Saytımızda yerləşən Aforizmlər aşağıdakı hərflərə görə qruplaşdırılıb
Bütün Aforizmlər
• Özünüz üçün deyil, bağlı olduğunuz xalq üçün birlikdə işləyin. İşlərin ən yüksəyi budur. (Mustafa Kamal Atatürk)
• Ölüm zamanın qırıldığı bir məqamdır. (Cübran)
• Ömrün müddəti deyil, bu ömrü necə yaşadığın əhəmiyyətlidir. (H.Holley)
• Ölüm, həyatın özüdür. (Ceyms Hetfild)
• Özünə də yalan satan insan bir müddətdən sonra doğru ilə yalanı seçə bilməyəcək. (Fyodor Dostoyevski)
• Özünə yazığı gəlmə bizim ən pis düşmənimizdir, biz dünyada heç vaxt yaxşı şey edə bilmərik. (Helen Keller)
• Özündən oğurlama bir stildir. (Alfred Hiçkok)
• Ölüm bütün problemləri həll edər, insan olmazsa problem də olmaz. (İosif Stalin)
• Öz bağçasında budaq ola bilməyənin biri; gəlmiş bağçama mənə ağaclıq edir! (Özdəmir Asaf)
• Özümüzə münasibətdə kiçik saydığımız xətanı başqalarına münasibətimizdəki ən məkrli xəyanətdən daha amansızlıqla mühakimə edirik. (Fransua de Laroşfuko)
• Öz qüsurlarımızın tam ziddləriylə öyünərik: İradəsizikmi, inadçı olmaqla öyünərik. (Fransua de Laroşfuko)
• Özünü yaxşı döşənilmiş bir evə aparan bir adam "Bir daha yerlərə tüpürməməsini" tənbehləyincə Diogen dərhal adamın üzünə tüpürər və "Buradan daha çirkli bir yer tapa bilmədim" deyər. (Sinoplu Diogen)
• Öz eləyə biləcəkləri işi bizim görməyimizlə adamlara yardımçı ola bilmərik. (Avraam Linkoln)
• Ölüm qorxunc bir şeydir amma insan əgər ölməyi bacara bilməyib sonsuza qədər yaşasaydı bu daha qorxunc olardı. (Anton Çexov)
• Ölüm mənim köhnə dostumdur. İstisna deyildir ki o gələndə ona deyəcəm ki: "Oturun, dincəlin! Bəlkə şampan içək?Axı mən ürəyimin dərinliyində qorxağam. (Salvador Dali)
• Ölçülməsi mümkün olan məhəbbət çox yoxsuldur. (Uilyam Şekspir)
• Ölüm - yolçunun dincəlməsi, bütün səylərinin sonudur. (Umberto Eko)
• Özüm üçün yazıram deyənlərə inanmayın. Özünüz üçün yazdığınız ancaq alver siyahısıdır. (Umberto Eko)
• Özünü tapmaq istəyirsənsə özün üçün düşün. (Sokrat)
• Özgəsinin sirrini demək satqınlıq ,öz sirrini açmaq isə axmaqlıqdır. (Volter)
• Ölmədən əvvəl heç kim xoşbəxt deyil. (Esxil)
• Özünə hörmətini heç vaxt itirmə. (Baltazar Qrasian)
• Öhdəçilikdən qaçmaq kamilliyin ilkin qaydalarından biridir. (Baltazar Qrasian)
• Özünün ən yaxşı cəhətini bilmək. Digər qabiliyyətlərini unutmadan öxünün ən yaxşı qabiliyyətini inkişaf etdir. Öz üstünlüyünü bilən adam nədə isə yüksək zirvələrə qalxa bilər. (Baltazar Qrasian)
• Öz nəfsinin ağası olmaq yüksək ruha xas olan xüsusiyyətdir. Bu yüksəklik ruhu yabançı, alçaq təsirlərdən qoruyur. Özün, öz nəfsin üzərində hakimiyyətdən və ehtiraslarının özbaşınalığı üzərində qələbədən yüksək hakimiyyət yoxdur. (Baltazar Qrasian)
