Vikipediya:Təkliflər Haqqinda Melumat - Vikipedia

Vikipediya:Təkliflər Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Vikipediya:Təkliflər

Vikipediya təklif səhifəsi redaktə

Bakı metro xəritəsi şablonu redaktə

 

Bu şəkildən kim şablon yarada bilər ({{Kanadanın inzibati bölgüsü (xəritə)}} şablonu kimi olsun)? --Мурад 97 21:30, 12 avqust 2011 (UTC)[cavabla]

HulaguKaanın təklifi redaktə

Salam. Halhazırda adı "Kataloniya" olan səhifədə dəyişiklik etməyə çalışdım. Belə ki, fikimcə düzgün adlandırma "Kataluniya"dır. Çünki bu ad, həm katalanca həm də ispancada "Katalunya" (Catalunya, Cataluña) şəklində oxunur. Kataloniya deyilməsini hörmətli yazarlardan açıqlayan olsa daha anlaşıq olar. Təşəkkürlər.


Abbasbeyliın təklifi redaktə

Salam. Elvin ABBASBƏYLİ, sinxron tərcüməçiyəm (azərbaycan,fransız,rus,ingilis dilləri üzrə). Təklifim xarici dillərdə olan məqalələrin azərbaycan dilinə tərcüməsidir (xüsusən də elmi,siyasi,iqtisadi). Təəssüflər olsun ki, ana dilimizdə terminologiya qıtdır. Mən bunun gündəlik işimdə şahidi oluram. Hansısa elmi,texniki terminin VİKİPEDİYAda azərbaycan variantını axtaranda tapmaq olmur. Gürcü və erməni dillərində daha çox məqaləyə rast gəlinir. Yuxarıda sadaladığım sahələrin mütəxəsissləri xarici dillərdən məqalələri tərcümə edə bilərlər, çünki azərbaycan dilində o sahəyə aid olan terminləri onlar hər gün işlərində istifadə edirlər. Bu gələcəkdə dilimizin güclü terminoloji bazasının yaradilmasına xidmət etmiş olar.

Vüsalın təklifi redaktə

Hər yerdə, hətta Vikipedianın ana səhifəsində belə, "azərbaycanca" əvəzinə "Azərbaycan" yazılıb. Burada ölkənin adından yox, dilin adından söhbət gedir. Söhbət gedən yerlərin adi istifadiçilər tərəfindən redaktə edilməsi mümkün deyil deyəsən. Ona görə də, cavabdeh şəxslərin bunu ən qısa zamanda düzəltməsini xahiş edirəm. — Bu imzasız yazı 217.14.105.63 (m) tərəfindən əlavə edilib; 15:56, 14 İyun 2008 (UTC)

Razıyam. Mənə də heç vaxt bu çatmayıb. Elə MS Vistanın azərbaycanca olan versiyasında da yazılırdı (əvvəl) "Azərbaycan". Azərbaycanca qeyd edilməlidir. Məncdə "Azərbaycan dili" də uzun-uzadı şeydir və sırf tərcüməyə uyğun deyil. Azərbaycan dili - qeyd etmək olar, çevirəndə isə biz azərbaycancaya çeviririk. İdarəçilərin reaksiyasını gözləyirəm. --Proger 09:41, 28 dekabr 2009 (UTC)[cavabla]
Belə başa düşdüm ki, Vüsal adlı istifadəçi Azərbaycan Vikipediyası əvəzinə Azərbaycanca Vikipediya yazılmasını təklif edir. Proger, bəs sənin təklifin nədən ibarətdir. Konkret misal göstərsən daha dəqiq cavab vermək mümkün olar. Wertuose 13:24, 28 dekabr 2009 (UTC)[cavabla]

Zahirin təklifi redaktə

Yaxşı olardı ki, ensiklopediya daha da zenginləşsin. Məncə hele de kasıblığı hiss olunmaqdadır. --Zahir 08:31, 12 May 2007 (UTC)

Niyyətlərimiz eynidir. bizdə çalışırıq ki, Azərbaycan dilində neytral və geniş virtual baza yaradaq. Bunun üçün görüləsi işlərimiz hələ çoxdur. Yaxın məqsədimiz məqalə sayını 10000-ə çatdırmaq. Bu işdə hamının köməyinə ehtiyacımız var. Mümkünsə tanışlarınızada Az-viki haqqında məlumat verin, onlarıda cəzb edin. --A_M_D m-f 08:42, 12 May 2007 (UTC)

Zergeroglunun təklifi redaktə

Salam! Azərbaycana aid səhifədə bayramlardan sonra 20 yanvar – Ümumxalq kədər günü (Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi) əlavə edilməlidir.

