Vikipediya:Bilirsinizmi bölməsi/Aprel Haqqinda Melumat - Vikipedia

Vikipediya:Bilirsinizmi bölməsi/Aprel Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Bilirsinizmi bölməsi/Aprel

1 - 5 Aprel redaktə

Azərbaycan Demokratik Respublikasının yaradıcıları 
Azərbaycan Demokratik Respublikasının yaradıcıları
  • Şərqdə ilk parlamentli respublika quruluşlu dövlət Azərbaycan Demokratik Respublikasıdır (1918-ci il 28 may).
  • Üzeyir Hacıbəyovun 1908-ci il yanvarın 12-də (indiki təqvimlə yanvarın 25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən "Leyli və Məcnun" operası ilə həm Azərbaycanda, həm də bütün müsəlman Şərqində opera sənətinin əsası qoyulmuşdur.
  • Venera planeti yeganə planetdir ki, saat əqrəbinin əksi istiqamətində dövr edir.
  • Havay əlifbasında cəmi 12 hərf var.
  • Dünyada ilk dəmiryolu 1825-ci ildə İngiltərədə çəkilmişdir.
  • Azərbaycan ərazisində məlum olan ən qədim dövlət Manna dövlətidir (e.ə.IX əsr)
  • Oğuz türk dastanı Kitabi Dədə Qorqud Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsidir.
  • Dünyada mexaniki qazma usulu ilə ilk neft quyusu 1846-cı ildə Bakı yaxınlığındakı Bibiheybət qəsəbəsində qazılmışdır.
  • Azərbaycanda və dünyada ilk neft tankeri-Zoroastr (Zərdüşt) “Nobel qardaşları”şirkətinin sifarişi ilə 1878-ci ildə hazırlanmışdır.
  • Şəfiqə Axundova 1972-ci ildə “Gəlin qayası” operasını yazmaqla Şərqdə ilk opera yazan qadın olmuşdur.

5 - 10 Aprel redaktə

Qarabağda Pənah xanın dövründə 1787-ci ildə kəsilmiş gümüş pul. 
Qarabağda Pənah xanın dövründə 1787-ci ildə kəsilmiş gümüş pul.
  • Azərbaycan neftinin tarixi kökləri çox qədim dövrlərə gedib çıxır. Ərəb tarixçiləri, coğrafiyaşünasları və səyyahlarından Əhməd Əl-Bəlaruri (IX əsr) Abşerondakı iqtisadi həyatın qədimdən neftlə bağlı olduğunu göstərmiş, Əbu-İshaq İstəxri (XI-X əsrlər), Əbu-d-Həsən Əli Məsudi (X əsr) Bakının neftli torpağı, Abşeronun "ağ" və "qara" nefti haqqında məlumat vermişlər.
  • Newsweek jurnalının versiyasına görə Azərbaycan "dünyanın ən yaxşı ölkələri" siyahısında 69-cu yeri tutur.
  • Azərbaycan Respublikasının himni, gerbibayrağı 1918-1920- ci illərdə mövcud olmuş Azərbaycan Demokratik Respublikasının himni, gerbi və bayrağıdır.
  • Azərbaycanın dəniz səviyyəsindən ən ucqar nöqtəsi Bazardüzü (4466 m.), ən aşağı nöqtəsi isə Neftçala rayonu ərazisindədir (-28 m.). Orta yüksəklik 657 metrdir.
  • Bakı şəhərinin ərazısı 2430 км²-dir.
  • Azərbaycan dilinə ən yaxın dillər qaşqaytürkman dilləridir.
  • ХХ əsr ərzində azərbaycan dilinin əlifbası 4 dəfə dəyişilib: 1929-cu ildə ərəb qrafikalı əlifba latın qrafikalı əlifbaya (1918-1920-ci iilərdə mövcud olmuç ADR dövründə nəzərdə tutulurdu), 1939-cu ildə latın qrafikindən kiril qrafikasına, 1958-ci ildə bu qrfaika bir qədər dəyişir, 1991-ci ildə kiril qrafikalı əlifba latın qrafikal əlifbaya dəyişilir. Bu qrafika 1929-cu ildəkindən bir qədər fərqlənir.
  • Hesablamalara görə azərbaycan dilində təqribən 10 min ərəb mənşəli söz vardır. Bunların bir qismi indinin özündə ərəb dilində köhnəlmiş sayılır və işlənmir.
  • Şuşa şəhəri 1751-ci ildə Qarabağ xanı Pənah xan tərəfindən salınıb və ilk dövrdə Pənahabad adlanıb.
  • Ermənistanın hərbi təcavüzü zamanı ələ keçirilmiş Azərbaycan ərazilərində 927 kitabxana, 464 tarixi abidə və muzey, 100-dən çox arxeoloji abidə, 6 dövlət teatrı və konsert studiyası dağıdılmışdır. Talan edilmiş muzeylərdən 40 mindən çox qiymətli əşya və nadir eksponat oğurlanmışdır. İşğal altında olan ərazi Azərbaycanın ümumi ərazisinin 20%-ni təşkil edir.