• Özünü arzularının mahiyyətindən tanıya bilərsən. (Məhəmməd İqbal)
• Özümü heç vaxt lider olaraq görmədim. Amma ən əhəmiyyətli insan olaraq bəlkə görmüşəm. (Freddi Merkyuri)
• Ölənə qədər birlikdə olacağıq, buna əminəm. Həmişə getmək istəyirəm, amma icazə vermirlər! (Freddi Merkyuri)
• Ötən əsrlərin yazıçısı ilə söhbət etmək səyahət etmək kimi bir şeydir. (Rene Dekart)
• Öz vəziyyətindən razı qalmaq üçün onu daha pis vəziyyətlə müqayisə etmək lazımdır. (Bencamin Franklin)
• Öz dişlərimin arasında olmasına baxmayaraq öz dilimə hakim ola bilmirsəm , başqalarının dilinə necə hakim ola bilərəm... (Bencamin Franklin)
• Ölüm özündən əvvəl mənə təkliyini göndərdi. (Nazim Hikmət)
• Ölçülməzi ölçə bilməz ölçülər. (Zəlimxan Yaqub)
• Öndəki yol, geridəki yoldan uzun görünər. (Ergün Gülər)
• Ömrünün axırınadək şirin su satmaq istəyirsiniz, yoxsa dünyanı dəyişmək? (Stiv Cobs)
• Ölüm həyatın ən yaxşı ixtirasıdır. Dəyişikliklərin səbəbidir. O, yeniyə yol vermək üçün köhnəni təmizləyir. (Stiv Cobs)
• Ölmək üçün doğulmuşdur insan, ona görə də hər yağış sonrası torpaq qoxusunu sevər... (Lev Tolstoy)
• Özünü idarə etsən dünyanı idarə edəcək gücü tapa bilərsən. (Platon)
• Öhdəsindən gəlinməli lazım olan iş nə qədər böyük olursa olsun bu vəziyyətdə hər vaxt və hər kəs tərəfindən qəbul olunan qayda budur; çox böyük mövzulara keçmədən əvvəl ilkin kiçik və daha asan nümunələr üzərində sınaqlarda iştirak olunmalidir. (Platon)
• Öyrənməyi buraxan adam iyirmisində də olsa, səksənində də olsa yaşlıdır. Həyatdakı ən möhtəşəm şey zehini gənc tutmaqdır. (Henri Ford)
• Ölümdən qorxmayan millətə ölüm yoxdur. (Şeyx Məhəmməd Xiyabani)
• Özü özünün xoşbəxtliyinə mane olmaqda insan fövqəladə bacarıqlıdır. (Andre Jid)
• Özümə yalan danışmağa başladığımdan bəri heç kimə inanmıram. (Oskar Uayld)
• Öz dilini yaxşı bilməyən, başqasının dilini öyrənə bilməz. (Uinston Çörçill)
• Ömür dediyin üç gündür; Dünən gəldi keçdi, sabah bilinmir. Onda ömür dediyin bir gündür; O da bu gündür. (Can Yücəl)
• Ömür yadda qalan günlərın sayı ilə ölçülür. (Xudu Məmmədov)
• Öz məziyyətlərindən danışan gülüncdür, öz məziyyətlərini bilməyən – sadəlövh. (Çesterfild)
• Ölüm var ki, həyat qədər dəyərli, Həyat var ki, ölümdən də zəhərli. (Hüseyn Cavid)
• Öz xoşbəxtliyini başqasının bədbəxtliyi üzərində qurmaq olmaz. (El hikməti)
• Özü qazanmayan var-dövlətin qədrini bilməz. (El hikməti)
• Ölüm bir statistika və dövlət işi olanda, dünya işləri artıq yaxşı getmir deməkdir. (Alber Kamyu)
• Önümdən getmə səni izləməyə bilərəm, arxamdan da gəlmə yol göstərməyə bilərəm; yanımda get və yalnız dostum qal. (Alber Kamyu)
• Öz nəfslərinizlə təqva ilə siyasət aparın və xəstələrinizi sədəqə verməklə müalicə edin. (Əli bin Əbu Talib)
