Vikipediya:Kənd meydanı/Arxiv/Dekabr/2023 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Kənd meydanı/Arxiv/Dekabr/2023 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Kənd meydanı/Arxiv/Dekabr/2023

Təklif edirəm ki, seçilmiş məqalə/siyahı, yaxşı məqalə statuslarının verilməsini, alınmasını əvvəla tam şəkildə müzakirə ilə edək (yəni səsverməni tamam ləğv edək bu mövzuda), 2-cisi də hamısını 1 bölmədə (məsələn Vikipediya:Laboratoriya) edək ki, həm aktivlik olsun, həm də qarışıqlıq, mürəkkəblik aradan getsin, bu proses daha sadə və rahat olsun. samral müzakirə 19:28, 30 noyabr 2023 (UTC)[cavabla]

Salam. Mən razıyam. Gunel 11:02, 1 dekabr 2023 (UTC)[cavabla]

Laboratoriya uğursuz olduğu üçün bu sistemə keçmişdik. İndiki sistemdə tək problem əksər məqalələr müzakirə ilə deyil səsvermə ilə seçilməsidir. Lakin bu da ciddi problem deyil. Çünki namizədlik verilən zaman şərtlər və tələblər inzibatçılar tərəfindən yoxlanılır. Yəni şərtlərə uyğun olmayan məqalələr səsvermə ilə status ala bilmir. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 18:18, 10 dekabr 2023 (UTC)[cavabla]
samral səsverməni tam ləğv edə bilməyəcəksiniz. Həm laboratiya, həm də VP:Q bu cəhətdən problemlidir. --► Hörmətlə: SolaVirum 08:33, 11 dekabr 2023 (UTC)[cavabla]

Dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələri redaktə

Salam. Mən düşünürəm ki, nəticədə çıxan məqalələr qısa olsalar belə, "Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsünün təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarında verilmiş bütün abidələr ensiklopedik sayılmalıdır. Təbii ki, məsələn, hansısa qəbiristanlıqla mövcud bütün daş abidələri ayrı sayırlarsa, birləşdirmək olar, amma, məsələn, körpülərin hamısı ensiklopedikdir. Adları sadəcə "məbəd" və ya "körpü" kimi verilən zaman standartlaşdırma elə bilərik. Məsələn, "Körpü (X yer)" və ya "X yer körpüsü" və ya "X yer yaxınlığında körpü" kimi. --► Hörmətlə: SolaVirum 08:41, 11 dekabr 2023 (UTC)[cavabla]

@Solavirum təbii ki, amma həmin abidələrin bir çoxu üçün mənbə mövcud deyil və ya tədqiq edilməyib. Sadəcə qərarda təqribi tikilmə tarixi verilib Toghrul R (m) 14:26, 11 dekabr 2023 (UTC)[cavabla]
Bir çox kəndlər haqqında ayrıca kitablar yazılıb, xüsusən Qarabağ kənləri haqqında. Elektron olsa baxmaq olardı görək məlumat varmı. Araz Yaquboglu (müzakirə) 15:32, 11 dekabr 2023 (UTC)[cavabla]
Dövlət tərəfindən qorunan inventarların siyahısın verə bilsək əla olardı. Məqaləsi olanın məqaləsinə keçid, olmayanın da fotosu və yeri, adı. Amma dəqiq sayın bilmirəm, amma inventar nömrəsi saya görə ardıcıl gedirsə, ən azı 5K+ var. Çünki bu yaxınlarda birinin fotosun çəkdim, inventar kodu 4356 idi. Atakhanli (müzakirə) 01:55, 20 dekabr 2023 (UTC)[cavabla]
Burada hamısının siyahısı var Nemoralis (müzakirə) 06:10, 20 dekabr 2023 (UTC)[cavabla]
əlasan Atakhanli (müzakirə) 00:27, 23 dekabr 2023 (UTC)[cavabla]

