Vikipediya:Kənd meydanı/Arxiv/Yanvar/2021 Haqqinda Melumat - Vikipedia

Vikipediya:Kənd meydanı/Arxiv/Yanvar/2021 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Kənd meydanı/Arxiv/Yanvar/2021

Bu səhifənin rolu nədən ibarətdir? — Surə 🗯 15:22, 3 yanvar 2021 (UTC)[cavabla]

Sura Shukurlu, böyük ehtimal, en:Wikipedia:Request an account səhifəsinin Azwiki üçün hazırlanması nəzərdə tutulmuş versiyasıdır. --IBAnk (müzakirə) 20:23, 3 yanvar 2021 (UTC)[cavabla]
Salam Sura Shukurlu. Vikipediyada bir IP ilə 24 saat ərzində əlavə olaraq 6 hesab yaratmaq olar (bot hesabları, test hesabları, köməkçi hesablar, yaxud hesabın şifrəsi itirilirsə və s.). Lakin müəyyən həddən sonra sistem buna icazə vermir. Onda yeni istifadəçi hesabına ehtiyacı olan şəxs həmin səhifəyə müraciət edir ki, ona yeni hesab yaradılsın. Bu zaman "account creator/hesab yaradan" hüququna malik istifadəçi həmin şəxsə yəni hesab yaradıb verir. Bu hüquqa OTRS kimi qapalı, yaxud enviki kimi böyük vikilərdə daha çox ehtiyac olur.— Turkmen müzakirə 22:57, 4 yanvar 2021 (UTC)[cavabla]
Turkmen, məlumat üçün təşəkkür edirəm. Onda bu səhifədən istifadəçinin də qeyd etdiyi en:Wikipedia:Request an account səhifəsinə interviki verməliyikmi? Yoxsa başa düşdüyüm üzrə də bu səhifə qeyri-aktivdirmi? — Surə 🗯 07:32, 7 yanvar 2021 (UTC)[cavabla]
Sura Shukurlu bu səhifə indiyədək istifadə edilmədiyi üçün və daha çox vandalizmə məruz qaldığı mühafizə edilir. Yönləndirmə barədə müzakirə açmaq olar. Amma məncə ehtiyac yoxdur. Lazım olduğu təqdirdə mühafizəsini açıb fəaliyyətə başalması mümkündür.— Turkmen müzakirə 21:16, 7 yanvar 2021 (UTC)[cavabla]

Musiqi Ayı redaktə

Ana səhifədə yerləşən Musiqi Ayı şablonunun müddəti 1 dekabr - 31 dekabr 2020-ci il tarixlərində bitmişdir. Amma hələ də qalır. Zəhmət olmasa düzəliş edərsiniz. — Xəyal Haşımov müzakirə 15:05, 7 yanvar 2021 (UTC)[cavabla]

Yanvar ayı üçün mövzulu ay nəzərdə tutulmayıb? — Surə 🗯 08:29, 8 yanvar 2021 (UTC)[cavabla]

Şablon islahı redaktə

Hörmətli həmkarlar hər vaxtınız xeyr olsun! Aşağıda qeyd eddiyim şablonu nəzərdə alın. Bu şablonun birinci sütununu necə birgə sütün edə bilərəm? yanı Süleyman şah Səfəvi adı iki dəfə yerinə bir dəfə, hər iki sələf yerinə yazılsın. Mümkünsə islah olunmuş şablonu aşağıda qeyd edin kopyası ilə həl edərəm. hörmətlə Atro S (müzakirə) 19:24, 11 yanvar 2021 (UTC)[cavabla]

Kənd meydanı/Arxiv/Yanvar/2021
Doğum: 1668 Vəfat: 1726
Hakimiyyət titulları
Sələfləri 
Süleyman şah Səfəvi

 
Səfəvilər imperiyası(صفویان‎) Şahı

1694-1722
Xələfləri 
II Şah Təhmasib
Sələfləri 
Süleyman şah Səfəvi

 
Səfəvilər imperiyası(صفویان‎) Şahı

1694-1722
Xələfləri 
Mir Mahmud Hotaki
(Hotakilər dövləti)
Atro S aşağıdakı kimi bir şablon istəyirsiniz? — Drabdullayev17 (müzakirə) 06:48, 15 yanvar 2021 (UTC)[cavabla]
Kənd meydanı/Arxiv/Yanvar/2021
Doğum: 1668 Vəfat: 1726
Hakimiyyət titulları
Sələfləri 
Süleyman şah Səfəvi

