Danimarka şahzadəsi Hamletin faciəvi əhvalatı Haqqinda Melumat - Vikipedia

Danimarka şahzadəsi Hamletin faciəvi əhvalatı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Hamlet

(Danimarka şahzadəsi Hamletin faciəvi əhvalatı səhifəsindən istiqamətləndirilmişdir)

"Danimarka şahzadəsi Hamletin faciəvi əhvalatı" (ing. The Tragical Historie of Hamlet, Prince of Denmarke), və ya sadəcə "Hamlet" - məşhur ingilis dramaturqu Vilyam Şekspirin 1600-1601-ci illərdə yazdığı faciə. "Hamlet" Şekspirin ən məşhur əsərlərindən biridir. O həmçinin şairin həcminə görə ən nəhəng əsəridir. Pyesdə 4042 sətr və 29 551 söz var.

Abbas Mirzə Şərifzadə Hamletin "Olum ya ölüm" monoloqunu ifa edərkən. 1926/27 illər teatr mövsümü. Azərbaycan Dövlət Teatrı

Əsərin məzmunu Danimarka şahzadəsi haqqında bəhs edən əfsanədən götürülüb və ilk növbədə onun intiqamını özündə əks etdirir.

Əsər ilk dəfə 1603-cü ildə nəşr edilib. Şekspirin sağlığında "Hamlet" daha 2 dəfə, 1604-cü və 1622-ci illərdə çap olunub.

Azərbaycan səhnəsində "Hamlet" ilk dəfə 1926-cı ildə oynanılıb. Baş rolu Azərbaycanın məşhur aktyoru Abbas Mirzə Şərifzadə ifa edib[1].

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. История Азербайджана. — Б.: Издательство Академии наук Азербайджанской ССР, 1958. — Т. III. — С. 475-476.

Saytda 116 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024