(New) Feature on Kartographer: Adding geopoints via QID redaktə

Since September 2022, it is possible to create geopoints using a QID. Many wiki contributors have asked for this feature, but it is not being used much. Therefore, we would like to remind you about it. More information can be found on the project page. If you have any comments, please let us know on the talk page. – Best regards, the team of Technical Wishes at Wikimedia Deutschland

Thereza Mengs (WMDE) 12:31, 13 dekabr 2023 (UTC)[cavabla]

Thanks — Hersoq01 (müzakirə) 03:49, 23 dekabr 2023 (UTC)[cavabla]

Bakının küçələrində memarlıq abidələri redaktə

Hər kəsə salam. Bakının küçələrində memarlıq abidələri adlı siyahı tipli məqalə yaratmaq istəyirəm. Bildiyiniz kimi şəhərdə, bir çox yaşayış və qeyri-yaşayış binaları var ki, onlar ölkə və ya yerli əhəmiyyətli memarlıq abidəsi kimi inventarlaşdırılıb və dövlət tərəfindən qorunur. Bu cür binalar haqqında demək olar ki, heç bir siyahı mövcud deyil. Yaratmaq istədiyim siyahıda aşağıdakıların öz əksini tapmasını düşünürəm:

  1. Küçənin köhnə adı.
  2. Küçənin yeni, yəni hazırki adı.
  3. İnventarlaşdırılmış binanın dəqiq ünvanı. (məsələn: Quliyev küç. ev 15)
  4. Binanın tikilmə tarixi.
  5. Əgər varsa binanın təyinatı və adı. (məsələn: Filankəsov qardaşlarının evi, Filankəsovun ev muzeyi)
  6. Mümkün qədər inventar nömrəsi.

Mən belə bir siyahını ensiklopedik hesab edirəm. Fikrləriniz maraqlıdır. Hörmətlə, Patriot (müzakirə) 08:45, 14 dekabr 2023 (UTC)[cavabla]

Vikipediya:Viki Abidələri Sevir/Abidələrin siyahısı/Bakı ? Nemoralis (müzakirə) 08:46, 14 dekabr 2023 (UTC)[cavabla]
Bu siyahıya binaların haqqında məlumat əlavə etmək olarsa bunun üzərində işləyim. Patriot (müzakirə) 08:50, 14 dekabr 2023 (UTC)[cavabla]
Sadəcə siyahı var deyə atdım. Bu texniki siyahıdır sadəcə. Müsabiqə üçün. Nemoralis (müzakirə) 08:51, 14 dekabr 2023 (UTC)[cavabla]
Yaxşı olar. Memarı kim olubsa onu da nəzərə alarsız. Araz Yaquboglu (müzakirə) 09:15, 14 dekabr 2023 (UTC)[cavabla]
@Patriot Kor, məsələn bu var: Bakının görməli yerlərinin siyahısı. Amma siz məhz bu formada bir siyahı yaratmaq istəyirsizsə, o zaman məncə adda küçə sözünə ehtiyac yoxdur. Məsələn bu cür yarada bilərsiniz: Bakıdakı yerli əhəmiyyətli abidələrin siyahısı. samral müzakirə 23:03, 17 dekabr 2023 (UTC)[cavabla]
Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Hər kəsə salam. 3 il öncə Vikipediya:Mövzulu ay/Təkmilləşdirmə ayı 2020 kimi bir ay keçirib xeyli təkmilləşdirmə etmişdik. Təklif edirəm ki, Vikipediya:Mövzulu ay/Təkmilləşdirmə ayı 2024-ü yanvar ayı boyunca edək və XüsusiVikipediyanın təkmilləşdirilməsi səhifələrindəki problemləri icma olaraq birlikdə aradan qaldıraq. Araz Yaquboglu (müzakirə) 07:31, 18 dekabr 2023 (UTC)[cavabla]