 
Səfəvilər imperiyası(صفویان‎) Şahı

1694-1722
Xələfləri 
II Şah Təhmasib
Mir Mahmud Hotaki
(Hotakilər dövləti)
Drabdullayev17, həmkar, əvvəlcə cavabladığın üçün çox təşəkkür edirəm. Şablonu aşağıda şəkilini atddığım forma dəyişmək istəyirəm. Son sütunun iki sətri olsun. Əvvəl və ikinci sütunlar təkrarlı şəkildə yazılmasın. hörmətlə — Atro S (müzakirə) 14:26, 15 yanvar 2021 (UTC)[cavabla]

(Şəkili paint də dəyişdim)  

Atro S, şəkildə olan forma üçün nisbətən bu şablon uyğun gələ bilər.
Kənd meydanı/Arxiv/Yanvar/2021
Doğum: 1668 Vəfat: 1726
Hakimiyyət titulları
Sələfləri 
Süleyman şah Səfəvi

 
Səfəvilər imperiyası(صفویان‎) Şahı

1694-1722
Xələfləri 
II Şah Təhmasib
Xələfləri 
Mir Mahmud Hotaki
(Hotakilər dövləti)

--IBAnk (müzakirə) 13:39, 16 yanvar 2021 (UTC)[cavabla]

IBAnk həmkar, çox təşəkkür edirəm bəli bu dəqiq mən deyən formasıdır. yaşa.— Atro S (müzakirə) 13:44, 16 yanvar 2021 (UTC)[cavabla]
Atro S, buyurun. --IBAnk (müzakirə) 13:47, 16 yanvar 2021 (UTC)[cavabla]
IBAnk həmkar, bu (Nadir şah) səhifədə dəyiçikliyi apardım və nəticə göründü. çox sağol— Atro S (müzakirə) 15:01, 17 yanvar 2021 (UTC)[cavabla]

Beynəlxaq Vikipediya günü redaktə

Dəyərli həmkarlar, sizləri Beynəlxalq Vikipediya günü münasibətilə təbrik edirəm. — Khidirzada (müzakirə) 03:38, 15 yanvar 2021 (UTC)[cavabla]

Vikipediya 20 il. Hamıya uğurlar. — Araz Yaquboglu (müzakirə) 07:18, 15 yanvar 2021 (UTC)[cavabla]
Vikipediya 20 il. uğurlar. — Atro S (müzakirə) 14:13, 15 yanvar 2021 (UTC)[cavabla]
Uğurlar hər birinizə. — Xəyal Haşımov müzakirə 14:16, 15 yanvar 2021 (UTC)[cavabla]
Hər kəsə uğurlar. — Surə 🗯 14:45, 15 yanvar 2021 (UTC)[cavabla]
Təbriklər və hər kəsə uğurlar— İrövşən (müzakirə) 15:05, 15 yanvar 2021 (UTC)[cavabla]
Təbriklər. --IBAnk (müzakirə) 17:09, 15 yanvar 2021 (UTC)[cavabla]

Mühafizə edilən məqalələrin siyahısı lazımdır redaktə

Dəyərli icma üzvləri. Hazırda Vikipediyada mühafizə edilən məqalələrin siyahısına baxmağım mümkündürsə zəhmət olmasa keçid əlavə edin. Mümkün deyilsə o zaman hazırda hansısa mühafizə edilən bir məqalənin adın qeyd etməyinizi xahiş edirəm. — Vahid Məmmədov (müzakirə) 13:08, 17 yanvar 2021 (UTC)[cavabla]

Vahid Məmmədov, Xüsusi:ProtectedPages burada tam siyahı verilməlidir, sırf məqalələr üçün yuxarıda adlar fəzası hissəsindən məqalələr bölməsini seçmək olar. --IBAnk (müzakirə) 14:00, 17 yanvar 2021 (UTC)[cavabla]
Hörmətli @IBAnk, verdiyiniz məlumata görə təşəkkür edirəm. — Vahid Məmmədov (müzakirə) 14:27, 17 yanvar 2021 (UTC)[cavabla]
Buyurun. --IBAnk (müzakirə) 14:42, 17 yanvar 2021 (UTC)[cavabla]

