2023 Xankəndi Zəfər Paradı Haqqinda Melumat - Vikipedia

2023 Xankəndi Zəfər Paradı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

2023 Xankəndi Zəfər Paradı

Azərbaycanın qələbəsi şərəfinə Xankəndində keçirilən tarixi hərbi parad

2023 Xankəndi Zəfər Paradı və ya Qələbə Paradıİkinci Qarabağ Müharibəsində (Vətən Müharibəsində) Azərbaycanın əldə etdiyi zəfərin üçüncü ildönümünə həsr olunan Xankəndidə keçirilən tarixi hərbi parad.[1] Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev paradda iştirak ediblər.[2]

2023 Xankəndi Zəfər Paradı
Tarix 8 noyabr 2023
Yeri
Səbəbi İkinci Qarabağ müharibəsi, Qarabağda döyüşlər, Zəfər Günü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Parad günü redaktə

Parad Zəfər Günündə — 8 noyabr 2023-cü ildə Xankəndi şəhərində baş tutmuşdur. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev parada qatılmışdır. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi. Dövlət başçısı şəxsi heyəti salamladı. Daha sonra Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan hərbçilərin xatirəsi bir dəqiqə sükutla yad olundu. Ardınca Azərbaycanın Dövlət Himni səsləndirildi və İlham Əliyev paradda çıxış etdi.

Parad heyətləri redaktə

Həmçinin bax redaktə

Qalereya redaktə

İstinadlar redaktə

  1. "Sabah Xankəndidə Zəfər paradı keçiriləcək". Report İnformasiya Agentliyi (az.). 2023-11-07. 2023-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-07.
  2. "Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirilib » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2023-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-08.

Xarici keçidlər redaktə


Saytda 82 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024