Azərbaycanda idman qurğuları Haqqinda Melumat - Vikipedia

Azərbaycanda idman qurğuları Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Azərbaycanda idman qurğuları

İdman qurğuları — İdman qurğuları deyəndə ölkədə tikilən idman stadionları, komplekslər nəzərdə tutulur. Azərbaycanda idman inkişaf etdikcə, böyük miqyaslı yarışlar keçirildikcə, böyük tamaşaçı tutumlu stadionlar da tikilir. İdman qurğuları üstü açıq və örtülü olur. Azərbaycanda tikilən açıq idman qurğularına Tofiq Bəhramov adına Respublika Stadionu, Bakı Olimpiya Stadionu, İdman Tennis kompleksi, Respublika Velotreki, Velopark buraya aiddir. Qapalı idman qurğularına Respublika Olimpiya mərkəzi, Bakı Su İdman Sarayı, Heydər Əliyev adına İdman Konsert kompleksi, Paralimpiya İdman Kompleksi, Bakı İdman Sarayı, Milli Gimnastika Arenası, Bakı Kristal Zalı, Bakı Atıcılıq Mərkəzi, Bakı Tennis Akademiyasını aid etmək olar. Elə idman qurğuları var ki orada bir növ idman yarışı deyil, bir neçə idman yarışları, konsert də keçirmək olar. Belə qurğular fərdi yox universal adlanır. Məsələn, Tofiq Bəhrəmov adına Respublika Stadionu, Bakı Olimpiya Stadionunda sadəcə futbol oyunu deyil, atletika da keçirilə bilər. Orada qaçış zolaqları, tullanma sektoru mövcuddur.[1]

Tofiq Bəhramov stadionu

Tofiq Bəhramov adına Respublika Stadionu redaktə

Bu gün ən möhtəşəm idman tədbirlərinin keçirildiyi milli stadion əfsanəvi hakim Tofiq Bəhramovun adını daşıyır və dünyada hakimin şərəfinə adlandırılan yeganə futbol arenasıdır.[2] Hakimin adının əbədi ünvan tapdığı stadionun rəsmi açılışı 1951-ci ilin 16 sentyabrında keçirilib. Tikintisinə 1939-cu ildə başlanılsa da, Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədar stadionun tikinti işləri yarım qalıb. Tikinti işləri yalnız müharibədən sonra davam etdirilib və 12 illik fasilədən sonra idman azarkeşlərinin ixtiyarına verilib. Alman hərbi əsirləri tərəfindən tikilən stadion yuxarıdan rus əlifbasının "С" hərfini xatırladır. Stadionun arxitekturası o zaman xalqların rəhbəri sayılan Stalinin şərəfinə qurulub. İdman yarışlarından başqa, stadionda konsertlərdə keçirilir.[3][4]

Konsert
Tarix Müğənni Tur Tamaşaçı
30 iyun 2006 Tarkan Solo Konsert 55 000[5]
13 oktyabr 2012 Şakira FİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012 40 000
23 sentyabr 2007 Elton Con Kapitan və Uşağ turu 32 000[6]
22 sentyabr 2012 Cennifer Lopez FİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012 30 000[7]
10 iyun 2007 Aygün Kazımova Solo Konsert 29 000
19 aprel 2013 Könül Xasıyeva Solo Konsert 15 000[8]

Bakı Olimpiya stadionu redaktə

UEFA, FİFAIAAF-nın yüksək beynəlxalq standartlarına uyğun dizayn edilib və tikilib. Azərbaycandakı ən böyük stadiondur.