Mövzulu aylara marağın azalması və VikiLayihələr redaktə

Hərkəsə salamlar. Düşünürəm ki, vikiicma son aylarda, hətta, demək olar ki, son bir ildə keçirilən mövzulu aylarda iştirakın o qədər yüksək səviyyədə olmadığını görür. İndidən sonra da, keçirilən mövzulu ayların bundan çox da fərqli olacağını düşünmürəm. (Əlbəttə, çox xüsusi bir mövzu diqqət cəlb edə bilər.) Beynəlxalq müsabiqələr xaricində, Mövzulu ay layihəsinin dayandırılmasını təklif edirəm. Onun yerinə aktiv istifadəçilər tərəfindən müəyyən mövzularda VikiLayihələrin yaradılması vikipediyaçıların həvəsini artıra bilər. Yaxın günlərdə VikiLayihə İqtisadiyyatı yaratmağı düşünürəm. Bu vəsiləylə, indən bu mövzuda redaktə etməyə maraqlı olan üzvləri dəvət edirəm.

Digər istifadəçilərin də mövzuyla bağlı fikirləri çox maraqlıdır. Hörmətlə:AfraimMammadov (müzakirə) 19:11, 21 yanvar 2021 (UTC)[cavabla]

Düşünürəm ki, bir müddət hazırki Mövzulu ay formatına ara verib daha sonra fərqli şəkildə təşkil edək. Planlayırıq ki, fərqli dil bölmələri ilə davamlı olaraq layihələr həyata keçirək. Bildiyiniiz kimi bəzi beynəlxalq layihələr mövcuddur hazırdı, VikiBahar, Viki Qafqazı sevir, Türk marafonu və s. Digər boş qalmış aylarda da fərqli dil bölmələri ilə ortaq müsabiqələr təşkil edib hər il davamalılığını təmin etməyi düşünürük. Təklif və tövsiyələriniz varsa buyurun. Hörmətlə — eldarado 10:17, 22 yanvar 2021 (UTC)[cavabla]
Mövzulu ayın saxlanılması yaxşı olardı, sadəcə, müəyyən qədər formatını dəyişməklə bəlkə də aktivliyi artırmaq olar. Məsələn, əvvəlki mövzulu aylarda yaradılmamış məqalələri bir yerə yığaraq ayrıca layihə hazırlamaq. Həmçinin, istifadəçilər üçün mövzu seçimini sərbəst etmək olar. Bir də en:Template:Core topics əhəmiyyətli siyahıları özündə birləşdirir, Vikipediya:1000 məqalə üzrə tamamlanmayan məqalələr var, ru:Википедия:Список статей, которые должны быть во всех языковых версиях/10000 10000 məqalə barəsində də düşünmək olar, həmçinin, Xüsusi:QısaSəhifələr əsasında məqalələrin həcminin və keyfiyyətinin genişləndirilməsinə aid layihələr də hazırlamaq olar. Hörmətlə, --IBAnk (müzakirə) 10:21, 23 yanvar 2021 (UTC)[cavabla]
Eldarado, əgər belə bir plan varsa, çox gözəl. IBAnk ilə tamamilə razıyam. Hətta, bu siyahıya Xüsusi:AncientPages-i də əlavə etmək olar. Vikipediyanın ilk illərində yaradılan məqalələrin, demək olar ki, böyük bir qismi, ya ensiklopedik deyil, ya da qaralama halındadı.AfraimMammadov (müzakirə) 21:42, 23 yanvar 2021 (UTC)[cavabla]
Mövzulu aylarda çox vaxt sadəcə məqalə yaradılması nəzərdə tutulur. Fikrimcə Mövzulu aylarda yuxarıda istifadəçilərin də qeyd etdiyi xüsusi səhifələri də əlavə etmək lazımdır. Yəni verilən Mövzulu ay üçün həmin mövzudakı məqalələrin təkmilləşdirilməsi, siyahı və şablonların yaradılması da nəzərdə tutulmalıdır. Daha əvvəl də dediyim kimi bu kimi məqalələri təkmilləşdirən istifadəçi onsuz da məzmunu silib yenidən "yaradır" səhifəni. Plus məncə şablonların yaradılması da olduqca məqsədə uyğundur. Mövzulu ayı daha əhatəli hala gətirmək lazımdır. — Surə 🗯 07:25, 24 yanvar 2021 (UTC)[cavabla]
Hər kəsə salamlar. Fikirimcə mövzulu ayın seçimində diqqətli olmaq lazımdır. Əlbətdə ki, dekabr ayını musiqi ayı etdikdə maraq da fəaliyyət də az olmalı idi. Müharibədən yeni çıxmış dövlətin dilində musiqi ayı yox, hərbi ayı keçirilsə idi istədiyimiz yüksək nəticəni almaq mümkün olardı.— Patriot Kor (müzakirə) 17:15, 24 yanvar 2021 (UTC)[cavabla]

