Baxış bəy Səbur
Baxış bəy Səbur (27 avqust 1863, Mirzəcamallı, Şuşa qəzası – 1931, Daşkənd) — şair.
Baxış bəy Səbur | |
---|---|
Baxış bəy Əsəd bəy oğlu Vəzirov | |
Doğum tarixi | 27 avqust 1863 |
Doğum yeri | |
Vəfat tarixi | 1931 |
Vəfat yeri | |
Atası | Əsəd bəy Vəzir |
Anası | Tutu xanım |
Fəaliyyəti | şair |
Üzvlüyü |
Həyatı redaktə
Baxış bəy Səbur 27 avqust 1863-cü ildə Şuşa qəzasının Vərəndə sahəsinin Mirzəcamallı (Şərifbəyli) obasında anadan olmuşdu. Şuşa real məktəbini bitirmişdi. Bir neçə dil bilirdi. Baxış bəy bir sürə Şuşa və Bakı şəhərlərində dövlət idarələrində çalışdıqdan sonra Özbəkistanın Daşkənd şəhərinə köçmüşdü. Daşkənd şəhərində Salman Mümtazın yazdığına görə "maarif və mədəniyyətə dəyərli köməyi olmuşdur".
Baxış bəy Səbur 1931-ci ildə Daşkənd şəhərində vəfat edib.
- Əsəd bəy Vəzirin oğludur.
Mir Möhsün Nəvvab öz ünlü təzkirəsində yazır: "Baxış bəy Əsəd bəyin oğludur. Qarabağın Şuşa əhalisindəndir. Bəhram bəy Fədainin kiçik qardaşı, Asinin bacısı oğlu və Zakirin nəvəsidir. 28 yaşlı xoşəhval bir cavandır. Farsca və rusca savadı var. Şeirdə təzədir. Aşağıdakı şeirlər onundur. Təxəllüsü Səburdur"
Mənbə redaktə
- Mir Möhsün Nəvvab. Təzkireyi-Nəvvab. Bakı: 1998,
- Ənvər Çingizoğlu. Hacılılar. Bakı: "Soy" dərgisinin özəl nəşri, 2004, 238 səh.