İkinci Nügədi Haqqinda Melumat - Vikipedia

İkinci Nügədi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İkinci Nügədi

Quba rayonunda kənd

İkinci NügədiAzərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir[1].

İkinci Nügədi
41°18′54″ şm. e. 48°35′09″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 523 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 8.774 nəf. (2009)
Xəritəni göstər/gizlə
İkinci Nügədi xəritədə
İkinci Nügədi
İkinci Nügədi

Tarixi redaktə

Kolxozlaşma dövrünə qədər vahid kənd olan Nügədi, idarəetmənin asanlaşdırılması üçün 1-ci və 2-ciyə bölünmüşdür. Hal-hazırda da 1-dən 5-ə qədər məhəllələr 1-ci Nügədi ərazisində 6-dan 9-a qədər məhəllələr 2-ci Nügədinin ərazisindədir. 2-ci Nügədinin məhəllələri 6-cı, 7-ci, 8-ci və 9-cu məhəllələrdir. Kəndin əsl adı Nügdi olmuş, daha sonradan Nügədi kimi səsləndirilmişdir. 1970–80-ci illərə qədər yaşlı adamlar bu kəndi Nügdi (1-ci və 2-ci Nügədilər birlikdə) adlandırmışlar. Kəndin əhalisinin əsasən Dərbənd yaxınlığındakı Nügdi kəndindən köçərək gəldiyi hesab edilir.

Toponimikası redaktə

Kənd Qaraçayın sahilində, dağətəyi ərazidədir. Yaşayış məntəqəsi r-nun ərazisində nisbətən yeni salınan kəndlərdəndir. Nügədi tat dilində "yeni kənd" deməkdir. Oykonimin birinci komponenti fərqləndirici xüsusiyyətə malikdir.[2]

Mədəniyyəti redaktə

3 məktəb, 2 məscid, 1 şadlıq sarayı var. Əhalinin bir çoxu dövlət işlərində çalışır. Əsasən müəllimlik sahəsində irəliləyiş güclüdür. Kənddə üç orta məktəb və bir məktəbəqədər təhsil müəssisəsi fəalliyyət göstərir.

Coğrafiyası və iqlimi redaktə

İçməli su əsasən arteizan quyularından alınır. Hava qışda soyuq, nəm, rütubət yüksək, yayda sərin olur. Yaz və payız aylarında çoxlu yağışlar yağır.

 
Çənlibel gölü

Əhalisi redaktə

2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 8774 nəfər əhali yaşayır.[3]

Tanınmış şəxsləri redaktə

İqtisadiyyatı redaktə

İkinci Nügədi kəndi Qubanın ən qədim meyvəçilik ənənələri olan kəndlərindəndir. Əhali əsasən meyvəçilik (alma, armud, gaval, gilas və digər çəyirdəkli meyvələr, heyva, əzgil, qoz, fındıq) ilə məşğul olur.

İkinci əsas sahə turizmdir. Kənddə çoxlu səfalı bulaqlar, göllər var. Əsasən Bakı əhalisinin sevimli istirahət guşəsidir. Kənddə cınqıl karxanaları da mövcuddur. Bu karxanalar kəndin əsas su mənbəyi olan Qaraçayın yatağını dərinləşdirməklə minilliklərlə formalaşmış ekosistemə dağıdıcı zərbə vurmaqdadırlar. Bunun nəticəsi olaraq Quba rayonunun ən böyük torpaq ərazisinə malik bu kəndin təsərrüfatlarının qidalandığı suvarma sistemi də təhlükə altındadır. Yəqin ki, yaxın gələcəkdə kənd həm suvarma , həm də içməli su cəhətdən çox ciddi problemlərlə üzləşəcək. Az sayda iri və xırda buynuzlu mal-qara da saxlanılır. Şəxsi maldar təsərrüfatları yaradılıb.

İstinadlar redaktə

  1. "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı". 2012-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-04.
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax redaktə


Saytda 141 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024