Pank rok Haqqinda Melumat - Vikipedia

Pank rok Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz


Pank rok (yada pank; ing. punk rock) — 1970-ci illərin ortalarında ABŞ, Böyük BritaniyaAvstraliyada yaranmış rok musiqisinin janrı. Janrın kökləri 1960 cı illərin qaraj rokina və indi protopank adlandırırlan musiqiyə gəlir çıxır. Janr yaranandan onu təmsil edən musiqiçilər, 1970-ci illərdə məşhur olan, meynstrim roka qarşı çıxırdılar və özlərini onun əksi kimi göstərməyə çalışırdılar. Adət olaraq pank qruplar qısa,səsli gitarlarla və kobud vokalla enerji dolu, siyasi və sosial mövzulara aid mətnlərlə mahnılar yazırlar. Pankın əsas xüsusiyyəti DIY üsulu idi. Qruplar özləri, ya da müstəqil leynlların köməkliyi ilə öz mahnılarını yazıb yayırdılar.

Pank rok
Punk rock
Sex Pistols qrupu 1977 ci il.
Sex Pistols qrupu 1977 ci il.
Mənbəsi Rok-n-roll,Hard rok,Protopank,Sörf rok,Qaraj roku
Yarandığı dövr 1974-1976
Ölkə Böyük Britaniya Birləşmiş Krallıq,ABŞ ABŞ
Törəmə formalar Post-punk,Skeyt pank,Hardkor pank,Pop pank,Anarxo pank
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

«Pank» ilk olaraq 1970-ci illərin əvvəllərində musiqi termini kimi işlənib. Bəzi qaraj qruplarının və onların pərəstişkarlarını təsvir etmək üçün bu termini amerikalı kritiklər düşünüb. 1976-cı ilin axırlarına — Nyu Yorkdan olan New York Dolls, Television, RamonesLondondan olan Sex Pistols, The ClashThe Damned — yeni janrın bayraqdarları oldu. Bir il sonra janr beynəlxalq məşhurluq qazandı və Birləşmiş Krallıqda vacib mədəni amilə çevrildi. Lakin əksər hallarda pank rok yerli anderqraund səhnələrdən qırağa çıxmırdı və meynstrimlə heç bir əlaqəyə girməməyə çalışırdı. Janrın məşhurluğuna görə, pankların etiraz ideologiyası, xüsusi geyim (üstündə söyüş, yada ədəbsiz şəkil olan qısaqollar, dəri gödəkçələr və BDSM stilində geyim) üstündə pank submədəniyyəti yarandı.

1980-lərin əvvəllərində pankda, hardkor pank (Black Flag), strit pank (Exploited) kimi daha dinamik stillər üstünlük təşkil etməyə başladı. Pank ifa edən, yaxud özlərini bu mədəniyyətə aid edən musiqiçilər janrın inkişafında böyük rol oynayıblar və onun Post-punk, alternativ rok kimi sub-janrlarını yaradıblar. Cəmiyyətdə anderqraund musiqiyə artan maraq və böyük leyblların musiqini kommersiyalaşdırmaq istəyinə görə 1990-cı illərdə pank rok meynstrim oldu. O dövrdə pop pank ifa edən — Green Day, The OffspringBlink-182 — kimi qruplar məşhur oldu. Onların albomları milyonluq tirajlarla satılırdı.


Saytda 131 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024