Şəxsi məlumatların Vikipediyada yayımlanması redaktə

Hər kəsə salam. Buradakı bəzi həmkarlar məni realdan tanıyır, bəziləri isə kimliyimi də bilmir. İllər əvvəl "Haqqımda" başlığı ilə açdığım səhifə bu yaxınlarda mənim xahişim ilə müəyyən bir admin tərəfindən silinib. Məni tanıyanlar bilir ki, azyaşlıyam və o səhifəni açanda yaşım daha da az idi. Azərbaycanca Vikipediyada bu günəcən ad-soyadın açıqlanması hansısa problemə gətirib çıxarmayıb. Buna səbəbdən də özləri haqqındakı şəxsi məlumatları yaymağa razılığı legitim hesab olunmayan azyaşlı istifadəçilərin Azərbaycanca Vikipediya idarəçiliyi tərəfindən müdafiəsi tətbiq olunmayıb, çünki praktik məsələ deyil. Amma İngiliscə Vikipediyada bu tətbiq olunur. Bu yaxınlarda İngiliscə Vikipediyada erməni istifadəçilər tərəfindən mənim bloklanmağım üçün başlıq açılmışdı, bir müddət normal müzakirə aparılmışdı. Lakin müraciət anidən təhlükəli formaya çevrildi və ermənilər AzVikidə adımı, soyadımı və yaşımı qeyd etməyimdən sui-istifadə edərək mənim çoxlu sayda şəxsi və özəl məlumatlarımı, o cümlədən sosial şəbəkə hesablarımı və Vikipediyadan kənar fəaliyyətimi mənim icazəm olmadan yaydılar. Belə bir hal Azərbaycanca Vikipediyada yaşanmayıb və azyaşlı olduğumdan bunun istismar edilərək onlayn bullinq aparatına çevrilməsini gözləmirdim. Mənim adım, daha sonradan adım və soyadım uzun müddət istifadəçi imzam kimi işlənmişdir. Bunları serverdən birdəfəlik silmək mümkündürmü? Həmçinin, gələcəkdə belə halların yaşanmaması üçün İngiliscə Vikipediyadakı azyaşlıları müdafiə edilməsi üsulu bura daşınması yaxşı seçim olmazmı? --► Hörmətlə: SolaVirum 04:54, 25 yanvar 2021 (UTC)[cavabla]

Vikipediyada heç bir şey silinmir. Silinən məqalələrin tarixçəsindəki tarixlərə belə baxmaq olur. Amma Nəzarətçi (oversight) deyə bir hüquq var ki həmin məlumatı hərkəsdən gizlədə bilir.— NMW03 (müzakirə) 01:16, 1 fevral 2021 (UTC)[cavabla]

Moving Wikimania 2021 to a Virtual Event redaktə

Wikimania's logo. 

Salam. Apologies if you are not reading this message in your native language. Zəhmət olmasa dilinizə tərcümə etməyə kömək edin. Təşəkkür!

Wikimania will be a virtual event this year, and hosted by a wide group of community members. Whenever the next in-person large gathering is possible again, the ESEAP Core Organizing Team will be in charge of it. Stay tuned for more information about how you can get involved in the planning process and other aspects of the event. Please read the longer version of this announcement on wikimedia-l.

