar artist Əyyub Quliyevin; "Konsert pyesi" 2015-ci ildə Orqan və Kamera Musiqi Zalında Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri və orkestrin bədii rəhbəri, Xalq artisti Teymur Göyçayevin; 2015-ci ildə Violin və simfonik orkestr üçün Konsert Bakı Dövlət Filarmoniyasında ilk dəfə dirijor, Xalq artisti, professor Rauf Abdullayevin dirijorluğu ilə solist Cəmilə Qarayusiflinin ifasında səsləndirilmişdir.

Son illərdə yazdığı əsərlərdən "Qələbəyə doğru" 2 marşı və "Cahargah" Muğam simfoniyasını göstərmək olar. "Cahargah" muğam-simfoniyası son əsərləri sırasında xüsusilə fərqlənir.[3] Məmmədağa Umudov simfonik muğam janrına bir qədər fərqli müraciət edərək, özünəməxsus musiqi dili olan orijinal bir əsər yaratmışdır. Simfonik orkestrsolistlər: xanəndə, tar, balaban, zurnabədii qiraətçi üçün yazılmış bu əsərdə Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin "Muğam" poemasından istifadə etməklə, bəstəkar yeni bədii ifadə vasitələri yaratmağa çalışmışdır.

 
Azərbaycan Dövlət Akademik Filarmoniyasında Müəllif Konserti zamanı. 14 iyun 2019.

Məmmədağa Umudov son illərdə Fortepiano üçün 7 pyes və 2 marş (2017); fortepiano üçün 9 prelüd (2017);[5] sözləri Vüqar Əhmədə məxsus fortepiano və xor üçün "Cümhuriyyət marşı" (2018),[6] xor üçün "Sülhdür məramımız" əsəri və Violin və orkestr üçün Konsertin (2018) bəstəkarıdır.

Tar ilə simfonik orkestr üçün Konsert ilk dəfə 1985-ci ildə Bakı Dövlət Filarmoniyasında dirijor Ramiz Məlikaslanov, solist Ramiz Quliyevin, 2011-ci ildə II Beynəlxalq Muğam Festivalı çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında dirijor Fəxrəddin Kərimov və solist Sahib Paşazadənin ifasında səslənmişdir.

Bəstəkarın müxtəlif konsert salonlarında müəllif konsertləri də keçirilmişdir. Bunlardan 16 noyabr 2016-cı ildə Azərbaycan Milli Konservatoriyasında keçirilən tədbiri, eləcə də 14 mart 2017-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqında baş tutan müəllif konserti və "Alətşünaslıq" kitabının təqdimat mərasimi,[7] 6 mart 2019-cu ildə Niyazinin ev-muzeyində keçirilən tədbirləri qeyd etmək olar.

Azərbaycanın bir çox görkəmli musiqiçiləri onun musiqisinə müraciət edir. Dirijorlardan xalq artistləri Rauf Abdullayev, Ramiz Məlikaslanov, Teymur Göyçayev, Fəxrəddin Kərimov, Əməkdar İncəsənət xadimi Azad Əliyev, Məmmədağa Umudovun əsərlərini səsləndirmişlər. Xalq artisi Ramiz Quliyev (tar), Əməkdar artist Sahib Paşazadə (tar), Beynəlxalq müsabiqələr laureatı Cəmilə Qarayusifli (violin), Xalq artisi Sərvər Qəniyev (violin) və digərləri bir sıra əsərlərinin ifaçısı olmuşlar.[3]

Məmmədağa Umudov Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2008-ci il sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür.[1]

Pedaqoji fəaliyyəti redaktə

Məmmədağa Umudovun yetirmələri respublikanın müxtəlif musiqi müəssisələrində çalışaraq, musiqi mədəniyyətinin inkişafına öz töhfələrini verirlər. Pedaqoji fəaliyyətinə Bakı Kitabxanaçılıq Texnikumunda başlayan Məmmədağa Umudov 1968–77-ci illərdə bu texnikumda, 1977–2005-ci illərdə isə Asəf Zeynallı adına Bakı Musiqi kollecində, eyni vaxtda, yəni 1978–1988-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) müəllim kimi çalışmışdır. 2005-ci ildən Azərbaycan Milli Konservatoriyasının professoru vəzifəsində çalışır.[3]

