- •
Övlad atsan atılmıyor, satsan satılmıyor.
(Türk atalar sözü)
- •
Önündən atılan nizədən qorunmaq asandır, nəinki arxandan atılan oxdan qorunmaq.
(Çin atalar sözləri)
- •
Ölməkdə incimək yox, yaşamaqda incimək çox.
- •
Ölməzi tanrı yaratmaz, qırılmazı - çanaxçı.
- •
Ölmüş atın nalı sökülər, dilsiz elin - başı.
- •
Ölünü dirildincə, diridə can qalmaz.
- •
Öləcəklə olacağa, çarə yox.
- •
Öləni boşla, gələni xoşla.
- •
Ölü aslan, çaqqal toparı.
- •
Ölü var söz ölüsü, ölü var göz ölüsü.
- •
Ölümə güvənən, dirliyin yaxşı yaşar.
- •
Öncə düşün, sonra danış.
- •
Öndəkinin səhvini arxadaki bilər.
- •
Ördək balası, üzəgən olur.
- •
Öyrənməklə bir iş bitər, biri başlar.
- •
Ötəri gələn, oturub keçər.
- •
Öz kölgəsindən qorxan, oğruya yem olar.
- •
Öz atına qulluqdan qalan, piyada qalar.
- •
Öz tarazından, daş götürmə.
- •
Öz yağında qal, öz yağınla piş.
- •
Öz yerini tap otur.
- •
Özü ellər mələyi, evim tülkü dələyi.
- •
Özü üçün yatır, başqalar üçün yuxu görür.
- •
Öküz böyüyüb dəvə olsa, dəvə böyüyüb dağ olar.
- •
Öyrənmək baxmaq ilə olsaydı, it qəssab olardı.
- •
Öz gözünə, tikan əkir.
- •
Özgə gözlə qız alma, gecə gözlə bez alma.
- •
Özgəsinə göz qoyan özününkünü itirər.
- •
Ölmə eşşəyim ölmə, yaz gələr yonca bitər.
- •
Özgə evində qonaqdan borc istəməzlər.
- •
Öküzü olana borc gön verərlər.
- •
Öküzü soyub, qumuzunda bıçağı sındırdı.
(Soyub-soyub quyruğunda bıçağı sındırdı)
- •
Öz anasını sevməyən, özgə anasını sevməz.
- •
Ölü cəhənnəmə, təki mollaya pul olsun.
- •
Özgə kisəsindən pul bağışlamazlar.
- •
Özünə hörmət et ki, başqaları da sənə hörmət etsinlər.
- •
Özün bişirmisən, özün də dad.
- •
Özü doğub, özü də göbəyini kəssin!
- •
Özgənin sirrini sənə söyləyən, sənin sirrini də özgəyə söylər.
- •
Özgənin qəlbi qaranlıq gecədir.
- •
Özgənin atına minən tez düşər.
- •
Övlad atadan yetim qalmaz, anadan yetim olar.
- •
Öz günahını başqasında axtarma.
- •
Özgə malına göz tikən malsız, davarsız qalar.
- •
Ölünün nəyinəki, dirilər halva yeyir.
- •
Ördək gəlib qaz olmaz,
Gəlin gəlib qız olmaz.
- •
Öncə ovla sonra seç.
- •
Önün anlamayan sonun danlar.
- •
Özünə hörmət qoymayan, özgəyə də hörmət qoymaz.
- •
Öz pişiyini aslan görən, özgənin aslanını pişik görər.
- •
Özünü yorulmuş biləndə dostunu ölmüş bil.
- •
Özüm yedim yox oldu, özgə yedi çox oldu.
- •
Özgəni boşla özündən danış.
- •
Ötüb keçən ömürdür, qocalan insan!
- •
Örüşündə otla.
- •
Örəpə qoyunun nə əti olar, nə yunu.
- •
Örkən üstə darı sərib.
- •
Örkən nə qədər uzun olsa, yenə də doğanaqdan keçəcək.
- •
Ördəkdən qaz yerişi tələb eləmək olmaz.
- •
Ördək öldü – qaz qaldı, sim qırıldı – saz qaldı.
- •
Ördəyi su ilə qorxutmazlar.
- •
Ördəyi bağlamağa, ipək gərək, yar ilə oynamağa ürək gərək.
- •
Ördək ətin, qaz ətin, yeyən bilər ləzzətin.
- •
Öpürsən öz əlini öp.
- •
Ömürlər örtülüdür, həm qocaya həm cavana.
- •
Ömür edən yaşa dolar.
- •
Ömür deyir qocalmışam, ürək deyir: - Yaşa hələ!
- •
Ömür qarısa da, könül qarımaz.
- •
Ömür vəfasızdır, bizi tərk edir.