--İstifadəçi:Zergeroglu

Hansı səhifədə? Bu flash nə dərəcədə doğru, bakıya desant atılmağını birinci dəfədir ki eşidirəm--A_M_D m-f 16:10, 18 May 2007 (UTC)

Desant atılıb və yaxud atılmayıb bu barədə bir söz deyə bilmərəm. Mən demirəm bu flash-i Azərbaycan səhifəsində yerləşdirək. Ancaq Azərbaycan səhifəsində bayramlardan və dini bayramlardan sonra ayrıca başlıqla Ümumxalq kədər günü yazılmalı və 20 Yanvar -– Ümumxalq kədər günü,( xalq arasında Qanlı Yanvar və yaxud Qara Yanvar kimidə işlənir) mütləq qeyd edilməlidir.Bu bizim tarixdir. Azərbaycanda təqvimində qara hərflə 20 Yanvar qeyd olunur və həmin gün iş günü hesab edilmir. -Hörmətlə --İstifadəçi:Zergeroglu

Mən başa düşürəm ki, bir azərbaycanlı kimi hamımız çalışırıq ki, tariximizdəki bu cür hadisələrin daha üzdə olmasını təmin edək, onları təsirli bir şəkildə çatdıraq. Buna heç bir etirazım yox, əksinə tərəfdarıyam amma vikipediya ensiklopediyadır və biz çalışmalıyıq ki, burada yazılan yazılar maksimum ensiklopedik və tərəfsiz olsun. Necə uyğun görürsünüzsə elə də edin, şəxsən mənim etirazım yoxdur, digərlərini deyə bilmərəm.--A_M_D m-f 17:03, 21 May 2007 (UTC)

Kateqoriyaların dəyişdirilməsinə dair Rezonun təklifi redaktə

Salamlar,

mən ana səhifədəki bəzi kateqoriyaları aşağıdakı kimi qruplaşdırmağı təklif edirəm. Məncə bu şəkildə qohum olan sahələr bir kateqoriyada daha yaxşı birləşmiş olarlar. Bundan əlavə kateqoriya və altkateqoriyaya aid olan sözlərin eyni səviyyədə çıxışının qarşısı alınar. Məsələn, "Riyaziyyat və Elm", "Riyaziyyat və Tənlik" və.s. Aşağıda dəyişikliklər kursivlə göstərilmişdir.

  • Texnika və Texnologiya

Alətlər • Avtomatika • Biotexnologiya • QurğularElektrotexnika • İnformasiya texnologiyası • Yüksək texnologiya • Kompyuter • Memarlıq • Mühəndislik• Nəqliyyat• Telekommunikasiya

  • Elm və Təhsil

Astronomiya • Biokimya • Biologiya • Ekologiya • Fizika • Həndəsə • Geologiya • Kimya • Kosmos • Riyaziyyat • Statistika •Texniki elmlər Təhsil • Tibb

Mənim üçün anlaşılmaz qalan sahələr var. Ekologiya, Biologiya kimi elmlər təbiət elmləridir. Yəni həm təbiətə həm də elmə aidiyyatları var. Ona görə də bu düzəlişi düzgün hesab etmirəm.--A_M_D m-f 08:26, 7 yanvar 2008 (UTC)[cavabla]
Ekologiya və Biologiya və başqa təbiət elmləri də "Elm" kateqoriyasının alt kateqoriyasına daxil edilə bilər.Burada "Təbiət" ilə "Təbiət elmləri"ni qarışdırmaq lazım deyil. Əgər mən hər hansı canlıdan sohbət açıramsa bu təbiət kateqoriyasına, əgər canılarda hər hansı bir prosesi elmi üsullarla araşdırıramsa bu "Təbiət elmlərinə" aid edilə bilər.Rezo 09:58, 7 yanvar 2008 (UTC)[cavabla]
Təbiət kateqoriyasının Coğrafiyanın yanına olmaqdansa təbiət elmlərinin yanında olması mənə daha məntiqli görünür. Digərlərinin passivliyini başa düşə bilmirəm--A_M_D m-f 15:59, 11 yanvar 2008 (UTC)[cavabla]
  • Coğrafiya və Təbiət