10 - 15 Aprel redaktə

100 trilyon Zimbabve dolları əskinazı ( 1-dən sonra 14 sıfır) 
100 trilyon Zimbabve dolları əskinazı ( 1-dən sonra 14 sıfır)

15 - 20 Aprel redaktə

Ənənəvi ərəb rəqəmləri 
Ənənəvi ərəb rəqəmləri
  • Uran planeti adi gözlə görünən yeganə planetdir.
  • Tarix elminin devizi: lat. Historia est magistra vitae — «Tarix — həyatın müəllimidir».
  • Roma Papasının rəsmi titulu: Roma yepiskopu, Xaş vikarisi, Apostol knyazlarının vəliəhdi, Dünya kilsəsinin ali keşişi, Ali pontifik, Qərb patriarxı, İtaliya priması, Roma vilayətinin arxiyepiskopu və mitripoliti, Vatikan dövlət-şəhərinin rəhbəri, Allahın qullarının qulu.
  • ABŞ-ın doqquzuncu Prezidenti Uilyam Henri Harrison ing. William Henry Harrison cəmi 32 gün 12 saat 30 dəqiqə (4 mart- 4 aprel 1841-ci il) prezident ola bilib. O inaqurasiya zamanı soyuq havada yüngül geyimdə böyük bir nitq söylədikdən sonra soyuqdəymədən vəfat edib.
  • Ensiklopediyalar XVIII əsrdə yaranıb. Onun əsasını lüğətlər təşkil edib.
  • Sakit okeanı ilk dəfə avropalı kimi Fernan Magellan keçib. Onu səfəri zamanı okean sakit olduğu üçün o 1521-ci ildə onu"Sakit" adlandırıb. Sonradan məlum olub ki, Magellan səhv edib.
  • Buqələmunun dili bədəninin iki qatı uzunluğundadır.
  • İlanlar eşidə bilmir.
  • Kəpənəklər ayaqları ilə dad bilirlər.
  • «Ərəb rəqəmləri» adı tarixən yaranıb, çünki, bu rəqəmləri məhz ərəb əyalətləri yayırdı. Ərəb ölkələrində yaranan rəqəmlər isə ənənəvi ərəb rəqəmlərindən kəskin fərqlənirlər.

20 - 25 Aprel redaktə

Şotlandiya bayrağı 
Şotlandiya bayrağı
  • Zürafələrin səstelləri yoxdur.
  • Bakıda 1961-ci ildən nəşr edilən “Elm və həyat” jurnalı indiyədək 5 min azərbaycanlı alimin məqaləsini dərc edib.
  • Qambiyanın cənubdan şimala ölçüsü 24-28 kilometr, qərbdən şərqə ölçüsü 400 kilometrdir.
  • Dünyanın ən qədim muzeyi İngiltərənin Oksford şəhərində yerləşən Osmalian muzeyidir.
  • İlk kağız eramızın 100-cü ilində Çində hazırlanmışdır.
  • Şotlandiya ətrafı okean və dəniz dünyada biloji canlıların ən çox yaşadığı su hövzəsi sayılır, orada 40 min növ var.
  • "Pop-musiqi" termininin iki açılışı var : istənilən canlı ifa edilən musiqi və pop-musiqinin özü.
  • Ərazisinə görə tarixən mövcud olmuş imperiyalar ərazisinə görə Britaniya, Monqol və Rusiya imperiyaları olub.
  • Nigeriyada 421 dil var. Onlardan 410-dan istifadə edilir, 2-sinin daşıyıcısı yoxdur, 9 isə ölü dildir.
  • Renessans dövrü incəsənətin kilsənin nəzarətindən çıxması ilə baş verib. Yüksək inkişaf dövürünə XV—XVI əsrlərdə İtaliyada çatıb.

25 - 30 Aprel redaktə

Budda 
Budda
  • Afrika qitəsi insan cəmiyyətinin beşiyi hesab edilir. Burada ən qədim insanların qalıqları tapılıb.
  • Budda ideyasına görə «Əgər zalımlığı görmürəmsə, eşitmirəmsə və barədə heç nə danışmıramsa, mən ondan qorunuram» (見ざる mi-dzaru), (聞かざる kika-dzaru), (言わざる iva-dzaru) .
  • Müsəlman təqvimi 12 aydan ibarət olaraq 354 gündən ibarətdir. Bu isə günəş (qriqorian təqvimi) təqvimindən 10 və ya 11 gün qısadır. Ona görə də müsəlman bayramları qriqorian təqvimlərinə görə 10-11 gün qabağa çəkilir.
  • Makedoniya Respublikası Yunanıstanın təzyiqləri nəticəsində adı BMT-də Keçmiş Yuqoslaviya Makedoniya Respublikası (FYROM) kimi qəbul edilib.
  • Hindistanda ən geniş yayılmış dil hindi dilidir və ölkənin rəsmi dillərindən biri sayılır. Biznes və inzibati işlərdə geniş yayılmış ingilis dili " yardımçı dil» sttusundadır. Hindistan Konstitusiyasına görə ölkənin 21 rəsmi dili var. Hinsitanda dillərin 1652 dialekti vardır.
  • Somali qəpiklərində üç meymun təsvir edilmişdi.
  • Qalxan balıqları dünyaya dişi kimi gəlir, ancaq 5 yaşına çatdıqda bir çoxu erkəyə çevrilir.
  • Tarakanlar başı kəsildikdən sonra 9 gün yaşaya bilirlər.
  • İlbizlər yemək yemədən üç il yata bilirlər.
  • Dəvədəlləyi başını arxaya döndərə bilən yeganə həşəratdır.



Saytda 155 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024