+  Lehinə: dəstəkləyirəm. Vikipediyanın ad günü üçün də qəşəng hədiyyə olar :) Firuza (müzakirə) 09:57, 18 dekabr 2023 (UTC)[cavabla]
+  Lehinə: ümid eliyək ki, qaş düzəldən yerdə göz çıxarmarığ. — Bikar müzakirə 08:29, 19 dekabr 2023 (UTC)[cavabla]
+  Lehinə: samral müzakirə 22:26, 20 dekabr 2023 (UTC)[cavabla]
Dəstəkləyirəm. Şiroi Akuma 20:32, 21 dekabr 2023 (UTC)[cavabla]
+  Lehinə: Yanlış xatırlamıramsa Təkmilləşdirmə layihəsini təklif edən də dayandıran da özüm olmuşam. Deyəsən ümumi mövzulu ay dayandırıldığı üçün bu da dayandı. Kifayət qədər uğurlu alınmışdı. Keçirmək olar fikrimcə. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 03:31, 23 dekabr 2023 (UTC)[cavabla]
+  Lehinə: razıyam — Hersoq01 (müzakirə) 03:48, 23 dekabr 2023 (UTC)[cavabla]
+  Lehinə:Turkmen müzakirə 07:44, 23 dekabr 2023 (UTC)[cavabla]
+  Lehinə:A.Aida88 (müzakirə) 20:31, 23 dekabr 2023 (UTC)[cavabla]
+  Lehinə:namikilisu 12:57, 24 dekabr 2023 (UTC)[cavabla]

azwikipedia.org redaktə

Salam. Təsadüfən qabağıma çıxdı. Arxivdə hər-hansı məlumatla qarşılaşmadım. Nə olduğu barədə məlumatı olan var? Yəqin ki budu. Cəmi 2 məqalə var. SNS nəticəsində silinən məqalələr.

Qalan keçidləri normal vikipediyaya gətirib çıxarır. — Bikar müzakirə 08:37, 19 dekabr 2023 (UTC)[cavabla]

Klon saytlardan biridir. Amma original domen adına çox oxşaması şübhə yaradır. WHOIS qeydlərində isə 2022-ci ildə Rusiyadan alındığı görünür. Bu məsələləri Fondun özünə bildirmək lazımdır. Nemoralis (müzakirə) 08:44, 19 dekabr 2023 (UTC)[cavabla]
məqaləsi silinən tiktokersayağı müğənnilərin və bloqqerlərin buradan link verdiyin görmüşəm instaqramının önəçıxarılan storylərində guya ki, vikidə məqalələri var və çaşqınlıq yaradıb blue badge almaq üçün Atakhanli (müzakirə) 20:37, 19 dekabr 2023 (UTC)[cavabla]
Tamamilə doğrudur. Saxta səhifələr yaradaraq İnstagramda mavi tik alırlar. Ən qısa müddətdə həm saxtakarlıqdan həm də müəllif hüquqları pozuntusandan bağlanması lazımdır. Santorica 10:57, 23 dekabr 2023 (UTC)[cavabla]
Onsuz da bağlanacaqlar. Neçə il domenə pul ödəyəcəklər ki. Şiroi Akuma 19:34, 23 dekabr 2023 (UTC)[cavabla]
Məqalə üçün aylıq pul alınırsa, çox çəkər — Bikar müzakirə 19:46, 23 dekabr 2023 (UTC)[cavabla]
Silinən şəkillərin yerinin boş olduğunu və məqalələrin yenilənmədiyini nəzərə alsaq bu variantın üstünnən xətt çəkirik. — Bikar müzakirə 20:33, 23 dekabr 2023 (UTC)[cavabla]
sifarişlə məqalə yazanların müştərilərini aldatmaq üçün qurduqları bir işə oxşayır. Şiroi Akuma 20:32, 21 dekabr 2023 (UTC)[cavabla]

