Qurbanqulu Məlikqulu oğlu Berdiməhəmmədov (türkm. Gurbanguly Berdimuhammedow) — Türkmənistan dövlət xadimi, 2007-ci ildən etibarən Türkmənistanın ikinci prezidenti.
29 iyun 1957-ci ildə Türkmənistan SSR-in Aşqabat vilayətinin Göytəpə rayonunun Babarap kəndində anadan olub.
1979-cu ildə Türkmənistan Dövlət Tibb İnstitutunun ilk öncə Stomatologiya fakültəsini, sonradan isə aspiranturasını bitirmişdir. Tibb elmləri namizədidir. Əmək fəaliyyətinə 1980-ci ildə həkim-stomatoloq kimi başlamışdır.1980-ci ildən 1982-ci ilə qədər Ashqabat rayonunun Errik-Kala kəndindəki kənd poliklinikasında diş həkimi işləmişdir. 1982-ci ildən 1985-ci ilədək Aşqabad bölgəsinin aparıcı müstəqil diş həkimi olmuşdur. 1985-1987-ci illərdə Aşqabat rayonu Keşi kənd şurasının Mərkəzi Rayon Xəstəxanasında diş müalicəsi şöbəsinin rəhbəri və Aşqabad vilayətinin baş müstəqil stomatoloqu idi.
1990-1995 - Terapevtik stomatologiya kafedrasının assistenti, dosent, Türkmənistan Dövlət Tibb İnstitutunun stomatologiya fakültəsinin dekanı.
1995-1997 - Türkmənistan Səhiyyə və Tibb Sənaye Nazirliyinin Diş Mərkəzinin direktoru.
1997-ci ildən etibarən — Türkmənistanın Səhiyyə və Tibb Sənayesi naziri.
2001-ci ildən etibarən — Türkmənistanın Nazirlər Komitəsinin sədrinin müavini. 2006-cı ilin noyabrında Minskdə keçirilmiş MDB sammitində Türkmənistanı təmsil edib.
Türkmənistanın birinci prezidenti Saparmurat Niyazovun vəfatından sonra Dəfnetmə komissiyasına başçılıq etmiş və Dövlət Şurasının qərarı ilə prezidentin səlahiyyətlərini icra etmişdir.
26 dekabr 2006 il tarixində Xalq Şurasının 2507 nəfər nümayəndəsinin yekdil dəstəyi ilə Türkmənistanın prezidentliyinə namizədliyini irəli sürüb.
11 fevral 2007 il tarixində keçirilmiş prezident seçkilərində 89,23% səsləri toplayaraq qalib gəlib.
Qurbanqulu Berdıməhəmmədovun inauqurasiya mərasimi 14 fevral 2007-ci il tarixində baş verib.
2017ci il 12 fevralda keçirilən prezident seçkilərində seçicilərin 97.69%inin səsini toplayaraq 3. dəfə yenidən prezident seçilib.
(Davamı...)
|