ESEAP Core Organizing Team, Wikimania Steering Committee, Wikimedia Foundation Events Team, 15:15, 27 yanvar 2021 (UTC)

Bütün vikipediya istifadəçilərini buna münasibət bildirməsini rica ediəm. Siyahının tərtib olunmasından xoş hal olsamda məqam gəlib Katarovəng monastırına çatanda bunlara şahib oldum:

"  2000-ci illərdə ermənilər tərəfindən təmir edilən abidənin orijinal dam örtüyü və fasad elementləri dəyişdirilmişdir. İkinci Qarabağ müharibəsində Ziyarət dağının Azərbaycan Ordusu tərəfindən azad edilməsindən sonra abidəyə zərər yetirilmişdir. Sosial şəbəkədə naməlum Azərbaycan əsgəri tərəfindən yayımlanmış videoda monastırın dağıdılmış giriş qapısı və abidə ətrafında dağıdılmış xaç daşlar görünür " 

Bu yazı dəhşətli feyil gətirilən istinad həqiqətəndə bərbatdır. rus və erməni propaqandasına uyğun olan bu saytdan istinad özü elə neytrallığı pozmaqdır.İstinaddan sitat gətirəm:

"  Руки азербайджанских варваров добрались и до Дизапайта.. Yəni Azərbaycan barbarlarının əlləri Disapayta çatdı " 

. Da davam etməyə ehtiyac yoxdur. Deyək ki, münaribə zamanı kilsənin strateji əhəmiyyəti səbəbindən alınması şiddətli döyüşlərə səbəb olsun. Nəticədə isə tikili zərər görə bilər. Bu mümkündür. Ancaq hörmətli Sefer azeri bəyin bu İkinci Qarabağ müharibəsində Ziyarət dağının Azərbaycan Ordusu tərəfindən azad edilməsindən sonra abidəyə zərər yetirilmişdir tərzdə yazı yazması o anlama gəlir ki, bu kilsə bilərəkdən dağıdılmışdır. Azərbaycan mədəniyyətinə aid məscid, hətta qəbr daşlarının dağıdılıb sümüklərinin çıxarılmasına nə ad verməliyik bilmirəm. Ru vikidə Bülbülün viran qoyulmuş ev muzeyi və büstünün şəkili altında

"  Дом-музей и бюст певца Бюльбюля, повреждённые в результате Карабахской войны, yəni Qarabağ müharibəsi nəticəsində zədələnən müğənni Bülbülün ev muzeyi və büstü " 

yazılıb. Siz seçilən ifadəyə baxın zədələnən. Mən bu ifadəni ermənilər tərəfindən dağıdılmış olaraq dəyişdikdikdə, dərhal ru vikidə erməni adminlər, siz qaydaları pozursunuz, bu tərzinizdən əl çəkin yoxsa bloklanacaqsınız deyə bildirdilər. Mən hər halda faktı yazmışam, yalan yazmamışam. Azərbaycan dilli istinadları isə qəbul etmirlər. Bunu yazmağımın məqsədi odur ki, ru saytlarının Qarabağ və Azərbaycan-Ermənistan münasibətlərinə aid yaydsığı məlumatların çoxunun tərəfli olmsı səbəbindən etibarsız elan edilsin. Yoxsa hörmətli Səfər bəy kimi istifadəçilər bilərəkdən və ya bilməyərəkdən bu istinadlara yönlənməklə insanlara doğru olmayanları həqiqət olaraq sırıyacaq.— Q🅾⚓Ç🅾Ⓜ🅰Q 20:29, 27 yanvar 2021 (UTC)[cavabla]