Şəxsi həyatı redaktə

Məmmədağa Umudov ailəlidir, üç övladı var. Böyük qızı Ülkər Umudova şahmat üzrə FİDE tərəfindən beynəlxalq dərəcəli hakim pilləsinə layiq görülən ilk azərbaycanlı qadındır.[8][9] Digər qızı — şahmat üzrə qadınlar arasında beynəlxalq qrosmeyster Nərgiz Umudova 2006-cı ildən qadınlardan ibarət Azərbaycan yığmasının üzvüdür. O, yığmanın heyətində Olimpiada (2006, 2008, 2010, 2012, 2016) və Avropa (2007, 2011, 2013) çempionatlarının iştirakçısı olub.[10] Digər qızı Günay Umudova isə hazırda 1 nömrəli Şahmat Məktəbində müəllim kimi fəaliyyət göstərir.[11]

Səslənmiş və ya çap olunmuş əsərləri redaktə

  • "12 prelüd", "fortepianono triosu" – 1973–75
  • Simli kvartet – 1975. İlk dəfə 1978-ci ildə Moskvada Azərbaycan İncəsənəti Dekadasında ifa olunmuşdur.
  • Fortepiano üçün prelüdlər və Sonatina – 1974–75
  • I simfoniya −1977. İlk ifa AzTV-də. Dirijor Ramiz Məlikaslanov.
  • "Gənclik" uvertürası – 1980 ilk ifa AzTV. Dirijor Əli Cavanşir
  • Tarla simfonik orkestr üçün Konsert – 1984. İlk ifa 1985-ci il Bəstəkarlar İttifaqının VI qurultayında R. Quliyevin ifasında. Dirijor R. Məlikaslanov.
  • "Xoreoqrafik simfoniya" – 1983 (II simfoniya).
  • Fortepiano triosu – 1987.
  • Solo violin üçün "Sonata" – 1992. İlk ifa 1994-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında. Solist Xalq artisti, professor Sərvər Qəniyev.
  • "Düşüncələr" adlı simli orkestr üçün üçün III simfoniya – 2005. İlk ifa 2007-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının qurultayı çərçivəsində Orqan və Kamera Musiqi Zalında. Dirijor Xalq artisti T. Göyçayev.
  • Tarla simfonik orkestr üçün konsert 2011-ci ildə II Beynəlxalq Muğam Festivalı çərçivəsində Müslüm Maqomayev adına Bakı Filarmoniyasında dirijor Fəxrəddin Kərimov və solist Sahib Paşazadənin ifasında.
  • "Qobustan" simfonik poeması – 2012. İlk ifa ABİ-nin qurultayında BMA-nın böyük zalında Əməkdar incəsənət xadimi, Niyazi adına simfonik orkestrin baş dirijoru Azad Əliyev.
  • Violin və simfonik orkestr üçün "Konsert" – 2014. İlk ifa Azərbaycan Dövlət Filarmoniyasında. Dirijor Xalq artisri, professor Rauf Abdullayev. Solist prezident təqaüdçüsü Cəmilə Qarayusifli (İsveçrə).
  • "Balet süitası" – 2014. İlk ifa ABİ-nin 80 illiyində Azərbaycan Dövlət Filarmoniyasında Ə. Quliyevin dirijorluğu ilə.
  • "Konsert pyesi" – 2015. İlk ifa Orqan və Kamera Musiqi Zalında. Q. Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında. Dirijor T. Göyçayev
  • "Cahargah" muğam simfoniyası – 2014. (Solistlər: xanəndə, tar, balaban və bədii qiraətçi. Xalq şairi B. Vahabzadənin "Muğam" poemasından istifadə edilmişdir).
  • "Qələbəyə dogru" – 2 marş. Bakı, "Ecoprint", 2015
  • Fortepiano üçün 7 pyes və 2 marş. Bakı, "Ecoprint", 2017, 64 səh.
  • Fortepiano üçün 9 prelüd. Bakı, "Ecoprint", 2017, 48 səh.
  • "Cümhuriyyət marşı". Fortepiano və xor üçün. (Sözləri Vüqar Əhmədindir. Bakı, "Ecoprint", 2018, 30 səh.
  • Violin və orkestr üçün Konsert. Klavir. Bakı, "Ecoprint", 2018, 56 səh.

