İstifadəçi müzakirəsi:Gakhramanov Haqqinda Melumat - Vikipedia

İstifadəçi müzakirəsi:Gakhramanov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz
   Vikipediya Xoş gəldiniz, Gakhramanov!
Tez-tez soruşulan suallar Salam, Gakhramanov. Tamamilə könüllü istifadəçilərin səyləri ilə yaradılan Vikipediya azad ensiklopediyasının Azərbaycan dilindəki versiyasına xoş gəlmisiniz!

Sınaq məqsədi ilə redaktə etmək üçün qaralama dəftərinizi istifadə edin.

Vikipediya beş əsas prinsip üzərinə qurulmuşdur. Fəaliyyətə başlamazdan əvvəl onları oxumanızda fayda var. Mövcud məqalələri redaktə etməyə və ya yeni məqalə yaratmağa tərəddüd etməyin, cəsur olun.

Siz də Vikipediyada fəaliyyətə başlamaq istəyirsinizsə, edəcəyiniz tək şey yuxarıdakı Redaktə və ya Mənbəni redaktə et düymələrindən birinə basmaqdır. Əlavə etdiyiniz məlumatların stil kitabçasına uyğun olmasına diqqət edin. Redaktənizin vandalizmdən uzaq olmasına və müəllif hüquqları pozuntusu olmamasına diqqət etməlisiniz!

imzanı belə atmaq olar

Məqalələrdə və bunlara köməkçi səhifələrdə (kateqoriyalar, şablonlar və s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual-cavab və s. formada olan yazılarınızın sonuna ~~~~ (4 tilda) işarəsini əlavə edərək və ya alətlər lövhəsindəki müvafiq düyməni (şəkildə) basaraq imzanızı atmağı unutmayın.

Əgər hansısa bir məqalə üzərində işləmək istəyirsinizsə, ancaq digər istifadəçilərin müdaxilə etməsini istəmirsinizsə, həmin məqaləyə {{iş gedir}} şablonunu yerləşdirə bilərsiniz.

İstifadəçi səhifənizə istifadəçi qutuları yerləşdirməklə digər istifadəçilərin sizin haqqınızda daha çox məlumat ala bilmələrini təmin edərsiniz.

Müəllif hüquqları ilə müdafiə olunan heç bir məlumatı bura əlavə etməməlisiniz! Yüklədiyiniz şəkilləri sizə aid olan qalereyada görə bilərsiniz.

Suallarınızı Kənd meydanında və ya Facebook/Telegram/Discord qruplarında verə bilərsiniz. Bundan əlavə, müzakirə səhifənizə {{kömək edin}} şablonunu yerləşdirib şablonun sonuna sualınızı qeyd edə bilərsiniz. Təcrübəli istifadəçilər sizə kömək etməkdən məmnun olacaqdır.

Hello and welcome to the Azerbaijani Wikipedia! We appreciate your contributions. If your Azerbaijani skills are not good enough, that’s no problem. We have an embassy where you can inquire for further information in your native language. We hope you enjoy your time here!
Məqalə adları
Redaktə qaydaları
Vikipediya qaydaları
Beş əsas prinsip
Stil kitabçası
Fayl yüklə
Müəlliflik hüquqları
Yeni məqalə yarat

-- Cekli829 8:56, 14 Dekabr 2009 (Sumqayıt vaxtı ilə)

Hiqqs bozonu redaktə

Hiqqs bozonu ilə əlaqədar hər hansı əlavəniz varsa, buyurun yazın, məqaləni qaralamaya çevirməyə gərək yoxdur. Hörmətlə -- Gahramanov

Salam. Məqalə qaralama halındadır, ona görə o şablonu əlavə etdim. Məsələn, Kvant mexanikası məqaləsi yaratmısız, bu məqalə də idarəçilər tərəfindən silinəcək. Yaratdığınız məqalələrə çalışın mümkün qədər çox məlumat əlavə edin ki, silinməsinlər. "Kvant mexanikası" məqaləsinə mən intervikilər əlavə etdim. Yəni səhifənin sol aşağı küncündəki siyahıdan istifadə edib bu mövzu haqqında digər Vikipediyalardakı məqalələrə baxa bilərsiniz. Hörmətlə:--Sortilegus 21:35, 19 dekabr 2009 (UTC)Cavabla

Mən Dördölçülü çayxana bloqunun müəllifiyəm. Fizika və riyaziyyatla bağlı yazılar yazıram. Vikipediyada bu sahədə yazı yazan çox azdır, əksəriyyəti də səviyyəsiz yazılardır. Yazılarıma imkan varsa, hələlik toxunmayın, bir az əlim alışsın viki'yə yazılar qaydasına düşəcək. Mənə bir az zaman və bir az buradakı hərəkətlərimdə azadlıq lazımdır. Bu arada, bir neçə il əvvəl ilmar adı ilə yazırdım, sonra Gahramanov, hər iki login'nin parolunu unutmuşam, mümkünsə mənim indiki loqinimi həmin adlardan biri ilə əvəz edin (çox da önəmli istək deyil, sadəcə mümkünsə). Öncədən təşəkkürlər. Başa düşüləcəyim ümidiylə və Hörmətlə -- Gahramanov

Sizinlə razıyam. Bizdə ümumiyyətlə, texniki sahələrlə bağlı məqalələrdə xeyli problemlər var. Əgər bu problemlərin həll olunmasında, yeni-yeni dəyərli məqalələrin yaradılmasında bizə yardımçı olsanız böyük iş görmüş olarsız. Az sayda məqalə yaradıb onları və ya mövcud məqalələri zənginləşdirsəniz problem olmaz. Hansı məqalə üzərində işləyirsinizsə ona Şablon:İş gedir şablonu yerləşdirin, bu formada → {{İş gedir}}. Onda həmin məqalənin məzmunu az olsa da, idarəçilər onu silməyəcəklər və sizə məqaləni zənginləşdirmək üçün müəyyən vaxt veriləcək. Təəssüf ki, istifadəçi hesablarını birləşdirmək üçün mənim texniki səlahiyyətlərim yoxdur. Siz elə bu istifadəçi hesabı ilə də fəaliyyətinizi davam etdirsəniz heç bir problem olmayacaq. Mən də bacardığım qədər sizə kömək etməyə hazıram - məqalələrin tərtibi ilə bağlı nə suallarınız olsa, çəkinmədən mənə müraciət edə bilərsiniz. Hörmətlə:--Sortilegus 22:06, 19 dekabr 2009 (UTC)Cavabla

Salam, İlmar. Səni burda görməyimə çox şadam. Məncə bizim vikidə fizika mövzusunu sənin kimi mütəxəssisə tapşırmaq düzgün addım olar. Bilirəm ki, çox maraqlı məqalələr yarada bilərsən. Gör Səmədi də cəlb eləyə bilərsən, kimya mövzusunda işləsin?:) Qaralama şablonları yarımçıq məqalələrə yerləşdirilən standart şablonlardır. Onları kifayət qədər geniş və ətraflı məqalələrdən silmək olar, amma sənin məqalələrin hələ ki, ətraflı deyil, ona görə də qalması düzgündür. Elgün. Wertuose 21:07, 20 dekabr 2009 (UTC)Cavabla

Saytda 34 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024