- •
Ömür boyu lampa qayırdım, hələ də qaranlıqda qalmışam!
- •
Ömrünə qəbalə alıb.
- •
Ömrün bərəkəti yaxşı əməl ilədir.
- •
Ölçməmiş biçmə.
- •
Ölüsü ölən bir gün ağlar, dəlisi olan hər gün.
- •
Ölüsü olan kiridi, yasa gələn kirimədi.
- •
Ölüsü bir gün, şivəni min gün.
- •
Ölürsə yer bəyənsin, qalırsa el bəyənsin.
- •
Ölünün dalınca salat çəkir.
- •
Ölünün vəsiyyəti özü ilə gedər.
- •
Ölünü özbaşına qoysan, şıllaq atar kəfəni cırar.
- •
Ölünü vaxtında ağla, el gələr tünlük olar.
- •
Ölümə çarə yoxdur.
- •
Ölümə gedən gəldi, pula gedən gəlmədi.
- •
Ölümdən başqa hər şeyə çarə var.
- •
Ölüm haqdır.
- •
Ölüm haqdan, kəfən Məmməd Cəfər bəydən.
- •
Ölüm-dirim bizim üçündür.
- •
Ölüm qaş ilə göz arasındadır.
- •
Ölüm var ölüm kimi, ölüm var zülüm kimi.
- •
Ölüm var ki, həyat qədər dəyərli, həyat var ki, ölümdən də bədtərdir.
- •
Ölülər elə bilir ki, dirilər halva yeyir.
- •
Ölüyə də yiyə lazımdır, diriyə də.
- •
Ölüdən şeytan da əl çəkib.
- •
Ölüdən pay umur.
- •
Ölüb ölümdən qayıdıb.
- •
Ölüb ağlayanı yoxdur.
- •
Ölü gör necə ölüdür, Əzrail də halına ağlayır.
- •
Ölü kimi yatır.
- •
Ölü kimdir ki, gorun söyən kim ola?
- •
Ölü yerdə qalmaz.
- •
Ölü dağı çəkilər, diri dağı çəkilməz.
- •
Ölü qəbristandan qayıtmaz.
- •
Ölü bit deyiləm ki, dırnaq altında qalım.
- •
Ölü bit deyil ki!
- •
Ölü aslanın saqqalını yolarlar.
- •
Ölmüş aslandan diri köpək yaxşıdır.
- •
Ölmüş eşşək axtarır ki, nalını çəksin.
- •
Ölmüş dəvənin dərisi bir eşşəyə yükdür.
- •
Ölmüş ata yük çatmazlar.
- •
Ölmüş aslana dovşanlar da hücum eylər.
- •
Ölmək ölməkdir, xırıldamaq nə deməkdir?
- •
Ölmək istəyirsən köç Mazandarana.
- •
Ölmək var, dönmək yoxdur.
- •
Ölməz, itməz Xədicə, görər nəvə-nəticə.
- •
Ölmə, itmə, qapımızdan getmə.
- •
Ölkə sahibsiz olmaz.
- •
Ölkə ki var, onun qabağında şah da acizdir, gəda da.
- •
Ölkə yansa, canı yanmaz.
- •
Ölkə abad ikən dəyirman xaraba idi.
- •
Öləcəksən əgərçi şah olasan.
- •
Ölər Koroğlu, getməz vətəndən.
- •
Ölənin cibindən gedər.
- •
Ölənin borcunu baqqal dirilərə yüklər.
- •
Ölən üçün qəm yemə, beş bükümdən az yemə.
- •
Ölən canını qurtarır, vay qalanın halına.
- •
Ölən öldü diriyə dirilik gərək.
- •
Ölən öldü, vay qalanın halına.
- •
Ölən onlardan olsun, bel-kürək bizdən.
- •
Ölən görməyəcək, qalan görəcək.
- •
Ölən kim, öldürən kim?
- •
Öldürsələr qanı axmaz.
- •
Öldürən ox, günahkar ox atan.
- •
Öldü var, döndü yoxdur.
- •
Ögeyin adı bədnam olur.
- •
Öküzün cütə getməyənini ətlik adına satarlar.
- •
Öküzün qocalanı dana-buzova qoşular.
- •
Öküzün qaşqasına dəyərlər.
- •
Öküzün böyüyü pəyədə qalıbdır.
- •
Öküzü ölənə yol göstərən çox olar.
- •
Öküzü öləndən danışma.
- •
Öküzü öldürüb, qumuzunda bıçağı sındırdı.
- •
Öküzü yorulana çox söz deyərlər.
- •
Öküzü buynuzundan, adamı sözündən tutarlar.
- •
Öküz ölməyincə inəyə qiymət olmaz.
