Saytımızda yerləşən Aforizmlər aşağıdakı hərflərə görə qruplaşdırılıb
"Şəxsiyyət" haqqında aforizmlər
• Adamın iç üzü adam içinə çıxanda məlum olur. (Əbu Turxan)
• Adamları öyrətmək onları öyrənməkdən asandır. (Fransua de Laroşfuko)
• Ayaqsız bir uşağa rast gələnə qədər ayaqqabısız olduğum üçün kədərlənirdim. (Anatol Frans)
• Başqaları üçün qaydalar, özümüz üçün istisnalar yaradırıq. (Şarl Lemel)
• Başqalarını tanıdıqca insan özünü də tanıyır. (Əbu Turxan)
• Başqasının çaldığına oynamaq özü çalıb özü oynamaqdan daha asandır. (Əbu Turxan)
• Başqasının xarakterini təsvir edərkən insanın xarakteri daha yaxşı üzə çıxır. (Jan Pol)
• Buyurmaqdan öncə itaət etməyi öyrən. (Solon)
• Çoxlu qüsurları olan insanlar qüsurları ilk növbədə başqalarında görürlər. (Frensis Bekon)
• Çoxu azın səviyyəsinə yüksəltmək, azı çoxun səviyyəsinə salmaqdan qat-qat çətindir. (Əbu Turxan)
• Ən çətini özünü dərk etmək, ən asanı isə – başqalarına məsləhət verməkdir. (Fales)
• Əsl səhvlər düzəldilə bilməyən səhvlərdir. (Konfutsi)
• Heç nə etməyən səhvə yol verməz; əslində bu, onun elə əsas səhvidir. (Lev Tolstoy)
• Həqiqi tərbiyə qaydalardan daha çox məşqlərdən ibarətdir. (Jan Jak Russo)
• İnsan öz yaxın ətrafından, digər insanlardan hətta zəhləsi də getsə, onlarsız yaşaya bilməz. (İmmanuel Kant)
• İnsanlar öyrədərək öyrənirlər. (Kiçik Seneka)
• İnsanların səni tanımadıqlarından narahat olma, sən insanları tanımadığına görə narahat ol. (Konfutsi)
• Kənardan qəbul etdirilən bir əhval uzunömürlü ola bilməz. Əsas olan real həyatın insana təlqin etdiyi əhvaldır. (Əbu Turxan)
• Kiçik nöqsanlar böyük səhvlərə aparır. (Kiçik Seneka)
• Məsləhətin nəticəsi üçün məsuliyyət nəzərdə tutulsa idi, məsləhətçi tapmaq çətin olardı. (Əbu Turxan)
• Öz təcrübəmizdən dərs götürmürüksə, yaxşı məsləhətlərdən nə fayda? (Vovenarq)
• Öz vəziyyətindən razı qalmaq üçün onu daha pis vəziyyətlə müqayisə etmək lazımdır. (Bencamin Franklin)
• Özümüz haqqında ideallarımıza görə, başqaları haqqında - əməllərinə görə fikir yürüdürük. (Qarold Nikolson)
• Özümüzə münasibətdə kiçik saydığımız xətanı başqalarına münasibətimizdəki ən məkrli xəyanətdən daha amansızlıqla mühakimə edirik. (Fransua de Laroşfuko)
• Pis tərbiyə almış adamı yenidən tərbiyələndirməkdən çətin şey yoxdur. (Y.Komenski)
• Qanunun qadağan etmədiyi bəzi şeyləri tərbiyə hissi qadağan edir. (Kiçik Seneka)
• Qardaşın qanını alma qardaşdan Tamam ayrışeydir çünki südlə qan. (Nizami Gəncəvi)
• Qayda və göstərişlər yolu uzun, şəxsi nümunə yolu isə aydın və konkretdir. (Kiçik Seneka)
• Qocaların məsləhətləri qış günəşi kimidir: işıqlandırır, amma isitmir. (Vovenarq)
• Səhvə yol vermək qorxusu adamı başqa səhvə sövq edər. (Horatsi)
• Səhvi düzəltməmək ən böyük səhvdir. (Konfutsi)
• Tərbiyəçi qarşısındakını öyrətməzdən əvvəl onu öyrənməlidir. (Əbu Turxan)
• Tərbiyəçinin özü də tərbiyəli olmalıdır. (Karl Marks)
• Uşağın sevmədiyi adamın uşağı cəzalandırmağa haqqı yoxdur. (Con Lokk)
• Uşaqlara öyüd-nəsihət yox, nümunələr lazımdır. (Jozef Juber)
• Yaşlı nəsil gənclikdən narazılıq söyləyəndə onları kimin yetişdirdiyini unudur. (Əbu Turxan)