Vikipediya:Bilirsinizmi bölməsi/Mart Haqqinda Melumat - Vikipedia

Vikipediya:Bilirsinizmi bölməsi/Mart Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Bilirsinizmi bölməsi/Mart

1 - 5 Mart redaktə

Vikipediyanın loqosu 
Vikipediyanın loqosu
  • Yaponiyanın 1868-ci ilədək paytaxtı Kioto (Paytaxtların paytaxtı) şəhəri olmuşdur. Onun adındakı hecaların yerini dəyişdikdə yeni paytaxtın - Tokionun adı alınır.
  • "Rekord" sözü latınca recordum sözündəndir ki, tərcüməsi «yadasalınan» deməkdir.
  • "Rusiya" (rus.«Россия») adını rəsmi dövlət adı kimi ilk dəfə I Pyotr 1721-ci ildə ölkəni Rusiya imperiyası adlandıranda istifadə etmişdir.
  • Mexaniki zəngli saat 1787-ci ildə amerikalı Levi Xatçins ixtira edib.
  • Yunanıstanın bir hissəsi vaxtı ilə müsəlman dövləti olub.
  • 2010-cu ilin aprel ayına elmə 118 kimyəvi element məlumdur. Onlardan 94-ü təbiətdə mövcuddur ( bəzilərinin ancaq izləri var), qalan 24-ü nüvə reaksiyaları vasitəsi ilə süni surətdə alınıb. İlk 112 elementin adı daimi, qalanlarının adı hələlik müvəqqətidir.
  • Titanik gəmisinin komandasının sağ qalmış axırıncı üzvü pis ekoloji şəraitdən vəfat edib.
  • Boliviyanın rəsmi adı "Çoxmillətli Boliviya Dövləti"dir.
  • 14 iyul 2011-ci il tarixinə, Cənubi Sudanın BMT-yə üzv qəbul edilməsi ilə təşkilatın üzvlərinin sayı 193-ə çatdı
  • Vikipediya ensiklopediyanın adı ingilis texniki termini olan «wiki» (saytın fəaliyyətinin əsasını təşkil edən texnologiya; söz özü havay dilində "tez" deməkdir) və «encyclopedia» (ensiklopediya) sözlərindən yaranıb.


5 - 10 Mart redaktə

Vinsent van Qoqun bir əsəri "Kartof yeyənlər" rəsm əsəri. 
Vinsent van Qoqun bir əsəri "Kartof yeyənlər" rəsm əsəri.
  • Elm müasir halda XVIXVII əsrlərdən formalaşmağa başlayıb. Tarixi inkişafında o texnikatexnologiya çərçivəsindən çıxaraq cəmiyyətin inkişafına ciddi təsi edən faktora çevrildi. XVII əsrdən başlayaraq elmi fəaliyyət hər 10-15 ilə iki dəfə artır (kəşflərin sayı, elmi informasiyalar, elmi işçilərin sayı və s.).
  • Məşhur holland rəssamı Vinsent van Qoqun bir əsəri Kartof yeyənlər adlanır.
  • Qara rəngli dağlaləsini ilk dəfə 1986-cı ildə yetişdirmək mümkün olub.
  • Fobiya dayanıqlı şəkildə qorxunun yaranmasıdır. Onun çox sayda mənbələri vardır. Çox qəribə fobiyalar vardır: pelidofobiya — keçəllərdən qorxmaq, alektrofobiya — toyuqlardan qorxmaq, triskaidekafobiya — 13 rəqəmindən qorxmaq, fobofobiya — qorxmaq qorxusu və s.
  • «Forbs» jurnalı onun sahibinin adı ilə adlandırılıb. Onun sağlığında jurnal nəinki şöhrətli olmayıb, hətta xərcini belə ödəyə bilmirmiş.
  • Antarktidada buz örtüyünün 4 kilometr dərinliyində Şərq gölü yerləşir.
  • Rus şairi Saşa Krasnıy 102 yaşında SSRİ Yazıçılar İttifaqına qəbul edilib. Sonuncu şeirlər kitabını 111 yaşında çap etdirib.
  • XVIII əsr ingilis şairi Kristofer Smart daima dua etdiyinə görə ruhi xəstəxanaya yerləşdirilib.
  • Almaniyadakı Hafel çayı üzərində BerlinPotsdamı birləşdirən körpüdəт sovet və amerika xüsusi xidmət orqanları üç dəfə tutulmuş agentləri dəyişmək üçün istifadə ediblər.
  • Məşhur Mona Liza şəklinin tam adı it. Ritratto di Monna Lisa del Giocondo — «Xanım Liza Cakondanın portreti»dir. Йadının ərinin soyadı olan del Giocondo, italyanca «şən, rəqs edən» kimi tərcümə edilir.