Məqalələri redaktə

  • İlin maraqlı hadisələrindən biri . Azərbaycan Bəstəkarlar İttifaqının 75 illiyi. "Konservatoriya " jurnalı № 6, 2009
  • Əliyusif Əlizadə haqqında kitabında məqalə. 2010.
  • Əziz Əzizli haqqında "Xatirələr" kitabında məqalə. 2011.
  • Azərbaycan baletinin təkamül və inkişaf mərhələləri. "Konservatoriya jurnalı" N4, 2013
  • Aşıq musiqisi və muğam. "Konservatoriya jurnalı" N4, 2015

Proqramları, metodik tövsiyələri və dərslikləri redaktə

  • "Tar ilə simfonik orkestr üçün Konsert"in ifa xüsusiyyətləri. Metodik tövsiyə. Bakı, 2009.
  • "Tar ilə simfonik oskestr üçün işlənmiş konsert" (klavir). Dərs vəsaiti. Bakı, 2010.
  • "Musiqi əsərlərinin Azərbaycan Xalq Çalğı alətlərinin simfonik orkestrləşdirilməsi". Metodik tövsiyə. Bakı, 2013.
  • Milli Konservatoriya üçün çoxlu sayda proqramlar. 2010.
  • Kamança və fortepiano üçün işlənmiş konsert. Bakı, 2014.
  • "Alətşünaslıq". Dərslik. Bakı, 2015.
  • "Simfonik Orkestr Alətlərinin Orkestrləşdirilməsi" fənni bakalavr dərəcəsi alan tələbələr üçün proqram. Bakı, 2016, 15 səh.
  • "Simfonik Orkestr Alətləri və Orkestr" fənni magistr dərəcəsi alan tələbələr üçün proqram. Bakı, 2016, 15 səh.
  • "Alətşünaslıq". Dirijorluq kafedrasının dirijorluq ixtisasında bakalavr dərəcəsi alan tələbələr üçün proqram. Bakı 2016, 19 səh.
  • "Alətşünaslıq". Dirijorluq kafedrasının bəstəkarlıq ixtisasında bakalavr dərəcəsi alan tələbələr üçün proqram. Bakı, 2016, 19 səh.
  • Qələbəyə doğru "İki marş". Metodik vəsait. Bakı, 2017, 56 səh.

Qalereya redaktə

İstinadlar redaktə

  1. 1 2 "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". Azertag.az. 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-08.
  2. "Məmmədağa Umudov - 70". Musicmuseum.az. 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-08.
  3. 1 2 3 4 "Məmmədağa Umudov". Əmircan ensiklopediyası. 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-09.
  4. "Sənətin zirvəsində". Medeniyyet.az. 2019-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-16.
  5. ""9 prelüd". Məmmədağa Umudov". Musicacademy.edu.az. 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-09.
  6. "Cümhuriyyətimizin 100-cü ildönümünə daha bir ithaf - "Cümhuriyyət marşı"". Moderator.az. 2019-07-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-09.
  7. "Bəstəkarlar İttifaqında "Alətşünaslıq" əsərinin təqdimatı keçirilib". Azertag.az. 2019-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-09.
  8. "FİDE-nin Prezident Şurasının iclasında 4 həmyerlimizə beynəlxalq titulların verilməsi məsələsi müzakirə olunub". Apa.az. 11 iyul 2018 tarixində arxivləşdirilib.
  9. "AZERBAIJANI CHESS PLAYERS GIVEN FIDE TITLES". Azertag.az. 11 iyul 2018 tarixində arxivləşdirilib.
  10. "Umudova, Nargiz ALL-TIME PLAYER HISTORY". Olimpbase.org. 9 iyun 2019 tarixində arxivləşdirilib.
  11. ""Ağ atı" ilə zirvəyə tələsən istedad". Kaspi.az.[ölü keçid]

Xarici keçidlər redaktə


Saytda 44 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024