Xəritələr • İqlim • Qəsəbələr • Qitələr • Kəndlər • Mağaralar • Okeanlar • Ölkələr • Rayonlar • Şəhərlər • Vilayətlər• Təbiət

Təbiətin bura gətirilməsinə dair yuxarıda qeyd etmişəm.--A_M_D m-f 08:26, 7 yanvar 2008 (UTC)[cavabla]
Buradakı Təbiətin elmlə bir başa əlaqəsi yoxdur.Rezo 09:58, 7 yanvar 2008 (UTC)[cavabla]

Rezo 21:22, 6 yanvar 2008 (UTC)[cavabla]

Mən də öz təkliflərimi verim - Ana səhifədəki kateqoriyalarla bağlı. Əvvəlcədən onu qeyd edim ki, burda Ana səhifədə "Elm" ümumiyyətlə silinib atılmalıdır. Ədəbiyyat da elmin bir sahəsidir, Tarix də, Riyaziyyat da, Sosiologiya da və s. və i.a. da. Hələlik "Mədəniyyət" və "İncəsənət" ilə bağlı təklifərim -"Ədəbiyyat", "Rəsm, "Teatr", "Kino", "Musiqi", "Adət-ənənələr", "Mətbuat", "Kulinariya".

"İdman" ayrı kateqoriya olsa, yaxşı olar.--Sortilegus 23:46, 11 yanvar 2008 (UTC)[cavabla]

ElmTəbiət sözləri məncə istəniləni açıq ifadə etməyən sözlərdir. Elm çox geniş mənası var, hər şey elmdir, taix də, politoloqiya da vəs. Bunun yerinə halhazırda var olan, Riyaziyyat, Elm və Təbiət kateyoriyasını Dəqiq Elmlər olaraq dəyişdirək. Bu söz ordaki bütün alt kateqoriyaları əhatə edir. Təbii texnika və texnologiya da dəqiq elmdir ancaq geniş olduğu üçün bu kateqoriyanın altında deyil, ayrıca verilməsində fayda var. Bu baxımdan ana səhifəyə ən az bir neçə məqaləyə sahib kateqoriyaların qoyulmasını təklif edirəm. Ailə kateqoriyasında heç nə yoxdur məsəl üçün, onu ordan qaldıraq deyərdim mən. Oraya məqalə təsnif olduqca ana səhifəyə çıxarılar. -Aruzmzkrfəalyt12:34, 12 yanvar 2008 (UTC)[cavabla]

Kateqoriyaların qaldırılması redaktə

Men teklif edirem ki, ana sehifeden kateqoriyalar umumen yigisdirilsin. Cunki sehv fikir yaradir. Evveller ana sehife bos durmasin deye butun kicik vikilerde ana sehifeye kateqoriyalar yerlesdirirdiler. Viki bouyudukce ana sehifeye qoymali seyler de artir. Bizde de yavas-yavas ele olmalidi. Ona gore de gelin basqa bir sey qoyaq. --TimBitsتِمبِتس 01:54, 12 yanvar 2008 (UTC)[cavabla]
Məncə əsas kateqoriyaların ana səhifədən tam yığışdırılması məqsədəuyğun olmazdı. Cünki,Vikipediya bir ensiklopediyadır, onun önündə bir "mündricatın" olması yaxşı olardı. Bu daha çox yeni məqalələrin yazılmasında onların qruplaşdırılmasını asanlaşdırar, esiklopediyada aydın başa düşülən strukturun yaradılmasına xidmət edər. Əks halda bu ensiklopediya qarışıq informasiya toplusuna çevrilə bilər. Ona görə də, ana səhifədə bütün sahələrin bir neçə başlıq altında qruplaşdırılması arzu olunandır. Bunun necə edilməsini isə biz özümüz burada razılaşdıra bilərik. Onu da nəzərdən qaçırmaq lazım deyil ki, azərbaycan ədəbi və texniki dili yaxşı-pis müəyyən bazaya və məntiqə malikdir. Belə məsələlərin həllində subyektiv fikirlərə qapılıb bunu da nəzərdən qaçırmaq yaxşı olmazdı.Rezo 10:02, 12 yanvar 2008 (UTC)[cavabla]
Mən kateqoriyaların ana səhifədən yığışdırılması tərəfdarı deyiləm. Məncə istifadəçinin marağını çəkir bu və yaxşı görünür. Ancaq ana səhifədə dəyişiklik etmək lazımdır, orada həmfikirəm. Kateqoriyaları və bacı layihələri biraz aşağı çəkib, kiçildib ana səhifəni biraz daha göz oxşayan şəklə gətirmək lazımdır düşünürəm. Bu barədə fikrimi daha ətraflı başqa başlıq altında açıram bu səhifədə.
O bir tərəfdən kateqoriyanın ana səhifədən çıxardılması onların bütüylə qaldırılması ilə qarışdırmaq lazım deyil. Təbii ki, kateqoriyaların bütünüylə ləğv edilməsi olmaz.-Aruzmzkrfəalyt12:34, 12 yanvar 2008 (UTC)[cavabla]

