Şəhriyar Rəhimov Haqqinda Melumat - Vikipedia

Şəhriyar Rəhimov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Şəhriyar Rəhimov

Şəhriyar Ağalı oğlu Rəhimov (6 aprel 1989[3], Bakı25 avqust 2023[1], Türkiyə[2]) — müdafiəçi mövqeyində çıxış etmiş Azərbaycan futbolçusu.

Şəhriyar Rəhimov
Ümumi məlumatlar
Doğum tarixi (35 yaş)
Doğum yeri
Vəfat tarixi 25 avqust 2023(2023-08-25)[1] (34 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Boyu 1,87 m
Mövqeyi yarımmüdafiəçi, müdafiəçi
Karyerası
Klub karyerası[* 1]
2007–2011 Azərbaycan Keşlə 23 (0)
2012 Azərbaycan Şüvəlan 10 (0)
2012–2013 Azərbaycan Rəvan Bakı 31 (1)
2013–2015 Azərbaycan Şüvəlan 46 (2)
2015–2018 Azərbaycan Kəpəz 89 (8)
2018–2020 Azərbaycan Səbail 43 (2)
2020–2021 Azərbaycan Zirə 9 (0)
2021–2022 Azərbaycan Səbail 0 (0)
Milli yığma[* 2]
2009–2010 Azərbaycan Azərbaycan U-21 12 (1)
2018–2022 Azərbaycan Azərbaycan 9 (0)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Şəhriyar Rəhimov 6 aprel 1989-cu ildə Bakı şəhərində anadan olmuşdur.

Futbol karyerasında müdafiəçi kimi oynamağa başlamışdır. 2012-ci ildə "Şüvəlan" FK-yə transfer olmuş, həmin ilin ara transferində "Rəvan Bakı" komandasında müdafiəçi mövqeyində çıxış etməyə başlayıb. 2013-il də yenidən "Şüvəlan" komandasına geri dönüb. 2015-in transfer mövsümündən "Kəpəz"də oynamağa başlamışdır. 2018-ci ildən öz peşəkar fəaliyyətini "Səbail" futbol komandasında davam etdirmişdir. 2020-ci ildə "Zirə" FK-yə transfer olmuşdur .2021-ci ildə yenidən "Səbail"ə dönmüş və 2022-ci ildə peşəkar karyerasını sonlandırmışdır.

Milli yığma redaktə

2009–2010-cu illərdə Azərbaycan U-21 milli futbol komandasında oynamışdır. 2018-ci ildə Azərbaycan milli futbol komandasına çağrılmış və 2022-ci ilə kimi oynamışdır.

Ölümü redaktə

Şəhriyar Rəhimov 25 avqust 2023-cü ildə müalicə üçün getdiyi Türkiyədə vəfat etmişdir. O, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkirdi.[4] Şəhriyar Rəhimov Xırdalan qəbiristanlığında dəfn olunub.[5]

İstinadlar redaktə

  1. 1 2 https://ru.axar.az/news/sport/777870.html.
  2. 1 2 https://qafqazinfo.az/news/detail/sehriyar-rehimov-vefat-etdi-410252.
  3. Shahriyar Rahimov // Transfermarkt (çd.). 2000.
  4. "Şəhriyar Rəhimov vəfat etdi". Qafqazinfo (az.). 2023-08-25. 2023-08-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-25.
  5. "Şəhriyar Rəhimov son mənzilə yola salındı". 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-28.

Saytda 157 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024