• Öl, ancaq alçalma, aza kifayətlən, abrını tökmə. Çalışıb bir şey əldə edə bilməyən şəxs oturmaqla heç bir şey qazana bilməz. (Əli bin Əbu Talib)
• Özünü çox sıxma, ən gözəl şeylər onları ən az gözlədiyində olar. (Qabriel Qarsia Markes)
• Ölüm qorxusu davamlı deyil, məzarda bitən keçici bir duyğudur. (Cem Yılmaz)
• Ölmədən əvvəl qanunlar haqqında bir iki yaxşı söz deyəcəm. (Tupak Şakur)
• Ölməkdən qorxursan? Yoxsa əbədi olaraq yaşamaq istəyirsən? (Tupak Şakur)
• Özünüzün intellektual rəqibləriniz ilə sıx əlaqə saxlayın. (Ceyms Uotson)
• Öz fakültənizdə seminarları elmdəki yeniliyə həsr edin. (Ceyms Uotson)
• Öz alimlərinizə beysbol komandasını idarə edən menecer kimi rəhbərlik edin. (Ceyms Uotson)
• Öz zamanını qabaqlayan tədqiqat predmetini seçin. (Ceyms Uotson)
• Özündən şübhə etməyən sənətçi, bir yerə çata bilməz. (Leonardo da Vinçi)
• Ömrü vaxtla yox, əməllərlə ölçmək lazımdır. (Kiçik Seneka)
• Özünü ələ almağı bacaran insan hamıdan güclüdür. (Kiçik Seneka)
• Öz dilini bilməyən başqa dil öyrənə bilməz. (Corc Bernard Şou)
• Özünə arzuladığını başqasına arzulama.Bəlkə onun zövqü başqadır. (Corc Bernard Şou)
• Ölçülməyənə qədər heç nə mövcud deyil. (Nils Bor)
• Öz qayğına qalmırsansa, başqasınının qayğısına necə qalacaqcan? Özünü piss hiss edirsənsə, başqalarına necə yaxşılıq edəcəksən? Sən özünü sevmədən başqasını sevə bilməzsən. (Robin Şarma)
• Ölüm həyatda böyük itki deyil. Əsl böyük itki, yaşayarkən içimizdə ölənlərdir. (Robin Şarma)
• Öz qardaşına baxıb mehribanlıqla gülümsəmək – savabdır; insanı xeyirxah hərəkətlərə sövq etmək və qanunsuz işlərdən çəkindirmək savabdır. Nabələd adamlara yol göstərmək və korlara kömək etmək savabdır. (Mühəmməd peyğəmbər (SƏS))
• Öz sübhünüzü sədəqə verməklə başlayın, çünki bəla sədəqənin üstündən keçə bilmir. (Mühəmməd peyğəmbər (SƏS))
• Öz ümmətin üçün hər şeydən çox danışdıqda mahir olan münafiqlərdən qorxuram. (Mühəmməd peyğəmbər (SƏS))
• Ölənlərinizin yaxşılıqlarını yada salın və pisliklərinə göz yumun. (Mühəmməd peyğəmbər (SƏS))
• Özünüz yemədiyinizi yoxsullara yedirməyin. (Mühəmməd peyğəmbər (SƏS))
• Övladınızı öz zamanınıza görə yox, gələcək zamana görə yetişdirin. (Mühəmməd peyğəmbər (SƏS))
• Ölmədən öncə ölmək lazımdır. (Mühəmməd peyğəmbər (SƏS))
• Öz vətənini ləkələmək onu satmaq deməkdir. (Viktor Hüqo)
• Övladlarını sevməyən atalar ola bilər; amma, nəvəsini dəli kimi sevməyən baba ola bilməz. (Viktor Hüqo)
• Ölmək bir şey deyil, yaşamamaq qorxuludur. (Viktor Hüqo)
• Ön mühakimələri yox etmək, atom nüvəsini parçalamaqdan daha çətindir. (Albert Eynşteyn)
• Öz gözüylə görən və öz ürəkləriylə hiss edənlər çox azdır. (Albert Eynşteyn)