15 - 20 Mart redaktə

İslandiya parlamenti Altinqin binası 
İslandiya parlamenti Altinqin binası
  • Alman hüquqşünası və tərcüməçisi İohann henrix Fridrix Karl Vitte-kiçik (1 iyul 1800 — 6 mart 1883) elm tarixində ən gənc elmlər doktorudur. O doktorluq dissertasiyasını 14 yaşı tamam olmamış müdafiə edib.
  • Rusiyanın Yaroslavl şəhərində buraxılan həftəlik «Се́верный край» qəzeti 1905-1909-cu illər ərzində 42 dəfə adını dəyişib.
  • Böyük Vətən Müharibəsi illərində Dağıstan əhalisinin vəsaiti hesabına hazırlanmış tank İmam Şamilin adını daşıyırdı.
  • 1803-cü ildə ABŞ Luiziananı Fransadan 15 milyon dollara alaraq ərazisini iki dəfə artırır.
  • İslandiya qanunlarına görə hakimiyyətdə olan prezident seçkilərdə yeganə namizəd olarsa o seçki keçirilmədən avtomatik olaraq növbəti müddətə dövlət başçısı elan edilir.
  • Cənubi Afrika Respublikasının 11 dövlət dili vardır.
  • Almaniyanın adı ingilis dilində Germany, alman dilində Deutschland, fransız dilində Allemagne, polyak dilində Niemcy kimi adlanır. Alman dilində isə ölkənin adı Deutschland dır.
  • Məşhur yazıçı Ernest Heminquey "Qoca və dəniz" hekayəsinə görə 1954-cü ildə layiq görüldüyü Ədəbiyyat üzrə Nobel Mükafatının təqdim etmə mərasiminə səhhətində problemlərə görə iştirak edə bilməyib.
  • Human Rights Watch təşkilatının 1994-cü ilə aid hesabatında ermənilərin Ağdam şəhərini talaması nəticəsində, həmin il şəhərə ruh şəhər statusu verilmişdir.
  • Sibir yupiklərinin ana dili olan Sibir yupikcəsiAleut xalqının kiçik qismi tərəfindən istifadə edilən Aleut dili yaxın 25 il ərzində ölü dillər siyahısına qoşulacaq.

20 - 25 Mart redaktə

Rus Amerikası 
Rus Amerikası
  • Moai heykəllərinin orta ağırlığı 25 tondur. Heykəllərin yerləşdiyi Pasxa adasında heç vaxt kütləvi insan yaşayışı mövcud olmayıb. Sivilizasiyanın mövcud olmadığı adada mindən artıq heykəllin kim tərəfindən, hansı məqsədlə və nə zaman inşa edildiyi bu gündə məlum deyil.
  • Rus Amerikasının - ordusu, mərkəzi poçt sistemi və kiçik donanması olmuşdur. Şimal torpaqlarının Amerika Birləşmiş Ştatlarına satılmasından sonra muxtar ərazi 1867-ci ildə ləğv edilmiş 1959-cu ilin 3 yanvar tarixində ərazidə Alyaska ştatı təşkil edilmişdir.
  • Nant razılaşmasına qədər Fransada KalvinizmProtestantlıq məzhəbindən olanların katoliklər tərəfindən təqib olunması adi hal hesab olunurdu.
  • Con Uilks But Amerika Birləşmiş Ştatlarının prezidenti Avraam Linkolnu qətlə yetirdiynə görə dövlət məmurları tərəfindən Merilend ştatı ərazisində yaralı ələ keçirilmiş və yaxınlıqdakı fermanın qəssabxanasında linç edilmişdir.
  • Böyük Britaniyanın BP neft şirkəti il ərzində dövlət büdcəsinə 6 milyard funt-sterlinq ($10 milyard) vergi verir.
  • Böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov 1907-ci ildə Bakıda Azərbaycan dilində "Hesab Məsələləri" və "Mətbuatda İstifadə olunan Siyasi, Hüquqi, İqtisadi və Əsgəri Sözlərin Türki-Rusi və Rusi-Türki Lüğəti"ni nəşr etdirmişdir.
  • Dünyada şəhər əhalisinin ən az faizi Nepaldadır. Orada əhalinin cəmi 14 % şəhərdə yaşayır.
  • Fransada xaricilər üçün də daxil olmaqla həm orta, həm də ali təhsil pulsuzdur.
  • Dünyadakı ən qədim mədəniyyətlərdən biri olan Çin təqribən 4000 illik yazılı tarixə sahibdir.
  • Amerika Birləşmiş Ştatlarının 3-cü vitse-prezidenti Aaron Burr 1804-cü ildə Alekansdr Hamiltonla duel mübarizəsi nəticəsində ağır yaralanmışdır. Aaron Burrun dueldə iştirak etməsi səbəbindən Demokratik Respublika partiyası Aaron Burrunun yox, Ceyms Medisonun namizədliyini irəli sürmüş və o seçkidə qalib gəlmişdir.