Böyük vikilərin çoxunda ana səhifədə kateqoriyalar yoxdur. Hansısa qarışıqlıq yarandığını görməmişəm bunun üçün. Kateqoriyalar əlbətdə yenə də qalacaq amma hökm deyil ki, ana səhifədə olsun. Onsuz da ana səhifəyə qoymalı şeylər çoxaldıqca bizə yer lazım olacaq. Mən bunun üçün demişdim. İndiyə qədər iki ildən çoxdu vikipediyadayam amma ana səhifədəki kateqoriyalardan istifadə etdiyim yadıma gəlmir. Amma kimsə lazım bilirsə qalsın, sadəcə məncə lüzum yoxdur. --TimBitsتِمبِتس 02:58, 15 yanvar 2008 (UTC)[cavabla]

Ana səhifəyə şəkil redaktə

Istifadəçi kasıbçılığını nəzərə alaraq, və yeni istifadəçilərin və ümumiyyətlə oxuyucunun marağını çəkmək üçün ana səhifəyə Ayın vəya çatdırabiliriksə Həftənin Şəkli başlığı altında digər vikilərdən featured image oğurlayaq. Ana səhifəni rəngləndirmiş olarıq. Fərqindəyəm ki, bu biraz şəkilçilik eləməkdir, çox içi dolu iş deyil, ancaq bugün üçün əldən gələn budur düşünürəm, bu qədər az istifadəçi ilə. Şəkilləri də, fəal şəkil seçilməsi səhifəsin altında bir həftəlik bir müzakirədən sonra çıxardaq. -Aruzmzkrfəalyt12:45, 12 yanvar 2008 (UTC)[cavabla]


Ana səhifədə ərəb əlifbası ilə əlaqədar açıqlama redaktə

AMDnin dedikləri və özümün də gördüyüm budur ki, bəzi AR istifadəçiləri (bunlara cahil deyəcəm izninizlə) bu nədi eee, niyə ərəbcə yazıllar burda eee kimi fikirlər ifadə edirlər. AR istifadəçilərin bu cahilliyini biraz azaltmaq üçün burada niyə iki əlifba ilə yazılır onun haqqında bir iki cümlə açıqlama vermək lazım olduğunu düşünürəm. Azərbaycan Vikipediyası dünayada Azərbaycan dilində danışan oxuyucular üçün nəzərdə tutulur. Azərbaycan dilli insanların sayı AR-da bu qədər, İranda bu qədər və sdir. İrandaki həmdil insanlarımız ərəb əlifbası istifadə etidiyi üçün, ARdakilər də latın əlifbası istifadə etdiyi üçün bu viki iki dildə yazılır məzmununda bir paraqraf. -Aruzmzkrfəalyt12:53, 12 yanvar 2008 (UTC)[cavabla]

http://az.wikipedia.org/wiki/Brokhauz_v%C9%99_Efronun_ensiklopedik_l%C3%BC%C4%9F%C9%99ti Brokhauz və Yefronun ensiklopediyasının internetə heç bir aidiyyatı yoxdur.YAxşı olar ki,onun yerini dəyişdirəsiniz.

http://az.wikipedia.org/wiki/Brauzerhttp://az.wikipedia.org/wiki/Bax%C4%B1%C5%9F_proqramlar%C4%B1 eyni şeyə aiddir.Onları birləşdirmək lazımdır. — Bu imzasız yazı Kefkom (mt) adlı istifadəçi tərəfindən əlavə edilib; Kefkomun təklifi İanə(donate) üçün azərbaycan dilində niyə görə normal bir səhifə yoxdur?O dəqiqə ingilis yaxud rus dilinə yönləndirilir.İnternetlə yeni tanış olan birisi Vikipediya üçün ianə vermək istəyirdi.Lakin,bizim dildə heç nə olmadığından o donate etməkdən çəkindi.elə bildi,onu aldada bilərlər