SSRİ və ya Azərbaycan SSRİ vətəndaşlığı redaktə

salam. misal üçün Azərbaycan SSRİ-sində anadan olan biri istisna halları nəzərə almasaq SSRİ vətəndaşlığını alır ya Azərbaycan SSRİ? bir də misal üçün Azərbaycan SSRİ dövründə yaşayan biri gəlib 2023-cü ilə də çıxıb və Azərbaycan Respublikasının vətəndaşlığın daşıyır. Çox məqalədə həm SSRİ həm də Azərbaycan Respublikası vətəndaşı kimi (və ya Azərbaycan SSRİ və Azərbaycan Respublikası) göstərilir. Sizcə, bu nə dərəcədə doğrudur? Şəxs 2-li vətəndaşlıq daşımır axı. Mən sadəcə Azərbaycan Respublikası vətəndaşlığının qeyd olunmasının tərəfdarıyam. Atakhanli (müzakirə) 22:23, 25 dekabr 2023 (UTC)[cavabla]

bir də biz elə azərbaycanlıdır deyə basırıq Azərbaycan vətəndaşlığın. ümumiyyətlə vətəndaşlığını dəqiq bilmədiyimiz şəxslərin vətəndaşlığının qeyd olunmamasının tərəfdarıyam. bu xüsusən vəzifəli şəxs və siyasətçilərdə problem yaşada bilər. amma misal üçün qanunvericilikdə var ki, İkili vətəndaşlığı olan şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər. deməli bütün deputatlar Azərbaycan Respublikasının vətəndaşıdır. onları rahatlıqla qeyd edə bilərik. (yanlışım varsa düzəldin lütfən) Atakhanli (müzakirə) 22:28, 25 dekabr 2023 (UTC)[cavabla]
Mən ümumiyyətlə düşünürəm ki, hər şəxs məqaləsində vətəndaşlığı qeyd etmək əhəmiyyətli deyil. Siyasətçi məqalələrində vacib ola bilər. Şiroi Akuma 22:30, 25 dekabr 2023 (UTC)[cavabla]
Hər şəxs məqaləsində vətəndaşlığı qeyd etməmək fikri ilə razıyam, qeyd olunanlar da "SSRİ" (keçid) "Azərbaycan" kimi qeyd olunmalıdı. Təkcə siyasətçilər deməyək, Sergey Krikalyov məqaləsində vətəndaşlığı diqqətçəkən mövzudu.— Bikar müzakirə 22:39, 25 dekabr 2023 (UTC)[cavabla]
"SSRİ" (keçid) "Azərbaycan" niyə? elə birbaşa Azərbaycan SSRİ yox? SSRİ vətəndaşlığın daşıyır ya Azərbaycan SSRİ? Atakhanli (müzakirə) 22:41, 25 dekabr 2023 (UTC)[cavabla]
"Azərbaycan SSRİ"nin ayrıca vəsiqəsi olub? Ancaq SSRİ vəsiqəsi olub. İndiki qanunda da "SSRİ vətəndaşının pasportu" yazılır, Azərbaycan SSRİ pasportundan söhbət gedmir. — Bikar müzakirə 22:53, 25 dekabr 2023 (UTC)[cavabla]
@En Merker @Araz Yaquboglu @Toghrul R @Wertuose Sizin də fikirləriniz maraqlıdır. Atakhanli (müzakirə) 22:42, 25 dekabr 2023 (UTC)[cavabla]
Azərbaycan SSR-in vətəndaşı olmayıb, SSRİ vətəndaşı olub. SSRİ keçid Azərbaycan yazıla bilər. Araz Yaquboglu (müzakirə) 03:40, 26 dekabr 2023 (UTC)[cavabla]