25 - 31 Mart redaktə

Aaron Burr 
Aaron Burr
  • Amerika Birləşmiş Ştatlarının 3-cü vitse-prezidenti Aaron Burr 1804-cü ildə Alekansdr Hamiltonla duel mübarizəsi nəticəsində ağır yaralanmışdır. Aaron Burrun dueldə iştirak etməsi səbəbindən Demokratik Respublika partiyası Aaron Burrunun yox, Ceyms Medisonun namizədliyini irəli sürmüş və o seçkidə qalib gəlmişdir.
  • İspaniyalı səyyahı və konkistador Xuan Ponse de Leon 1521-ci ildə Florida sahillərinə səyahət zamanı gözlənilmədən Kalusaların hücumuna məruz qalmış və silahlı mübarizə zamanı oxla çiynindən vurulmuşdur. Hadisədən 8 gün sonra Havanaya qayıdan Lion burada vəfat etmişdir. Lionun ölüm səbəbi kimi oxda olmuş zəhər göstərilmişdir.
  • Mərkəzi Asiyanın tarixi Türkistan ərazisinə müasir Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan, Qazaxıstan, Çinin Sintsyan-Uyğur milli rayonu, Sibir cənubunun türkdilli regionları, Əfqanıstanın şimalı və İran aid edilir.
  • 2010-cu ildə Hindistanın Əhmədabad şəhərində keçirilən turnirdə , dünya çempionu Vişvanatan Anandın da qatıldığı yarışda 20 min 483 nəfər şahmatçı mübarizə aparıb.
  • Harvard Universiteti ingilis missioneri və xeyriyyəçisi Con Harvardın şərəfinə onun adı ilə adlandırılıb. Övladları olmayan Harvard 1638-ci ildə ölümündən sonra öz mülkünün yarısını (779 funt) və kitabxanasının 400 kitabını yeni yaranmış təhsil müəssisəsinə vəsiyyət edib. 1639-cu ildə kollec minnətdarlıq hissi ilə Harvardın adı ilə adlandırılıb.
  • Azərbaycanın 19 inzbati rayonunda "xan" sözü olan 26 yaşayış məskəni vardır (Xanabad, Xanbulaq, Xankeçən, Xanagah və s.). Hətta Xankəndi şəhəri inzibati ərazisində Xanadzax və Xansk adlı yaşayış məskənləri vardır.
  • Rusiyada 1492-ci ilə qədər yeni il 1 martdan, həmin ildən çar III İvanın sərəncamı ilə 1 sentyabrdan, çar I Pyotrun sərəncamı ilə isə 1700-cü ildən 1 yanvardan başlayır.
  • Balı yaşyarımdan kiçik körpələrə vermək olmaz. Onları mədə-bağırsaq sistemi botulizm xəstəliyi yarada bilər.
  • Qədim yunan tarixçisi Herodotun "Tarix" adlı əsəri antik mədəniyyət üçün böyük qiymətə malik idi. Siseron onu "tarixin atası" adlandırırdı.
  • Suyun ən maraqlı və mühüm xüsusiyyətlərindən biri, digər bütün maddələrin əksinə, bərk halının maye halından - yəni buzun sudan daha yüngül olmasıdır. Buna görə də dənizlərdə donma yuxarıdan başlayır, çünki donan təbəqə suyun digər maye hissəsindən daha yüngüldür.

Saytda 158 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024