İstifadəçi müzakirəsi:Alpagutturan Haqqinda Melumat - Vikipedia

İstifadəçi müzakirəsi:Alpagutturan Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz
   Vikipediya Xoş gəldiniz, Alpagutturan!
Tez-tez soruşulan suallar Salam, Alpagutturan. Tamamilə könüllü istifadəçilərin səyləri ilə yaradılan Vikipediya azad ensiklopediyasının Azərbaycan dilindəki versiyasına xoş gəlmisiniz!

Sınaq məqsədi ilə redaktə etmək üçün qaralama dəftərinizi istifadə edin.

Vikipediya beş əsas prinsip üzərinə qurulmuşdur. Fəaliyyətə başlamazdan əvvəl onları oxumanızda fayda var. Mövcud məqalələri redaktə etməyə və ya yeni məqalə yaratmağa tərəddüd etməyin, cəsur olun.

Siz də Vikipediyada fəaliyyətə başlamaq istəyirsinizsə, edəcəyiniz tək şey yuxarıdakı Redaktə və ya Mənbəni redaktə et düymələrindən birinə basmaqdır. Əlavə etdiyiniz məlumatların stil kitabçasına uyğun olmasına diqqət edin. Redaktənizin vandalizmdən uzaq olmasına və müəllif hüquqları pozuntusu olmamasına diqqət etməlisiniz!

imzanı belə atmaq olar

Məqalələrdə və bunlara köməkçi səhifələrdə (kateqoriyalar, şablonlar və s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual-cavab və s. formada olan yazılarınızın sonuna ~~~~ (4 tilda) işarəsini əlavə edərək və ya alətlər lövhəsindəki müvafiq düyməni (şəkildə) basaraq imzanızı atmağı unutmayın.

Əgər hansısa bir məqalə üzərində işləmək istəyirsinizsə, ancaq digər istifadəçilərin müdaxilə etməsini istəmirsinizsə, həmin məqaləyə {{iş gedir}} şablonunu yerləşdirə bilərsiniz.

İstifadəçi səhifənizə istifadəçi qutuları yerləşdirməklə digər istifadəçilərin sizin haqqınızda daha çox məlumat ala bilmələrini təmin edərsiniz.

Müəllif hüquqları ilə müdafiə olunan heç bir məlumatı bura əlavə etməməlisiniz! Yüklədiyiniz şəkilləri sizə aid olan qalereyada görə bilərsiniz.

Suallarınızı Kənd meydanında və ya Facebook/Telegram/Discord qruplarında verə bilərsiniz. Bundan əlavə, müzakirə səhifənizə {{kömək edin}} şablonunu yerləşdirib şablonun sonuna sualınızı qeyd edə bilərsiniz. Təcrübəli istifadəçilər sizə kömək etməkdən məmnun olacaqdır.

Hello and welcome to the Azerbaijani Wikipedia! We appreciate your contributions. If your Azerbaijani skills are not good enough, that’s no problem. We have an embassy where you can inquire for further information in your native language. We hope you enjoy your time here!
Məqalə adları
Redaktə qaydaları
Vikipediya qaydaları
Beş əsas prinsip
Stil kitabçası
Fayl yüklə
Müəlliflik hüquqları
Yeni məqalə yarat

--Araz Yaquboglu (talk) 06:54, 26 yanvar 2015 (UTC)Cavabla

Xəbərdarlıq redaktə

Bu sizə xəbərdarlıqdır. Vikipediya:Silinməyə namizəd səhifələr/Dünya Alpaqut Federasiyası səhifəsində şəxsi hücumlara (kiməsə sifarişlə iş gördüyünü, qərəzli olduğunu, xain olduğunu) davam etsəniz Vikipediyadakı redaktə hüququnuz ömürlük bloklanacaq. Bu kimi müzakirələrdə istifadəçi deyil, məqalə müzakirə edilməlidir. Ətraflı məlumat üçün VP:TYVVP:Nəzakət qaydalarını oxuyun. Nemoralis (müzakirə) 19:56, 13 yanvar 2024 (UTC)Cavabla