• Öz həyatının və digər bənzər canlıların həyatının mənasız olduğunu düşünən insan; yalnız talehsiz olmaqla qalmayıb, həyat üçün də haradasa qeyri-kafidir (Albert Eynşteyn)
• Öz düşüncələrinizə qarşı ehtiyatlı olun, onlar - əməlin başlanğıcıdı. (Lao-tszı)
• Öz ölkəsini sevməyən heç nəyi sevməz. (Corc Bayron)
• Ölüm haradan və necə gəlirsə gəlsin... Döyüş şüarlarımız qulaqdan qulağa yayılacaqsa və silahlarımız əldən ələ keçəcəksə və başqaları top-tüfəng səsləriylə, döyüş və zəfər nərələriylə cənazələrimizə ağı deyəcəklərsə ölüm xoş gəldi, səfa gəldi... (Ernesto Çe Gevara)
• Ölümün bizi harada gözlədiyi müəyyən deyil, ona görə də biz onu hər yerdə gözləyək. (Mişel de Monten)
• Ölüm insanı hər cür borcdan azad edir, bircə şərəfsiz ölüm günahı onun üzərindən götürə bilmir. (Mişel de Monten)
• Özünü olduğundan az göstərmək, alçaqkönüllülük deyil axmaqlıqdır; özünə dəyərindən az qiymət qoymaq qorxaqlıqdır. Özünü oldugundan çox göstərmək də, çoxu dəfə qürurdan deyil axmaqlıqdandır. (Mişel de Monten)
• Ölüm gözləmir, deməli, ömür də gözləməməlidir. (İ.S.Turgenev)
• Ölüm hər halda insanlıq üçün, xüsusilə ürəkləri gələcəyin ümidilə, parlaq və işıqlı gələcəyin ümidi ilə dolu olan əqidə sahibləri üçün xoşagələn deyildir. (Xosrov Ruzbeh)
• Özümü tək buraxmamaq üçün bütün gecə aynanın qarşısında oturdum. (Çezare Paveze)
• Öz dilinə nəzarət etmək iqtidarında olmayan adamda doğruçuluq olmaz. (Mahatma Qandi)
• Özbaşınalığın qarşısını yanğından daha tez almaq lazımdır. (Heraklit)
• Öz özümüzün altında qalmamalıyıq ki, cəmiyyətin üstünə çıxaq. (Nəcib Fazil Qısakürək)
• Ömürün ilk yarısı; ikinci yarısını gözləməklə, ikinci yarısı da; ilk yarısının həsrətiylə keçər. (Nəcib Fazil Qısakürək)
• Ölüm gözəl bir şey, budur pərdə arxasından xəbər, gözəl olmasaydı ölərmiydi peyğəmbər?! (Nəcib Fazil Qısakürək)
• Öləndən sonra kiminsə mənim adımı xatırlaması mənim üçün əhəmiyyətli deyil, mən istəyirəm ki, hal-hazırda baş verən hadisələrin gedişatına təsir göstərə bilim. (Corc Soros)
• Öz zəifliyini qəbul edərək insan güclənir. (Onore de Balzak)
• Özünə aşiq birinin heç olmasa bu üstünlüyü var - çox rəqibi olmayacaq. (Qeorq Kristof Lixtenberq)
• Ömür genetik proqramın mühitdə açılışıdır. (Tur Xander)
• Ölən günümə qədər öz həyatımı yaşayacağam. (Frenk Sinatra)
• Özünü olmazsa olmaz görənlər xəstə tiplərdir. Ölçü budur: "Olsam da olar, olmasam da olar; olmasam hərhalda daha yaxşı olar." (Fətullah Gülən)
• Özünə bir ağırlıq verən kəsin heç bir ağırlığı yoxdur. (Əbdülqədir Geylani)
• Özümə xas fikirlərim var . Güclü fikirlər. Amma bu fikirlərlə həmişə eyni fikirdə deyiləm. (Corc Uoker Buş)
• Ölüm ən böyük gerçəkdir. Bunu siyasətçilər də görməlidir, baş prokuror da görməlidir, hamımız faniyik. (Bülənt Arınç)