Uşaqlar bizim gələcəyimizdir redaktə

  Salam hörmətli həmkarlar,

Uşaqlar üşün alman səhifəsində mövcud olan belə bir [1][2] layihə vardır. Mən onu azvikiyə tətbiqinə artıq başlamışam. Burada məqsəd uşaqların tibbi, bioloji biliklərini artırmaq üçün eyni adlı məqalələrin üşaq dilinə və düşüncəsinə uyğun formasını yaradıb əsas məqaləyə müvafiq keçidlə əlavə etməkdir. Bunları artıq mən düzəltmişəm: Hüceyrə, Uşaqlıq (anatomiya)-Uşaqlıq (balalıq), Hamiləlik. Bu azərbaycanlı balalar üçün gözəl bir töhfə olardı. Hörmətlə --MrArifnajafov 17:00, 2 İyul 2010 (UTC)

Şablonlar redaktə

Hərkəsə salam. Üzümü əsas adminlərə tutaraq deyirəm. Mümkundursə istifadə eləmək üçün yeni şablonlar düzəldin. İmkan olsa ilkin olaraq sizdən avtomobil, metropolitenlər və universitetlər üçün şablon düzəltməyinizi xahiş edirəm. Mən MrArifnajafov un düzəldiyi Abidə şablonuna əsasən Rus vikipediyasındakı Moskva metropoliteninin şablonuna uyğun bir şey eləməyə çalışdım amma sonra səhv bir şey eləməmək üçün nəyəsə müdaxilə eləmədim. Şablonsuz bəzi məqalələrin zəif görsəndiyini düşünürəm. Kömək eləsəniz minnətdar olaram. Ehtiyac olan şablonları düzəldən və düzəldəcək olanlara təşəkkürlər. Lazım olan şablonları mütamadi olaraq burada yazacam. Mənim nəzərimdən qaçan şablon olarsa üzrlü hesab edin.

Ehtiyac olan Şablonlar
  • Aktyor-Aktrisa Şablonu

--Bakuemil 10:08, 21 İyul 2010 (UTC)

Sizə lazım olan şablonları bu səhifədə → Vikipediya:Şablon istə qeyd edin. İdarəçilər mütəmadi olaraq həmin səhifəni nəzərdən keçirir və lazım olan şablonlar ya idarəçilər, ya da bu işi bacaran təcrübəli istifadəçilər tərəfindən yaradılır. Hörmətlə:--Sortilegus 23:28, 21 İyul 2010 (UTC)

Azərbaycan portalı redaktə

Azərbaycanla maraqlananlar ilk növbədə Azərbaycan portalına baxır. Azərbaycan portalının dizaynı yaxşı deyil. Bu portalın dizaynını yeniləsək yaxşı olar. İşğal olunmuş əraziləri, tarixi, coğrafiyası, musiqisi, incəsənəti, memarlığı, mətbəxi, idmanı ilk baxışdan maraq oyatmır. İngilis dilindəki portal yaxşıdır. Ancaq heç bir dildə bizim əsas problemimiz olan "Qarabağı" göstərmirlər. Bunu biz etməsək heç kim etməyəcək. --Zergeroglu 06:27, 31 yanvar 2011 (UTC)[cavabla]

Döyüş sayfası redaktə

Merhabalar. Türkçe Vikipedi'de kavga (dövüş) diye bir sayfa var. Bu sayfanın hiç interwikisi yok. Bunun nedeni diğer dillerde kavga/dövüşün savaş anlamında yani "combat" olarak kullanılması. Döyüş maddesini açıp Vikipedi'ye bağlayabilir misiniz lütfen? Teşekkürler.--Abuk SABUK 22:25, 14 oktyabr 2011 (UTC)[cavabla]

VikilLüğət redaktə

Salam! İngilis Vikilüğətində olan bu [3] şablonu Azərbaycan Vikilüğətinə tətbiq etmək lazımdır. Şablonu tərtib etməyi bacaran varsa yardım etsin. Sinan

  • Add translation : [ ] [ ]Less
  • masc. fem. neuter common gender plural
  • Transliteration: [ ](e.g. ázbuka for азбука)
  • Page name:[ ] (e.g. amo for amō)
  • Qualifier: [ ](e.g. literally, formally, slang)
  • Script template: [ ] (e.g. Cyrl for Cyrillic, Latn for Latin)
  • Nesting: [ ] (e.g. Norwegian/Nynors

İstifadəçilərin kateqoriyalaşdırılması redaktə

Salam. Belə bir təklifim var idi ki, istifadəçiləri ixtisaslaşdıqları elm sahələrinə görə kateqoriyalara ayırasınız. Bunun bir neçə faydası olacaq.