Araz Yaquboglu qeyd etdiyi kimi, SSRİ vətəndaşlığı olub yalnız. Aərbaycan SSR vətəndaşlığı məsələsinə 1990-cı ildən baxılsa da, məlum hadisələrə görə baş tutmayıb. Ümumiyyətlə, şablonlardan "Vətəndaşlığı" parametri çıxarılmalıdır. Nəyə lazımdır bu? Birincisi, bu parametr çox zaman yanlış məlumat idxal edir. Şəxsin fəaliyyəti Azərbaycanda olub deyə bu o demək deyil ki, Azərbaycan vətəndaşı olub. Eləcə də Rusiya imperiyası, Xalq Cümhuriyyəti və s. Toghrul R (m) 06:34, 26 dekabr 2023 (UTC)[cavabla]
Toghrul R qeyd etdiyi kimi vətəndaşlıq parametri çıxarılmalıdır — Moses 07:51, 26 dekabr 2023 (UTC)[cavabla]
Çıxarılmalı deyil. Digər vikilərdə də var vətəndaşlıq Atakhanli (müzakirə) 08:23, 26 dekabr 2023 (UTC)[cavabla]
@Atakhanli bu o demək deyil ki, düzgün addımdır. Vətəndaşlıq məsələsi çox vaxt ictimaiyyətə açıqlanmır heç Toghrul R (m) 08:46, 26 dekabr 2023 (UTC)[cavabla]
Vətəndaşlıq qalmalı. SSRİ vətəndaşı yazılmalı, daha sonra Azərbaycan— namikilisu 16:57, 26 dekabr 2023 (UTC)[cavabla]
(1) “Azərbaycan SSR vətəndaşlığı” deyə məfhum olmadığına görə şablona əlavə edilməməlidir. Yəqin ki, şəxsin faktiki və ya daimi yaşadığı yer Azərbaycan olduğuna görə şablonda bu cür qeyd olunub. Amma bunun heç bir əhəmiyyəti yoxdur. Məsələn, kim iddia edə bilər ki, Şamaxıda doğulmuş, Bakıda, Avropada, ABŞ-də yaşamış, Ermənistanda dəfn olunmuş Azərbaycan SSR-in ilk xalq yazıçısı Aleksandr Şirvanzadə “Azərbaycan SSR vətəndaşı” olub? Milliyyəti Azərbaycan türkü olub ömrünü bu ölkədə keçirən SSRİ vətəndaşlarında isə bu məlumatı qeyd etməyin heç bir mənası yoxdur. (2) Şablonda qalıb-qalmamasına gəldikdə isə qalmalıdır. Saakaşvili, Eynşteyn kimi dəfələrlə vətəndaşlığını dəyişmiş, hətta bir müddət vətəndaşlığı olmayan şəxs statusunda qalmış məşhurlara münasibətdə vətəndaşlıq barədə məlumat hətta ensiklopedikdir. (3) Şəxsin vətəndaşlığı barədə məlumat mötəbər mənbələrdə əks olunubsa, yalnız o halda şablona əlavə edilə bilər. Əks halda bu, yuxarıdakı müzakirədə də bildirildiyi kimi, yanlış ehtimallara əsaslanmış olur. Məsələn, Emin Hüseynov müsahibəsində Azərbaycan vətəndaşlığından məhrum edildiyini, heç bir dövlətin vətəndaşlığını qəbul etmədiyini və qaçqın statusu üçün müraciət etdiyini bildirsə də, məqaləsində Azərbaycan vətəndaşı kimi qeyd olunub.— Firuza (müzakirə) 18:27, 26 dekabr 2023 (UTC)[cavabla]
O zaman bu parametri Vikiverilənlərdən ayıraq, yanlış və lüzumsuz məlumat idxalının qarşısı alınsın. Çox vacib olduğu halda vətəndaşlığı qeyd edilsin. O da mötəbər mənbələrə əsaslanaraq Toghrul R (m) 06:31, 27 dekabr 2023 (UTC)[cavabla]
Razıyam, dəstəkləyirəm bu fikri.— Firuza (müzakirə) 09:57, 27 dekabr 2023 (UTC)[cavabla]

