Xaçın (vilayət) Haqqinda Melumat - Vikipedia

Xaçın (vilayət) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Xaçın (vilayət)

XaçınAzərbaycanda tarixi ərazi.

Xəmsə məlikliklərinin xəritəsi. XVI əsr.

Yeri redaktə

Xaçın təqribən indiki XaçınTərtər çaylarının yuxarı axarı, Göyçə gölündən cənuba Qarabağın dağlıq hissəsini əhatə edirdi.[1]

Tarixi redaktə

XII əsrdə Xaçında feodal hakimliyi təşəkkül tapmışdır. Mərkəzi Xaçın çayının sağ sahilində yerləşən Xoxanabert olmuşdur. Xarabalığı indiki Kəlbəcər rayonunun Vəng kəndi ərazisindədir.[1]

Hakimliyi alban Mehranilər sülaləsi nəslinin nümayəndələri idarə etmişdilər. XIII əsrdən Calalilər sülaləsi kimi tanınan bu nəslin ən görkəmli nümayəndəsi Həsən Calal Dövlə olmuşdur. O, güclü, feodal hökmdarları ilə qohumluq əlaqəsi yaratmış və "keçmiş alban səltənətini bərpa etmişdir". Həsən Calal Dövlənin dövründə Xaçın ərazisində Dad, Xatra, Xota, Qandzasar və s. alban kilsə və məbədləri inşa olunmuşdur. Qandzasar alban katolikosluğunun mərkəzi elan edilmişdi. Alban katolikosları da həmin sülalə üzvlərindən seçilirdi. Xaçında, əsasən, Albaniyanın islam dinini qəbul etməmiş xristian əhalisi yaşayırdı, lakin bu ərazidə xristianlığın qriqoryan məzhəbi üstünlük təşkil etdiyindən əhali arasında erməniləşmə prosesi gedirdi.[1]

XV əsrdə Qaraqoyunlu hökmdarı Cahanşah Calalilərə məlik titulu vermişdir. Bu məliklik 1813-cü ildə Qarabağ xanlığının tərkibində Rusiyaya birləşdirilmişdir.[1]

İstinadlar redaktə

  1. 1 2 3 4 Хачын // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: ФростШүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 62.

Saytda 69 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024