  • Öncəliklə məqalərdə dəyişiklik edəndə bu şəxsin biliklərinə arxlanacağıq.
  • Nəsə sualımız və ya dəyişiklik etmək istəyəndə ümumi sual verməkdənsə konkret bir istifadəçi ilə bunu müzakirə etmək və ya məsləhət almaq daha məqsədəuyğundur.

Süzdür deyə bilərsiniz ki, bunun üçün hər bir məqalənin müzakirə səhifəsi var. Amma təəssüf ki, Azərbaycan Vikipedistləri məqalələrin müzakirə səhifələrinə çox gec-gec baxırlar (hətta texniki və təbiət elmləri mövzularında demək olar ki, baxanların sayı sıfıra yaxındır). Hal-hazırda aktiv vikipedistlərin sayının az olduğunu nəzərə alsaq hər bir vikipedistə belə bir mesaj yollamaq çox da çətin olmayacaqdır. Bu mövzu ilə bağlı digərlərinin də fikirləri maraqlıdır. Nadir Hacıyev (talk) 17:44, 7 iyun 2014 (UTC)[cavabla]

Lampa məqaləsi məncə köhnəlib. Bu sözün yeni mənaları var. Lehimləmə lampaları,Elektron lampaları, Neft lampası, Közərmə lampaları, Lüminessent lampaları , İşıqdiodlu lampalar, Civəli lampalar, Qövs lampaları, сoğrafi Lampa sözləri və s. və s. İstəyirəm bizim lampa məqaləsini dəyişəm - ümumi eləyəm, və hər LAMPA sözü üçün ayrı-ayrı məqalələr yazam? Necə baxırsınız?Aftrab (talk) 10:41, 18 iyul 2014 (UTC)[cavabla]

Mövcud məqalə sayı ilə bağlı təklif redaktə

Belə düşünürəm ki, məqalə sayı 100.000 olana kimi yaxşı idi vəziyyət.Ama elə bil, məqalə sayında artım getmir.Bunular bağlı təklif edərdim ki, daha təcrübəli idarəçilər hazırki aktiv istifadəçilərin hərəyə 1 məqalə yaratması üçün event yaratsın.Səhv eləmirəmsə, belə bir şey olmuşdu ama daha geniş bir çərçivədə nümaiş etdirmək lazımdır. ikinci təklifim isə,odur ki, vikipediya Forumu hər il keçirilsin,təbliğ edilsin, Tv- mediada geniş vüsət alsın.Belə olmadığı halda minimum inkişaf görəcəyiy... --hinkel777 (müzakirə) 18:48, 16 avqust 2014 (UTC)[cavabla]

Bot olmadan məqalə sayını sürətlə artırmaq mümkün olmayacaq. --Thunder Storm (müzakirə) 06:32, 1 oktyabr 2015 (UTC)[cavabla]

Mükafatlandırma təklifi Düşünürəm ki Vikipediyada ordenləri və ümumiyətlə mükafatları istəlinən istifadəçi istəlinən istifadəçiyə verməməlidir.Mükafatlandırma hər ildə bir dəfə olmaqla həyata keçirilməlidir.Məsələn müəyyən istifadəçilər İslam barədə fəal olublar.Demək həmin istifadəçiyə din kateqoriyası üzrə uyğun mükafat verilməlidir.--amerika 07:47, 13 yanvar 2017 (UTC)

"Erməni Soyqırımı" məqaləsinin adının tərəfsiz adla dəyişdirilməsi təklifi redaktə