Hörmətli, Qolcomaq. Azərbaycan vikipediyasında tərəfsiz kimi görünüb, tərəfli olan o qədər məqalə var ki. Məndən daha təcrübəli istifadəçisiz, yəqin çoxunu siz də görmüsüz. Biz özümüz üçün istədiyimiz mənbələrə əsaslanan məqalələr yaza bilərik, ancaq fakt fakt olaraq qalmaqdadı. İstinad verilən video, demək olar ki, bütün sosial şəbəkələrdə yayılıb və biz əksini iddia etsək də, bu baş verib. İndi bizim etməli olduğumuz şey ermənilərin də bu kimi aktlarını bir araya toplamaq və bunu həm ruviki, həm də envikidə paylaşmaqdı. Məncə, Sefer azeri də bunu edir. Ən azından mən belə düşünürəm. Çünki belə bir məqalə sadəcə bizim etdiklərimizi yox, qarşı tərəfin də cinayətlərini göstərəcək. Bu baxımdan məqaləni uğurlu hesab edirəm. Əlbəttə, yazı stilini dəyişmək olar, ancaq məzmun olaraq tərəfsizdi və belə də qalmalıdı.
O ki qaldı digər vikipediyalara, orada ermənilərin aktiv olmağı və bizə qərəz güdməkləri bilinən bir şeydi. Orada sadəcə hüquqi sənədlərə əsaslanan mövzularda mübarizə apara bilirik. Tarixi mövzularda isə leyhimizə peer-review jurnallarda düzgün əməlli məqalələrin olmaması əlimizi zəiflədir. Misal üçün Zəngəzur, Şamaxı, Ağdaban qırğınları ilə bağlı, demək olar ki, bir dənə olsun xarici mənbə yoxdu. Əgər görən-bilən varsa, xaiş edirəm maillə mənə də göndərsin. Bu o demək deyil ki, bu hadisələr baş verməyib, sadəcə əlimizdə tutarlı faktlar yoxdu. Bu da kimin günahıdı, bilmirəm. Ümidvaram, özümü düzgün ifadə edə bildim. Hörmətlə: AfraimMammadov (müzakirə) 22:08, 27 yanvar 2021 (UTC)[cavabla]
Məqaləyə görə müəllifə təşəkkürlər. Tərcümə edəcəm ingilis dilinə. --► Hörmətlə: SolaVirum 09:54, 28 yanvar 2021 (UTC)[cavabla]
Son aylarda (bir ilə yaxındı) işlərimlə əlaqədar vikiyə çox az vaxt ayıra bilirəm. Əvvəl ayda 4-5 yaxşı məqalə hazırlayırdımsa, indi ortabab bir məqaləni yazmaq, tərcümə eləmək filan 2-3 həftə çəkir. Ona görə, mümkün qədər müzakirələrdən uzaqlaşaraq vaxtımı daha çox məqalə redaktəsinə sərf etməyə çalışıram. Yaratdığım siyahının Qolcomaq tərəfindən bu cür mənfi qarşılanması məni çox məyus edir. Bir çox vikipediyaçılar çoxdan məni şəxsən tanyır və bilirlər ki, qətiyyən dinlə əlaqəsi olan bir adam deyiləm. Mənim üçün məscid də, kilsə də, eləcə də digər abidələr memarlıq və tarixi dəyərinə görə əhəmiyyət daşıyır. Hesab edirəm ki, etnik və konfessional mənsubiyyətindən asılı olmayaraq, işğaldan azad edilmiş ərazilərdəki bütün abidələr Azərbaycan irsinə aiddir, bizim abidələrimizdir, bizim kilsələrimiz, monastırlarımız, məscidlərimiz, qalalarımız, saraylarımız, ev və malikanələrimizdir. "Onlar bizim qəbirləri dağıdıb gəlin biz də onların qəbirlərini dağıdaq" prinsipinin tamamilə yanlış və xalqımıza yaraşmayacaq mövqe olduğunu düşünürəm. Əgər hardasa tarixi və ya memarlıq əhəmiyyəti olan bir abidə dağıdılır, zədələnirsə, utanmadan, çəkinmədən bu haqqda bəhs etməli, vandalizmi pisləməliyik. Ziyarət dağındakı monastırın adı Moisey Kalankatlının "Alban ölkəsinin tarixi" əsərində çəkilir. Abidə heç vaxt azərbaycanlı alimlər tərəfindən araşdırılmayıb. Bu cür dəyərli abidənin araşdırılması bir çox məsələlərdə Azərbaycanın mövqeyini möhkəmləndirə bilər. Elmi yanaşmaqdansa, qədim kitabələri və qəbirləri dağıtmaqmı yaxşıdır? Linki itirməyim deyə Katarovəng monastırı ilə bağlı məlumatı daha tez əlavə etmişəm. Məscidlərimiz və digər abidələrlə bağlı da əlimdə xeyli məlumatlar var. İmkan tapdıqca onları da siyahıya əlavə edəcəm. Hələ ki, siyahı üzərində işi yekunlaşdırmamışam. Hörmətlə — sefer azeri 17:52, 28 yanvar 2021 (UTC)[cavabla]
