Çox balıq yeyən insanlar qocalan zaman digərlərinə nisbətən daha cox yaddaşa malik olurlar.
Time (jurnal)ının 1927-ci ildə elan etdiyi İlin adamı pilot Çarlz Lindberq indiyə qədər ən gənc laureatdır. Jurnalın laureatları içərisində 12 nəfər ABŞ prezidenti olub. 11 nəfər iki dəfə , bir nəfər isə - Franklin Ruzvelt isə üç dəfə "İlin adamı" elan ediliblər. Həmçinin dörd dəfə laureatlar abstrakr anlayış olub (kompüter istifadəçisi, kompüter, təhlükədə olan Yer, etirazçı).
Yer kürəsində ulduz sutkasının - öz oxu ətrafında fırlanma müddəti 2000-ci ilə 23 saat 56 dəqiqə 4,090530833 saniyəyə bərabər olmuşdur.
Qədim yunan astronomu və riyaziyyatçısı Klavdi Ptolemey astronomik cədvəllərində boş kvadratlara O işarəsi qoyardı (yunan əlifbası ilə omikron hərfi, q.yun.ονδεν — heç nə); Sıfır rəqəmi işarəsinin ondan yarandığı güman edilir.
Satış məqsədiylə ilk portativ mobil telefon1983-cü il martın 6-da istehsal olunmuşdur. Onun çəkisi 794 qram, həcmi isə 33 x 4,4 x 8,9 sm idi. Akkumulyator 8 saat müddətində telefonu işlədə bilirdi. Satış qiyməti 3995 dollar idi. "Motorolla" şirkəti layihəyənin işlənməsinə 100 milyon dollar və 15 il vaxt sərf etmişdi.
İngiltərədə uzun müddət kofe içmək sırf kişi məşğuliyyəti sayılırdı. 1674-cü ildə qadınlar kişilərin kofe klublarında çox vaxt keçirmələrinə etiraz olaraq "Kofe əleyhinə qadın petisiyası" hazırlayırlar.
Kriptonim — gizlədilən ad, eponim, (yun.ἐπώνῠμος — «ad verən») — şərəfinə coğrafi obyekt adlandırılan ilahi qüvvə, real və ya əfsanəvi şəxs, onomatet (yun.ονοματοθετες — «adlandıran») — ad götürmüş ilahi qüvvə, real və ya əfsanəvi şəxs, etnomim — xalq, millət adı, teonimlər — allahlar adıdır.
Kompyuterin tarixi 1642-ci illə hesablanır. Həmin dövrdə ilk dəfə Blez Paskal cəmləyici maşın quraşdırmışdır.
Dünyada apelsin yetişdirilməsi axırıncı 45 ildə dörd dəfə artmışdır (1965-cildə 18, 724 milyon tonn, 2010-ci ildə 69, 508 milyon ton).
Avrasiya materikinə adı 1883-cü ildə ildə geoloq Eduard Züss vermişdir.
Brüssel şəhərinin adı bruoc (köhnə niderl., «bataqlıq») və sella (köhnə niderl., «məskən») sözlərindən yaranıb , mənası «bataqlıqda məskən» deməkdir.
Bakıdakı məşhur Qız Qalası abidəsinin inşa tarixinin indiyə qədər düzgün müəyyənləşdirmək mümkün olmayıb. Adının bir versiyası heç zaman düşmən tərəfindən alınmadığına görə verildiyi güman edilir. 1964-cü ildən muzey kimi istifadə edilir.
Çörəyin tarixi bəşəriyyətin yarandığı gündən başlayır. Bu gün dünyanın elə bir ölkəsi yoxdur ki, orada aparılan arxeoloji qazıntılar zamanı çörəklə bağlı əlamətlərə rast gəlinməsin.
Velosiped (köhnə fr.vélocipède sözündən yaranıb (lat.vēlōx «tez» və lat.pēs «ayaq») deməkdir.
Linqvistikaya görə insan dilləri təbii insan dillərinə, süni insan dillərinə, (məsələn esperanto) və karlar üçün jest dilinə bölünür.
İnsan ətraf mühüt haqqında informasiyanın 90 % -ni göz vasitəsi ilə alır.
Qədim Yunanıstanda əsas 4 elementin mövcudluğuna inam var idi: hava, od, yer, su.