- •
Öküz ölər, gönü qalar, igid ölər, ünü qalar.
- •
Öküz öldürüb adını üstümdən götürə bilmirəm.
- •
Öküz öldü, ortaq ayrıldı.
- •
Öküz özünə yonca əkəndə başı ağrıyar.
- •
Öküz olacaq dana bugündən bilinər.
- •
Öküz gərək cüt ola!
- •
Öküz kimi yeyir, dana kimi yatır.
- •
Öküz əhildəməkdən boyunduruq əhildəyir.
- •
Öküz dəvəcən olanda, dəvə dağcan olar.
- •
Öküz deyər: - Mən ağama nökərəm.
- •
Öküz altında buzov axtarır.
- •
Öyüdü anlayana verərlər.
- •
Öyrənməyə ar olmaz.
- •
Özünün yavan çörəyi özgənin plovundan yaxşıdır.
- •
Özünü xəstə (yorulmuş) bilsən, yoldaşını ölmüş bil.
- •
Özünü günə verir.
- •
Özünü gözə soxur.
- •
Özünə qələmə verən axmaqdır.
- •
Özünü böyük göstərmək kiçikliyin ən kiçiyidir.
- •
Özünü başqasından gözləmə, öz ocağının pişiyindən gözlə.
- •
Özünü başqasına nərdivan eləmə.
- •
Özünü atan dizinə döyər.
- •
Özünü atan da birdir, özünü dartan da.
- •
Özünü alim istəyən cahildən uzaq olar.
- •
Özünə umac ova bilmir, özgəsinə əriştə kəsir.
- •
Özünə düşmən öz dostunu itirəndir.
- •
Özünə qıymadığını, özgəyə qıyma.
- •
Özündən güclü ilə vuruşma.
- •
Özündən yuxarı baxanda, özündən aşağı da bax.
- •
Özündən dövlətli ilə ayaq çəkmə.
- •
Özündən qolu güclüyə rast gəlməmisən!
- •
Özündən böyüyə qabarma, bəlkə atandır.
- •
Özündə olmayanda qonşuya gedərsən, qonşuda olmayanda hara gedərsən?
- •
Özün fil olsan da, qarışqanı yaddan çıxartma.
- •
Özün bişirdin, özün də dad.
- •
Özün bilən yaxşıdır.
- •
Özümüz bir şey deyilik, adımız təbildə döyülür.
- •
Özümüz evdə, sözümüz çöllərdə.
- •
Öz-özünü bəyənən ağam vay!
- •
Özüm yer eylərəm, gör sənə nə eylərəm.
- •
Özüm özümə elədim, külü gözümə elədim.
- •
Özüm öz ağamam.
- •
Özüm qürbətdəyəm, gözüm vətəndə.
- •
Özüm qoturam, keçim ki, qotur deyil?
- •
Özü üçün yeyir, özgəsinə minnət qoyur.
- •
Özü üçün yatır, özgələrə yuxu görür.
- •
Özü üçün əriştə kəsə bilmir, özgəyə umac ovur.
- •
Özü ölçür, özü biçir.
- •
Özü özünə eyləyəni el yığılsa eyləyə bilməz.
- •
Özü özünə eyləyənə-çarə yoxdur.
- •
Özü özünə qəbir qazıyır.
- •
Özü öz ağasıdır.
- •
Özü getdi, sözü qaldı.
- •
Özü kəsir, özü tikir.
- •
Özü yıxılan özü də qalxar.
- •
Özü yıxılan ağlamaz.
- •
Özü yəhər qaşında, gözü ocaq başında.
- •
Özü yeməz, özgəyə də verməz.
- •
Özü yazır, özü oxuyur.
- •
Özü əkir, özü də biçir.
- •
Özü ədalətli olanın, qazıya ehtiyacı olmaz.
- •
Özü eşşək, tükü məxmər.
- •
Özü etdi özünə külü tökdü gözünə.
- •
Özü deyir, özü də gülür.
- •
Özü danışar, özü də qulaq asar.
- •
Özü qoca isə, könlü cavandır.
- •
Özü qazanmayan mal qədri bilməz.
- •
Özü bişirib, özü yeyir.
- •
Özü balaca, sözü böyük.
- •
Özgəninki get-gedə ipək olur, bizimki köpək.
- •
Özgənin sözünü özgənin evində danışma.
- •
Özgənin kaşanəsindən bizim viranəmiz yaxşıdır.
- •
Özgənin yaxşısından öz pisimiz yaxşıdır.
- •
Özgənin yaman gününə gülən öz gününə ağlayar.
- •
Özgənin qırğısı var, bizim də qarğamız.
- •
Özgənin qarğası özgəyə qırğı görünər.
