Toronto Metropolitan Universiteti Haqqinda Melumat - Vikipedia

Toronto Metropolitan Universiteti Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Toronto Metropolitan Universiteti

Toronto Metropolitan Universiteti (TMU) — Kanadanın Toronto şəhərində ictimai tədqiqat universiteti.

Toronto Metropolitan Universiteti
TMU, RU
Toronto Metropolitan University
Loqonun şəkli
Əsası qoyulub 1948
Tələbə sayı 25.100
Ölkə
Sayt torontomu.ca
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Akademik strukturu redaktə

Universitetdə 7 akademik bölmə/fakültə fəaliyyət göstərir:

  • İncəsənət fakültəsi
  • İctimai Xidmətlər fakültəsi
  • MühəndislikMemarlıq fakültəsi
  • Elm fakültəsi
  • Yaradıcılıq məktəbi
  • Linkoln Aleksandr Hüquq məktəbi[1]
  • Ted Roçers İdarəetmə məktəbi. Məktəb universitetin biznes məktəbi kimi xidmət edir.

Universitetdə həmçinin G. Raymond Şang Davamlı Təhsil məktəbi xidmət göstərir. Məktəb 400-dən çox kurs təklif edir.[2]

Əksər fakültələr daha kiçik şöbələrə və məktəblərə bölünür.[3]

Universitet Kanada Universitetləri və Beynəlxalq Universitetlər Assosiasiyası kimi bir sıra Milli və Beynəlxalq təhsil təşkilatlarının üzvüdür.[4][5] Universitetin Biznes məktəbi həmçinin Biznes Məktəblərini İnkişaf etdirmə Assosiasiyası tərəfindən akkreditə olunub.[6]

Tarixi redaktə

Universitet 1948-ci ildə Kanadanın qərbində Dövlət məktəbləri və Müəllim kollecləri sisteminin inkişafında böyük rolu olan Egerton Rayersonun adını daşıyan Rayerson Texnologiya İnstitutu kimi təsis edilmişdir. 1964-cü ildə müəssisə əyalət qanunvericiliyinə uyğun olaraq yenidən təşkil edildi və Rayerson Politexnik İnstitutu adlandırıldı. Bu ad altında quruma 1970-ci illərdə məhdud dərəcələrin verilməsi səlahiyyətləri verilmişdir. 2002-ci ildə universitet aspiranturasını açdıqdan bir neçə il sonra Rayerson Universiteti adını qəbul etdi. 2022-ci ildə universitet Toronto Metropolitan Universiteti adlandırıldı.

Kampusu redaktə

 
Kerr Hall
 
Devonian Meydanı. Kampus daxilində yerləşən ictimai məkan

Universitetin mərkəzi kampusu Toronto şəhərinin mərkəzindəki Qarden rayonunda yerləşir.

Kampusdakı parkların, meydanların və yaşıl sahələrin əksəriyyəti universitetə ​​məxsusdur, baxmayaraq ki, bu ərazilərə giriş ictimaiyyət üçün də açıqdır.

Universitet 40-dan çox binanı idarə edir.[7] Kampusa müxtəlif memarlıq dövrlərinə aid bir çox bina daxildir. 1848-ci ildə tikilmiş Oakham House və universitetin ən yeni binası olan Dafne Kokvell Sağlamlıq Elmləri Kompleksi 2019-cu ildə açılıb.[8]

Binaların çoxu XX-ci əsrin ortalarında Brutalist memarlıq üslubunda tikilmişdir. XXI-ci əsrin əvvəllərində universitet şəhərciyi əhəmiyyətli dərəcədə genişləndi: 2000-ci ildən 2019-cu ilə qədər universitetin ümumi sahəsi demək olar ki, iki dəfə artdı.

Kitabxana və muzeyi redaktə

 
Yanq strit Tələbə tədris mərkəzi. Arxa planda kitabxana binası görünür.

Toronto Metropolitan Universitetinin Kitabxanası universitetin əsas akademik kitabxanası kimi xidmət edir. Kitabxana 11 mərtəbəli Brutalist üslublu binada yerləşir.[9] 2012-ci ilə olan məlumata görə, kitabxananın kolleksiyasına 522.000-dən çox kitab, 836.000-dən çox mikroforma elementi daxil edilib və elektron resurslara, o cümlədən elektron kitablara, seriallara və daxil olan bazasına çıxış təmin edilib.[10]

2015-ci ildə kitabxana binasının yanında Tələbə Tədris mərkəzi tikilmişdir.