650.000 kv. m-lik ərazinin 225.000 kv m-lik hissəsinin tikinti işləri fevral 2015-də tamamlanmışdır. 6 mərtəbəli və 65.7 metr hündürlüyündə olan stadion Bakı şəhəri ərazisində Böyükşor gölünün yanında salınmışdır və 6 mart 2015-ci ildə istifadəyə hazır vəziyyətə gətirilmişdir. Stadionun əsas icarəçisi Azərbaycan Milli Futbol Komandasıdır. Stadion iyun 2015-də baş tutan Bakı 2015 1-ci Avropa Oyunlarının əsas idman məkanı kimi istifadə edilmişdir və eyni tədbirin açılış və bağlanış mərasimlərinə və atletika idman növünə ev sahibliyi etmişdir. Əlavə olaraq, stadionda UEFA 2020 Avropa Çempionatının 3 qrup mərhələsi və 1/4 final mərhələsi keçirilib. 2019-cu ildə isə UEFA Avropa Liqasının finalına ev sahibliyi edib. Stadion daxilində və xaricində çox avtomobillik dayanacaq sahəsi, gəzinti və yüksək infrastrukturla təchiz edilmişdir. Stadionun tikintisi podratçı şirkətin məlumatına əsasən 640 milyon dollara başa gəlib.[9] Başqa bir mənbədə isə stadionun tikintisinin 775 milyon dollara başa gəldiyi yazılıb.[10][11]

Məkan Azərbaycan Futbol Komandasının oyunlarına və konsertlərə ev sahibliyi edir. Stadion FİFA və UEFA-nın yüksək texniki tövsiyələrini və elit stadionlar üçün öhdəçilikləri ödəməklə avtomatik olaraq Avropa Futbol Çempionatlarına ev sahibliyi etmə şansı qazanır.

2023-cü ildə burada "İmagine Dragons"un konserti baş tutmuşdur

Bakı Olimpiya Stadionu aralarında "Allianz Arena", "Aviva Stadium", "Nou Kamp" və "Santyaqo Bernabeu" kimi dünyaca məşhur stadionların olduğu UEFA-nın Elit Stadionları siyahısına daxil edilib.[12]

AVRO 2020 redaktə

Tarix Nəticə Mərhələ
12 iyun 2021 Uels  Uels 1:1 İsveçrə  İsveçrə A qrupu
16 iyun 2021 Türkiyə  Türkiyə 0:2 Uels  Uels A qrupu
20 iyun 2021 İsveçrə  İsveçrə 3:1 Türkiyə  Türkiyə A qrupu
3 iyul 2021 Çexiya  Çexiya 1:2 Danimarka  Danimarka ¼ final

İstinadlar redaktə

  1. "Rihanna and Shakira to perform in Baku". ann.az. 3 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 July 2013.
  2. "Hakimin adını daşıyan yeganə futbol arenası".[ölü keçid]
  3. "ELTON JOHN GIVES CONCERT AT TOFIG BAHRAMOV STADIUM IN BAKU. PRESIDENT OF AZERBAIJAN ILHAM ALIYEV AND HIS SPOUSE MEHRIBAN ALIYEVA ATTEND THE CONCERT". www.mehriban-aliyeva.org. 13 August 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 July 2013.
  4. Warrick, Joby. "Tiny Azerbaijan unleashes pop-power against Iran's mullahs". washingtonpost.com. Washington Post. 15 October 2012. 21 July 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 July 2013.
  5. "Tarkan Concert Statistics". www.tarkancoll.com. 14 April 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 August 2014.
  6. "ELTON JOHN GIVES CONCERT AT TOFIG BAHRAMOV STADIUM IN BAKU. PRESIDENT OF AZERBAIJAN ILHAM ALIYEV AND HIS SPOUSE MEHRIBAN ALIYEVA ATTEND THE CONCERT". www.mehriban-aliyeva.org. 13 August 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 August 2014.
  7. "J-Lo and the circus in pictures". www.fifa.com. 15 August 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 August 2014.
  8. "Könül Xasıyevanın konsertində "Mercedes" fırıldağı". musavat.com (Azerbaijani). 28 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 August 2014.
  9. "Bakı Olimpiya Stadionu neçəyə başa gəlib? - "Tekfen"dən açıqlama". 2019-07-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-07-18.
  10. "Bakı Olimpiya Stadionu 7-ci oldu". 2021-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-18.
  11. "Bakı Olimpiya Stadionu 7-ci oldu". 2019-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-18.
  12. "UEFA Bakı Olimpiya Stadionunu "Elitlər" siyahısına daxil etdi". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-05.

Saytda 74 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024