Şərh  Şərh: rəsmi olmasa da Azərbaycan SSR XX əsrdə Azərbaycan tarixində qurulmuş ikinci respublika sayılır. 1920-ci ildə AXC işğal olunub süqut etdiriləndə, yeni respublika Azərbaycan Sosialist Respublikasının yaradıldığı elan edildi. Formal da olsa müstəqil dövlət sayılırdı. Vətəndaşlığı da var idi. Sonradan 1922-ci ildə Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası yarananda onun tərkibində RSFSR-ə daxil oldu. 1936-cı ildə SSRİ yarananda müstəqil respublika kimi onun tərkibinə daxil oldu. SSRİ konstitusiyasına görə ölkə İttifaq formasında təşkil edilmişdi. Yəni respublikalar sənəd üzərində müstəqil idilər. Məsələn bizdən fərqli olaraq Ukrayna və Belarus hətta BMT-nin üzvü idilər. Səsvermə hüquqları vrdı. Bu səbəbdən vətəndaşlar əvvəlcə öz respublikasının vətəndaşı sayılır, sonra SSRİ vətəndaşı olurdular. Düzdür xaricdə hamı SSRİ vətəndaşı kimi təqdim olunurdu, amma SSRİ daxilində hər kəs öz respublikasının vətəndaşı sayılırdı. Pasport eyni olsada, onun içərisində mütləq Azərbaycan SSR- də qeydiyyatda olub yaşadığı yazılırdı. Yəni sözümün qısası Azərbaycan SSR hazırda Azərbaycan tarixşünaslığında və ikinci respublika sayılır. Bu səbəbdən hesab edirəm ki, SSRİ vətəndaşlığı ilə yanaşı Azərbaycan SSR- də qalmalıdır. Necə ki indi bəzi xarici dillərdəki məqalələrdə Avropa İttifaqına daxil olan ölkələrə aid məqalələrdə əvvəl Avropa İttifaqı, sonra isə ölkənin özü göstərilir. — Tarixi Nadir (müzakirə) 08:55, 27 dekabr 2023 (UTC)[cavabla]

Dəvət redaktə

Həmkarlar, sizi Meta-da Putin — xuylo! məqaləsinin irəli sürülməsinin məqbulluğu ilə bağlı müzakirədə iştirak etməyə dəvət edirəm. yaxşı vəziyyətə gətirmək və onu Vikipediyanın əsas səhifəsində yerləşdirmək Asorev (müzakirə) 12:01, 29 dekabr 2023 (UTC)[cavabla]

Salam. Sizi ilkin olaraq Vikipediya:Seçilmiş məqalə şərtləriAzərbaycan dili ilə tanış olmağa dəvət edirəm. — Bikar müzakirə 12:20, 29 dekabr 2023 (UTC)[cavabla]

Yeni il loqosu redaktə

Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
 

Hərkəsə salam. Təklif edirəm ki yeni il müddətində loqonu 3 günlük (31, 1-2 yanvar) sağdakı ilə dəyişdirək. Fikirləriniz maraqlıdır. Nemoralis (müzakirə) 13:14, 30 dekabr 2023 (UTC)[cavabla]

+  Lehinə: Vaxt itirmədən. Atakhanli (müzakirə) 13:19, 30 dekabr 2023 (UTC)[cavabla]
+  Lehinə: bax bu başqa məsələ :) — Hersoq01 (müzakirə) 13:20, 30 dekabr 2023 (UTC)[cavabla]
Olsun. Araz Yaquboglu (müzakirə) 15:37, 30 dekabr 2023 (UTC)[cavabla]
+  Lehinə: vaxt itirməyə ehtiyac yoxdur. bu gün saat 12-də loqo dəyişdirilsə əla olar. Grenzsoldat 15:52, 30 dekabr 2023 (UTC)[cavabla]
+  Lehinə:Nicat49   müzakirə 16:50, 30 dekabr 2023 (UTC)[cavabla]
+  Lehinə: düşünürəm ki, gecdi. Olsun yenə də. — Bikar müzakirə 16:52, 30 dekabr 2023 (UTC)[cavabla]
+  Lehinə: əladır. — Moses 16:58, 30 dekabr 2023 (UTC)[cavabla]
+  Lehinə:surə m 21:41, 30 dekabr 2023 (UTC)[cavabla]
−  Əleyhinə: Mən vikipediya loqolarının ancaq vikipediya ilə bağlı hadisələrə görə dəyişdirilməsinin tərəfdarıyam.— Şiroi Akuma 22:02, 30 dekabr 2023 (UTC)[cavabla]
+  Lehinə: Vizual olaraq gözəldir məncə həmdə diqqət cəlb edən bir işdir. #AnTi (müzakirə) 22:42, 30 dekabr 2023 (UTC)[cavabla]