• Öz ehtiraslarının əsiri olan adam heç vaxt azad ola bilməz. (Pifaqor)
• Ölüm gələndə həyatdan dördəlli yapışma. (Pifaqor)
• Özünün axmaq olduğunu bilən insan artıq o qədər də axmaq deyil. Tənbəl isə tənbəl olduğunu bilə bilər, ondan şikayətlənər, amma yenə tənbəl olaraq qalar. (J.Renar)
• Özümüz üçün etdiklərimiz bizimlə birlikdə ölər. Başqaları və dünya üçün etdiklərimizsə sonsuza qədər yaşayar. (Albert Payk)
• Ölümün dadı, dilimin ucunda. Bu dünyadan olmayan bir şey hiss edirəm. (Volfqanq Amadey Motsart)
• Ölüm və həyatı ayıran sərhədlər tutqun və qeyri-müəyyəndir. Kim deyə bilər, hansı harada qurtarır və harada o biri başlayır? (Edqar Allan Po)
• Ölüm olmasaydı, insanlar çətin ki filosofluq edərdilər. (Artur Şopenhauer)
• Öz ana dilini bilməyənlər şikəst adamlardır! (Heydər Əliyev)
• Öz ordusunu dolandırmayan xalq, başqa xalqı tezliklə dolandırmaqa məcbur olacaq. (Napoleon Bonapart)
• Ölüm kişidirsə, axıra gədər ona qarşı olmaq lazımdır, qadındırsa, axırıncı saniyədə onu boşamaq lazımdır. (Müəmmər əl-Qəzzafi)
• Özündən bir şey öyrənileməyəcək tək insan yoxdur. (Alfred De Viqni)
• Özümüz haqqında ideallarımıza görə, başqaları haqqında - əməllərinə görə fikir yürüdürük. (Qarold Nikolson)
• Özünüzə olan inamınızı sarsıtmağa çalışanlardan uzaq olun.Bu cılız insanlara xas olan cəhətdir.Böyük insan isə,əksinə,sizə sizin də böyük ola biləcəyinizə inam hissi aşılayır. (Mark Tven)
• Ömür qısadır, şöhrət isə əbədi ola bilər. (Mark Tulli Siseron)
• Öküzün gücü böyürməsinə görə yox, iş vaxtı üzə çıxır. (Rəsul Həmzətov)
• Öz ruhunu qorumağa təpəri çatmayan adam qoy qabaqcıl baxışları ilə öyünməsin, akademik və ya xalq artisti, əməkdar xadim və ya general olması ilə lovğalanmasın, qoy öz-özünə beləcə də desin: mən qoyunam və qorxağam, təki qarnım tox, başım salamat olsun. (Aleksandr Soljenitsın)
• Özünə hökm etməyən xidmətçi qalar. (İohann Volfqanq Göte)
• Özümüz istəməsək, heç kəs həyatımıza təsir edə bilməz. (Deyl Karnegi)
• Özünü tapa bilmək üçün əvvəlcə kənar təsirlərdən azad olmaq lazımdır. (Əbu Turxan)
• Önəmli o deyil nə haqqında və ya kimin haqqında yazılıb, önəmli odur ki, kim yazıb! (Əbu Turxan)
• Özünü nəfsin ixtiyarına buraxanlar – ağıla, ancaq ağılla yaşayanlar isə özünə xəyanət edir. (Əbu Turxan)
• Özündən daha qaba gücə rast gəlməyincə ağıl yada düşmür. (Əbu Turxan)
• Özünü tapmaq üçün əvvəlcə özünü itirmək lazımdır. (Əbu Turxan)
• Ölü doğan müəllif nə vaxtsa dünyaya diri övlad gətirə bilsə, əvvəl ölənlər də dirilər. (Əbu Turxan)
• Özünüdərk dünyanın dərkindən keçir. (Əbu Turxan)
• Özünü dərk edənlər bu dünyanı rahat tərk edə bilirlər. (Əbu Turxan)
