Portal:Azərbaycan Haqqinda Melumat - Vikipedia

Portal:Azərbaycan Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz
Portal:Azərbaycan
Portal:Azərbaycan


Bayraq
Bayraq
Gerb
Gerb
Ərazisi
Ərazisi

Azərbaycan və ya rəsmi adı ilə Azərbaycan RespublikasıCənubi Qafqazda yerləşən dövlət. Azərbaycan Xəzər dənizi hövzəsinin qərbində yerləşir. Şimaldan Rusiya (Dağıstan), şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənub-qərbdən Türkiyə və cənubdan İran ilə həmsərhəddir. Azərbaycanın anklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Azərbaycanın Xəzər dənizi sektorunda həmçinin Türkmənistan, Qazaxıstan, İran və Rusiya sərhədə malikdir.

Azərbaycan şərqdə ilk demokratik və dünyəvi dövlət qurmuşdur. Hazırda Azərbaycan qədim tarix və mədəniyyət irsinə malik dünyəvi və unitar dövlət olub, etnik türk və müsəlman çoxluğuna sahib ölkədir. Azərbaycan altı müstəqil türk dövlətindən biridir. Respublikanın 158 ölkə ilə diplomatik münasibəti var. Ölkəmiz 38 beynəlxalq təşkilatın üzvüdür.

Azərbaycan GUAM və Kimyəvi silahdan istifadə qadağası təşkilatlarının təsisçilərindən biridir. 1993-cü ilin sentyabrından Müstəqil Dövlətlər Birliyinin üzvüdür. 9 may 2006-cı ildə Azərbaycan yeni yaradılan BMT insan haqları assambleyasına üzv oldu. Səlahiyyətli nümayəndəlik 19 iyul 2006-cı ildən başlayıb. Azərbaycan həmçinin BMT, ATƏT, Avropa ŞurasıNATO-nun sülh naminə tərəfdaşlıq proqramının üzvüdür. Bundan əlavə ölkə Birləşməyənlər Hərəkatı, Beynəlxalq Ticarət Təşkilatı və Beynəlxalq Elektrorabitə İttifaqında müşahidəçi statusuna malikdir.

Azərbaycan haqqında ətraflı …
redaktə
 Seçilmiş məqalə                                                                     redaktə

Azərbaycanın İstiqlal Bəyannaməsi1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası tərəfindən tərtib olunmuş və imzalanmış, Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyini rəsmən elan edən sənəd. Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərmiş və 1920-ci ildə bolşeviklərin hərbi müdaxiləsi ilə süquta uğradılmışdır. Onun yerində yaranan Azərbaycan Sovet Sosialist Respublikası sonradan SSRİ-nin tərkibinə daxil oldu. SSRİ-nin dağılmasından sonra, 1991-ci il 18 oktyabrda Azərbaycan parlamentinin qəbul etdiyi “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı Azərbaycan Respublikasının siyasi və iqtisadi təməlini qoymuşdur.



 Yaxşı məqalə                                                                     redaktə

Azərbaycan Respublikasının müstəqilliyini və ərazi bütövlüyünü qorumağa həsr olunmuş hərbi təşkilat. Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Quru Qoşunları, Azərbaycan Hərbi Hava QüvvələriAzərbaycan Hərbi Dəniz Qüvvələrindən ibarətdir. Birləşən qüvvələrə Azərbaycan Respublikası Daxili Qoşunları, Azərbaycan Milli Qvardiyası, Azərbaycan Respublikası Dövlət Sərhəd XidmətiAzərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidməti daxildir. 1918-ci ilin mayın 28-də qəbul edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycanın İstiqlal Bəyannaməsində Azərbaycanın Silahlı Qüvvələrinınin yaradılması qeyd edilib.


''Seçilmiş Şəkil''                                                                     redaktə
Bakı şəhərində İstiqlliyyət küçəsində neoklassizm üslublu bina görünüşü.
Seçilmiş bioqrafiya                                                                     redaktə

Məhəmməd Füzuli — orta əsr Azərbaycan şairi, mütəfəkkir və filosof, Azərbaycan ədəbiyyatı tarixində divan janrının ən məşhur və görkəmli nümayəndələrindən biri. Bir çox təzkirələrdə Bağdadi təxəllüsü ilə anılır. Mənbələrdə digər adı Molla Məhəmməd Bağdadidir. Ancaq şairin Bağdadda deyil, onun yaxınlığındakı məşhur Kərbəla şəhərində doğulduğu məlumdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Məhəmməd Füzuli Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.


Sitatlar                                                                     redaktə
" Qələm əyri yonulsa da düz yazar. "
Azərbaycan atalar sözü


Vikisitatda Azərbaycan atalar sözləri



Bilirdinizmi...                                                                     redaktə


Kateqoriyalar                                                                     redaktə

Azərbaycan kateqoriyaları

Bütün alt kateqoriyalar üçün "" klikləyin:


Panorama                                                                     redaktə
Bakı qalasının və Filarmoniya bağının panoramı



Əlaqəli portallar                                                                     redaktə

Cənubi Azərbaycan

Türkiyə

Gürcüstan

İran

Rusiya

Türkmənistan

Özbəkistan

Qazaxıstan


Portal:Европа
Portal:Европа
Portal:İslam
Portal:İslam
Portal:Asiya
Portal:Asiya
Portal:Afrika
Portal:Afrika
Avropa İslam Asiya Afrika


Digər resurslar                                                                     redaktə
Azərbaycan Vikixəbərdə  Azərbaycan Vikisitatda  Azərbaycan Vikikitabda  Azərbaycan Vikimənbədə  Azərbaycan Vikilüğətdə  Azərbaycan Vikiversitetdə  Azərbaycan Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar




Saytda 296 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2025