- •
Özgəyə kömək et, sənə də kömək edərlər.
- •
Özgəyə it hürər, bizə Mazandaran çaqqalı.
- •
Özgəyə bel bağlama.
- •
Özgə uşağından oğul olmaz.
- •
Özgə malına göz tikən, malsız-davarsız qalar.
- •
Özgə gözü yaxşı görər.
- •
Özgə yerin halvasını hövla ilə çalarlar.
- •
Özgə əlində kömbə böyük görünər.
- •
Özgə əli ilə ilan tutur.
- •
Özgə bağından gül dərməzlər.
- •
Özgə ağzına baxan ac qalar.
- •
Öz çulunu sudan çıxarda bilmir.
- •
Öz çörəyini özgə süfrəsində yemə.
- •
Öz sözünü özgənin ağzından danışma.
- •
Öz sözünü eşit özgə sözünü danışanda.
- •
Öz sözü ilə tutulur.
- •
Öz səsi özünə xoş gəlir.
- •
Öz rahatlığını istə, özgənin narahatlığın istəmə.
- •
Öz rahatlığını istə.
- •
Öz örüşündə Muradalı da bəydir.
- •
Öz oduna da məni yandırma.
- •
Öz gözündə tiri görmür, özgə gözündə qılı seçir.
- •
Öz gözünə bayquşun balası tovuz quşundan da gözəldir.
- •
Öz burnundan uzağı görmür.
- •
Öz kölgəsindən uzağı görmür.
- •
Öz kövşənində otlayan mal ac qalmaz.
- •
Öz kövşənində otla.
- •
Özgənin malı-mülkü, bizim də Qənbərimiz.
- •
Özgə malına dəymə, özünkünü bərk saxla.
- •
Öz yağı öz başına.
- •
Öz işini özün gör.
- •
Öz əlim, öz başım.
- •
Öz əli ilə öz ayağına balta çalır.
- •
Öz eşşəyimizdir.
- •
Öz eybini bilməmiş, özgəyə rişxənd eləmə.
- •
Öz evimdir!
- •
Öz evində öz başını bağlaya bilmir, özgə evində
- •
Öz evimin nökəriyəm, özgə evinin – ağası.
- •
Öz duzunuzla yeyin!
- •
Öz daş-tərəzisi ilə çəkir.
- •
Öz quru çörəyim özgənin plovundan yaxşıdır.
- •
Öz qədrini bilməyənin qədrini özgəsi də bilməz.
- •
Öz qabağından ye!
- •
Öz bəxtindən küs.
- •
Öz atının noxtasından yapış.
- •
Öz arşını ilə ölçür.
- •
Öz anasını sevən, özgə anasını söyməz.
- •
Öz adını özgələrə qoyma.
- •
Öz ağlını özgə ağlına vermə.
- •
Öz ağam, öz qulum.
- •
Övladda atadan nişanə olmalıdır.
- •
Övlad can yanğısıdır.
- •
Övlad tapılar, ata-ana tapılmaz.
- •
Övlad sərmayədir.
- •
Övlad pəncərədən düşən işıqdır.
- •
Övlad könül meyvəsidir.
- •
Övlad ki, var, badamdır, nəvə – məğzbadamdır.
- •
Övlad insanın məbədidir.
- •
Övlad bir turş almaya bənzər, yeyənin dişi qamaşar, yeməyənin könlü istər.
- •
ölmək yaxşıdır.
- •
Ölər Koroğlu getməz bu yurddan.
- •
Övlad ya ataya oxşar, ya anaya.
- •
Övlad ata-ananın ürəyidir.
- •
Ölmə eşşəyim, yaz gələr yonca bitər.
- •
Öz-özünü bəyənən ağam vay.
- •
Öz-özünü oda yaxır.
- •
Öz gözündə tiri görmür, özgə gözündə qıl axtarır.
- •
Ölünü öz başına qoyarsan, vurar kəfənin yırtar.
- •
Ölünün dalınca danışmazlar.
- •
Ölüdən də pay istəyir.
- •
Özgə evində koxalıq eləməzlər.
- •
Öz ağlını özgəyə vermə.
- •
Özgənin sözünü sənə deyən, sənin də sözünü özgəyə deyər.
- •
Özgəsinə göz qoyan özünkünü itirər.
- •
Özgəyə quyu qazan özü düşər.
- •
Özgə qapısını bağlı istəyənin öz qapısı bağlı qalar.
- •
Özgə buzovunu güdənin çatısı əlində qalar.
- •
Özgə atına minən tez düşər.
- •
Örtülü bazar dostluğu pozar.
- •
Özünü olduğundan ağıllı göstərməyə çalışan, əslində, axmaqdır.
(Alman atalar sözləri)