Yekunlaşdırma: Qəbul edildi, dəyişdirildi. Atakhanli (müzakirə) 23:10, 30 dekabr 2023 (UTC)[cavabla]

Şərh  Şərh: Vaxtınız xeyir, loqotip əvvəlki vəziyyətinə qaytarıldıqda "Azad Ensiklopediya" söz birləşməsində "E" hərfi kiçik "e" ilə əvəz oluna bilər? "Azad ensiklopediya" olması doğrudur, rus və fin dillərində də qrammatik qayda elə olduğu üçün onlarda da elədir. Məqamı olduğu üçün yazdım, bəlkə nəzərə alınar. Hörmətlə, --IBAnk (müzakirə) 07:38, 3 yanvar 2024 (UTC)[cavabla]

White Demon ilə razıyam, amma düşünürəm ki, lokal vikidir deyə bir çox istifadəçi eyni fikirdə deyil. Bundan əvvəl də keçən il Türkiyədə baş verən zəlzələlər ilə bağlı təklif olmuşdu. Əlavə olaraq, IBAnk da haqlı irad bildirib, viki-səhifələrin başında "Vikipediya, azad ensiklopediya" deyə qeyd edilib. Bəlkə "azad" sözü də kiçiklə qeyd edilməlidir? Digər yandan isə, bu o qədər də vacibdir? Yəni qrammatika qaydalarına uyulması. Vizual baxımdan deyirəm, çünki onsuz da "Vikipediya" sözünün özü də böyük hərflərlə verilib. Hörmətlə, Gadirmüzakirə 16:43, 3 yanvar 2024 (UTC)[cavabla]
Səhifələrdə yazılan "Vikipediya, azad ensiklopediya" ifadəsində "azad ensiklopediya" cümlə üzvünün əlavəsi qismində çıxış etdiyi üçün "azad" kiçiklə yazılır. Loqotipdə söz birləşməsi bir növ alt başlıq (подзаголовок) kimidir, ona görə "Azad" kimi baş hərflə yazılır, "ensiklopediya" kiçiklə. Prinsip etibarilə, əhəmiyyətli bir şey deyil, yəqin, heç kim ona fikir belə vermir, sadəcə, loqotip dəyişildiyi üçün bunu bildirmək istədim. Həmişə sayta daxil olanda illərdir ki, o hissə diqqətimi cəlb edir. --IBAnk (müzakirə) 18:14, 3 yanvar 2024 (UTC)[cavabla]
rus vikini də nəhəng viki hesab etmək olar. onlar da dəyişdiriblər loqosunu və hələ də yeni il loqosundadırlar. zatən azviki də qayıtdı öz loqosuna Atakhanli (müzakirə) 01:25, 4 yanvar 2024 (UTC)[cavabla]
Bunun üçün SVG faylında dəyişiklik etmək lazımdır. Konsensus əldə olunsa və svg hazırlansa dəyişdirmək asandır. Nemoralis (müzakirə) 20:01, 4 yanvar 2024 (UTC)[cavabla]

Təbrik redaktə

Hər kəsi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edirəm. 2024-ün Vikipediya üçün daha uğurlu il olması diləyi ilə Nemoralis (müzakirə) 13:21, 31 dekabr 2023 (UTC)[cavabla]