Hörmətli Sefer azeri bəy siyahını deyil gətirdiyiniz istinadı mənfi qarşılayıram. İstinatda Azərbaycanlı barbarlar (vəhşilər) deyə ifadələr vardır. Bu isə milli heysiyyata toxunmaqdır. Viki qaydalara görə isə milli ayrı seçkilik anlamına gəlir. Ən azından neytrallığı pozur. Birdə bu ermənilərin propaqanda maşını xidməti yerinə yetirən bir saytdır. Neytrallıq deyilən bir şey yoxdur. Sizinsə yazdığınız siyahını bu istinad istisna olmaqla yüksək qiymətləndirirəm. Buna görə sizə təşəkkürümü bildirirəm. Amma istinad məqalədən götürülməsə və ya erməni tərəfin fikirləri olaraq təqdim olunmasa (ermənilərin iddiasına görə sözləri əlavə olunmasa) silmək məcburiyyətində qalacam. Hörmətlə— Q🅾⚓Ç🅾Ⓜ🅰Q 18:11, 28 yanvar 2021 (UTC)[cavabla]
Hörmətli Qolcomaq, Katarovəngdəki vandalizmlə bağlı başqa istinad tapıb, həmin istinadı silə bilərsiz, problem yoxdu. Bir də, Laçından kömək ermənilər Sisərnəvəng monastırı ərazisindəki qədim xaçdaşları və bədii tərtibatlı məzar daşlarını, həmçinin Həmzə Sultan sarayının həyətində Qaraqoyunlu-Ağqoyunlu dövrünə aid daş at və qoyun heykəllərini də özləri ilə aparıblar. Yeni ildən sonra sosial şəbəkələrdə bu abidələrin yük maşınlarında daşınmasını əks etdirən video və fotolar yayılmışdı, indi həmin məlumatları tapa bilmirəm. Bu vandalizmlə də bağlı mənbə tapmağa kömək etsəz minnətdar olaram. Hörmətlə — sefer azeri 19:02, 28 yanvar 2021 (UTC)[cavabla]
Salam hər kəsə. Türkmənçay müqaviləsi haqqında rus dilində oxuyurdum. bizim Erivan və Naxçıvan xanlıqlarımızı Ermənistan adlandırırlar. Özüm tarix sahəsinin adamı deyiləm, dedim, sizlərlə bölüşüm, bəlkə, düzəliş edə bilən olar. Hörmətlə — İstifadəçi:Fidan VFAJ 13:49, 03 mart 2021 (UTC)[cavabla]
@Sefer azeri, bəlkə məqalənin adından Birinci və İkinci sözlərini çıxaraq? Belə olsun: Qarabağ müharibələri zamanı dağıdılmış tarix-memarlıq abidələri və muzeylərin siyahısısamral müzakirə 16:47, 3 mart 2021 (UTC)[cavabla]

Project Grant Open Call redaktə

This is the announcement for the Project Grants program open call that started on January 11, with the submission deadline of February 10, 2021.
This first open call will be focussed on Community Organizing proposals. A second open call focused on research and software proposals is scheduled from February 15 with a submission deadline of March 16, 2021.

For the Round 1 open call, we invite you to propose grant applications that fall under community development and organizing (offline and online) categories. Project Grant funds are available to support individuals, groups, and organizations to implement new experiments and proven ideas, from organizing a better process on your wiki, coordinating a campaign or editathon series to providing other support for community building. We offer the following resources to help you plan your project and complete a grant proposal:

Program officers are also available to offer individualized proposal support upon request. Contact us if you would like feedback or more information.

We are excited to see your grant ideas that will support our community and make an impact on the future of Wikimedia projects. Put your idea into motion, and submit your proposal by February 10, 2021!

Please feel free to get in touch with questions about getting started with your grant application, or about serving on the Project Grants Committee. Contact us at projectgrants

Kənd meydanı/Arxiv/Yanvar/2021

wikimedia.org. Please help us translate this message to your local language. MediaWiki message delivery (müzakirə) 08:01, 28 yanvar 2021 (UTC)[cavabla]


Saytda 102 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024