Tısbağaların ölçüləri böyük diapazonda dəyişir. Dəniz növləri quruda yaşayanlardan böyükdür. Ən böyük müasir tısbağa dərili tısbağalardır (Dermochelys coriacea), uzuhluğu 2 m, çəkisi 900 kqг. Ən kiçiyi namaklavend tısbağası (Homopus signatus) olub, uzunluğu 10 santimetrdir.
Dünyanın bir çox ölkələrində "ağac əkilmə günü" bayramı qeyd edilir.
Barıtın ilk dəfə Çində hazırlanması fərz olunur. Ola bilsin ki, onu IX əsrdə ölümsüzlük eliksiri axtaran əlkimyaçılar əldə etmişlər. Barıtın əldə edilməsi feyerverklərin və ilk odlu silahların yaranmasına imkan verdi.
Maks Fasmerin fərziyyəsinə görə «vağzal» sözü (ilk variantda «fokzal») «voksxoll» (ing.Vauxhall) sözündən yaranıb. Bu London ətrafında XVIII əsrdə yerləşən və Ceyn Voksa (Jane Vaux) məxsus parkın adından götürülüb. Digər versiyaya görə XIX əsrdə parklarda yay estradaları "kurzal" adlanırdı. Çox sayda sarnişinlərin toplaşması sonradan yerin vağzal adlanmasına səbəb olub.
10 aprel2010-cu ildə Smolensk yaxınlığında qəzaya uğramış təyyarədə, aralarında Polşa prezidenti Lex Kaçinski və xanımında olduğu 23 nəfər yüksək rütbəli dövlət xadimi həlak olmuşdur.
İlk kitabxanalar eramızdan əvvəl yaradılıb. Ən qədim kitabxanalardan birinin Asur hökmüdarı tərəfindən qurulduğu məlumdur. Hökmdar kitabxansındakı kitablar üzəri şiş uclu alətlə yazılmış gil lovhələr olub.
Barıtın ilk dəfə Çində hazırlanması fərz olunur. Ola bilsin ki, onu IX əsrdə ölümsüzlük eliksiri axtaran əlkimyaçılar əldə etmişlər. Barıtın əldə edilməsi feyerverklərin və ilk odlu silahların yaranmasına imkan verdi.
Maks Fasmerin fərziyyəsinə görə «vağzal» sözü (ilk variantda «fokzal») «voksxoll» (ing.Vauxhall) sözündən yaranıb. Bu London ətrafında XVIII əsrdə yerləşən və Ceyn Voksa (Jane Vaux) məxsus parkın adından götürülüb. Digər versiyaya görə XIX əsrdə parklarda yay estradaları "kurzal" adlanırdı. Çox sayda sarnişinlərin toplaşması sonradan yerin vağzal adlanmasına səbəb olub.
10 aprel2010-cu ildə Smolensk yaxınlığında qəzaya uğramış təyyarədə, aralarında Polşa prezidenti Lex Kaçinski və xanımında olduğu 23 nəfər yüksək rütbəli dövlət xadimi həlak olmuşdur.
İlk dövrlərdə paqonlarçiyində asılan qılınc və patron qutusunun kəmərinin sürüşüb düşməsinin qarşısını almaq üçün istifadə edilirdi.
Qızıl çəkiclə döyülməklə nazik bir təbəqə halına gətirilə bilər. Məsələn, bir qram qızıl döyülməklə 180 kvadrat santimetrlik bir təbəqəyə çevrilə bilir.
Yaddaşa dəqiqlik, yaddaşın həcmli olması, yadda saxlamanın sürətli olması, yaddaşın təzələməyə hazır olması və yaddan çıxarmanın sürətli olması xasdır.
Rus şairi Aleksandr Puşkin Şərq mövzusundakı əsərlərində qəzəl formasından istifadə etmişdir.
Dünya Hidroqrafiya Təşkilatının 2000-ci il qərarına əsasən dünya okeanı beş okeana bölünüb. Həmin qərara əsasən 60 dərəcə cənub paralelindən Antarktidaya qədər olan sular Cənub Okeanına aid edilir.
Sahəsi 458 km² və əhalisi 20,9 min nəfər olan olan Palau Respublikası 16 ştata bölünür.
Məşhur fransız yazışısı Jorj Sand əsilində Amantine Lucile Dupin adlı bir qadındır.