Kimə xain demişik, sözü özünüzə niyə götürürsüz. Qərəzli olmaq demək söyüşdü bəyəm ? Mən orda sizə Qardaşım deyə müracət etmişəm elə bil. Məni bloklamağa səbəb axtaırırsızsa buyurun, ancaq hər kəs görür ki, mən heç kimi təhqir etməmişəm. Şükür Tanrıya ədəbim, əxlaqım, tərbiyəm yerindədir. Şəxsən Sizin göstərdiyiniz arqumentlərin hər birisinə düzəliş oldu, nəticə nə oldu bəs, olmadı. Bunun adı nədir qərəz deyil ? Alpagutturan (müzakirə) 20:36, 13 yanvar 2024 (UTC)Cavabla
Heç kim onu xain və ya qərəzli adlandıran biriylə müzakirə aparmaq istəməz. Sizə müvafiq xəbərdarlıq vermişəm. Növbəti dəfə xəbərdarlıq olmayacaq. Kimisə xain adlandırmaq yerinə məqaləyə fokuslanın. Nemoralis (müzakirə) 10:56, 14 yanvar 2024 (UTC)Cavabla
Qardaşım, xahiş edirəm mənim yazdığım sözləri kontekstdən çıxarma. Bax mən nə yazmışam " Kim qərəzlidirsə, və xainlik edərək, qrup halında kiməsə xoş getsin deyə qərar verirsə bilsin ki, başqasına etdiyi ədalətsizlik bir gün başqa formada onun qarşısına çıxa bilər."
Buyur, mənim yazdığım söz budur, əgər kimsə qərəzli deyilsə, qrup halıdan məqsədli bir planı yoxdursa, xainlik etmirsə niyə bu sözün üstünə düşürsüz ? Orada Samral, post qoyub inzibatçılara və ya redaktorlara təziq edirki, səs verməyin. Hansı ki, mən hamını bu məqaləyə baxıb ədalətli mövqe ortaya qoymağa çağırıram, fikripediyada bu normal bir hərəkətdi çünki redaktorlar və inzibatçılar birlikdə konsersusa gəlməlidirlər. Gizli bir iş görməmişəm ki, hər dəfəsində inzibatçılara və bürokratlara çağırış edirəm.
Məqaləyə gəldikdə isə fokslanmışıqda qardaş. Bəs yaxşı Siz əvvəlki iradlarınızdan sonra səhifəyə girib baxmısız?
https://az.wikipedia.org/wiki/Alpaqut_(d%C3%B6y%C3%BC%C5%9F_s%C9%99n%C9%99ti)
56 dənə mənbə yerləşdirmişik.
Stil kitabçasına uyğun tərtib etmişik. Heç bir dəfə demədiz ki, qardaş bunu belə elə, onu belə elə, onu götür bunu düzəlt və sairə. Alpagutturan (müzakirə) 20:24, 14 yanvar 2024 (UTC)Cavabla

Yanvar 2024 redaktə

Stop icon 
Xəbərdarlığa məhəl qoymayaraq şəxsi hücumlara davam etməyinizə görə müddətsiz bloklanmısınız.
Blokunuzun açılması üçün yaxşı səbəblər olduğunu düşünürsünüzsə, sizi bloklayan inzibatçıya e-poçt göndərə bilərsiniz.

