Tofiq Vəliyev Haqqinda Melumat - Vikipedia

Tofiq Vəliyev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Tofiq Vəliyev (tam adı: Vəliyev Tofiq Talış oğlu; d. may 1934, Ağdam, Azərbaycan) — tarix elmləri doktoru, 1993-2014-cü illərdə Bakı Dövlət Universiteti «Slavyan ölkələri tarixi» kafedrasının müdiri, "Şöhrət" ordeni laureatı.

Tofiq Vəliyev
Vəliyev Tofiq Talış oğlu
Doğum tarixi
Doğum yeri Kürdlər, Ağdam rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi tarix
Elmi dərəcəsi tarix elmləri doktoru
Elmi adı professor
İş yeri BDU
Təhsili BDU-nun Tarix fakültəsi
Mükafatları "Şöhrət" ordeni — 2009

Həyatı redaktə

Vəliyev Tofiq Talış oğlu 1934-cü ilin may ayında Ağdam rayonunun Kürdlər kəndində müəllim ailəsində anadan olumuşdur. 1948–1951-ci illərdə Ağdam Pedaqoji texnikumunda təhsil almışdır. Təhsilini bitirdikdən sonra 1951–1952-ci tədris ilində Yevlax rayonunun Qoyunbinəsi kəndində müəllim işləmişdir. 1953–1958-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində oxumuş, təhsilini başa vurduqdan sonra təyinatla AMEA Tarix İnstitutuna göndərilmişdir. 1958–1990-cı illərdə AMEA Tarix institutunda işləmişdir. 1960–1963-cü illərdə İnstitutun əyani aspiranturasında təhsil almışdır.

1990-cı ildə müsabiqə yolu ilə BDU-nun Tarix fakültəsinə professor vəzifəsinə keçmişdir. 1993-cü ildən 2014-cü ilədək fakültənin «Slavyan ölkələri tarixi» kafedrasının müdiri vəzifəsində işləmişdir.

Elmi fəaliyyəti redaktə

1966-cı ildə «XX əsrin əvvəllərində Azərbaycanın ipək emalı sənayesi» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1970-ci ildə Peterburqda (Leninqrad) keçirilmiş "Dünya iqtisadi tarixi" və həmin ildə Moskvada təşkil edilmiş "XII beynəlxalq tarix konqres"lərində iştirak etmişdir. 1986-cı ildə «XX əsrin əvvəllərində Azərbaycanın sənayesi və proletariatı» mövzusunda isə doktorluq dissertasiyası müdafiə etmişdir.

"XIX əsr–XX əsrin əvvəllərində Azərbaycan iqtisadiyyatında kapitalist münasibətlərinin inkişafı və eyni dövrdə Şərqi Slavyan ölkələrinin tarixi" sahəsində tədqiqatlar aparır. 160-dan çox məqalənin, 5 monoqrafiyanın, orta və ali məktəblər üçün 14 dərslik və dərs vəsaitinin müəllifidir. 8 elmlər namizədi və 2 elmlər doktoru hazırlamışdır.

Seçilmiş əsərləri redaktə

  • XX əsr Azərbaycan tarixi (ali məktəblər üçün dərslik). Bakı, 2004.
  • Azərbaycan tarixi suallarda və cavablarda (dərs vəsaiti I hissə). Bakı, 2004.
  • Azərbaycan tarixi suallarda və cavablarda (dərs vəsaiti II hissə). Bakı, 2004.
  • Ümumdünya tarixi suallarda və cavablarda (dərs vəsaiti, II hissə). Bakı 2004.
  • Ümumdünya tarixi suallarda və cavablarda (dərs vəsaiti, III hissə). Bakı 2004.
  • Slavyan ölkələri tarixi. Ümumi kursun proqramı. Bakı 2004.
  • Slavyan ölkələri tarixi magistr kursunun proqramı. Bakı 2008.
  • XIX əsrin axrları XX əsrin əvvəllərində Rusiya və Azərbaycan iqtisadiyyatının inkişafı – Bakı Universitetinin «Xəbərləri (humanitar seriya)». Bakı, 2008, №3

İstinadlar redaktə

  • "Tarix fakültəsi". http://history.bsu.edu.az (azərb.). 14 May 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 mart 2016.

Həmçinin bax redaktə


Saytda 130 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024