Keçən əsrin əvvəllərində Osmanlı Dövlətində baş verən hadisələrlə bağlı dünyada yekdilliklə qəbul edilmiş, əks-arqumentlərə yer qoymayan sübutların olmaması, ən əsası isə həmin dövrlər üçün soyqırım anlayışının olmaması, daha sonralar isə Millətlər Cəmiyyəti və Birləşmiş Millətlər Təşkilatının qeyd edilən iddialarla bağlı yekdil rəyi, bəyənnaməsi, qərarı olmadığından, bölgəyə uzaq və ya yaxın olmaqla ayrı ayrı dövlətlərin parlamentlərinin verdiyi qərarların ümumbəşəri yekun qərar statusunda olmamağından, qərar verən ölkələrinin qərarlarını daha çox siyasi təzyiq vasitəsi kimi istifadə etdiyindən, mövzu ilə bağlı Osmanlı Dövlətinin varisi olan Türkiyə Respublikası və erməni xalqının mənafeyini müdafiə edən Ermənistan Respublikasının bu məsələlər haqqında ortaq mövqe sərgiləmədiyindən, "Soyqırım" ifadəsinin məsələyə qərar-hökm vermiş olacağından, nəticə etibarıyla tərəf nümayiş etdirəcəyindən, "soyqırım iddiaları" ifadəsinin isə tərəfsizlik mövqeyini vurğulayacağından və iddiaların sübuta yetiriləcəyi və ya Türkiyə Respublikasının bəraət alacağı vaxta qədər bu ifadənin daha ədalətli olacağını düşündüyümdən təklif edirəm ki;

Məqalənin adı: "Erməni soyqırım iddiaları" olaraq dəyişdirilsin. Xahiş edirəm, təklifim barədə, səsvermə təşkil edək.

NMW03, Toghrul Rahimli, Eldarado, Interfase, Azerifactory, Araz Yaquboglu, Sortilegus, Wertuose, White Demon, Sefer azeri, Nicat49, Eminn, Baskervill, Babək Akifoğlu və bu təklifi oxuyan hər kəs, xahiş edirəm, mövqe bildirin.

HulaguKaan (müzakirə) 17:00, 15 iyun 2019 (UTC)[cavabla]

Hesab edirəm ki, məqalənin adı kifayət qədər ensiklopedik və etibarlıdır və heç bir dəyişikliyə ehtiyac yoxdur. Hər gün müzakirə edərək mövzunu gündəmə gətirmək isə lazım deyil. Hörmətlə --sefer azeri 23:17, 15 iyun 2019 (UTC)[cavabla]
Məsələ ilə bağlı səsvermənin keçirilməsi zəruridir və bununla bağlı cənab Eldarado yaxın zamanlarda lazım olan addımları atacağını bəyan etmişdi. Stüard hüquqlarına sahib bir şəxsin, Azvikidə bu qədər idarçi və istifadəçi dura-dura gəlib, üzərimizdən keçməsi və icmanın qərarı və ümumi razılığı olmadan məqalələrin adlarını dəyişdirlməsi bizə qarşı böyük bir təhqirdir. Mən demirəm ki, Erməni soyqırımı adından istifadə etməyək. Əgər ki, icma bu addan istifadəni məqsədə uyğun hesab etsə, elə bu adında istifadəsinin tərəfindəyəm, əks halda mənim şəxsi variantım 1915-ci il hadisələri adındna istifadə edilməsi yönündədir. --Baskervill (müzakirə) 23:22, 15 iyun 2019 (UTC)[cavabla]
Baskervill, etmək olardı, əgər elə bir tarixi termin olsaydı. --► Hörmətlə: A¥×aᚢ Zaÿïþzaþ€(hail sithis!) 00:05, 16 iyun 2019 (UTC)[cavabla]
Məqalənin adının "Erməni soyqırımı" olmasını heç də yanlış hesab etmirəm. Əsas məzmundur. Məqalənin giriş hissəsindəki hissə kifayət edir ki onda bu "soyqırım" haqqında təsəvvür formalaşsın. Başlığının açıq şəkildə tərəfli qoyulması yenidən metadan problemlərin yaranması ilə nəticələnə bilər. --Toghrul Rahimli (müzakirə) 04:58, 16 iyun 2019 (UTC)[cavabla]

Toghrul Rahimli-nin fikrinə qoşuluram - əsas məzmundu. Həm görünən odur ki, ad məsələsində biz nə qərara gəlsək də, stüard gəlib istədiyini edəcək.--Nicat49   müzakirə 15:11, 16 iyun 2019 (UTC)[cavabla]


Saytda 57 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024