Vikipediya:Kənd meydanı/Arxiv/Oktyabr/2018 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Kənd meydanı/Arxiv/Oktyabr/2018 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Kənd meydanı/Arxiv/Oktyabr/2018

52-ci olduq

Vikipediya bir pillə geri düşərək 52.ci oldu. Təbriklər. -- Babayev  Müzakirə  06:43, 27 sentyabr 2018 (UTC)

Boş şeydir. Bunun heç bir ciddi əhəmiyyəti yoxdur. Bir zamanlar bu prosesi mütəmadi izləyirdim. Sonra anladım ki, əhəmiyyətsiz bir şeydir. --►Cekli829 19:34, 27 sentyabr 2018 (UTC)

Məncə boş deyil. Bu bizim vikipediyanın necə zəif inkişaf etdiyini (və ya etməməyinin) göstəricisidir. -- Babayev  Müzakirə  05:27, 29 sentyabr 2018 (UTC)

Əhəmiyyətli bir şey deyil. Əsas keyfiyyətli məqalələrin olmasıdır. 100 min keyfiyyətli məqaləmiz olsun, 100-cü yerdə olsaq da qəbuldu. --Sortilegus (müzakirə) 18:49, 30 sentyabr 2018 (UTC)
Cekli829Sortilegus ilə razıyam. Və əlavə edirəm ki, əsas məqalə sayı yox, dərinlikdi. O qədər vikilər var ki, 1 milyon, yüz minlərlə məqaləsi var, amma gəl ki, çoxsu 1 cümləlik məqalələr. Mən şəxsən azvikini belə vikilərdən üstün hesab edirəm.--samral müzakirə 18:11, 1 oktyabr 2018 (UTC)

Hərdən yuxarı-aşağı gedirik. Mənim üçün marağlı olan bu deyil. Marağlı odur ki, hazırki templərlə getsək, gələn il Cənubi Azərbaycanca Vikipediya Şimali Azərbaycanca Vikipediyanı məqalə sayına görə keçəcək. Bundan sonra, bu bölmənin Azərbaycanca Vikipediya adlanması lap gülməli olacaq. --Мурад 97 (müzakirə) 19:47, 1 oktyabr 2018 (UTC)

Bir necə il bundan əvvələ qədər sözügedən statistik cədvəli mən də yaxından izləyirdim. 5 idarəçisi olan Cebuan vikipediyası botla yaradılan məqalələrin hesabına gəlib ikinci olandan sonra başa düşdüm ki, həmin statistik cədvəl fiflo bir söhbətdir. Həmin cədvəl həqiqi vikipediyaların gercək keyfiyyətini əks etdirmir. Hər zaman dediyim kimi yunan və yaxud türk vikipediyalarının yolunu getmək lazımdır. 1-2 cümləlik məqalələrin yaradılmasından çəkinmək və zəruri olmadığı halda bu tipli məqalələri yaratmamaq lazımdır. Zamanla hər şey öz yerinə düşəcək. --Baskervill (müzakirə) 22:35, 11 oktyabr 2018 (UTC)
Mənə elə gəlir ki, zaman getdikcə, botlar keyfiyyəti qalxacaq və özümüzü botopediyaların dominasiyası dövründə tapaçağıq. --Мурад 97 (müzakirə) 16:52, 16 oktyabr 2018 (UTC)

YM və SM statusunun alınması

Hər ilin sonundakı kimi, bu il bu məqalələri namizəd etmişəm:

Xahiş edirəm hamı səs versin. --Azerifactory (müzakirə) 16:34, 28 sentyabr 2018 (UTC)

Reminder: No editing for up to an hour on 10 October

12:03, 4 oktyabr 2018 (UTC)

Botlardan statusun alınması

Salam həmkarlar. Hal-hazırda vikipediyada 49 bot var. Onların 4-u islək vəziyyətdədir. Mən təklif edirəm ki qalan botların hamısının statusu alınsın. islek olan botlar

  1. EmausBot
  2. Acebot
  3. MediaWiki message delivery
  4. Xqbot

-- Babayev  Müzakirə  15:16, 14 oktyabr 2018 (UTC)

Baxır hansı lazımlıdır, hansı yox. Futbol klublarına və futbolçulara dair məqalələr üçün bot olsaydı, təbii ki, əla olardı. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€(hail sithis!) 15:28, 14 oktyabr 2018 (UTC)
Statsularının olub və aktiv olmamaları nəsə bir problem yaratmırsa statusları qala bilər. --Araz Yaquboglu (müzakirə) 15:45, 14 oktyabr 2018 (UTC)
Bot statusunu axır vaxtlar heç biz nə veririk, nə də alırıq. Çoxu qlobal botdu. Lokal botlarımız olsa onlara statusu biz verə bilərik. Deyək ki, ancaq azvikidə hansısa dəyişikliklər edən botlar. Qabaq Vago-nun botu vardı məsələn, çox aktiv idi. Ümumiyyətlə, bot sahəsində bizdə bir az qıtlıq var. Amma botlara, xüsusilə mətniçi dəyişikliklər edən botlara ehtiyac böyükdür. Bu qeyri-aktiv qlobal botlar elə bir problem yaratmır. Amma bizim viki üçün statuslarını ala bilərik lazım gələrsə. İndilik qalsınlar məncə. --Sortilegus (müzakirə) 19:50, 14 oktyabr 2018 (UTC)

Azad faylların Vikianbara köçürülməsi

İnterfeys idarəçilərinə müraciət

Salam hərkəsə. Vikipediya:İnterfeys inzibatçılarına müraciət adlı səhifə yaratmışam. İnterfeyslı bağlı müraciətləri ora yaza bilərsiniz.--riman 11:02, 15 oktyabr 2018 (UTC)

Pis fikir deyil.--eldarado 16:10, 19 oktyabr 2018 (UTC)
Pis deyl.--Azerifactory (müzakirə) 02:21, 22 oktyabr 2018 (UTC)

Saytda 136 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024