Nemoralis (müzakirə) 09:13, 21 yanvar 2024 (UTC)Cavabla

Nemoralis Bəy ! Məni bloka salmağınızı heç cür anlaya bilmirəm. və xüsusilə güya kimisə təhqir edərək
On gündən çoxdur ki, etmədiyiniz tələb qalmadı, Göstərmədiyiniz arqument qalmadı. Sayənizdə bizim silinməyə qoyduğunuz səhifələrimiz bəlkədə Azərbaycan vikripediyasında ən zəngin məlumatlı və istinadlı bir səhifələrə çevrildi. Bununla belə İnzibatçı statusu daşıyanların və onların yardımcılarının göstərdiyi arqumentlərin hər birisinə arqumetlə cavab verdiyim üçün və onların cavab verə bilmədiyini görərək məni blokladınız. Canınız sağ olsun. Mən sizdən hər hansısa bir öhdəlik götürən deyiləm. Allaha şühür ailə tərbiyəsi görən bir insanam. Mən kimisə nə xain nədə qərəzli adlandırmamışam. Sizin birinci xəbərdarlığınızda Sizə də yazdığımı göstərmişəm. Ümid edirəm ki, digər inzibatçılarda bunu görər. Alpagutturan (müzakirə) 15:18, 21 yanvar 2024 (UTC)Cavabla
Dəqiq heç kimi xain və qərəzli adlandırmamısınız? Arqumentlərinizə cavab verə bilinmədiyini düşünərək özünüzə təsəlli verə bilərsiniz. Blok səbəbi yuxarıda qeyd olunub və kifayət qədər açıqdır. Nemoralis (müzakirə) 15:22, 21 yanvar 2024 (UTC)Cavabla
  1. Yuxarıda yazmışam birinci xəbərdarlığınızda bunun cavabını vermişdim. Əgər kimisə xain adlandırsaydım elə o zaman xəbərdarlıq etmədən bloklayardız. Yaxşı əgər tutaq ki, dediyiniz kimi kimisə xain adlandırmışam və xəbərdarlıq etmisiniz. ütsündən neçə gün keçib indi niyə blokladınız onun səbəbini yazın digər inzibatçılar və bürokratlarda görsün.
  2. Təsəlliyə nə gərər var ki, Şükülər olsun ki, həm savadımız, həm söz bazamız, həm araşdırmamız necə lazımdı yerindədir. Ayrıca, məsələ tək sizin və inzibatçı dostarınızın tələblərində deyil. Biz komanda olaraq oturub qərar verdik ki, bu səhifələri elə zənginləşdirəcəyik ki, bu səhifələr digər idman federasiyaların səhifələrindən daha zəngin informasiyalı, və istinadlı olsun. Və bunu etdikdə Siz bunu yaxşı görürsüz dostlarınızda həmçinin.
  3. Dostlarınıza idman federasiyaların səhifələrini göstərərək bizə onların üstünlüklərini göstərməyi bildirdik, Cavab nə oldu, Siz ki bilirsiz, Səhifələrdədə var. Yəni göz qabağındadır hər şey təsəlliiyə gərək yoxdu. Mən təhqir adamı deyiləm, mənim tərbiyəm öz yerindədir. Ancaq Sizə bir şey deyim. Yaşınız bəlkədə mənim tələbələrimin yaşından belə kiçikdir. Sizə bir böyük kimi deyirəm, etdiyiniz ədalətsizlik bir gün başqa formada qarşınıza çıxacaq. Atalar əbəs yerə deməyib " Nə əkərsən onuda biçərsən!"
Alpagutturan (müzakirə) 15:36, 21 yanvar 2024 (UTC)Cavabla
Blok sizə verilmiş xəbərdarlıqlara məhəl qoymayıb yenə müzakirədə fikir bildirənləri qərəzli adlandırmağınıza görə tətbiq olunub. "Dostlarım" deyəndə kimləri nəzərdə tutursunuz bilmirəm amma inzibatçılar və ya o müzakirədə fikir bildirənlər mənim dostum deyil. Son olaraq, yaşca böyük olmağınızın bura heç bir aidiyyatı yoxdur. Ədalətsizlikdən danışırsınız, ancaq müzakirədə qalsın deyənlərə ulduz verib, silinsin deyənləri xain çıxardırsınız. Çox ədalətlisiniz 🙂  Təhdid xarakterli mesajınıza görə müzakirə səhifəsinə yazmaq hüququnuzu da alıram. Hörmətlə, Nemoralis (müzakirə) 15:54, 21 yanvar 2024 (UTC)Cavabla

Saytda 159 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024