Mən də bütün icmanı təbrik edirəm. Sülh və məhsuldarlıq diləyirəm :) Atakhanli (müzakirə) 13:24, 31 dekabr 2023 (UTC)[cavabla]
Təbriklərə qoşuluram. — Bikar müzakirə 13:31, 31 dekabr 2023 (UTC)[cavabla]
Mən də hər kəsi bayram münasibətilə səmimi qəlbdən təbrik edirəm. — Araz Yaquboglu (müzakirə) 14:14, 31 dekabr 2023 (UTC)[cavabla]
2024-cü ilin Azərbaycanca vikipediya üçün uğurlu il olması diləyi ilə. 2024-cü il həm də AzVikinin 20 illiyi kimi qeyd olunacaq. Şiroi Akuma 14:39, 31 dekabr 2023 (UTC)[cavabla]
Bütün həmkarlarımı təbrik edirəm. Hamımız birlikdə 2024-cü ildə azvikini zənginləşdirməyə davam edəcəyik.— Sortilegus (müzakirə) 19:02, 31 dekabr 2023 (UTC)[cavabla]
⛄Neçə belə sağlam ruzili illərə, öz adımdan hərkəsin bayramını təbrik edirəm və daha böyük uğurlar qazanmağı arzu edirəm hərkəsə 🎊🎈 Aliyev Johsgun (müzakirə) 21:11, 31 dekabr 2023 (UTC)[cavabla]

Məndə hər kəsi Yeni il münasibətilə təbrik edirəm. Xoş bayramlar :) — Moses 20:29, 31 dekabr 2023 (UTC)[cavabla]

Xankəndinin işğalı redaktə

bu məqalə müzakirə edilib və icma fikir bildirib ki, qalsın. sonra isə müzakirəsiz silinib. fikirləriniz maraqlıdır. məqalə daha öncə də müzakirə edilib. mən mövzunu ensiklopedik və əhəmiyyətli hesab edirəm. məqalənin işlənilməsi üçün bu mövzunu açmışam. Atakhanli (müzakirə) 00:23, 28 dekabr 2023 (UTC)[cavabla]

Ümumiyyətlə, qarışıq mövzudur. Tarixçilərin dəstəyi ilə mənbələr ilə işlənməlidir. Səhv etməyək. Atakhanli (müzakirə) 00:29, 28 dekabr 2023 (UTC)[cavabla]
Məqalə o şərtlə saxlanılmışdı ki, mətninə düzəliş edilsin. Ancaq uzun müddət keçsə də heçbir düzəliş edilmədi. Məqalənin mətninin tərəfli olması və həssas məsələ ilə bağlı olması, Azərbaycanca Vikipediyanın və icmanın nüfuzu üçün ciddi zərbə ola bilər. Ən yaxşısı normal mətnlə yenidən yaradılsın. Turkmen müzakirə 08:00, 28 dekabr 2023 (UTC)[cavabla]
@Atakhanli, əslində Xankəndi, Xocavənd, Əsgəran və Hadrutun işğal tarixi yoxdur. O ərazilər əvvəldən ermənilərin nəzarətində idi deyə rəsmi olaraq işğal tarixləri yoxdu əslində. Xankəndinin işğalı dediyimiz tarix əslində Xankəndinin Kərkicahan qəsəbəsinin işğal tarixidir. samral müzakirə 00:01, 31 dekabr 2023 (UTC)[cavabla]

Vikipediya esseləri əsasən müzakirələrdə qarşı tərəfə "klassik" bir fikri və ya situasiyanı izah edərkən hazır mətnə keçid verib yazmaqdan bir növ yaxa qurtarmaq üçün istifadə edilir. SNS-də ensiklopedikliklə bağlı əsasən də yeni və təcrübəsiz istifadəçilərin iddia tipli arqumentlərini nəzərə alaraq envikidən bu mətni tərcümə elədim və tez-tez istifadə ediləcəyini düşünürəm. Mətnin başa düşülən olması üçün düzəlişlərə ehtiyac olduğunu düşünənlər dəyişdirib daha da inkişaf etdirə bilər. Əsas məqsəd zatən aydın və lakonik şəkildə məğzi izah edən mətndir. surə m 16:55, 30 dekabr 2023 (UTC)[cavabla]

belə şeylərin vecinizə olması çox gözəldir, uğurlar Atakhanli (müzakirə) 18:39, 30 dekabr 2023 (UTC)[cavabla]

Saytda 60 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024