• Öz yükünü sakit şəraitdə, günəşli gündə çəkməyənlər qarda-boranda tələm-tələsik çəkmək zorundadırlar. (Əbu Turxan)
• Ömrün ən böyük qazancı ömürdən sonrakı həyatın qazanılmasıdır. (Əbu Turxan)
• Özünə güvənməyən adama güvənmək olmaz. (Əbu Turxan)
• Özünüzə aid olmayanı qısqanmaq ayının meşədən küsməsinə bənzəyir. (Əbu Turxan)
• Özünü hisslərin ixtiyarına buraxmaq vəhşi azadlığın əlamətidirsə, hissləri cilovlamaq şəxsiyyət azadlığının əlamətidir. (Əbu Turxan)
• Özünü sevənlərin çoxu əslində özünü deyil, özləri haqqında uydurduqları obrazı sevirlər. (Əbu Turxan)
• Özünüdərk məqamında insan təbiətin və dünyanın gözəlliyini də əxz edir. (Əbu Turxan)
• Ölümdən qorunmaqdansa, ruhla dost ol ki, səni yalqız buraxmasın. (Əbu Turxan)
• Özünü tanımayan insanlar öz həyatlarını yaşamırlar. (Əbu Turxan)
• Özün kimi ol: onda səni istəyənlər səni tapacaq, istəməyənlər səndən qaçacaq. (Əbu Turxan)
• Ömür çoxölçülüdür və hər ölçüdə fərqli bir həyat yaşanır. (Əbu Turxan)
• Özünü tanımaq heç də hamıya sərf etmir. (Əbu Turxan)
• Özünə mühit yaratmayan insan ömrü boyu başqa bir mühitdə – qərib kimi yaşamağa məhkumdur. (Əbu Turxan)
• Özünü qarınqululuğun və əxlaqsızlığın torundan qoruyan adam-əsl qüvvərli adam hesab olunur. (Əbül Fərəc)
• Ömrün gecəsi özü ilə öz çırağını gətirir. (Jozef Juber)
• Öz ruhunun dərinliklərinə baş vur ki, o zaman hər gün yeni üfüqlər açacaq, ayaq dəyməmiş torpaqlar, dumduru çaylar, hələ heç kimin görmədiyi səmalar, yeni ulduzlar, yeni kəhkəşanlar kəşf edəcəksən. (M. Unamuno)
• Öz ruhumuzla başqalarını canlandırmaq onlara sahib olmaq deməkdir. (M. Unamuno)
• Öz təcrübəmizdən dərs götürmürüksə, yaxşı məsləhətlərdən nə fayda? (Vovenarq)
• Öz vətəninə mənsub olmayan adam, bəşəriyyətə də mənsub deyildir. (Vissarion Belinski)
• Öz vətənini sevmək-bşəriyyətin ideallarının həyata keçirilməsini ürəkdən arzu etmək və gücün çatan qədər buna kömək etmək deməkdir. (Vissarion Belinski)
• Özündən heç danışmamaq çox soylu bir ikiüzlülükdür. (Fridrix Nitsşe)
• Özün ala biləcəyin haqqı buraxma sənə versinlər. (Fridrix Nitsşe)
• Özünü elmə həsr edən insanın təkcə düşmənini sevməsi yetməz, o dostuna da kin duya bilməlidir. (Fridrix Nitsşe)
• Öz iradənin ağası, öz vicdanının qulu ol! (Mariya Ebner-Eşenbax)
• Öz-özümlə danışdığım qədər heç kimlə danışmıram. Səbəb dəlilik deyil. Sadəcə bilirəm ki, insanı ən yaxşı özü dinləyər. (Bob Marli)
• Ölkəmdə xəstəliyi asanlıqla müalicə edilə biləcək minlərlə insanın yoxsulluqdan ölməsi məni az qala üsyan səviyyəsinə çatdırdı. (Əbdül Səttar Ədhi)
• Ölmək dəhşət deyil, dəhşət yaşamaqdır. (A.Barbüs)
• Ölüm bir dəfə gəlir, amma biz onu ömrü boyu gözləyirik: ölüm qorxusu ölümün özündən də əzablıdır. (Jan de Labrüyer)