İmage Center[11] — Şəkil mərkəzi — kampusda yerləşən şəkil muzeyi kimi xidmət edən və Təsviri İncəsənət məktəbinin yerləşdiyi kompleksdir.[12] Mərkəzdə həmçinin universitetin foto kolleksiyası üçün ofislər, seçim otaqları və anbarlar var. Şəkillər iqlimə nəzarət edilən xüsusi otaqlarda saxlanılır.[13]

İdarəetməsi redaktə

Universitet Qubernatorlar şurası və əyalət qanunvericiliyi, Toronto Böyükşəhər Universiteti Aktı ilə səlahiyyət verilmiş senatla ikipalatalı sistem altında fəaliyyət göstərir.[14] Universitetin idarə heyəti universitetin işlərinin, o cümlədən əmlakın, habelə gəlirlərin idarə edilməsinə cavabdehdir.[15] Rəhbərlər şurası universitetin rektoru, universitetin prezidenti, universitetin məzunları tərəfindən seçilən 3 üzv, universitetin professor-müəllim heyəti tərəfindən seçilən 3 üzv, tələbə kollektivi tərəfindən seçilən 3 üzv və inzibati heyət tərəfindən seçilən 2 üzv daxil olmaqla 24 üzvdən ibarətdir.

Araşdırmaları redaktə

 
Rogers Kommunikasiya mərkəzi. Yaradıcı məktəb üçün bir neçə tədqiqat mərkəzini özündə birləşdirən bina

Universitet bir sıra elmi tədqiqat fəaliyyətləri ilə məşğul olur. 2021-ci ilin fevralına olan məlumata görə, universitet və onun fakültələri tərəfindən idarə olunan 37 tədqiqat mərkəzi və institutu var idi.[16]

2018-19-cu illər ərzində universitet Kanada Tədqiqat Kafedralarının ayrılması, universitet tədqiqat dəstəyi üçün 3 şuradan 17,1 milyon dollar aldı. Bunların əksəriyyəti Kanadanın Təbiət Elmləri və Mühəndislik Araşdırma Şurası tərəfindən təmin edilmişdir.[17]

Universitet həmçinin Hökumətin müxtəlif səviyyələrində tədqiqatları dəstəkləmək üçün 49,6 milyon dollar toplaya bildi.[18] Həmin il universitet müxtəlif əlaqəli sənayelərdən və Qeyri-hökumət təşkilatlarından tədqiqat dəstəyi üçün 13,2 milyon dollar toplamışdı.[19]

Mediası redaktə

Universitetdə tələbə qəzetləri və kampus radiostansiyası da daxil olmaqla, tələbələr tərəfindən idarə olunan bir neçə media orqanı mövcuddur. Met Radio kimi də tanınan CJRU, 2016-cı ildən bəri Toronto Metropolitan Universiteti üçün qeyri-kommersiya və icma radiostansiyası kimi xidmət edir.[20]

The Eyeopener 1967-ci ildən universitetdə nəşr olunan tələbə qəzetidir.[21] Jurnalistika tələbələri həmçinin jurnal və qəzet nəşr edirlər.[22][23]

Universitetin Jurnalistika İcmalı 1984-cü ildə Jurnalistika məktəbi tərəfindən təsis edilib və Kanadada jurnalistikanın keyfiyyətini araşdırır.[23]

İstinadlar redaktə

  1. "Our Namesake". Toronto Metropolitan University. January 26, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 26, 2023.
  2. "Arxivlənmiş surət". 2024-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-09.
  3. https://web.archive.org/web/20210225142630/https://www.ryerson.ca/programs/faculties/
  4. "Member universities". www.univcan.ca. Universities Canada. 2021. August 12, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 1, 2021.
  5. "List of IAU Members". www.iau-aiu.net. International Association of Universities. February 12, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 25, 2021.
  6. "AACSB-Accredited Universities and Business Schools". www.aacsb.edu. Association to Advance Collegiate Schools of Business. March 22, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 27, 2021.
  7. "Buildings and Grounds". www.ryerson.ca. Ryerson University. 2021. January 23, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 17, 2021.
  8. Virag, Sarah. "Oakham House - and Home". library.ryerson.ca. Ryerson University. August 29, 2013. August 22, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 17, 2021.
  9. "Arxivlənmiş surət". 2023-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-09.
  10. "Arxivlənmiş surət" (PDF). 2021-06-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-09.
  11. "Arxivlənmiş surət". 2023-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-09.
  12. https://web.archive.org/web/20211229080603/https://www.thestar.com/entertainment/2012/09/24/ryerson_image_centre_focuses_on_photography.html
  13. "Arxivlənmiş surət". 2021-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-09.
  14. "Board of Governors". www.ryerson.ca. Ryerson University. March 11, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 25, 2020.
  15. "Arxivlənmiş surət". 2024-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-09.
  16. "Centres and Institutes". www.ryerson.ca. Ryerson University. March 2, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 26, 2021.
  17. "Arxivlənmiş surət". 2024-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-09.
  18. "Arxivlənmiş surət". 2024-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-09.
  19. https://web.archive.org/web/20220208075827/https://www.ryerson.ca/research-report-18-19/expanding-src/industry-non-government/
  20. "Station Information". www.cjru.ca. Radio Ryerson Inc. 2021. April 17, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 28, 2021.
  21. https://web.archive.org/web/20210225183857/https://theeyeopener.com/about/
  22. "Arxivlənmiş surət". 2022-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-09.
  23. 1 2 "Arxivlənmiş surət". 2022-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-09.

Xarici keçidlər redaktə

  • torontomu.ca — Toronto Metropolitan Universitetinin rəsmi saytı

Saytda 191 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024